Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilk dəfə Premyer Liqada, birinci divizionda, region liqasında, qadınlar yüksək liqasında, çimərlik futbolu və futzal üzrə, əlillərdən ibarət komandalar arasında keçirilən turnirlərdə iştirak edən komandaları e-futbol liqasına dəvət edir.
Azsport.az xəbər verir ki, AFFA-nın və “Sport Marketing Group” şirkətinin birgə təşkilatçılığı ilə keçiriləcək e-Milli Liqa, sözün əsl mənasında, futbolu real həyatdan virtuala daşımağı bacaranlar üçündür. Bu çağırış PES2020-də rəqib tanımayan, klubunun e-Milli Liqada təmsil olunmasını istəyənlər üçün gözəl imkandır.
Yarışda iştirak etmək istəyənlər aprelin 25-dən mayın 15-dək komandasını qeydiyyatdan keçirməlidir. Yarış isə mayın 25-də keçiriləcək.
|