Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
19/04 | 10:32 Azərbaycan Premyer Liqasında tura Tovuzda start veriləcək
18/04 | 14:22 Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
18/04 | 14:21 Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
18/04 | 11:39 Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
18/04 | 10:47 Azərbaycanın U-17 millisi İnkişaf turnirində iştirak edəcək
18/04 | 10:16 Azərbaycan cüdo millisinin Polşa toplanışı başa çatıb
18/04 | 09:17 Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər
17/04 | 20:34 Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
17/04 | 18:32 17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
17/04 | 16:48 Azərbaycan voleybol çempionatında ilk finalçı müəyyənləşib
17/04 | 15:36 Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
17/04 | 12:40 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək
17/04 | 11:49 Azərbaycan bilyardçısı Avropa çempionu olub
17/04 | 11:18 Azərbaycanın gənc avarçəkənləri Türkiyədə turnirə qatılacaqlar
17/04 | 10:17 Azərbaycan stolüstü tennisçiləri “Türk Dövlətləri” beynəlxalq turnirində mükafat qazanıblar
17/04 | 09:44 Fərid Qayıbov ABŞ-də azərbaycanlı idmançılar və tələbələrlə görüşüb
16/04 | 18:05 AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir
16/04 | 17:23 Azərbaycan voleybol çempionatı: yarımfinal mərhələsinin daha bir oyunu keçirilib
16/04 | 15:29 Azərbaycan Premyer Liqası: "Qarabağ” – “Neftçi” görüşünün başlama saatı bəlli olub
16/04 | 13:42 Paytaxtın abad məhəllələrində minifutbol yarışlarına start verilib
16/04 | 12:57 Azərbaycanın 5 gimnastı Çexiyada beynəlxalq turnirdə iştirak edəcək
16/04 | 11:25 Olimpiadaya lisenziya qazanan Azərbaycanın 3x3 basketbol millisi Vətənə dönüb
16/04 | 09:23 Azərbaycanın futzal millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək
15/04 | 19:25 Azərbaycanlı Mərakeşin ən yüksək zirvəsini fəth edib
15/04 | 15:50 “Sabah” ardıcıl iki oyunda "Qarabağ"a üç qol vurmaqla tarixə düşüb
15/04 | 15:08 Azərbaycanın altı idman gimnastı Dünya Kubokunda iştirak edəcək
15/04 | 12:53 Azərbaycan taekvondoçuları Serbiyada iki medal qazanıblar
15/04 | 12:01 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
15/04 | 11:49 Azərbaycan para-badmintonçuları İspaniyada beynəlxalq turnirdə iştirak edəcəklər
15/04 | 11:25 Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
15/04 | 10:37 Azərbaycan çempionatında 4-cü turun partiyaları keçirilib, vahid lider bəlli olub
15/04 | 09:49 Azərbaycan gimnastları beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar
14/04 | 22:10 Cüdo üzrə Bakı kəndləri birinciliyi keçirilib
14/04 | 21:32 Azərbaycan cüdoçuları Berlindəki Avropa Kubokunda birinci yeri tutub
14/04 | 20:14 Azərbaycan boksçuları Avropa çempionatını iki qızıl medalla başa vurub
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Azərbaycan Gimnastika Federasiyası üçün daha bir uğurlarla zəngin il geridə qalır
Tarix: 23.12.2019 | Saat: 13:01:00 | E-mail | Çapa göndər
Gimnastlarımız 2019-cu ildə 104 medal qazanıblar

Azərbaycan Gimnastika Federasiyası (AGF) daha bir ili mühüm uğurlarla başa vurur.

Azsport.az AGF-yə istinadla xəbər verir ki, 2019-cu il həm ölkəmizdə keçirilmiş gimnastika tədbirləri, həm də gimnastlarımızın uğurları ilə zəngin olub.

Milli Gimnastika Arenası bu il səkkiz beynəlxalq yarışa ev sahibliyi edib. Yarışlar mövsümünə ilk olaraq ənənəvi dünya kubokları ilə start verilib. Fevralda batut gimnastikası, martda idman gimnastikası və apreldə təşkil edilmiş bədii gimnastika üzrə dünya kuboklarında iştirak etmək üçün ümumilikdə 1020-dən çox insan ölkəmizə səfər edib. Bundan əlavə, apreldə həm də gənclər arasında bədii gimnastika üzrə ikinci “AGF Junior Trophy” adlı beynəlxalq turnir keçirilib. Bu yarışın sonuncu günündə qrup hərəkətləri komandamız qızıl medal qazanıb və himnimizi tamaşaçılarla birgə səsləndirib. Onların həmin andan görüntülənmiş videosu AGF-nin sosial şəbəkələrdəki hesablarında ən çox baxılan və paylaşılan video olub.

Mayda Azərbaycanda ilk dəfə gimnastikanın iki növü üzrə birgə Avropa çempionatı təşkil edilib. Bədii gimnastika üzrə qitə birinciliyi ölkəmizdə dördüncü dəfə təşkil olunsa da, aerobika gimnastikası üzrə Avropa çempionatına ölkəmiz ilk dəfə ev sahibliyi edib. Hər iki növ üzrə yarışlara 500-dən çox gimnast qatılıb.

Milli Gimnastika Arenasında keçirilmiş növbəti turnir - XV Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində kişi və qadın idman gimnastikası üzrə yarışlar olub. “Bakı 2019”da 38 ölkədən 170 idmançı qüvvəsini sınayıb. Nəhayət, bu il ölkəmizdə təşkil edilmiş ən genişmiqyaslı gimnastika tədbiri – “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli bədii gimnastika üzrə dünya çempionatı sentyabrda baş tutub. Azərbaycanda ikinci dəfə keçirilmiş bu çempionatda bədii gimnastika üzrə qrup hərəkətləri komandamız çoxdan gözlənilən nəticəni – “Tokio 2020”yə lisenziya qazanıb. Olimpiadaya daha bir vəsiqəni isə Zöhrə Ağamirova əldə edib.
Bədii gimnastlarımızın bu uğurundan dərhal sonra Olimpiya Oyunlarına daha iki lisenziyanı idman gimnastlarımız qazanıblar. Almaniyanın Ştutqart şəhərində keçirilmiş idman gimnastikası üzrə dünya çempionatında idman gimnastlarımız Marina Nekrasova və İvan Tixonov çoxnövçülük üzrə təsnifat mərhələlərində yetərli xal toplayaraq, Olimpiya Oyunlarına vəsiqəni təmin ediblər. M.Nekrasovanın əldə etdiyi lisenziya Azərbaycanın qadın idman gimnastikası tarixində ilk Olimpiya lisenziyasıdır.

İdmançılarımızın uğurlarından danışarkən gənc və yeniyetmə gimnastlarımızı xüsusilə qeyd etmək lazımdır. Bu il onlar üçün həm Azərbaycanda, həm də ölkə xaricindəki yarışlarda qazandıqları uğurları ilə əlamətdar olub.

Yeni ildən etibarən böyük gimnastların yarışlarına qatılacaq Arzu Cəlilova cari ildə gənclər arasında ilk dəfə olaraq Rusiyada təşkil edilmiş ilk dünya çempionatında iki medal - topla hərəkətlərdə gümüş, iplə isə bürünc medal qazanıb. İdman gimnastımız Səməd Məmmədli XV Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində idman gimnastikası üzrə yarışlarda dəstəli atda gümüş medala layiq görülüb. Akrobatlarımız isə İsrailin Holon şəhərində keçirilmiş Avropa çempionatından bir medal dəsti ilə qayıdıblar. Murad Rəfiyev və Daniel Abbasov cütlüyü balans hərəkətlərində bürünc, çoxnövçülükdə gümüş və temp hərəkətlərində qızıl medala sahib olublar. Yeniyetmə gimnastlarımızın sevincli medal xəbərləri isə Yaponiyada keçirilən batut gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarından gəlib. Turnir çərçivəsində batut yarışlarında Maqsud Mahsudov fərdi proqramda qızıl, sinxron proqramda Hüseyn Abdullayevlə birgə gümüş medal əldə ediblər. Tamblinq yarışlarında isə Aleksey Karataşov bütün rəqiblərini üstələyərək öz yaş qrupunda qalib olub.

Gənc gimnastlarımızın qazandıqları bu uğurlar Azərbaycanda gimnastika idman növlərinin düzgün və planlı şəkildə inkişaf etdiyini və gələcəkdə Avropa, dünya çempionatlarında, hətta Olimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil edəcək gənc nəslin yetişdiyini göstərir. Bu il öz çıxışları ilə yadda qalan bu idmançılar növbəti illərdə də dünya və Avropa çempionatlarında çıxış edəcəklər.

2019-cu ildə böyüklər kateqoriyasında yarışan gimnastlarımız da ölkəmizdə və xaricdə keçirilmiş yarışlarda çoxsaylı medallar qazanıblar. Dünya kubokları və bir sıra beynəlxalq turnirlərdə əldə edilmiş medallarla yanaşı, İtaliyada keçirilmiş Ümumdünya Yay Universiadasında Zöhrə Ağamirovanın 2 gümüş medalını, Marina Nekrasovanın qızıl medalını, akrobatlarımız – Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı cütlüyünün Belarusda təşkil edilmiş ikinci Avropa Oyunlarında qazandıqları 2 gümüş, 1 bürünc və İsraildə keçirilmiş Avropa çempionatında qazanılan 2 bürünc medallarını qeyd etməyə dəyər.

Aerobika gimnastikası üzrə təmsilçilərimiz isə “aerodans” proqramında mükəmməl çıxış nümayiş etdirərək, Bakıda ilk dəfə təşkil edilmiş qitə birinciliyində Avropa çempionluğunu əldə ediblər.

Ümumilikdə isə gimnastlarımız 2019-cu il ərzində 32-si qızıl, 33-ü gümüş və 39-u bürünc olmaqla 104 medal qazanıblar.
Gimnastlarımızın uğurları ilə yanaşı, məşqçi və hakimlərimizin də fəaliyyətini qeyd etmək lazımdır. Belə ki, onlar tez-tez Beynəlxalq Gimnastika Federasiyası (FIG) və bu sahədə çalışan bir sıra təşkilatlar tərəfindən müxtəlif tədbirlərə dəvət alırlar və onların fəaliyyəti daim qiymətləndirilir. Bu il bədii gimnastika üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Mariana Vasileva FIG tərəfindən “Əməkdar məşqçi” diplomu ilə təltif olunub. Kişi və qadın idman gimnastikası üzrə beynəlxalq dərəcəli hakim Rza Əliyev isə “Uzun müddətli fərqlənən hakimlik” fəaliyyətinə görə FIG tərəfindən “Qızıl diplom”a layiq görülüb.

Hakimlərimiz bu il Minskdə keçirilmiş Avropa Oyunları, gimnastika növləri üzrə Avropa və dünya çempionatları yarışlarında hakimlik etmək üçün Avropa Gimnastika İttifaqı və FIG tərəfindən dəvət olunublar.

Cari ildə AGF fəaliyyət sahəsini daha da genişləndirib. Bu ildən etibarən federasiya FIG tərəfindən tanınan gimnastika növləri sırasına yeni daxil olmuş parkuru inkişaf etdirmək istiqamətində müəyyən addımlar atıb. Bu növ üzrə təmsilçilərimiz ilk dəfə olaraq parkur üzrə dünya kubokunda iştirak ediblər. Eləcə də təmsilçimiz parkur üzrə beynəlxalq hakimlik kurslarına qatılaraq, imtahanlardan müvəffəqiyyətlə keçib və beynəlxalq hakimlik dərəcəsini əldə edib.

Bütün bunlarla yanaşı, AGF tərəfindən bu il müxtəlif gimnastika növləri üzrə məşqçilik və hakimlik kursları təşkil edilib. Kişi idman gimnastikası üzrə ikinci, batut gimnastikası üzrə birinci, aerobika gimnastikası üzrə ikinci dərəcəyə aid FIG Akademiyasının məşqçilik kursları, eləcə də bədii gimnastika və “TeamGym” növü üzrə yerli mütəxəssislər üçün məşqçilik və hakimlik kursları təşkil edilib.

Təsadüfi deyil ki, 2018-ci ilin yekunlarına əsasən də Azərbaycan Gimnastika Federasiyasının fəal fəaliyyəti FIG tərəfindən yüksək qiymətləndirilib və “Mükafatlandırılan federasiyalar”ın siyahısında 2017-ci ildə olduğu kimi yenidən birinci olub.
Azərbaycanda təşkil edilmiş gimnastika tədbirləri ölkə iqtisadiyyatı üçün də faydalı olub. Belə ki, bu tədbirlərdə iştirak üçün ölkəmizə gələn qonaqlar paytaxtımızın müxtəlif mehmanxanalarında 11 min 500 gecədən artıq otaqlar sifariş ediblər. Bu otaqların əksəriyyətinin ikinəfərlik otaqlar olmasını nəzərə alaraq, həmin şəxslərin alış-verişə, həmçinin qidalanmaya, müxtəlif suvenirlər və hədiyyələrin alınmasına, muzey və şəhərin görməli yerlərinə baş çəkmələrinə xərclədiyi maliyyə vəsaitinin müəyyən qədər ölkə iqtisadiyyatına da öz töhfəsini verdiyini güman etmək olar.

Bakı ilə yanaşı, bölgələrdə də gimnastika növlərinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir. Bu il ərzində daha 4 bölgədə - Lənkəran və Qaxda bədii, Masallı və Şirvanda isə kişi idman gimnastikası üzrə bölmələr fəaliyyətə başlayıb. Eləcə də yerli yarışlar təkcə paytaxtda deyil, digər şəhərlərdə də təşkil edilir. Belə ki, bu il kişi və qadın idman gimnastikası, akrobatika və aerobika üzrə noyabr ayında keçirilmiş birgə yarışlar Sumqayıtda təşkil olunub.

Bütün bu tədbirlərin həyata keçirilməsində əsas məqsəd əhalinin sağlam həyat tərzi sürməsinə kütləvi surətdə cəlb edilməsi, gimnastika idman növünün daha çox insana aşılanması və bu sahədə kiçik uşaqlarla yanaşı valideynlərin, eləcə də bütün yaş qruplarına aid insanların fəallığının artırılmasıdır.

Gimnastika növləri üzrə yığma komandaların üzvləri, onların valideynləri, həmçinin məşqçilərin iştirakı ilə ilk dəfə təşkil edilmiş birinci AGF estafet yarışları bu tədbirlər sırasına aid etmək olar. Kollektivin ruhunu inkişaf etdirmək və iştirakçıların fiziki hazırlığını yüksəltmək üçün keçirilmiş bu tədbirdə həm uşaqlar, həm valideynlər, həm də məşqçilər maraqlı oyunlarda iştirak edərək əyləncəli anlar yaşayıblar.

Federasiya ilin son günlərində ən yaxşı idmançıların onluğuna daxil olmuş gimnastların adlarını da elan edib. Bunlar Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı cütlüyü (akrobatika), Zöhrə Ağamirova (bədii gimnastika), Arzu Cəlilova (bədii gimnastika), Daniel Abbasov və Murad Rəfiyev cütlüyü (akrobatika), Marina Nekrasova (qadın idman gimnastikası), “aero dans” qrupu (aerobika), qrup hərəkətləri komandası (bədii gimnastika), Səməd Məmmədli (kişi idman gimnastikası), Maqsud Mahsudov (batut gimnastikası) və Nikita Simonovdur (kişi idman gimnastikası).

Nəhayət, 2019-cu ilə ənənəvi Yeni il şousu ilə yekun vurulacaq. Artıq uzun illərdir ki, təşkil edilən bu şounun aktyorları gimnastika növləri üzrə yığma komandaların üzvləri, məşqçi və xoreoqraflarıdır. Hər il böyük maraqla qarşılanan bu şouda rəngarəng işıq, səs və qrafik effektlərdən, eləcə də xüsusi geyimlərdən istifadə olunacaq. Hər kəsin artıq səbirsizliklə gözlədiyi bu şou “Tarik Gimmaster və dostlarının sehrli sərgüzəştləri” adlanır.

Federasiyanın geniş spektrli fəaliyyəti təkcə bunlarla yekunlaşmır. Bu idman növünün ölkəmizdə daha da populyarlaşması və təbliğatı məqsədilə gimnastika növləri üzrə yığma komandaların iştirakı ilə sosial videoçarxlar çəkilir, sosial layihələr həyata keçirilir, eləcə də məhdud imkanlı insanlarla əməkdaşlıq edilir. Növbəti ildə də AGF-nin bu istiqamətdə fəaliyyəti davam etdiriləcəkdir.


Xəbər 749 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
15.04.2024 Azərbaycan gimnastları beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar
08.04.2024 Azərbaycanın bədii gimnastları Estoniyada qızıl medallar qazanıblar
07.04.2024 Azərbaycan gimnastı Avropa çempionatında gümüş medala sahib olub
07.04.2024 Azərbaycan gimnastika millisi beynəlxalq turnirdə bürünc medal qazanıb
31.03.2024 Azərbaycanın gimnastika millisi Fransada qızıl medal qazanıb
25.03.2024 Azərbaycanın bədii gimnastı Qazaxıstanda bürünc medal qazanıb
25.03.2024 Azərbaycanın daha bir gimnastı Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
24.03.2024 Azərbaycan gimnastları Portuqaliyada gümüş medal qazanıblar
23.03.2024 Azərbaycan gimnastları Qazaxıstanda keçirilən turnirdə 6 medal qazanıblar
18.03.2024 Azərbaycan gimnastları “AGF Trophy” turnirinin son günündə 13 medal qazanıblar


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru