Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
28/03 | 11:06 Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
27/03 | 17:44 Azərbaycanın qadınlardan ibarət boks millisi Bakıdakı beynəlxalq turniri 9 medalla başa vurub
27/03 | 14:40 Azərbaycanın 5 ağırlıqqaldıranı Dünya Kubokunda çıxış edəcək
27/03 | 10:41 Minifutbol çempionatı: “Zirə” növbəti qələbəsini qazanıb
27/03 | 09:59 Azərbaycanın 2 boksçusu "Böyük İpək Yolu"nda bürünc medal qazanıb
26/03 | 22:36 Azərbaycan Kuboku: "Neftçi" qrup lideri kimi yarımfinala yüksəlib
26/03 | 16:40 Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb
26/03 | 15:39 Azərbaycan avarçəkəni İtaliyadakı turnirdə gümüş medal qazanıb
26/03 | 10:36 AVRO-2024-ə vəsiqə qazanacaq sonuncu komandalar müəyyənləşəcək
26/03 | 09:37 Azərbaycanın U-21 millisi bu gün Ukraynanı qəbul edəcək
25/03 | 22:00 Azərbaycan millisi Bolqarıstan yığması ilə heç-heçə edib
25/03 | 14:21 Azərbaycanın bədii gimnastı Qazaxıstanda bürünc medal qazanıb
25/03 | 13:32 Azərbaycanın daha bir gimnastı Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
25/03 | 11:43 Azərbaycan voleybol çempionatı: XVIII turun proqramı açıqlanıb
25/03 | 10:24 Azərbaycanın üç boksçusu Bakıdakı turnirə qələbə ilə başlayıb
24/03 | 20:25 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"ni 4 medalla başa vurublar
24/03 | 17:26 Azərbaycan gimnastları Portuqaliyada gümüş medal qazanıblar
24/03 | 15:57 Bakıda "Böyük İpək Yolu" turnirinin açılış mərasimi keçirilib
24/03 | 13:19 Azərbaycanın basketbol millisi Gürcüstanda daha iki qələbə qazanıb
24/03 | 10:31 Azərbaycanın daha bir atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
23/03 | 20:42 Azərbaycan atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
23/03 | 16:34 Bakıda 11 ölkənin iştirakı ilə “Böyük İpək Yolu” turniri keçiriləcək
23/03 | 14:55 Azərbaycan gimnastları Qazaxıstanda keçirilən turnirdə 6 medal qazanıblar
22/03 | 19:37 “Böyük Dəbilqə”: Azərbaycan cüdoçuları ilk gündə 2 medal qazanıblar
22/03 | 11:27 Azərbaycan tamblinq millisi beynəlxalq turnirdə birinci yeri tutub
22/03 | 11:15 Göygöldə həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışlarına start verilib
22/03 | 10:59 Azərbaycan paraatletika millisi Qran-pridə çıxış edəcək
22/03 | 10:11 Azərbaycanın U-21 yığması bu gün İngiltərə ilə qarşılaşacaq
22/03 | 09:37 Azərbaycan futbol millisi bu gün Monqolustanla üz-üzə gələcək
21/03 | 21:34 "Qarabağ"ın U-14 komandası Minskdə keçirilən turnirdə çempion olub
21/03 | 18:38 Fərid Fərhadzadə Madriddə Dünya Triatlon İttifaqının rəsmiləri ilə görüşüb
21/03 | 17:29 Azərbaycan stolüstü tennisçiləri Ankarada beynəlxalq toplanışa qatılıblar
21/03 | 14:31 Azərbaycan Premyer Liqasında XXIX və XXX turun proqramı açıqlanıb
21/03 | 13:30 Bədii gimnastika üzrə 29-cu Azərbaycan çempionatının açılış mərasimi keçirilib
21/03 | 13:28 Azərbaycan gimnastları beynəlxalq turnirdə finala yüksəliblər
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
2021-də “2020” statusu ilə
Tarix: 01.05.2020 | Saat: 11:15:00 | E-mail | Çapa göndər
BATI YAR | batyyar@mail.ru

Tarixin ilk təxirə salınmış olimpiadası: zərərin yarısından da qayıtmağın faydası var

Dünya iqtisadiyyatını lərzəyə salan koronavirus (COVID-19) pandemiyası idman aləmini də ağuşuna alıb. Təxirə salınan, ləğv edilən yarışlar bütün idman növlərini qeyri-müəyyən vəziyyətə salıb.

Ən böyük zərbələr iribüdcəli və illərin hazırlığı bahasına başa gələn nəhəng və geniş auditoriyaya malik iki idman tədbirinə dəyib: futbol üzrə Avropa çempionatına və Tokio Yay Olimpiya Oyunlarına. Futbolla bağlı məsələlər daha aydındır və əsasən, böyük problemi təşkilati işlərlə bağlıdır. Amma olimpiya oyunlarının qlobal problemləri ölçüyəgəlməzdir. Məhz miqyasına və çoxnövlü olduğuna görə Tokio olimpiadası virusun təhlükəsinin şaxələnmiş və birbaşa təsiri altındadır. Beynəlxalq Olimpiya Komitəsi (BOK) uzun müddət ümidini saxlasa da, nəhayət, həqiqətlə barışmalı oldu. Lakin futbol “Avro-2020” kimi, olimpiada da ləğv olunmadı. Ən doğru məntiqlə onu 2021-ci ilin yayına keçirdilər.

Koronavirus təhlükəsi şəraitində təşkilati problemlərlə üz-üzə qalmaqla yanaşı, digər cəhətləri də var idi. İlk öncə ona görə ki, növlərdən asılı olaraq, ən əvvəl mübarizə maraqsız olacaqdı və tamaşasını itirəcəkdi. Hazırlığı, fiziki yetkinliyi yetərli olmayan, üstəlik də, mənəvi təsiri və təzyiqi hər an gözlənilməzlikləri, təsadüfləri bol edəcək bir yarış idmançıda natamamlıq kompleksi yaradacaq, idmansevərə isə xoş ovqat bəxş etməyəcəkdi.

Məsələnin sırf idman tərəfini hələ çox müzakirə etmək olar. Lakin bu gün idmanın inkişafı maliyyədən daha çox asılıdır. Hələ martın əvvəlində Yaponiyanın ixtisaslaşmış biznes kontorlarının hesablamaları ilə oxucularımızı tanış etmişdik:

olimpiadanın ləğvi Yaponiyanın ümümi daxili məhsulunun 74,1 milyard dollar azalmasına gətirib çıxara bilərdi.

Özü də bütün bunlar Gündoğar ölkənin olimpiadalar tarixində ən nümunəvi hazırlığı şəraitində baş verir. Hələ fevral ayında 43 idman obyektinin hamısı tam hazır vəziyyətə gətirilmişdi. Bir daha xatırladaq ki, arenalardan 25-i təmir-bərpa olunmuş, 10-u müvəqqəti olaraq inşa edilmiş qurğudur. Hələ bu bir yana yaponlar obyektlərin inşası və təmirində ekoloji tarazlıq məsələlərinə xüsusi diqqət yetrimişdilər. Açığı, son onilliklərdə belə böyük yarışlarla bağlı yalnız “Bakı-2015” zamanı bütün obyektlər və digər hazırlıq işləri vaxtında və yüksək keyfiyyətlə başa vurulmuşdu. Elə buna görə pandemiyanın belə bir möhtəşəmliyə zərbə vurması ədalətsiz olar.

Tokioda obyektlər hazır olduğundan ilkin itkilər sırasında, obyektlərin boşdayanma, qorunma, təmizləmə və s. məsələlər, həmçinin cari qulluq və təmir, personalın saxlanması kimi xərclər məcburi olacaq. Olimpiya kəndinin olimpiadadan sonrakı aqibətinin müzakirə olunduğu bir vaxtda onun saxlanması gündəmə gəlib. Bu arada onu qeyd edək ki, 80 min könüllünün fəaliyyətini dayandırması barədə məsələ həllini tapıb və bu tip işlər davam edir.

Olimpiada iyulun 24-dən avqustun 9-dək, paralimpiada isə avqustun 25-dən sentyabrın 6-dək keçirilməli idi. Maliyyə itkisini və digər xərcləri göz önünə gətirən Yaponiya hökuməti bədbinliyə qapılmadan hələ martın əvvəlindən təxirin ən doğru seçim olduğunu düşünməyə başlamışdı. Çünki Yaponiyada və “taclı qazanın qaynamağa başladığı” Çində vəziyyət sabitləşməyə üz tutsa da, dünyanın qalan hissəsində, ələlxüsus, idmanın daha çox inkişaf etdiyi Avropa və Şimali Amerikada kəskinləşməyə doğru üz tutdu. Buna görə Yaponiya Baş nazirinin müavini və maliyyə naziri Taro Aso, eləcə də olimpiya oyunları üzrə nazir Seyko Hasimoto “Tokio-2020”nin təxirə salınmasını gündəmə gətirdilər. Aparılan sorğular da bunu göstərirdi: “Kyodo Nyus”un sorğusunda rəyi soruşulanların 70

faizi olimpiadanın təxirə salınmasının qaçılmaz olduğunu qeyd edir və bunu məntiqli sayırdı. Bir sözlə, Yaponiya ictimaiyyəti də buna hazır idi.

Əlbəttə, yada salmaq olar ki, buna qədər olimpiadalar ləğv olunmuşdu. Söhbət dünya müharibələri üzündən keçirilməmiş 1916-cı il, 1940-cı və 1944-cü illərin olimpiadalarından gedir. Bu olmadı.

Nəhayət, martın 24-də Yaponiyanın Baş naziri Sindzo Abe ilə BOK prezidenti Tomas Bax telefon müzakirəsi apararaq, Dünya Səhiyyə Təşkilatının məlumatları nəzərə alınmaqla, yarışları 2021-ci ilə keçirmək barədə qərar qəbul etdilər. Beləliklə, olimpiadalar tarixində indiyə qədər baş verməmiş bir hadisə də yaşandı.

Razılığa əsasən, məşəl qarşıdakı müddət ərzində Yaponiyada saxlanılacaq, “Tokio-2020” adı qalacaq. Çünki bu ad brend kimi qəbul edilib və dəyişiklik külli-miqdarda əlavə vəsait itkisinə səbəb olacaq. Martın 30-da isə olimpiada və paralimpiadanın 2021-ci il tarixləri elan edildi: uyğun olaraq, 23 iyul-8 avqust və 24 avqust-5 sentyabr.

Tomas Bax bu təxirəsalma nəticəsində rəhbərlik etdiyi təşkilatın milyonlarla dollar itkiyə məruz qalacağını deyib. Lakin o, konkret məbləğin hələ bundan sonra dəqiqləşdiriləcəyini bildirib. Hər halda, teleyayımdan tutmuş ta təsnifat yarışlarına qədər hər şeyin yeni düzənlə təşkil edilməsi və bu səbəbdən itkilərin qaçılmaz olduğu aydındır. Amma vəziyyət ümidsiz deyil.

Məsələ ondadır ki, BOK hər il olimpiya oyunlarının sığortalanmasına 800 milyon dollara yaxın vəsait xərcləyir. Bu isə təxminən 1 milyard dollar dəyərində investisiyanı qorumağa kömək edir. “Aon” sığorta brokerinin direktoru Adrian Tomasın sözlərinə görə, olimpiadanın belə erkən təxirə salınmasında müsbət cəhət odur ki, külli-miqdarda vəsait itkisinin qarşısı alınır. Digər tərəfi də var və “Allianz Qlobal Korporeyt ənd Spesialiti” sığorta şirkətindən Alli Maklinin fikirləri maraqlıdır. O bildirir ki, sığorta şirkətləri bir qayda olaraq, koronavirus kimi sürətlə yayıla bilən infeksiyaların təsirlərini standart sığorta paketlərində istisna edirlər. Şirkət 2021-2028-ci illər dövründə olimpiadaları bundan da sığortalamağa

hazır olduğunu, lakin buna qədər “Tokio-2020”nin sığortalanmasında iştirak etmədiyi bildirib. Bir sözlə, bu məsələ ilə bağlı gündəm hələ qarşıdadır.

Yuxarıda idmançıların hazırlığındakı problemlərə toxunduq. Bu mənada yarışın təxirə salınması da problemsiz deyil. İndi təsnifat yarışlarını, atletlərin hazırlığını optimal səviyyədə təmin etmək üçün digər turnirləri elə planlamaq lazımdır ki, hər şey öz axarı ilə getsin. Bir sözlə, təşkilati çətinliklər hələ olimpiadayaqədərki dövr üçün də az olmayacaq. İdman təqvimindəki bu dəyişiklikləri isə illərlə tənzimləmək lazım gələcək. Bunun ilk işarələrini də görürük. Məsələn, 2021-ci və 2022-ci illərdə keçiriləcək yarışların vaxtının dəyişdirilməsi, təxirə salınması kimi xəbərlər tez-tez dərc olunur.

Keçək iqtisadi məsələlərə. Martın əvvəlində “Nikko Sekyuritis” maliyyə şirkətinin hesablamalarını oxucumuza təqdim etmişdik: Yaponiyada 2019-cu illə müqayisədə korporativ gəlirlərin 24,4 faiz aşağı düşməsi ehtimalı var. Ən yaxşı halda, ümumdaxili məhsul 0,9 faiz, korporativ gəlirlər 14,9 faiz azalacaq.

Bu xüsusda qeyd edk ki, Yaponiya olimpiadanın hazırlıq dövründə 7 milyard dollar vəsait xərcləməyi nəzərdə tutmuşdu. Amma ötən ilin dekabrında xərclərin 12,4 milyard dollara çatdığı elan edildi. Burada marafon qaçışının Sapporoya keçirilməsi yer almamışdı. Müvafiq audit hesablaması marafonun yerdəyişməsinin həmin yarışa xərclənəcək vəsaitin 1,2 milyarddan 6,5 milyard avroya qədər artmasına gətirib çxara bilər. İstənilən halda, xərclərin 12,4 milyarddan 25 milyard dollar arasında dəyişəcəyi gözlənilirdi. Bunun da 740 milyon avrosunu BOK ödəyəcəkdi. İndi BOK qarşıdakı müddətdə də itkiləri qarşılayacağını bildirib.

BOK-un büdcəsindən söz düşmüşkən, bir sıra yerli şirkətlərin BOK-la 2,75 milyard avro müqaviləsi var. Bundan savayı, “NBCUniversal” şirkəti 2014-2020-ci illər ərzində olimpiadaların teleyayım hüquqlarını 4 milyard avroya əldə edib. Şirkət etiraf edir ki, “Tokio-2020”nin media hüquqlarının idarə olunması ilə bağlı artıq 1,15 milyard avro reklam müqaviləsi imzalayıb. Bütün bunlar daha bir məsələni üzə çıxarır: oyunlar azakeşsiz, tamaşaçısız keçirilə bilməz.

NBC üçün digər müsbət cəhət Amerikadakı nəhəng yarışlarla bağlıdır. Yayda okeanın o tayında, beysbol istisna olmaqla, digər əsas müntəzəm turnirlər istirahətdə olur və buna görə olimpiada onlar üçün maraqlıdır. Qarşıdakı yayla bağlı belə olmaya da bilərdi. NBA, NHL və s. büdcəli yarışların aqibəti bəlli deyil.

Bununla belə, hesablamalarda vəziyyət nisbətən nikbinliklə qəbul edilir. “Qoldman Saçs” hesablayıb ki, Oyunların təxirə salınması Gündoğar ölkənin büdcəsinə 2020-ci ildə 550 milyard yen (4.5 milyard dollar) ziyan vuracaq.

Yaponiyada biznesin olimpiya itkiləri də həllini gözləyən məsələlərdəndir. Məsələn, pandemiyaya qədər mehmanxanalarda 45 min yerlə bağlı sifarişlər verilmişdi.

Nəhayət, bu dəfə deyəcəyimiz son məsələ qarşıdakı təsnifatla bağlıdır. Yuxarıda qeyd etdiyimiz qarışıq məqamlarla yanaşı, ümidverici detallar da var. Olimpiadaya seçim prosesinin 57 faizi pandemiyaya qədər başa çatmışdı. Üzümüzə gələn dövrdə qalan 43 faizlə bağlı vəziyyətə aydınlıq gətirilməlidir və təhlillərə artıq başlanılıb.

Bir sözlə, Oyunların ləğv olunması deyil, təxirə salınması zərərin yarısından qayıtmaq kimi bir şeydir. Əlbəttə, itkilər əvəz olunmazdır, amma onun miqyasını azaltmaq indi əsas vəzifədir.
Xəbər 1009 dəfə oxundu



 
Müəllifin son yazıları

14.09.2021 “Qarabağ" iki-üç cəbhədə mübarizəyə hazır kimi görünür
14.09.2021 Uduzmaq ayıb deyil, amma...
07.09.2021 Hətta nağıllar reallıqla bitir: üç alma yerə düşür
07.09.2021 Avrokuboklar: Yalnız “Qarabağ"la
07.09.2021 “Araz" tarixinin 16-cı əsas yarışında
24.08.2021 “Paris-2024": əsas yarış məqamlarına aydınlıq gətirilir
24.08.2021 Avrokuboklar: Sapı iynənin gözündən keçirmək olsa
24.08.2021 Daha bir qarışıq-natamam mövsümə doğru
23.08.2021 Ya qalib, ya da ən yaxşı ikinci olmaq lazımdır
10.08.2021 Əlvida, “Tokio-2020"!


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru