Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
22/04 | 22:56 Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər
22/04 | 22:38 Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
22/04 | 19:08 Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası ölkə çempionu olub
22/04 | 18:03 1/8 final mərhələsinin oyunları keçirilib
22/04 | 12:21 Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə tanışlıq
22/04 | 09:51 Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq
22/04 | 09:29 Azərbaycan paraüzgüçüsü Avropa çempionu olub
21/04 | 21:28 Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub
21/04 | 20:35 "İdman Paytaxtı" seçilmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb
21/04 | 09:23 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 2 medal qazanıb
20/04 | 22:21 Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb
20/04 | 21:38 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
20/04 | 14:37 Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
20/04 | 12:26 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
20/04 | 10:15 Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq
19/04 | 21:13 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
19/04 | 20:10 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
19/04 | 14:08 Azərbaycan atıcıları Olimpiya Təsnifat Çempionatında çıxış edəcəklər
19/04 | 11:27 Premyer Liqa: XXXI turun təyinatları açıqlanıb
19/04 | 11:27 Premyer Liqa: XXXI turun təyinatları açıqlanıb
19/04 | 10:35 Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb
19/04 | 10:32 Azərbaycan Premyer Liqasında tura Tovuzda start veriləcək
18/04 | 14:22 Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
18/04 | 14:21 Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
18/04 | 11:39 Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
18/04 | 10:47 Azərbaycanın U-17 millisi İnkişaf turnirində iştirak edəcək
18/04 | 10:16 Azərbaycan cüdo millisinin Polşa toplanışı başa çatıb
18/04 | 09:17 Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər
17/04 | 20:34 Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
17/04 | 18:32 17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
17/04 | 16:48 Azərbaycan voleybol çempionatında ilk finalçı müəyyənləşib
17/04 | 15:36 Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
17/04 | 12:40 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək
17/04 | 11:49 Azərbaycan bilyardçısı Avropa çempionu olub
17/04 | 11:18 Azərbaycanın gənc avarçəkənləri Türkiyədə turnirə qatılacaqlar
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
1 qızıl, 1 gümüş, 3 bürünc medal
Tarix: 20.05.2012 | Saat: 14:05:00 | E-mail | Çapa göndər
Polşanın Poznan şəhərində keçirilən kayak və kanoe üzrə Dünya Kubokunun I mərhələsində Azərbaycan milli komandası böyük uğura imza atıb. Yarışda ölkəmizi təmsil edən 4 kanoeçidən 3-ü üst-üstə 1 qızıl, 1 gümüş, 3 bürünc medal əldə edib. İdmançılarımızdan Andrey Kraytor 1-nəfərlik qayıqla olimpiya məsafəsi sayılan 200 metrlik yürüşdə qızıl, 500 metrlik yürüşdə bürünc, Sergey Bezuqlı – Maksim Prokopenko dueti isə 2-nəfərlik qayıqla 500 metrlik yürüşdə gümüş, 200 metrlik və olimpiya məsafəsi sayılan 1000 metrlik yürüşdə bürünc medal qazanıb.

1-nəfərlik qayıqla 200 metr məsafəyə seçmə yürüşlərə 37 kanoeçi qatılıb. Kraytor seçmə və yarımfinal yürüşlərində birinci olduqdan sonra əsas finalda da hamını qabaqlayıb. Finişə 42,097 saniyəyə çatan 20 yaşlı kanoeçimiz rusiyalı dünya və Avropa çempionu İvan Ştıl (42,365), ukraynalı dünya çempionu və Pekin Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Yuri Çeban (42,669), braziliyalı Nivalter Santos (42,769), rusiyalı son olimpiya çempionu Maksim Opalev (42,905), litvalı Yevgeni Myasnyankin (43,397), qazaxıstanlı Aleksandr Dyadçuk (43,573), kanadalı Ceyson Makkumbs (43,929) və qazaxıstanlı Mixail Yemelyanovu (44,725) üstələyib. Kraytor böyüklər arasında nüfuzlu yarışlarda ilk dəfə əldə etdiyi bu qələbə ilə Azərbaycanın 1-nəfərlik kanoe qayığı ilə 200 metr məsafəyə yürüşlərdə ən güclü olduğunu bir daha nümayiş etdirib. Ötənilki dünya çempionatında məhz C-1 kateqoriyalı qayıqla qızıl medalı ölkəmizin digər təmsilçisi Valentin Demyanenko əldə etmişdi.

