Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
28/03 | 11:06 Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
27/03 | 17:44 Azərbaycanın qadınlardan ibarət boks millisi Bakıdakı beynəlxalq turniri 9 medalla başa vurub
27/03 | 14:40 Azərbaycanın 5 ağırlıqqaldıranı Dünya Kubokunda çıxış edəcək
27/03 | 10:41 Minifutbol çempionatı: “Zirə” növbəti qələbəsini qazanıb
27/03 | 09:59 Azərbaycanın 2 boksçusu "Böyük İpək Yolu"nda bürünc medal qazanıb
26/03 | 22:36 Azərbaycan Kuboku: "Neftçi" qrup lideri kimi yarımfinala yüksəlib
26/03 | 16:40 Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb
26/03 | 15:39 Azərbaycan avarçəkəni İtaliyadakı turnirdə gümüş medal qazanıb
26/03 | 10:36 AVRO-2024-ə vəsiqə qazanacaq sonuncu komandalar müəyyənləşəcək
26/03 | 09:37 Azərbaycanın U-21 millisi bu gün Ukraynanı qəbul edəcək
25/03 | 22:00 Azərbaycan millisi Bolqarıstan yığması ilə heç-heçə edib
25/03 | 14:21 Azərbaycanın bədii gimnastı Qazaxıstanda bürünc medal qazanıb
25/03 | 13:32 Azərbaycanın daha bir gimnastı Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
25/03 | 11:43 Azərbaycan voleybol çempionatı: XVIII turun proqramı açıqlanıb
25/03 | 10:24 Azərbaycanın üç boksçusu Bakıdakı turnirə qələbə ilə başlayıb
24/03 | 20:25 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"ni 4 medalla başa vurublar
24/03 | 17:26 Azərbaycan gimnastları Portuqaliyada gümüş medal qazanıblar
24/03 | 15:57 Bakıda "Böyük İpək Yolu" turnirinin açılış mərasimi keçirilib
24/03 | 13:19 Azərbaycanın basketbol millisi Gürcüstanda daha iki qələbə qazanıb
24/03 | 10:31 Azərbaycanın daha bir atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
23/03 | 20:42 Azərbaycan atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
23/03 | 16:34 Bakıda 11 ölkənin iştirakı ilə “Böyük İpək Yolu” turniri keçiriləcək
23/03 | 14:55 Azərbaycan gimnastları Qazaxıstanda keçirilən turnirdə 6 medal qazanıblar
22/03 | 19:37 “Böyük Dəbilqə”: Azərbaycan cüdoçuları ilk gündə 2 medal qazanıblar
22/03 | 11:27 Azərbaycan tamblinq millisi beynəlxalq turnirdə birinci yeri tutub
22/03 | 11:15 Göygöldə həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışlarına start verilib
22/03 | 10:59 Azərbaycan paraatletika millisi Qran-pridə çıxış edəcək
22/03 | 10:11 Azərbaycanın U-21 yığması bu gün İngiltərə ilə qarşılaşacaq
22/03 | 09:37 Azərbaycan futbol millisi bu gün Monqolustanla üz-üzə gələcək
21/03 | 21:34 "Qarabağ"ın U-14 komandası Minskdə keçirilən turnirdə çempion olub
21/03 | 18:38 Fərid Fərhadzadə Madriddə Dünya Triatlon İttifaqının rəsmiləri ilə görüşüb
21/03 | 17:29 Azərbaycan stolüstü tennisçiləri Ankarada beynəlxalq toplanışa qatılıblar
21/03 | 14:31 Azərbaycan Premyer Liqasında XXIX və XXX turun proqramı açıqlanıb
21/03 | 13:30 Bədii gimnastika üzrə 29-cu Azərbaycan çempionatının açılış mərasimi keçirilib
21/03 | 13:28 Azərbaycan gimnastları beynəlxalq turnirdə finala yüksəliblər
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
“Qarabağ” klubunun futbolçuları Lüksemburq zəfərindən sonra Vətənə qayıdıblar
Tarix: 04.10.2019 | Saat: 16:19:00 | E-mail | Çapa göndər
Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunda Lüksemburqun “Düdelanj” komandasının səfərdə 4:1 hesabı ilə məğlub edən “Qarabağ” klubunun futbolçuları oktyabrın 4-də Vətənə qayıdıblar.

Azərbaycan futbolunun tarixinə daha bir şərəfli səhifə yazan Ağdam təmsilçilərini Heydər Əliyev Beynəlxalq Aeroportunda futbolçuların ailə üzvləri, ölkəmizin idman ictimaiyyətinin nümayəndələri, paytaxt sakinləri, klubun azarkeşləri böyük coşqu ilə qarşılayıblar.

Səfərdə qazanılan qələbə barədə təəssüratlarını bölüşən baş məşqçi Qurban Qurbanov oyun zamanı yaşanan insidentlə bağlı deyib: “Belə hal bir dəfə də baş vermişdi. Həmişə bu cür halları qorxaqlıq adlandırıram. Belə vəziyyətlərdə insanlıq nümayiş etdirməyə çalışıram. Vacib qələbə qazandığımız üçün çox sevinirik. Komandaya və azarkeşlərə təşəkkürümü bildirirəm”.

“Qarabağ” klubunun futbolçusu Maksim Medvedev baş verən erməni təxribatı ilə bağlı danışaraq bildirib: “Təbii ki, futbolda belə çirkin hadisələrin baş verməsini istəməzdik. Oyuna çox yaxşı ab-hava ilə çıxmışdıq. Belə hadisələr istər-istəməz komandanın əhval-ruhiyyəsinə təsir edir. Buna baxmayaraq, özümüzü ələ almağı bacardıq və hadisədən sonra iki dəfə də fərqləndik. Düşünürəm ki, oyundakı nəticə ilə belə təxribatlara layiqli cavabımızı verdik”.

Xatırladaq ki, ermənilər “Düdelanj” – “Qarabağ” oyununda təxribat törədiblər. Belə ki, matçın 30-cu dəqiqəsində ağdamlıların rəqib qapısına vurduğu ikinci qoldan sonra üzərində qondarma “Dağlıq Qarabağ respublikası”nın bayrağı asılan dron stadionun üzərində hərəkət etdirilib. Bundan sonra Ağdam təmsilçisinin üzvləri meydanı tərk ediblər.

İnsidentlə əlaqədar Lüksemburqun İdman naziri Dan Kerş soyunub-geyinmə otağına gələrək futbolçularımızdan üzr istəyib. Nazir ölkəsinin Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdığını və təxribatçıların müəyyənləşdirilərək cəzalandırılacağını deyib. O, üzrxahlığını stadionun diktor otağında da elan etdikdən sonra oyun qaldığı yerdən davam etdirilib.

Bu qələbədən sonra 3 xal qazanan “Qarabağ” A qrupunda ikinci yerə yüksəlib. “Düdelanj” eyni xalla reqlamentə əsasən üçüncü pillədə qərarlaşıb. Qrupa aktivində 6 xalı olan İspaniyanın “Sevilya” klubu başçılıq edir. Keçirdiyi iki görüşdə məğlub olan Kiprin APOEL komandası isə sonuncu sıradadır.

UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü turunun oyunları oktyabrın 24-də keçiriləcək. “Qarabağ” klubu öz meydanında APOEL-i, “Sevilya” isə “Düdelanj”ı qəbul edəcək.
Xəbər 702 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
25.03.2024 Azərbaycan millisi Bolqarıstan yığması ilə heç-heçə edib
21.03.2024 "Qarabağ"ın U-14 komandası Minskdə keçirilən turnirdə çempion olub
20.03.2024 Azərbaycan millisi Avropa çempionatındakı son oyununda böyükhesablı qələbə qazanıb
07.02.2024 “Qarabağ”ın U-15 komandası beynəlxalq turnirə qələbə ilə başlayıb
26.01.2024 Azərbaycan Premyer Liqası: Turun açılış oyununda 4 qol vurulub
21.01.2024 Azərbaycan Premyer Liqası: Masazırda xallar bölüşülüb
03.01.2024 2023-cü ildə beynəlxalq oyunlarda ən çox qol vurmuş futbolçular açıqlanıb
30.12.2023 Azərbaycan Premyer Liqası: 180 oyunda 469 qol
21.12.2023 Azərbaycan Kuboku: “Qarabağ” Xankəndidəki oyunda qələbə qazanaraq 1/4 finala yüksəlib
21.12.2023 Xankəndidə keçirilən “Qarabağ” - MOİK oyunu başlayıb, topa ilk toxunuşu Prezident İlham Əliyev edib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru