UEFA-nın növbəti videomüşavirəsinin vaxtı müəyyənləşib.
Azsport.az saytı xəbər verir ki, aprelin 1-də UEFA rəhbərliyi quruma üzv olan 55 assossiasiyanın baş katibi ilə bağlantı quracaq. Onlayn iclasın əsas mövzusu milli çempionatlarda oyunların yenidən təxirə salınması məsələsi olacaq. İclasda milli çempionatların, eləcə də avrokubokların bərpa müddəti, yığma komandaların yeni təqvim məsələsi, oyunçuların müqavilələri nəzərdən keçiriləcək.
Qeyd edək ki, hazırda Avropada Belarusdan başqa, bütün ölkələrdə liqalar dayandırılıb.
|