500 metrlik yürüşdə isə Kraytor finişə 2 dəqiqə 9,316 saniyəyə çatıb. O, seçmə yürüşdə 4,556 saniyə qabaqladığı belaruslu 5-qat dünya çempionu Denis Xaraja (2:07.336) və braziliyalı Nivalter Santosdan (2:08.876) geri qalsa da, çex Martin Fuksa (2:09.820), polşalı Vinsent Şlominski (2:10.032), yunanıstanlı Andreas Kiliqkaridis (2:13.848), latviyalı Qatis Pranks (2:16.364), özbəkistanlı Dilşod Yuldaşov (2:21.692) və yaponiyalı Naoyo Sakamotonu (2:24.432) qabaqlayıb.

Sergey Bezuqlı – Maksim Prokopenko dueti isə 500 metrlik final yürüşündə finişə 1 dəqiqə 47,491 saniyəyə çatıb. Onlar yalnız belaruslu Andrey Baqdanoviç – Aleksandr Baqdanoviç (1:47.023) duetindən geri qalıblar. Əvəzində kanoeçi cütlüyümüz belaruslu Dmitri Rabçanka – Aleksandr Vavçetski (1:47.695), özbəkistanlı Vadim Menkov – Merey Medetov (1:48.667), polşalı Daniel Poşpiex – Yakub Sitkovski (1:51.291), kanadalı Pol Brayant – Rolan Varqa (1:52.255), özbəkistanlı Serik Mirbekov – Gerasim Koçnev (1:52.431), kubalı Sergey Torres Madriqal – Joze Karlos Bulnes Farinas (1:53.275) duetlərini üstələyib. Qazaxıstanlı Sergey Yemelyanov – Timofey Yemelyanov cütlüyü isə həlledici yürüşə qatılmayıb.

Bezuqlı – Prokopenko dueti 200 metr məsafəyə yürüşdə isə finişə 40,072 saniyəyə çatıb. Onlar belaruslu Dmitri Rabçanka – Aleksandr Vavçetski (39,432) və braziliyalı Erlon Souza – Ronilson Oliveyra (39,968) duetlərindən geri qalıblar. Əvəzində azərbaycanlı cütlük çilili Alvaro Torres – Conatan Tafra (41,388), polşalı Daniel Poşpiç – Mariuş Ruçinski (41,516), özbəkistanlı Serik Mirbekov – Gerasim Koçnev (41,852), polşalı Adam Novak – Mixal Lyubnyevski (41,944), latviyalı Qatis Pranks – Anton Knesis (42,288) və qazaxıstanlı Timofey Yemelyanov – Sergey Yemelyanov (42,444) duetlərini geridə qoyub.

Dünya Kubokunun I mərhələsində kanoeçilərimizdən yalnız Adnan Əliyev uğurlu ola bilməyib. 29 yaşlı kanoeçimiz yarımfinalda 7-ci yeri tutaraq, mübarizəni dayandırıb. O, 5000 metr məsafəyə yürüşdə də mükafatçılar sırasına düşə bilməyib.
Xəbər 1467 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
04.12.2023 Azərbaycan avarçəkəni nüfuzlu yarışın qalibi olub
06.11.2023 Azərbaycan avarçəkəni beynəlxalq turnirdə ikinci yeri tutub
27.10.2023 “Mingəçevir Reqatası-2023” beynəlxalq turnirinə yekun vurulub, qaliblər mükafatlandırılıb
26.10.2023 “Mingəçevir Reqatası-2023”: Azərbaycan avarçəkənləri daha 12 medal qazanıblar
09.10.2023 Azərbaycan avarçəkəni dünya çempionatında gümüş medal qazanıb
03.10.2023 Bakıda avarçəkmə təlimi keçiriləcək
02.09.2023 Avarçəkənimiz Fransada Avropa çempionu olub
11.08.2023 Avarçəkənlərimiz beynəlxalq turnirin ilk günündə iki qızıl medal qazanıb
07.08.2023 Azərbaycanlı avarçəkən Çində keçirilən XXXI Yay Universiadasında bürünc medal qazanıb
15.07.2023 Avarçəkmə üzrə Bakı çempionatının qalibləri müəyyənləşib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru