Toni Ferqyuson əla rəqibdir, ardıcıl 12 qələbə qazanıb. Ancaq onu soyuqqanlılıqla nokaut edəcəyəm. Onunla sona qədər – ya o məni, ya mən onu oldürənəcən döyüşəcəyəm. Ona qalib gəlmək üçün gücüm var və bunu edəcəyimə inanıram”.
“Azsport.az” saytı xəbər verir ki, bu sözləri amerikalı MMA döyüşçüsü Catsin Qetji xarici KİV-lərə müsahibəsində bildirib.
Qeyd edək ki, Castin Qetji ilə Toni Ferqyuson arasında döyüş mayın 9-da UFC 249 turniri çərşivəsində ABŞ-ın Florida ştatında baş tutacaq.
T.Ferqyuson karyerası ərzində 25 qələbə qazanıb, 3 dəfə məğlub olub. 23 döyüş keçirən C. Qetji isə 21-də qalib gəlib.
Xatırladaq ki, UFC may ayında ABŞ-ın Florida ştatında üç turnir keçirəcək. Turnirlərin mayın 9, 13 və 16-sı tarixlərində təşkili planlaşdırılır.
Bəsti Sabirqızı
|