Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
19/04 | 10:32 Azərbaycan Premyer Liqasında tura Tovuzda start veriləcək
18/04 | 14:22 Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
18/04 | 14:21 Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
18/04 | 11:39 Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
18/04 | 10:47 Azərbaycanın U-17 millisi İnkişaf turnirində iştirak edəcək
18/04 | 10:16 Azərbaycan cüdo millisinin Polşa toplanışı başa çatıb
18/04 | 09:17 Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər
17/04 | 20:34 Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
17/04 | 18:32 17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
17/04 | 16:48 Azərbaycan voleybol çempionatında ilk finalçı müəyyənləşib
17/04 | 15:36 Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
17/04 | 12:40 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək
17/04 | 11:49 Azərbaycan bilyardçısı Avropa çempionu olub
17/04 | 11:18 Azərbaycanın gənc avarçəkənləri Türkiyədə turnirə qatılacaqlar
17/04 | 10:17 Azərbaycan stolüstü tennisçiləri “Türk Dövlətləri” beynəlxalq turnirində mükafat qazanıblar
17/04 | 09:44 Fərid Qayıbov ABŞ-də azərbaycanlı idmançılar və tələbələrlə görüşüb
16/04 | 18:05 AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir
16/04 | 17:23 Azərbaycan voleybol çempionatı: yarımfinal mərhələsinin daha bir oyunu keçirilib
16/04 | 15:29 Azərbaycan Premyer Liqası: "Qarabağ” – “Neftçi” görüşünün başlama saatı bəlli olub
16/04 | 13:42 Paytaxtın abad məhəllələrində minifutbol yarışlarına start verilib
16/04 | 12:57 Azərbaycanın 5 gimnastı Çexiyada beynəlxalq turnirdə iştirak edəcək
16/04 | 11:25 Olimpiadaya lisenziya qazanan Azərbaycanın 3x3 basketbol millisi Vətənə dönüb
16/04 | 09:23 Azərbaycanın futzal millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək
15/04 | 19:25 Azərbaycanlı Mərakeşin ən yüksək zirvəsini fəth edib
15/04 | 15:50 “Sabah” ardıcıl iki oyunda "Qarabağ"a üç qol vurmaqla tarixə düşüb
15/04 | 15:08 Azərbaycanın altı idman gimnastı Dünya Kubokunda iştirak edəcək
15/04 | 12:53 Azərbaycan taekvondoçuları Serbiyada iki medal qazanıblar
15/04 | 12:01 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
15/04 | 11:49 Azərbaycan para-badmintonçuları İspaniyada beynəlxalq turnirdə iştirak edəcəklər
15/04 | 11:25 Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
15/04 | 10:37 Azərbaycan çempionatında 4-cü turun partiyaları keçirilib, vahid lider bəlli olub
15/04 | 09:49 Azərbaycan gimnastları beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar
14/04 | 22:10 Cüdo üzrə Bakı kəndləri birinciliyi keçirilib
14/04 | 21:32 Azərbaycan cüdoçuları Berlindəki Avropa Kubokunda birinci yeri tutub
14/04 | 20:14 Azərbaycan boksçuları Avropa çempionatını iki qızıl medalla başa vurub
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Koronavirus GÜNDƏLİYİ - YENİLƏNDİ
Tarix: 12.04.2020 | Saat: 04:27:00 | E-mail | Çapa göndər
“Azsport.az” koronavirus (COVID-19) pandemiyasının idman dünyası ilə bağlı günbəgün baş vermiş əsas hadisələrini ardıcıllığı ilə təqdim edir.

Aprel

11 aprel: 2012-ci il olimpiadasının gümüş mükafatçısı, iranlı Ehsan Hədadi koronavirusdan sağaldığını deyib.

11 aprel: “Neapol”da baş məşqçi Cennaro Qattuzo və idman direktoru Kristiano Cuntoli bir aylıq məvaciblərindən imtina ediblər.

11 aprel: Almaniya Bundesliqasında yarışın mayın əvvəlində bərpa olunacağı və mövsümün azarkeşsiz başa vurulacağı bildirilib.

11 aprel: İspaniyada “Real Sosyedad” La liqa klubları arasında məşqlərə başlayacağını elan edən və aprelin 14-də futbolçuların meydana yaşıl meydana çıxacağını ilk klub olub.

11 aprel: “Şeffild Yunayted” işçi heyətinin bir qismini işdən azad edəcəyini bildirib.

10 aprel: “Uest Hem” İngiltərədə bütün heyətin məvaciblərin 30 faiz kəsilməsinə razılıq verdiyi ikinci klub olub.

10 aprel: “Seltik” elan edib ki, klubun icraçı və digər direktorları, əsas komandanın oyunçuları, baş məşqçi Neil Lennon və heyətin digər üzvləri “məvaciblərin əsaslı şəkildə azaldılmasına” razılıq veriblər.

9 aprel: İngiltərə Futbol Assosiasiyası cari mövsümdə Milli Liqadan aşağı olan bütün futbol turnirlərini ləğv edib.

8 aprel: 2022-ci ilin atletika üzrə dünya çempionatının vaxtı 3 həftə əvvələ çəkilib. Buna səbəb 2020-ci ilin Olimpiya Oyunlarının 2021-ci ilə keçirilməsi və buna görə Birmingemdə keçiriləcək Həmrəylik Oyunları ilə üst-üstə düşməsi səbəb olub.

7 aprel: Kanada qran-prisi “Formula 1”in mövsüm ərzində ləğv edilən 9-cu yarışı olub.

7 aprel: Mövsümün atçılıq klassikasından olan 4 yarışdan biri “Epsom derbisi” təxirə salınıb.

7 aprel: “Tokio-2020”nin təşkilatçıları Olimpiya məşəlinin Fukusimada nümayişini aprelin sonuna qədər təxirə salıblar.

7 aprel: Stolüstü tennis üzrə dünya çempionatı 2020-ci il sentyabrın 27-dən oktyabrın 4-dək Cənubi Koreyaya təyin edilib.

6 aprel: Almaniyanın “Bavariya” klubu martın 13-dən bu yana ilk dəfə məşqə çıxıb. Çempionat aprelin 30-dək təxirə salınıb.

6 aprel: Futbol mövsümündə transfer pəncərəsinin açılması ertələnə bilər.

5 aprel: UEFA prezidenti Aleksander Çeferin sentyabra qədər koronavirus problemi həll olunmayacağı təqdirdə qitə klub kuboku yarışlarının ləğv ediləcəyini deyib.

4 aprel: “Barselona” futbol klubunun birinci vitse-prezidenti Xordi Kardoner koronavirusa yoluxub.

3 aprel: İngiltərə Premyer liqa klubları məvaciblərinin 30 faiz azaldılması xahişi ilə futbolçulara müraciət ediblər.

3 aprel: UEFA üzv assosiasiyalara müraciət edərək, milli mövsümləri erkən başa vurmamağı tövsiyə edib.

2 aprel: NHL-də "Ottava Senatorz" 3 hokkeyçinin və bir əməkdaşın koronavirusa yoluxduğunu bildirib.

2 aprel: Serbiya xizəksürmə federasiyasının rəhbəri koronavirusa yoluxub.

2 aprel: Madrid "Real"ının keçmiş oyunçusu Qreqorio Benito taclı bəladan dünyasını dəyişib.

2 aprel: Madrid “Atletiko”sunun futbolçuları məvaciblərinin 70 faiz kəsilməsinə razılıq veriblər.

1 aprel: Macarıstanlı üzgüçü, olimpiya mükafatçısı Bolqarka Kapaş koronavirusa yoluxub.

1 aprel: İkinci Dünya müharibəsindən sonra ilk dəfə 4 “Böyük dəbilqə” turnirindən biri olan “Uimbldon” ləğv olunub.

1 aprel: MLS futbol çempionatında ilk koronavirus yoluxması “Filadelfiya” klubunda qeydə alınıb.

1 aprel: FİFA koronavirusla bağlı fond təsis edib. Bütün məbləğ dünya futboluna dəyəcək zərərin qarşılanmasına yönəldiləcək.

1 aprel: Belçika çempionatı ləğv edilib və turnir cədvəlinə uyğun olaraq “Brügge” ölkə çempionu elan edilib.


Mart

31 mart: ABŞ milli tennis komandasının keçmiş kapitanı Patrik Makinroy və qardaşı Conda yoluxma faktı qeydə alınıb.

31 mart: Fransada Marsel “Olimpik”inin keçmiş prezidenti, əslən seneqallı Pape Dyuf 69 yaşında vətəni Dakarda xəstəxanada keçinib.

31 mart: Şotlandiya milli futbol komandasının baş məşqçisi Stiv Klark və milli assosiasiyanın rəhbəri İan Maksvel məvaciblərinin 10 faiz kəsilməsinə razılıq veriblər.

30 mart: Fiqurlu konkisürmə üzrə olimpiya çempionu və məşqçi Oleq Vasilyev koronavirusa yoluxub.

30 mart: “Tokio 2020” Yay Olimpiya Oyunlarının 2021-ci il iyulun 23-dən avqustun 8-dək, Paralimpiya Oyunlarının avqustun 24-dən sentyabrın 5-dək keçirilməsi qərara alınıb.

29 mart: Məşhur türkiyəli futbol qapıçısı, 46 yaşlı Rüşdü Rəcbər koronavirus xəstəsi kimi müalicəyə başlayıb.

29 mart: NBA-nın “Nyu York Niks” klubunun sahibi Ceymz L.Dolanın analizi müsbət olub.

28 mart: Rusiyalı 21 yaşlı biatlonçu Anastasiya Xaliullina, anası və məşqçisi Yekaterina Xaliullina koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdiriliblər.

28 mart: “Yuventus”un oyunçuları və baş məşqçi Maurisio Sarri 4 aylıq məvacibdən imtina edərək klubun bir aylıq - 90 min avro itkisinin qarşısını alıblar.

28 mart: “Mançester Siti” klubu ev oyunlarını keçirdiyi arenanı Milli Səhiyyə Xidmətinin ehtiyacları üçün ayırıb.

27 mart: NBA-nın “Yuta Cazz” klubunun üzvləri Donovan Mitçell və Rudi Qobertdə koronavirus aşkarlandığından bütün heyət və rəhbərlik tibbi nəzarətə götürülüb.

26 mart: Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə ənənəvi şahmat turniri təxirə salınıb.

26 mart: İtaliyalı keçmiş veloyürüşçü Danilo Barossi və Niderlandda “Vitess” futbol klubunun keçmiş prezidenti Kes Bakker haqq dünyasına qovuşublar.

26 mart: Braziliyalı tennisçi Tyaqu Seybot koronavirusa yoluxub.

24 mart: “Tokio-2020” Yay Olimpiya Oyunları 2021-ci ilə qədər təxirə salınıb.

23 mart: İspaniyada “Espanyol” futbol klubunun oyunçusu və məşqçisi olmuş Benito Hoaneqa 84 yaşında dünyasını dəyişib.

23 mart: Türkiyədə “Qalatasaray”ın baş məşqçisi Fatih Terim yoluxub. 7 gün sonra müalicəsinin uğurla başa çatdığı elan edilib.

23 mart: “Formula 1” Azərbaycan Qran-Prisi təxirə salınıb.

23 mart: UEFA qitə klub kuboku yarışlarının final matçlarını təxirə salıb.

21 mart: İtaliyada “Milan” futbol klubunun texniki direktoru, əfsanəvi futbolçu Paolo Maldini və oğlu Denieldə, İngiltərədə “Portsmut”un oyunçuları Ceyms Bolton, Əndi Kənnon və Şon Reggettdə, Çin “Şandonq Lünenq”in üzvü Mariane Fellainidə yoluxma aşkarlanıb.

21 mart: İspaniya futbol La Liqasında Madrid “Real”ının keçmiş prezidenti Lorenso Sans 76 yaşında COVID-19-dan dünyasını dəyişib. Onun oğlu, “Malyorka”nın oyunçusu olmuş Pako Sans bundan 8 gün sonra sağalıb.

21 mart: “Formula 1” çempionu Lyis Həmiltonun dostu aktyor İdris Elbada koronavirus aşkarlandığı üçün yarıizolyasiya şəraitinə keçirilib.

20 mart: Avropa su idman növləri çempionatı təxirə salınıb.

19 mart: Türkiyə Superliqasının matçları – Qərbi Avropada sonuncu olaraq təxirə salınıb.

18 mart: Milli hokkey liqası – NHL-də ilk yoluxma qeydə alınıb: “Ottava Senatorz”un oyunçusudur.

18 mart: NBA-da “Bruklin Nets”in 4 oyunçusunda, o cümlədən məşhur forvardı Kevin Dürantda koronavirus tapılıb.

18 mart: İyunun əvvəlinə qədər təyin olunmuş tennis turnirləri ləğv olunub.

18 mart: Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargahın göstərişi rəhbər tutularaq, Azərbaycan Premyer liqası və I divizionu 14 aprel tarixinə qədər təxirə salınıb.

17 mart: Braziliyada “Flamenqu” klubunun məşqçisi Jorje Jezuşun koronovirusa yoluxduğu məlum olub, onun dostu, massajçı Mariu Verissimu dünyasını dəyişib.

17 mart: 4 “Böyük dəbilqə” turnirindən biri olan Fransanın açıq tennis yarışı sentyabra qədər təxirə salınıb.

17 mart: “Avro-2020” futbol çempionatı 2021-ci ilə keçirilib.

16 mart: İspaniya və İranda 2 futbol məşqçisinin dünyasını dəyişdiyi elan olunub.

16 mart: Rusiyada bütün beynəlxalq idman tədbirləri ləğv edilib.

15 mart: İspaniyada “Valensiya”nın oyunçusu Esekyel Qaray koronavirusa yoluxub. 2 gün sonra klubun bir çox üzvü xəstələnib.

15 mart: İsveçrə Futbol Assosiasiyasının prezidenti Dominik Blanın koronavirus testi müsbət nəticələnib.

15 mart: Olimpiya məşəli yürüş-səyahətinin izləyicisiz təşkil edilməsi qərara alınıb.

15 mart: Braziliyada futbol yarışları təxirə salınıb.

14 mart: Bakıda aprelin 17-19-da keçirilməsi planlaşdırılan bədii gimnastika üzrə Yana Batırşinanın mükafatları uğrunda 7-ci açıq turnir ləğv edilib.

14 mart: Dünyada bütün triatlon yarışları təxirə salınıb.

14 mart: Patrik Kutronenin (“Fiorentina”) koronavirus testi müsbət nəticə verib.

13 mart: Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah 14 mart 2020-ci il saat 00:00-dan ölkə ərazisində bəzi sosial izolyasiya tədbirlərini elan edib: Ölkə üzrə bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirləri təxirə salınır, artıq təyin olunmuş tədbirlərin tarixi dəyişdirilir.

13 mart: Dünyada bütün badminton görüşləri təxirə salınıb.

13 mart: İngiltərədə “Çelsi”nin hücumçusu Kallum Hadsona-Odoi yoluxub, martın 28-də sağaldığı elan olunub, “Everton” və “Burnmaut” belə şübhə olduğu üçün yarıizolyasiya şəraitinə keçiriliblər.

13 mart: İHF bütün bütün Proliqa buz hokkeyi matçlarının aprelin 15-dən erkən başlanmayacağını bildirib.

13 mart: İngiltərə, Fransa, Şotlandiya və Uelsdə futbol matçları təxirə salınıb.

12 mart: ATP aprelin sonuna qədər olan tennis yarışlarını ləğv edib.

12 mart: Bosniya və Herseqovina martın 26-da Şimali İrlandiya ilə keçirməli olduğu “Avro-2020”nin seçmə pley-off matçını təxirə salmağı UEFA-dan xahiş edib.

12 mart: İspaniyada, Danimarkada milli çempionatların, Amerikada MLS-in, Cənubi Amerikada milli komandaların futbol turnirləri təxirə salınıb.

12 mart: Avropa klub futbolu matçlarının təxirə salınmasına başlanılıb.

12 mart: Avropada basketbol turnirləri ləğv edilib.

12 mart: BƏƏ-də çıxış edən kolumbiyalı veloyürüşçü Fernando Qaviria və rusiyalı həmkarı Dmitri Straxov koronavirusa yoluxublar.

12 mart: Madrid “Real”ının basketbolçusu Trey Tomkins COVID-19-a tutulub və bundan sonra klubun basketbol və futbol komandaları karantinə göndərilib.

12 mart: İngiltərədə “Leyster” futbol klubunun 3 üzvündə koronavirus şübhəsi olduğundan kollektiv yarıizolyasiya şəraitinə keçirilib.

11 mart: İtaliyada “Yuventus” futbol klubunun oyunçusu Daniele Ruqanidə, ertəsi inzibati və rovandaları nəzərə alınmaqla, daha 119 üzvündə, 6 gün sonra Blez Matyuididə, daha 3 gün keçmiş Paulo Dibala və nişanlısında koronavirus aşkarlanıb.

11 mart: Taekvondo üzrə Avropa çempionatı, gimnastların dünya kuboku turnirləri təxirə salınıb, fiqurlu konkisürmə üzrə dünya çempionatı ləğv edilib.

11 mart: “Haas F-1”in iki və “Maklaren”in bir üzvündə koronavirus aşkarlandığından, hər iki komanda “Formula 1” Avstraliya qran-prisindən özlərini təcrid ediblər. Ertəsi gün yarış ləğv olunub.

11 mart: Almaniyada “Hannover” futbol klubunun üzvü Timo Hubersdə koronavirus analizi müsbət çıxıb.

11 mart: Argentina bu ölkədə keçiriləcək beynəlxalq yarışları ləğv edib.

10 mart: Azərbaycan Peşəkar Futbol Liqası Premyer liqanın XXI və XXII, I divizionun XIX və XX turlarının azarkeşsiz keçirilməsini qərara alıb.

10 mart: İngiltərədə “Nottingem Forest” futbol klubunun sahibkarı Evangelos Marinakisin koronavirusa yoluxduğu elan edilib.

10 mart: İtaliya futbol federasiyası “A” Seriyası yarışlarının vaxtında başa çatdırılmasının qeyri-mümkünlüyünü bildirib, çempionatın pley-off formatında davam etdiriləcəyini, yaxud hazırkı vəziyyətə uyğun nəticələrin elan ediləcəyini bildirib.

10 mart: Avropa klub kuboku yarışlarının tamaşaçısız keçirilməsi barədə qərarların verilməsinə başlanılıb.

9 mart: “Böyük dəbilqə” yarışlarından sonra ən məşhur tennis turniri olan “İndian Uels” ləğv edilib.

9 mart: İJF aprelin sonuna qədər bütün dünya turlarını ləğv edib.

9 mart: İtaliyada idman yarışlarının keçirilməsi qadağan olunub, idman arenaları və zallarının fəaliyyəti dayandırılıb.

8 mart: UEFA futbolçuların əllə salamlaşması mərasimini ləğv edib.

7 mart: Qadınların Kanadada keçirilməsi nəzərdə tutulmuş buz hokkeyi üzrə dünya çempionatı ləğv edilib.

5 mart: İngiltərə Premyer liqasında oyunlar başlamazdan əvvəl əllə salamlaşma mərasimi ləğv edilib.

5 mart: Bir neçə veloyürüş komandası martın sonuna qədər yarışlarda iştirakdan imtina edib.


Fevral

29 fevral: İtaliya “A” Seriyasında futbol oyunları təxirə salınıb.

28 fevral: Koronavirusdan dünyasını dəyişən ilk idman adamı kimi 23 yaşlı iranlı futbolçu qadın İlhami Şeyxi olub.

27 fevral: İtaliyada COVID-19 infeksiyasına yoluxmuş ilk peşəkar futbolçu (“C” Seriyası) xəstəxanaya yerləşdirilib.

26 fevral: Şort trek üzrə dünya çempionatı ləğv edilib.

25 fevral: Cənubi Koreyada keçirilməli olan stolüstü tennis üzrə dünya çempionatı mart ayından iyuna təxirə salınıb.

25 fevral: İtaliya “A” Seriyasında futbol oyunlarının tamaşaçısız, bağlı qapılar arxasında keçirilməsi qərara alınıb.

23 fevral: İtaliya “A” və “B” seriyalarının Lombardiya və Veneto əyalətlərinin şəhərlərində keçirilən bir sıra futbol matçları təxirə salınıb.

12 fevral: Aprelin 19-na təyin edilmiş “Formula 1” avtoyürüş qran-prisi təxirə salınıb.


Yanvar

30 yanvar: Çin ölkə futbol çempionatını təxirə salan ilk ölkə olub.

29 yanvar: Nanjinqdə keçirilməli olan atletika üzrə qapalı zallarda dünya çempionatı martın 13-15-nə, daha sonra növbəti ilə təxirə salınıb.

27 yanvar: FİBA qadın basketbolçuların olimpiya təsnifat turnirini Çinin Foşan şəhərindən Serbiya paytaxtı Belqrada keçirib.

26 yanvar: Tennisdə “Fed Cup” turnirinin Donqqandan Nursultana, daha sonra Qazaxıstan ev sahibliyindən imtina etdiyi üçün Dubaya keçirilib.

22 yanvar: COVID-19 infeksiyasının yayılmağa başladığı Uhan şəhərinə təyin edimiş “Tokio 2020”nin olimpiya boks təsnifat turniri martın 3-dən 11-nə təyin edilib və İordaniyanın Amman şəhərinə keçirilib.

22 yanvar: Qadınların olimpiya futbol turniri Uhandan Nanjinqə, daha sonra Sidneyə keçirilib.

Xəbər 574 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
19.04.2024 Azərbaycan Premyer Liqasında tura Tovuzda start veriləcək
18.04.2024 Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
18.04.2024 Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
18.04.2024 Azərbaycanın U-17 millisi İnkişaf turnirində iştirak edəcək
18.04.2024 Azərbaycan cüdo millisinin Polşa toplanışı başa çatıb
18.04.2024 Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər
17.04.2024 Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
17.04.2024 17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
17.04.2024 Azərbaycan voleybol çempionatında ilk finalçı müəyyənləşib
17.04.2024 Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru