Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
24/04 | 22:21 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib
24/04 | 21:22 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24/04 | 19:19 Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
24/04 | 17:18 Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
24/04 | 14:17 Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
24/04 | 13:26 Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
24/04 | 10:13 Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır
24/04 | 09:21 Azərbaycan Kubokunda finalçılar bu gün bəlli olacaq
24/04 | 09:10 Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib
23/04 | 19:08 Voleybol üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb
23/04 | 18:07 Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi bəlli olub
23/04 | 17:04 Futzal üzrə Azərbaycan Kubokunun yarımfinal oyunlarına təyinatlar açıqlanıb
23/04 | 14:02 “Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
23/04 | 12:31 AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
23/04 | 12:30 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum olub
23/04 | 10:00 Azərbaycan şahmatçısı Avropa çempionatında ardıcıl 4 qələbə əldə edib
23/04 | 09:55 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq
22/04 | 23:29 1/4 finalçılar müəyyənləşib
22/04 | 22:56 Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər
22/04 | 22:38 Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
22/04 | 19:08 Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası ölkə çempionu olub
22/04 | 18:03 1/8 final mərhələsinin oyunları keçirilib
22/04 | 12:21 Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə tanışlıq
22/04 | 09:51 Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq
22/04 | 09:29 Azərbaycan paraüzgüçüsü Avropa çempionu olub
21/04 | 21:28 Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub
21/04 | 20:35 "İdman Paytaxtı" seçilmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb
21/04 | 09:23 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 2 medal qazanıb
20/04 | 22:21 Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb
20/04 | 21:38 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
20/04 | 14:37 Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
20/04 | 12:26 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
20/04 | 10:15 Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq
19/04 | 21:13 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
19/04 | 20:10 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Bakıda təşkil olunan batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışlarına yekun vurulub
Tarix: 16.02.2020 | Saat: 13:48:00 | E-mail | Çapa göndər
Fevralın 16-da Bakıda təşkil olunan batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışlarına yekun vurulub.

Mötəbər turnirin sonuncu günündə təsnifat yarışlarında uğurlar çıxış edən gimnastlar medallar uğrunda mübarizə aparıblar.

Əvvəlcə qadın və kişi batutçuların fərdi yarışlarında qaliblərin adına aydınlıq gəlib. Qadınların yarışında ilk iki yeri Çin idmançıları tutublar. Belə ki, Xueyinq Cu 55,810 xalla qızıl medal qazanıb. Komanda yoldaşı Linqlinq Liu isə 54,945 xalla ikinci olub. İlk üçlüyü 54,585 xalla Kanada təmsilçisi Samanta Smit tamamlayıb. Kişilərin mübarizəsində “Rio-2016” Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, çinli Qao Ley birinci olub. Final mərhələsində çıxışına görə, hakimlərdən 61,585 xal alan Q.Ley bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ötən il Yaponiyada təşkil olunan dünya çempionatının mükafatçısı, belaruslu İvan Litvinoviç 61,360 xalla gümüş medala sahib olub. Digər çinli idmançı, “London-2012” Yay Olimpiya Oyunlarının qalibi Dun Dun isə 60,260 xalla yarışı üçüncü pillədə başa vurub.

Sonra kişi və qadın tamblinqçilər öz aralarında ən güclüləri müəyyənləşdiriblər. ABŞ idmançısı Kaden Braun 75,400 xalla kişilər arasında dünya kuboku yarışlarının qalibi olub.

Avstraliyalı Etan Makquinness 73,600 xalla yarışı ikinci, Rusiya təmsilçisi Aleksandr Lisitsin isə 72,700 xalla üçüncü pillədə başa vurub. Azərbaycan idmançısı Fərid Mustafayev isə 57,600 xalla böyüklər arasında ilk dəfə çıxış etdiyi yarışda səkkizinci pillədə qərarlaşıb. Qadın idmançıların yarışında isə ilk iki yeri Rusiya təmsilçiləri tutublar.

Dünya çempionu Viktoriya Danilenko 66,600 xalla birinci, İrina Siliçeva isə 64,800 xalla ikinci olub. ABŞ gimnastı Tia Teylor isə 64,300 xalla bürünc medal qazanıb.

Dünya kubokuna batut gimnastikası üzrə kişi və qadın sinxron cütlüklərin final yarışı ilə yekun vurulub. Yana Lebedeva və İrina Kundiusdan ibarət Rusiya komandası 48,530 xalla bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ukraynalı qadın batutçular Marina Kyiko və Svetlana Malkovadan ibarət cütlük 48,430 xalla gümüş medala sahib olub. ABŞ-ı təmsil edən Nikola Eşinger və Cessika Stevens 48,010 xalla yarışı üçüncü pillədə başa vurublar. Kişi batutçuların yarışında Belarusu təmsil edən “Rio-2016” Yay Olimpiya Oyunlarının çempionu Vladislav Qançarov və Oleq Ryabtsev 52,720 xalla qızıl medala sahib olublar. Piyer Guzu və Mikael Vivianidən ibarət Fransa komandası 51,310 xalla yarışda ikinci pillədə qərarlaşıb. İlk üçlüyü qazaxıstanlı batutçular Pirməmməd Əliyev və Daniel Mussabayev 50,780 xalla tamamlayıblar. Belaruslu batutçu V.Qançarov 2015-ci ildə Bakıda təşkil olunan birinci Avropa Oyunlarında həm fərdi, həmdə sinxron proqramda gümüş medal qazanıb. Gimnast ötən il Minskdə keçirilən ikinci Avropa Oyunlarının fərdi yarışlarında isə qalib gəlib.

Sonra turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku təqdim olunub. Kişi və qadın batutçuların fərdi yarışlarında belaruslu V.Qançarov və çinli Xueyinq Cu, tamblinqdə isə ABŞ təmsilçisi Hop Bravo və Rusiya gimnastı Maksim Riabikov fərqləniblər.

“Tokio-2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarışda 30 ölkədən 150 gimnast birincilik uğrunda mübarizə aparıb.

Xatırladaq ki, ötən il Bakıda baş tutmuş batut gimnastikası üzrə dünya kuboku da Olimpiadaya təsnifat xarakteri daşıyırdı. 2018-ci ildə isə paytaxtımız 26 ölkənin iştirakı ilə gimnastikanın bu növü üzrə ilk dəfə Avropa çempionatına ev sahibliyi edib. Gələn il Azərbaycanda ilk dəfə batut gimnastikası üzrə dünya çempionatı keçiriləcək.
Xəbər 824 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
20.04.2024 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
15.04.2024 Azərbaycan gimnastları beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar
08.04.2024 Azərbaycanın bədii gimnastları Estoniyada qızıl medallar qazanıblar
07.04.2024 Azərbaycan gimnastı Avropa çempionatında gümüş medala sahib olub
07.04.2024 Azərbaycan gimnastika millisi beynəlxalq turnirdə bürünc medal qazanıb
31.03.2024 Azərbaycanın gimnastika millisi Fransada qızıl medal qazanıb
25.03.2024 Azərbaycanın bədii gimnastı Qazaxıstanda bürünc medal qazanıb
25.03.2024 Azərbaycanın daha bir gimnastı Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
24.03.2024 Azərbaycan gimnastları Portuqaliyada gümüş medal qazanıblar
23.03.2024 Azərbaycan gimnastları Qazaxıstanda keçirilən turnirdə 6 medal qazanıblar


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru