Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
22/04 | 22:56 Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər
22/04 | 22:38 Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
22/04 | 19:08 Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası ölkə çempionu olub
22/04 | 18:03 1/8 final mərhələsinin oyunları keçirilib
22/04 | 12:21 Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə tanışlıq
22/04 | 09:51 Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq
22/04 | 09:29 Azərbaycan paraüzgüçüsü Avropa çempionu olub
21/04 | 21:28 Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub
21/04 | 20:35 "İdman Paytaxtı" seçilmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb
21/04 | 09:23 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 2 medal qazanıb
20/04 | 22:21 Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb
20/04 | 21:38 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
20/04 | 14:37 Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
20/04 | 12:26 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
20/04 | 10:15 Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq
19/04 | 21:13 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
19/04 | 20:10 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
19/04 | 14:08 Azərbaycan atıcıları Olimpiya Təsnifat Çempionatında çıxış edəcəklər
19/04 | 11:27 Premyer Liqa: XXXI turun təyinatları açıqlanıb
19/04 | 11:27 Premyer Liqa: XXXI turun təyinatları açıqlanıb
19/04 | 10:35 Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb
19/04 | 10:32 Azərbaycan Premyer Liqasında tura Tovuzda start veriləcək
18/04 | 14:22 Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
18/04 | 14:21 Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
18/04 | 11:39 Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
18/04 | 10:47 Azərbaycanın U-17 millisi İnkişaf turnirində iştirak edəcək
18/04 | 10:16 Azərbaycan cüdo millisinin Polşa toplanışı başa çatıb
18/04 | 09:17 Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər
17/04 | 20:34 Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
17/04 | 18:32 17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
17/04 | 16:48 Azərbaycan voleybol çempionatında ilk finalçı müəyyənləşib
17/04 | 15:36 Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
17/04 | 12:40 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək
17/04 | 11:49 Azərbaycan bilyardçısı Avropa çempionu olub
17/04 | 11:18 Azərbaycanın gənc avarçəkənləri Türkiyədə turnirə qatılacaqlar
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
MOİK-in idmançıları Hərbçilərin 7-ci Dünya Oyunlarına yüksək səviyyədə hazırlaşıblar
Tarix: 15.10.2019 | Saat: 09:24:00 | E-mail | Çapa göndər
Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun (MOİK) idmançıları oktyabrın 18-dən 27-dək Çin Xalq Respublikasının Uxan şəhərində keçiriləcək Beynəlxalq Hərbi İdman Şurasının (CISM) Hərbçilərin 7-ci Dünya Oyunlarında iştirak edəcəklər.

Oktyabrın 15-də MOİK-də Hərbçilərin 7-ci Dünya Oyunlarında iştirak edəcək idmançıların bir qrupu ilə görüş keçirilib.

Tədbirdə bildirilib ki, CISM-in keçirdiyi yarışlarda dəfələrlə Azərbaycan Respublikasının Silahlı Qüvvələrini layiqincə təmsil edərək Vətənə çoxlu medallar gətirmiş Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun komandası builki yarışa da böyük heyətlə qatılacaq. Yarışda ölkəmizi 23 idmançı, 4 hakim və 4 məşqçi təmsil edəcək. Azərbaycan Ordusunun sıralarında xidmət edən yüzlərlə idmançı hərbi xidməti ilə yanaşı, idman fəaliyyətlərini də MOİK-də yüksək səviyyədə davam etdirir, mötəbər yarışlarda ölkəmizi uğurla təmsil edirlər.

Diqqətə çatdırılıb ki, MOİK növbəti dəfə dünya arenasında uğur qazanmaq üçün yarışlara Beynəlxalq Hərbi İdman Şurasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, polkovnik-leytenant Rəşad Quliyevin rəhbərliyi ilə yollanacaq. İdmanın 20-dən çox növü üzrə təşkil olunan mötəbər yarışda komandamız sərbəst güləş, yunan-Roma güləşi, cüdo, boks və atıcılıq idman növləri üzrə mübarizə aparacaq. Hərbçilərin Dünya Oyunlarında iştirak edəcək komandamızın heyətində dünya və Avropa çempionları, eləcə də Olimpiya Oyunlarının mükafatçıları, respublika birinciliklərinin qalibi olan idmançılar yer alıblar.

Sərbəst və yunan-Roma güləşçilərimizə yüksək səviyyəli yarışlarda beynəlxalq dərəcəli idman ustası, Əməkdar məşqçi, hərbçilərin Olimpiya Oyunlarının qızıl medalçısı, hərbçilər arasında keçirilən XXX dünya çempionatının qalibi, mayor Nazim Əlicanov və beynəlxalq dərəcəli idman ustası, hərbçilər arasında Avropa və dünya birinciliklərinin dördqat çempionu, hərbçilər arasında II Olimpiya Oyunlarının gümüş mükafatçısı, mayor Taleh İsrafilov rəhbərlik edirlər. Boksçularımızı yarışlara Rauf Aydınov, cüdoçularımızı isə Rauf Vəliyev hazırlayacaqlar.

MOİK-in komandasının heyətində dörd qadın idmançı da yer alıb.

Komandamızın tərkibində beynəlxalq dərəcəli hakimlər Faiq Kərimov, Anar Babanlı, Valeh Məhərrəmov, Elman İsmayılov da Uxan şəhərinə yola düşəcəklər.

Xatırladaq ki, MOİK 1995-ci ildən CISM-in fəal üzvüdür. CISM-ə üzv olduğu gündən indiyədək MOİK-in yetirmələri 6 dəfə Ümumdünya Hərbi İdman Oyunlarında və hər il keçirilən müxtəlif idman növləri üzrə dünya çempionatlarında uğurla çıxış edərək qızıl, gümüş və bürünc medallar qazanıblar. İdmançılarımız, həmçinin 2015-ci ildə Koreya Respublikasında keçirilən 6-cı Ümumdünya Hərbi İdman Oyunlarında iştirak ediblər. Yüz iyirmi ölkədən 8100 idmançının iştirak etdiyi həmin yarışlarda Azərbaycan Respublikasının Silahlı Qüvvələri 5 idman növü üzrə 30 idmançı ilə təmsil olunub.

Hərbçilər arasında cüdo üzrə dünya çempionatı Qafqazda ilk dəfə Azərbaycanda keçirilib. Bununla yanaşı, CISM çərçivəsində hərbçilərin 2004-cü ildə cüdo üzrə 30-cu, 2006-cı ildə güləş üzrə 24-cü və 2008-ci ildə boks üzrə 52-ci dünya çempionatları da Azərbaycanda keçirilib. Bundan başqa, 2013-cü ildə hərbçi idmançılar arasında ilk dəfə keçirilən futbol üzrə dünya kuboku yarışı da Azərbaycanda təşkili olub.

Qeyd edək ki, oktyabrın 18-dək 27-dək Çinin Xubey vilayətinin inzibati mərkəzi olan Uxan şəhərindəki 35 məkanda keçiriləcək Oyunlarda 100-dan çox ölkədən təxminən 10 min hərbçinin iştirakı gözlənilir. Budəfəki Oyunlarda 27 növ üzrə 329 yarış keçiriləcək ki, bu da hərbçilərin ən böyük Dünya Oyunları olacaq. Oyunların proqramına ilk dəfə stolüstü tennis idmanı da daxil edilib. Gimnastika və tennis üzrə yarışlar isə nümayiş xarakteri daşıyacaq.

Hərbçilərin 7-ci Dünya Oyunlarının keçirildiyi günlərdə iştirakçılara, tamaşaçılara, qonaqlara və jurnalistlərə kömək, habelə Oyunların keçirilməsi ilə bağlı şəhərdə xidmətlərin göstərilməsinə 236 min könüllü cəlb olunub.

Xatırladaq ki, Koreya Respublikasının Munqyeonq şəhərində keçirilmiş Hərbçilərin 6-cı Dünya Oyunlarında Azərbaycan təmsilçiləri 12 (2 qızıl, 4 gümüş və 6 bürünc) medal qazanaraq komanda hesabında 15-ci yeri tutublar.
Xəbər 661 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
13.10.2023 Türkiyəli futbolçu “Golden Boy” mükafatına namizədlərin yekun siyahısına düşüb
11.10.2023 Milli Olimpiya Komitəsi yeni tərəfdaşlıq müqaviləsi imzalayacaq
10.10.2023 Qolf üzrə Azərbaycan Zəfər Turnirinə yekun vurulub
03.07.2023 Tamblinq üzrə Azərbaycan yığmasının üzvü Dünya Kubokunun qalibi olub
03.07.2023 III Avropa Oyunları başa çatıb
14.03.2023 Bakı şəhərində "İdman zonası” istifadəyə verilib
14.03.2023 Böyük Şor gölü sahilində quraşdırılan qaçış zolağının açılışı olub
14.03.2023 Titullu pauerliftinqçimiz Zaur Cəfərov növbəti uğura imza atıb
27.02.2023 Yaponiyalı peşəkar idmançılar xizəksevərlərə ustad dərs keçiblər
19.01.2023 Sumo güləşçilərimiz Macarıstandan 13 medalla qayıdırlar


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru