Azərbaycan şahmat yığması FİDE-yə, peşəkar şahmatçılara və bütün şahmatsevərlərə açıq müraciət ünvanlayıb. Son günlərdə namizədlərin turnirindən narahatlıqlarını bildirən şahmatçılarımız Teymur Rəcəbovun turnirə qatılmaqdan imtina etməsinin səbəbinin tək yoluxmadan ehtiyat etməsinin deyil, eyni zamanda bu cür şəraitdə yüksək səviyyədə oyun nümayiş etdirməyin mümkünsüzlüyü olduğunu bildiriblər.
Məktubda qeyd edilir ki, FİDE belə şəraitdə turniri başlayıb və yarımçıq dayandırmaqla normal tam seçim prinsiplərini pozub, turniri qeyri-müəyyən müddətə hissələrə ayırıb, idmançıların sağlamlığını düşünməyib və belə qeyri-adekvat tədbirlərinə görə namizədlər turnirinin iştirakçıları və bütün şahmat dünyasının qarşısında məsuliyyət daşımalıdır.
Şahmatçılar FİDE-dən Teymur Rəcəbovu namizədlərin turnirinə qaytarmağı tələb ediblər.
Müraciəti yığmanın üzvləri – Şəhriyar Məmmədyarov, Arkadi Naydiç, Rauf Məmmədov, Nicat Abbasov və Qədir Hüseynov imzalayıblar.
|