Mayın 7-də şahmat üzrə Millətlər Kubokunda azərbaycanlı qrossmeyster Teymur Rəcəbovun mübarizə apardığı dünya yığması növbəti görüşünü keçirib.
Altıncı turda Çin komandası ilə qarşılaşan dünya yığması 0,5:3,5 hesabla rəqibinə uduzub.
Turun digər oyunlarına gəldikdə isə ABŞ seçməsi Hindistan komandasını, Avropa yığması Rusiya millisini 2,5:1,5 hesabı ilə məğlub ediblər.
Ötən turların yekun nəticələrinə görə, Çin komandası 11 xalla liderliyini davam etdirir. Avropa yığması 9 xalla ikinci, ABŞ komandası 7 xalla üçüncü pillədədirlər. Dünya yığması və Hindistan komandaları son yerləri bölüşürlər.
|