Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
24/04 | 22:21 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib
24/04 | 21:22 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24/04 | 19:19 Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
24/04 | 17:18 Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
24/04 | 14:17 Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
24/04 | 13:26 Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
24/04 | 10:13 Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır
24/04 | 09:21 Azərbaycan Kubokunda finalçılar bu gün bəlli olacaq
24/04 | 09:10 Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib
23/04 | 19:08 Voleybol üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb
23/04 | 18:07 Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi bəlli olub
23/04 | 17:04 Futzal üzrə Azərbaycan Kubokunun yarımfinal oyunlarına təyinatlar açıqlanıb
23/04 | 14:02 “Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
23/04 | 12:31 AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
23/04 | 12:30 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum olub
23/04 | 10:00 Azərbaycan şahmatçısı Avropa çempionatında ardıcıl 4 qələbə əldə edib
23/04 | 09:55 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq
22/04 | 23:29 1/4 finalçılar müəyyənləşib
22/04 | 22:56 Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər
22/04 | 22:38 Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
22/04 | 19:08 Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası ölkə çempionu olub
22/04 | 18:03 1/8 final mərhələsinin oyunları keçirilib
22/04 | 12:21 Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə tanışlıq
22/04 | 09:51 Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq
22/04 | 09:29 Azərbaycan paraüzgüçüsü Avropa çempionu olub
21/04 | 21:28 Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub
21/04 | 20:35 "İdman Paytaxtı" seçilmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb
21/04 | 09:23 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 2 medal qazanıb
20/04 | 22:21 Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb
20/04 | 21:38 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
20/04 | 14:37 Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
20/04 | 12:26 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
20/04 | 10:15 Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq
19/04 | 21:13 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
19/04 | 20:10 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Əsas vəzifəyə ən münbit şərait səfərdə yaranacaq
Tarix: 05.11.2019 | Saat: 08:01:00 | E-mail | Çapa göndər
BATI YAR | batyyar@mail.ru

“Qarabağ" istənilən halda oyuna bir addım öndə başlayacaq

Azərbaycan futbol klublarına avrokubok tarixində yeni səhifə açmaq üçün yaranmış ilk münbit şəraitdən istifadə etməsini erkən - 3-cü turda gözləsək də, meydanda yaşananlar buna imkan vermədi.

"Qarabağ" bir mövsümdə ikinci dəfə APOEL səddində ilişdi. Lakin bu dəfə ümid 1 xalla özünü, yerini və kökünü qorudu. İndi qarşıdakı cümə axşamı səfərdən gətirilən bir xal belə Azərbaycan çempionunun bu tarixə bir addım yaxınlaşdıra bilər.

Əlbəttə, oyun və oyunçu, taktiki və strateji potensiala görə "Qarabağ" APOEL-dən çox irəlidə sayılmır. Lakin rəqibin ilk qrup matçında buraxdığı səhv və xal itkisi daha çox Azərbaycan təmsilçisinin xeyrinə oldu. Üstəlik, Lüksemburq səfərindən sonra bir az da qətiləşdi. Bunun verdiyi psixoloji üstünlüklə qüvvələri daha da mobilləşdirmək olardı. APOEL-dən çox da güclü sayılmasa belə və həm də hətta geniş olmayan ehtiyat oyunçular skamyasına rəğmən, rəqiblə müqayisədə "Qarabağ"ın əyani üzə çıxan üstün cəhəti var və bu da uzun müddət bir yerdə oyun təcrübəsi olan sabit heyətidir. İkinci məsələ yarış təcrübəsidir və Ağdam klubu ardıcıl qrup mərhələləri ilə daha bişmiş, oturuşmuş oyun göstərməlidir. Üstəlik, rəqib hətta ortabab səviyyəsində belə seçilənlərdən deyil və ona qalib gəlmək mümkündür. Lakin zərbə gözlənilməyən, amma haradasa həm də gözlənilən yerdən gəldi. Faktiki olaraq, matçın nəticəsini "Qarabağ" özü müəyyən etdi. Qapısından keçirilən hər iki top komandanın yalnız öz səhvlərinin məhsulu idi və bunda rəqibin hər hansı fəallığı və əlahiddə imkanlarının, yaxud taktiki gedişlərinin nəticəsi deyildi. Qalan vaxt, qarşılaşmanın gedişi və prinsipial məqamlarda isə "Qarabağ"ın üstünlüyü də bunu sübut edirdi. Daha bir sübut isə ikinci hissənin özü oldu. Fasilə ərəfəsində buraxılan ikinci qoldan sonra hesabda geri düşən kollektiv son hissədə üstünlüyünün nə qədər real olduğunu bir daha əyani nümayiş etdirdi.

Erkən qoldan sonra "Qarabağ"ın qələbəni əldən verməyəcəyinə inanmaq olardı. Kollektiv belə fürsətləri layiqincə dəyərləndirə bilir. Lakin buraxılan səhvlərin də başlanğıcı elə bu oldu. Üstəlik, rəqib hesabda geri düşəndən sonra da irəli atılmadı. Onun taktiki hiyləsi baş tutdu. Ev sahibi durduğu yerdə səhvlər buraxdı, ehtiyatı da əldən verdi. Durğunluq qeyri-sabitliyə gətirdi. Rəqib isə yenə vurduğu cavab qolundan sonra sanki ev sahiblərinin cərgəsinə qorxu toxumu səpdi və bununla öz ovunu əldə etmək üçün qınına çəkilib fürsətini gözlədi.

Əlbəttə, "Qarabağ"ın müdafiə problemləri var və aşkar üzə çıxmağa başlayıb. Bunun bir səbəbi məşqçi korpusunun israrla yeniliklərə, hətta taktiki düzəlişlərə əl atmamasıdır. Məsələ, sadəcə, uzunmüddətli kapitanı və ölkə futbolu tarixinə adını yazmış futbolçulardan birinin hələ də meydanda olması ilə bağlı deyil. Komandada bu sahədə yenilikçilik nəsil dəyişikliyi ilə bərabər, rəqabətədavamlı mühitin formalaşması müşahidə olunmur.

Ümumiyyətlə, strateji məqsədlərdən çox bəhs etmək olar və bunlar içərisində komandanın Avropa arenasında əldə etdiyi təcrübədən faydalanaraq bir pillə yuxarı adlamağa çalışmamasını da qeyd etmək olar. Lakin konkret günün vəzifələri sırasında qarşıda dayanan vəzifə real olduğu qədər də vacibdir.

Bu xüsusda bir məqamı da vurğulayaq. Son dövrlər Ağdam təmsilçisinin cari Avroliqa yarışlarında uğursuzluqlara məruz qalan bir sıra möhkəm və güclü kollektivlərlə müqayisəsi də yerinə düşmür. Çünki Azərbaycan futbolu üçün bu dəfə "Qarabağ"ın timsalında böyük qapı açılıb və onu dəyərləndirməmək özü də psixoloji təhlükə mənbəyinə çevrilə bilər. Artıq vacib vəzifəni yerinə yetirdiyi heç bir şübhə doğurmayan "Sevilya" istisna olmaqla, rəqiblərin səviyyə fərqinin olmaması, hətta deyərdim, digərlərində "Qarabağ"dan daha aşağı olması, komandamızı favorit kimi göstərməyə əsas verir. Azərbaycan çempionunun özünü favorit kimi hiss etməsinin daha bir əsası turnir cədvəlindəki vəziyyətdir. Bu isə "Qarabağ"a qitə arenasında da favoritlik hissini aşılamaqla ümumən Azərbaycan futboluna da bir yeni nəfəslik aça bilər. Avropada uğursuzluğa düçar olan güclü kollektivlərlə müqayisələr komandanın mümkün uğursuzluğunun sığortası kimi görünür, amma ən təhlükəlisi arxayınlıq yaranması ehtimalıdır. Amma həqiqətdə bu qrupdan pley-off mərhələsinə komandamızın adlamaması yalnız və yalnız öz səhvləri ucbatından mümkündür. Elə Bakıda APOEL-lə oyunda buna bir işarəni aldığımız kimi.
Obyektiv təhlil aparsaq, qarşıdakı səfər matçında "Qarabağ"ın üstünlüyü var. İlk növbədə, qalib gəlməkdən başqa çarəsi qalmayan və bütün qüvvəsini buna sərf etməli olan bir ev sahibi ilə üz-üzə olacaq. Lakin onların Bakıda işlətdiyi ikinci və ya kölgədə qalan planlı oyunu da mümkündür və bu səbəbdən heç-heçəyə qane ola biləcəyini şərti olaraq göstərən "Qarabağ" özü rəqibin bu hiyləsinə ən əvvəl psixoloji hazır olmalıdır. O biri yandan, rəqibin ilk dəqiqələrdən irəli atılmaq cəhdi də "Qarabağ"ın istər taktiki, istərsə də oyunçu potensialı baxımından çox xeyrinədir. Bakıda məharətlə Zubiri oyundan çıxaran rəqib bu dəfə belə halda istədiyinə nail ola bilməyəcək və potensial olaraq "Qarabağ" bundan yararlana bilər. Sadəcə, bir fərqlə ki, cinahların qəfil hərəkətliliyi olarsa, uğurun qapısı daha geniş açılacaq.
Ümumən, səfər oyununda "Qarabağ" qələbəyə ən yaxın tərəf kimi meydana çıxacaq. Çünki bütün taktiki təhlil versiyalarında və bütün oyun planlarında Azərbaycan çempionu üstünlüyə malikdir. Bu isə indiyə qədər müxtəlif planlı oyunlara çox da hazırlıqlı görmədiyimiz "Qarabağ" üçün daha bir sınaqdır. Bir qələbə komandanı tarixdə ilk dəfə iki ili əhatə edən mövsümdə Azərbaycan komandasının yaza necə çıxdığını göstərə bilər. Bu isə futbolumuza növbəti yeniləşmə fürsəti verər. Amma bu barədə danışmaq hələ tezdir.

BATI YAR

P.S. "Qarabağ"ın iki futbolçusu - müdafiəçi Aylton və yarımmüdafiəçi Dani Kintana UEFA-nın müəyyən etdiyi 3-cü turun rəmzi komandasında yer alıb. Bu, mövsüm ərzində ikinci belə hadisədir.

P.P.S. Avropa Liqasının 3-cü turu çərçivəsində daha bir matçda Azərbaycan imzası olub. Turda Bolqarıstanın "Ludoqorets" klubu ilə İspaniya "Espanyol"unun görüşünü Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmrəli, Orxan Məmmədovdan ibarət hakimlər dördlüyü idarə edib. Qarşılaşmada qonaqlar 1:0 hesabı ilə qalib gəliblər. Matçda referi Ağayev 7 sarı vərəqə (3-ü ev sahiblərinə) göstərib. Qonaqlardan isə iki sarı vərəqəni bir futbolçu alaraq, meydandan qovulub.

Xəbər 989 dəfə oxundu



 
Müəllifin son yazıları

14.09.2021 “Qarabağ" iki-üç cəbhədə mübarizəyə hazır kimi görünür
14.09.2021 Uduzmaq ayıb deyil, amma...
07.09.2021 Hətta nağıllar reallıqla bitir: üç alma yerə düşür
07.09.2021 Avrokuboklar: Yalnız “Qarabağ"la
07.09.2021 “Araz" tarixinin 16-cı əsas yarışında
24.08.2021 “Paris-2024": əsas yarış məqamlarına aydınlıq gətirilir
24.08.2021 Avrokuboklar: Sapı iynənin gözündən keçirmək olsa
24.08.2021 Daha bir qarışıq-natamam mövsümə doğru
23.08.2021 Ya qalib, ya da ən yaxşı ikinci olmaq lazımdır
10.08.2021 Əlvida, “Tokio-2020"!


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru