Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
05/08 | 13:52 Şəki klubu İran millisinin üzvü ilə anlaşıb
05/08 | 13:00 Azərbaycan futbolçusu USL çempionatında həftənin rəmzi yığmasına düşüb
05/08 | 12:56 Maqnus Karlsen “Legends of Chess” turnirinin qalibi olub
05/08 | 12:32 Azərbaycan triatlonçusu Kseniya Levkovskaya reytinq cədvəlində mövqeyini qoruyub
05/08 | 11:59 Ümumdünya Şahmat Olimpiadası: FIDE qayda pozuntusu aşkar edib
05/08 | 11:15 Futbol üzrə İtaliya A Seriyasının yekunları
05/08 | 10:02 Ferran Torres “Mançester Siti”yə transfer olunub
04/08 | 21:23 ÇFR klubu altıncı dəfə Rumıniya çempionu olub
04/08 | 20:32 “Kalyari”nin yeni baş məşqçisi müəyyənləşib
04/08 | 19:02 “Səbail” klubu makedoniyalı yarımmüdafiəçi ilə müqavilə bağlayıb
04/08 | 18:27 MBA: “Denver Naqqets” 44-cü qələbəsini qazanıb
04/08 | 18:09 Formula 1: İmolada yalnız bir məşq yürüşü keçiriləcək
04/08 | 17:32 Avrokubokların cari mövsümünün qalan oyunları 1 dəqiqəlik sükutla başlayacaq
04/08 | 17:00 MHL-də pley-off mərhələsinin onaltıdabir final görüşləri davam edir
04/08 | 16:19 “Neftçi” klubu Bolqarıstan millisinin üzvü ilə razılaşmayıb
04/08 | 15:51 “Gənclərbirliyi”nin yeni baş məşqçisi müəyyənləşib
04/08 | 14:21 “Torino”da baş məşqçi dəyişikliyi olub
04/08 | 13:40 İtaliyada qadın tennisçilərin beynəlxalq turnirinə start verilib
04/08 | 13:21 Triatlonçumuz Rostislav Pevtsov beynəlxalq reytinq cədvəlində mövqeyini qoruyub
04/08 | 11:42 Ümumdünya Şahmat Olimpiadası gərgin idman mübarizəsi şəraitində davam edir
04/08 | 10:46 İtaliya futbol çempionatının yeni mövsümünün başlayacağı vaxt açıqlanıb
04/08 | 09:01 “Keşlə” “Səbail”in qapısından iki cavabsız qol keçirib
03/08 | 19:09 Almaniya millisinin sabiq futbolçusu karyerasını bitirib
03/08 | 18:30 “Zirə” klubuna yeni prezident təyin olunub
03/08 | 17:41 Çağırış kuboku: “Azərreyl”in rəqibi avqustun 21-də müəyyənləşəcək
03/08 | 17:29 Milli komandamızın təlim-məşq toplanışının vaxtı müəyyənləşib
03/08 | 16:14 “Keşlə” və “Səbail” yoxlama oyununda üz-üzə gələcəklər
03/08 | 15:55 “Arsenal” “Sevilya”nın müdafiəçisi Dieqo Karlosla yaxından maraqlanır
03/08 | 15:31 “Barselona” Nelson Semedu ilə müqavilənin müddətini artırmaq istəyir
03/08 | 11:30 "Sabah" klubu Ramil Şeydayev ilə müqaviləni yeniləyib
03/08 | 10:19 Beynəlxalq virtual kata turnirinin qalibləri müəyyənləşib
03/08 | 09:00 FİFA-nın prezidenti istintaq müddətində vəzifəsindən uzaqlaşdırılmayacaq
02/08 | 15:10 Yaşar Məmmədov - 85
02/08 | 11:22 İtaliya A Seriyası: “Milan”, “İnter”, “Napoli” və “Roma” qələbə qazanıb
02/08 | 10:16 "Portu" 17-ci dəfə Portuqaliya kubokunu qazanıb
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 20 13 6 1 34-7 45
2 Neftçi 20 10 7 3 33-14 37
3 Keşlə 20 8 6 6 27-21 30
4 Sumqayıt 20 6 5 9 24-32 23
5 Zirə 20 6 6 9 25-37 23
6 Sabah 20 5 6 9 19-27 21
7 Səbail 20 5 5 10 16-30 20
8 Qəbələ 20 5 4 11 25-35 19
İdman Jurnalistlərinin Respublika Toplantısı keçirildi
Tarix: 20.02.2020 | Saat: 15:50:00 | E-mail | Çapa göndər
Bu gün Bulvar otelində İdman Jurnalistlərinin Respublika Toplantısı keçirilib.

Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) təşkilatçılığı ilə gerçəkləşən tədbirə qurumun İdarə Heyətinin üzvləri ilə yanaşı, ölkənin bu sahədə çalışan KİV nümayəndələri, ayrı-ayrı idman qurumlarının mətbuat katibləri və veteran yazarlar qatılıblar.


Dövlət himninin səsləndirilməsi ilə başlanan mərasim AİJF sədri Qabil Mehdiyevin salamlama nitqi ilə davam etdirilib. Q.Mehdiyev İdarə Heyətinin ictimai əsaslarla və təmənnasız çalışdığını xatırladıb. O, idman mediasının ümumi maliyyələşmədən kənarda qalmasına diqqət çəkərək, bu düşüncənin dəyişməsinə çalışacaqlarını açıqlayıb. Sədr idman jurnalistikasının stimullaşdırılması üçün müxtəlif seminarlar və yazı müsabiqələri keçirəcəklərini söyləyib.


Veteran jurnalistlər adından çıxış edən Oqtay Bayramov bu günü idman yazarları üçün xüsusi gün adlandırıb. AİJF-nin xoş təşəbbüs göstərdiyini bildirən O.Bayramov Azərbaycanda idman jurnalistikası ənənələrini gənc jurnalistlərin uğurla davam etdirdiklərini vurğulayıb. O, ümid etdiyini bildirib ki, Respublika toplantısından sonra bu fəaliyyət daha da güclənəcək. Toplantının Tokio-2020 Yay Olimpiya Oyunlarının keçirildiyi ilə təsadüf etdiyini deyən O.Bayramov bütün həmkarlarına idmanın tərəqqisi naminə uğurlar arzulayıb.

Daha sonra dünyasını dəyişmiş idman jurnalistlərinin xatirələri bir dəqiqəlik sükutla yad olunub.


Tədbirə fəxri qonaq qismində qatılan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının magistr proqramının rəhbəri Den Meyson bildirib ki, əvvəllər jurnalistlərin səsini bu qədər eşitmək mümkün deyildi: "Artıq onların səsi tez-tez eşidiləcək. Magistr proqramımızın meneceri Ellada Mustafayeva AİJF İdarə Heyətinin üzvüdür. Şəxsən özüm də idman mediasının inkişafına lazımi dəstəyi göstərməyə hazıram".

Ardından medianı narahat edən məsələlərin müzakirəsi başlanılıb. Çıxış edən KİV nümayəndələri, mətbuat katibləri və veteran jurnalistlər bu sahədə mövcud olan bir çox problemləri qaldırıblar. Onlar müxtəlif təkliflər də səsləndiriblər. Jurnalistlər çıxışları zamanı belə toplantının təşkilini çoxdan gözlədiklərini deyərək, buna görə AİJF-yə təşəkkürlərini bildiriblər.


Qol.az saytının baş redaktoru Aydın Bağırov bildirib ki, Azərbaycanın iqtisadi cəhətdən gücləndiyi bir şəraitdə idman mediasında maddi problemlər var. Eyni zamanda KİV-in özünü maliyyələşdirməsi və gəlir əldə etməsi üçün azad reklam bazarı mövcud deyil. O, idman jurnalistikasının inkişafına dair Dövlət Proqramının qəbul olunmasının zəruriliyini vurğulayıb. A.Bağırov mətbuat xidmətlərini də media ilə normal əməkdaşlığa, hər hansı tənqidə görə uçurum yaratmamağa çağırıb. A.Bağırov 20 fevralın Azərbaycanın İdman Jurnalistləri günü kimi qeyd olunmasını təklif edib.

Futbolpress.az saytının baş redaktoru Elçin Cəlilov elektron KİV-in inkişafı üçün şəraitin yaradılması və idman saytlarının redaksiyalarla təmin edilməsinin vacibliyini söyləyib. Sport24.az saytının rəhbəri Ceyhun Əliyev isə idman jurnalistlərinin attestasiyadan keçirilməsini və akkreditasiya ilə bağlı məsələlərə yenidən baxılmasını təklif edib. Onun sözlərinə görə, yerli çempionat oyunlarını işıqlandıranların sayı xeyli az olduğu halda, beynəlxalq matçlarda jurnalistlər azarkeş kimi iştirak edirlər. Baş redaktor onu da bildirib ki, KİV vasitəsilə təhqirlərə yol verilməsinin qarşısı alınmalıdır.


Atv.az-ı təmsil edən Vüqar Vüqarlı qeyri-futbol növlərindən yazan jurnalistlərin azlığına diqqət çəkərək, AFFA-dan başqa heç bir federasiyanın media üçün treninq təşkil etmədiyini vurğulayıb.

İTV-nin idman şöbəsinin rəhbəri, Azərbaycan Badminton və Qılıncoynatma federasiyalarının mətbuat katibi Kənan Hakimov idman sahəsində çalışan 100-dək media nümayəndəsinin bir araya gətirilməsini böyük uğur adlandırıb. Ötən il Bakıda keçirilmiş UEFA Avropa Liqasının final oyunu ərəfəsində erməni futbolçu Henrix Mxitaryanla bağlı məsələdə idman mediasının informasiya müharibəsində önə çıxa bilmədiyini deyən K.Hakimov AVRO-2020-nin qarşılaşmaları ərəfəsində media seminarlarının və dil kurslarının təşkilini vacib sayıb.


Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru Aslan Şahgəldiyev bildirib ki, təmsil olunduğu qurumda çempionat oyunlarını işıqlandırmaq üçün 250-dək media nümayəndəsi qeydiyyatdan keçdiyi halda, stadionlarda bir neçə media nümayəndəsinə rast gəlinir.

Digər çıxış edənlər də maraqlı fikir mübadiləsinin getdiyini və toplantının təşkilindən razılıqlarını dilə gətiriblər.


Qaldırılan məsələlərlə səsləndirilən təkliflərə münasibət bildirən AİJF sədri və İdarə Heyətinin üzvləri bütün bunların qeydə alındığını və həlli yolunda müvafiq addımların atılacağını vurğulayıblar.

Mövzuya aid fotolar:
Slayd Əvvəlki Sonrakı Son
Xəbər 243 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
05.08.2020 Azərbaycan triatlonçusu Kseniya Levkovskaya reytinq cədvəlində mövqeyini qoruyub
04.08.2020 MHL-də pley-off mərhələsinin onaltıdabir final görüşləri davam edir
04.08.2020 “Gənclərbirliyi”nin yeni baş məşqçisi müəyyənləşib
04.08.2020 Triatlonçumuz Rostislav Pevtsov beynəlxalq reytinq cədvəlində mövqeyini qoruyub
02.08.2020 Yaşar Məmmədov - 85
31.07.2020 30 paraşütçü Latviya rekordunu təyin etməyə hazırlaşır
29.07.2020 Həbib Nurməhəmmədovun Castin Getji ilə döyüşünün vaxtı müəyyənləşib
29.07.2020 Birinci MDB Oyunları oktyabrda keçirilə bilər
28.07.2020 Həbib Nurməhəmmədov karyerasının son döyüşünü kanadalı idmançıya qarşı keçirə bilər
27.07.2020 Azərbaycan Sindo-ryu və Pençak-silat Federasiyası növbəti uğura imza atıb.


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Koronavirus hər şeyi məhv edir, yoxsa mehvərinə, özünə və məğzinə qaytarır
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Donmuş reytinqin ön sıraları haqqında fərqli düşüncələr
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Formula 1 maliyyə böhranından üzüağ çıxa biləcəkmi ?
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru