Oktyabrın 23-də Çilinin paytaxtı Santyaqo şəhərində yeniyetmə və gənclərin XI dünya çempionatı start götürəcək.
Yarışda ölkəmizi 14-15 yaşlı yeniyetmələr arasında Ramil Baxşəliyev (52 kq) və Rumil Cəfərli (57 kq) təmsil edəcəklər. Sultan Hüseynov (55 kq), Hüseyn Məmmədli (61 kq), Tale Yaqubov (68 kq), Hüseyn Hüseynzadə (76 kq), Namiq Quliyev (76 kq-dan yuxarı), Polina Qurenko (53 kq), Ayla Rzazadə (59 kq) və Fidan Dadaşova (48 kq) 16-17 yaşlı gənclərin yarışında mübarizə aparacaqlar. İyirmi bir yaşadək karateçilər arasında Hümmət Baxşəliyev (67 kq), Murad Hacızadə (84 kq-dan yuxarı) və Fidan Teymurova (50 kq) yarışacaqlar. Katada isə Roman Heydərov gücünü sınayacaq.
Yeniyetmə və gənclərin XI dünya çempionatında 96 ölkədən 1557 idmançı mübarizə aparacaq.
Yarışa oktyabrın 27-də yekun vurulacaq.
|