Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
25/05 | 19:23 Avroliqa basketbolunun rəhbərliyi mövsümü vaxtından əvvəl bitirmək qərarına gəlib
25/05 | 16:25 Şahmatçılarımız blits üzrə onlayn “İpək Yolu Kuboku” turnirində mübarizə aparacaqlar
25/05 | 14:03 Yaponiya beysbol liqası milli çempionatı başlamağa qərar verib
25/05 | 13:43 Redaktor olmaq asan deyil
25/05 | 12:19 Şahmat üzrə onlayn Avropa çempionatının D qrupunun seçmə yarışları start götürür
25/05 | 11:30 Necə UFC çempionu olmaq olar
24/05 | 21:32 Şahmat üzrə yeniyetmələr arasında dünya çempionatı qeyri-müəyyən müddətə təxirə salınıb
24/05 | 09:36 Yaponiyalı tennisçi Naomi Osaka yeni rekord müəyyənləşdirib
23/05 | 15:10 Avropa çempionatının C qrupunun final yarışında 11 şahmatçımız mübarizə aparacaq
23/05 | 14:09 Veteran idmançılara dəstək
23/05 | 10:10 “Herta” - “Union” oyunu ilə Almaniya Bundesliqasının 27-ci turuna start verilib
23/05 | 09:51 "IndyCar" təqvimə düzəliş edir, lakin mövsüm iyunun 6-da başlayır
23/05 | 09:20 Şahmatın blits növü üzrə Azərbaycan-Türkiyə dostluq görüşü keçirilib
22/05 | 21:11 Dünya karatesində bir sıra dəyişikliklər baş verib
22/05 | 19:38 Ostində Formula 1 ABŞ Qran-Prisinin keçirilməsi sual altındadır
22/05 | 18:01 Denni Hemlin Darlinqtondakı NASCAR yürüşünün qalibi olub
22/05 | 17:42 Valtteri Bottas növbəti mövsüm “Reno” komandasında çıxış edə bilər
22/05 | 17:38 “Milan” klubu “Real Madrid”in futbolçusuna görə danışıqlar aparır
22/05 | 17:22 “Zirə” klubu Emil Balayevi heyətində saxlamaq istəyir
22/05 | 17:10 “Reno” Formula 1-dəki komandasını sata bilər
22/05 | 17:00 Ölkəmizdə futbol üzrə aşağı liqalarda mövsüm başa çatdırılıb
22/05 | 16:24 Formula 1 İtaliya Qran-Prisi azarkeşlərin iştirakı ilə keçirilə bilər
22/05 | 16:15 “Barselona” klubu qapıçısı Andre ter Ştegenlə razılığa gəlib
22/05 | 16:02 MOK-un təşəbbüsü ilə Olimpiya idman növləri üzrə milli federasiyaların mətbuat katibləri ilə görüş baş tutub
22/05 | 15:30 Dario Frederikonun “Neftçi”də qalmayacağı dəqiqləşib
22/05 | 15:29 Milli Olimpiya Komitəsi “Olimpiya günü” nü eyvanlara çıxan Bakı sakinləri ilə qeyd etdi
22/05 | 15:14 Bundesliqanın 27-ci və 28-ci turunun oyunları bir dəqiqəlik sükutla başlayacaq
22/05 | 14:54 Tennisçi Novak Cokoviç xeyriyyə aksiyalarını davam etdirir
22/05 | 14:25 Qısa hovuzda üzgüçülük üzrə Avropa çempionatı təxirə salınıb
22/05 | 13:39 Virtual Monako Qran-Prisində 8 Formula 1 pilotu gücünü sınayacaq
22/05 | 13:07 Macarıstanda şou xarakterli “Budapest Kupa-2020” tennis turniri start götürür
22/05 | 13:04 İdmandan “İdman”a
22/05 | 12:32 “Mançester Siti” klubu “Milan”ın futbolçusunu transfer etmək istəyir
22/05 | 11:18 Amerikalı şahmatçı Hikaru Nakamura “Lindores Abbey Rapid Challange” turnirinin qalibi olub
22/05 | 10:05 “Yuventus” klubu Pol Poqbanı transfer etmək niyyətindədir
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 20 13 6 1 34-7 45
2 Neftçi 20 10 7 3 33-14 37
3 Keşlə 20 8 6 6 27-21 30
4 Sumqayıt 20 6 5 9 24-32 23
5 Zirə 20 6 6 9 25-37 23
6 Sabah 20 5 6 9 19-27 21
7 Səbail 20 5 5 10 16-30 20
8 Qəbələ 20 5 4 11 25-35 19
Azərbaycan Milli Paralimpiya Komitəsinin yeni loqosu təqdim edilib
Tarix: 22.11.2019 | Saat: 21:07:00 | E-mail | Çapa göndər
Noyabrın 22-də Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) yeni loqosunun təqdimatı və “Yenilməzlər” beynəlxalq qala təqdimatının yaradıcı heyəti ilə görüş olub.

AMPK-nın prezidenti İlqar Rəhimov təqdimatın uğurla təşkil olunduğunu və tamaşaçıların tədbirdən xoş təəssüratlarla ayrıldıqlarını qeyd edib: “Təqdimatdan sonra çoxlu sayda xoş fikirlər eşitdik, təqdimatı hamı bəyəndi. Biz bu təqdimatla insanları düşündürməyi bacardıq. Onlar paralimpiyaçıların həyatı, qalibiyyətləri və üzləşdikləri problemlərlə yaxından tanış oldular. Həmçinin ölkəmizdəki iş adamlarının və sahibkarların fikir və diqqətini bu istiqamətə yönəltməyə nail olduq. Düzdür, bundan əvvəl də ölkəmizdəki sahibkarlar korporativ sosial məsuliyyət dəyərlərinə böyük önəm verirdilər. Hazırda ölkəmizdə fəaliyyət göstərən sahibkarlarla əlaqələrin qurulması istiqamətində müzakirələr aparılır. Hətta görüşlər də keçirmişik. Ölkəmizdə maraqlı qarşılanan bu qala təqdimatın gələcəkdə regionlarda təşkil olunmasını nəzərdə tutmuşuq. Belə təqdimatın yaxın zamanda Gəncədə də təşkilini planlaşdırırıq”.

Qala təqdimatın ssenari müəllifi və quruluşçu rejissoru Əməkdar artist, Prezident mükafatçısı Nicat Kazımov tədbirin ərsəyə gəlməsi üçün böyük bir komandanın çalışdığını, ssenarini yazarkən bir çox fiziki məhdudiyyətli insanla fikir mübadiləsindən bəhrələndiyini və tədbirin tamaşaçılar tərəfindən bəyənildiyi üçün sevincli olduğunu deyib.
“Yenilməzlər” beynəlxalq qala təqdimatının bir qrup yaradıcı heyətinə təşəkkürnamələr təqdim olunduqdan sonra AMPK-nın loqosu nümayiş etdirilib.

İlk baxışdan sadə görünən loqo özündə paralimpiya ruhunu əks etdirir. Loqonun mərkəzində yüksələn məşəl qalibiyyəti və qələbə ruhunu təcəssüm etdirir. Alovun dilləri Azərbaycan bayrağının rənglərinə boyanıb. Aşağı hissədə isə Beynəlxalq Paralimpiya Komitəsinin “Hərəkətdə olan ruh” simvolu yer alıb. Loqoda uğuru və dinamik həyatı özündə əks etdirən ürək formasında həyat rəmzi də yer alıb.

Qeyd edək ki, “Yenilməzlər” beynəlxalq qala tədbir Beynəlxalq Paralimpiya Komitəsinin 30 illik yubileyi münasibətilə noyabrın 13-də Bakıda, Gənc Tamaşaçılar Teatrında keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Beynəlxalq Paralimpiya Komitəsinin təmsilçiləri, ölkəmizin idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Heydər Əliyev Fondunun və Azərbaycan Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə keçirilən və özünəməxsusluğu ilə seçilən tədbirdə fiziki məhdudiyyətli insanların həyat hekayələri kölgə teatrı, ultrabənövşəyi şou və pantomima tamaşaları vasitəsilə təqdim olunub.
Xəbər 366 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
20.05.2020 Azərbaycan Milli Paralimpiya Komitəsinin ümumi yığıncağı keçiriləcək
22.04.2020 Azərbaycan Milli Paralimpiya Komitəsi müsabiqə keçirir
10.04.2020 Paralimpiyaçılar evdə qalıb məşq etməyə səsləyirlər
09.04.2020 Uşaq paralimpiyaçılara dəstək üçün “Valideyn klubu” yaradıldı
04.04.2020 “IBSA Judo Grand Prix Baku 2020” turniri 2021-ci ilə təxirə salınıb
21.03.2020 Xantı-Mansiysk Ümumdünya Şahmat Paralimpiadasını keçirməkdən imtina edib
16.03.2020 Azərbaycan Milli Paralimpiya Komitəsi Beynəlxalq Abilimpiya Federasiyasına üzv seçilib
14.03.2020 Paralimpiyaçı atletlərimiz Qran-Priyə Antalyada hazırlaşırlar
11.03.2020 Paracüdoçularımız Böyük Britaniyada keçiriləcək Qran-Priyə hazırlaşırlar
10.03.2020 Qolbol üzrə milli komandamız Dərbənddə təlim-məşq toplanışında iştirak edir


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Koronavirus hər şeyi məhv edir, yoxsa mehvərinə, özünə və məğzinə qaytarır
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Donmuş reytinqin ön sıraları haqqında fərqli düşüncələr
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Formula 1 maliyyə böhranından üzüağ çıxa biləcəkmi ?
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru