Bakıda, “Sərhədçi” İdman Olimpiya Mərkəzində alpaqut Turan döyüş sənəti üzrə ikinci dünya çempionatı davam edir.
Yarışların ikinci günündə orta və böyük yaş qruplarında idmançılar mübarizəyə başlayıblar. Noyabrın 24-də isə final döyüşləri keçiriləcək.
Çempionatda 24 ölkədən 500-dən çox idmançı alpaqut döyüş sənətinin beş növü - aypara, batur, caymaz, qurşaq və kaçut üzrə yarışlarda mübarizə aparır. Azərbaycan bu turnirdə 200-dən çox idmançı ilə təmsil olunur.
Xatırladaq ki, 2018-ci ildə Bakıda keçirilmiş alpaqut Turan döyüş sənəti üzrə birinci dünya çempionatında Azərbaycan idmançıları komanda hesabında qalib olublar. Türkiyə komandası ikinci, Qazaxıstan və Gürcüstan yığmaları isə üçüncü yerə layiq görülüblər.
|