Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
31/05 | 21:26 Formula 1 Qran-Pri yarışları iyulun əvvəlində bərpa olunacaq
31/05 | 18:56 “Paris Sen-Jermen” klubu Mauro İkardini birdəfəlik transfer edib
31/05 | 18:40 Bakı Olimpiya Stadionundakı məşq meydançaları fəaliyyətini bərpa edir
31/05 | 18:03 Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə kiber idman turniri keçiriləcək
31/05 | 17:53 Yaxın günlərdə Formula 1-in Avropa mərhələsinin təqvimi açıqlanacaq
31/05 | 17:51 Avropa çempionatının ən güclülərin yarışdığı E qrupunda Azərbaycanın iki şahmatçısı mübarizə aparır
31/05 | 16:22 AFFA-nın təşəbbüsü ilə Klublar Komitəsinin videokonfrans formatında növbəti iclası keçirilib
31/05 | 16:10 İtaliya çempionatında matçlar həftənin hər gününü əhatə edəcək
31/05 | 16:00 Operativ Qərargahın icazəsindən sonra ölkəmizdə birinci yarışı Azərbaycan Velosiped İdmanı Federasiyası keçirəcək
31/05 | 15:23 Gilbert Burns UFC-nin əsas turnirində Tayron Vudlini məğlub edib
31/05 | 15:01 Vəkillər Kollegiyasının şahmat komandası ukraynalı və fransalı rəqiblərinə qalib gəlib
31/05 | 14:34 Açıq havada yerləşən idman meydança və qurğuları əhalinin istifadəsinə verilir
31/05 | 14:11 Tomas Müller Bundesliqa tarixində rekorda imza atıb
31/05 | 14:00 “Trabzonspor” Joao Pereyra ilə müqaviləni uzadıb
31/05 | 13:38 Avroliqada İtaliyanı daha bir klub təmsil edə bilər
31/05 | 08:29 “Bavariya” Bundersliqada növbəti dəfə böyük hesabla qələbə qazanıb
30/05 | 20:47 Con Terri Premyer Liqanın ən yaxşı müdafiəçisi seçilib
30/05 | 16:36 Kriştiano Ronaldo dünyada ən çox qazanan futbolçudur
30/05 | 16:02 “Neftçi” və “Qarabağ” klubları ölkə çempionatlarında 100-dən çox böyük hesablı qələbə qazanıblar
30/05 | 15:44 İngiltərə Premyer Liqasının tarixində ən çox qol vuran komandanın adı açıqlanıb
30/05 | 13:12 Həyata "İdman"dan pərvazlanan ustad tərcüməçi
30/05 | 10:20 Tomas Müller - 250: Almaniya çempionatında yeni rekorda doğru
30/05 | 09:45 Toto Volf “Mercedes”in rəhbəri vəzifəsindən istefa verə bilər
30/05 | 09:22 “Liverpul” Timo Vernerin transferini bitirmək üzrədir
30/05 | 09:01 Respublika Gününə həsr olunmuş onlayn şahmat turniri
30/05 | 08:38 Azərbaycan Premyer Liqasının bərpası məsələsi müzakirə olunacaq
30/05 | 07:03 “Real” Azərbaycan millisinin sabiq müdafiəçisi ilə müqaviləni yeniləyib
29/05 | 14:40 Avropa çempionatının ən güclü E qrupunda 30 şahmatçımız mübarizə aparacaq
29/05 | 10:04 Beynəlxalq “İpək yolu kuboku” turnirinin qalibi Azərbaycan şahmatçısı Rauf Məmmədov olub
29/05 | 09:29 “Bilik və birlik” devizi altında biznes-simulyasiya yarışı təşkil olunub
29/05 | 08:33 Azər Həsənsoy “WBC Muay-tay” təşkilatının ölkəmizdəki nümayəndəsi seçilib
28/05 | 18:36 “Nyukasl Yunayted” Filippe Koutinyonu transfer edə bilər
28/05 | 15:02 Braziliyalı Villian “Atletiko Madrid”in hədəfində
28/05 | 14:22 BOK və ÜST arasında yeni əməkdaşlıq sazişi imzalanıb
28/05 | 10:34 Futbol üzrə qadınlardan ibarət milli komandamızın oyunlarının vaxtı açıqlanıb
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 20 13 6 1 34-7 45
2 Neftçi 20 10 7 3 33-14 37
3 Keşlə 20 8 6 6 27-21 30
4 Sumqayıt 20 6 5 9 24-32 23
5 Zirə 20 6 6 9 25-37 23
6 Sabah 20 5 6 9 19-27 21
7 Səbail 20 5 5 10 16-30 20
8 Qəbələ 20 5 4 11 25-35 19
Milli Qəhrəman Albert Aqarunovun xatirəsinə həsr edilən “Olimpiya ümidləri” karate turnirinin açılışı olub
Tarix: 28.09.2019 | Saat: 17:30:00 | E-mail | Çapa göndər
Sentyabrın 28-də Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunovun 50 illik yubileyinə həsr olunmuş ənənəvi “Olimpiya ümidləri” beynəlxalq turnirinin təntənəli açılış mərasimi keçirilib.

Əvvəlcə iştirakçı komandaların üzvləri “Heyratı” musiqisinin sədaları altında zala daxil olublar.

Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış mərasimində çıxış edən Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov bildirib ki, turnirin “Olimpiya ümidləri” devizi altında təşkil olunması təsadüfi deyil. Turnirin qalibləri arasından gələcəkdə ölkəmizi Olimpiya Oyunlarında təmsil edəcək idmançılar yetişəcəklər. “Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Ölkəmiz dəfələrlə irimiqyaslı idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edib. 2015-ci ildə ilk Avropa Oyunlarında, iki il sonra təşkil olunan IV İslam Həmrəyliyi Oyunlarında karateçilər də mübarizə aparıblar. Bütün bunlar dövlətimizin başçısı İlham Əliyevin Azərbaycanda karatenin inkişafına göstərdiyi diqqət və qayğının nümunəsidir”, - deyə Y.Bəşirov bildirib.

Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov ölkəmizdə karate üzrə daha bir beynəlxalq yarışın keçirilməsinin idmanın bu növünün respublikamızda inkişafına mühüm töhfə verəcəyini vurğulayıb. O, turnirdə iştirak edən komandalara uğurlar arzulayıb.

Tədbirin təşkilatçılarından olan Veteran Tankçılar Birliyinin sədri Hacı Əzimov Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov ilə bağlı xatirələrini bölüşüb. H.Əzimov igid tankçının xatirəsinə olunan beynəlxalq turnirin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib.

Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Melih Yevdayev Milli Qəhrəman Albert Aqarunovun xatirəsinə həsr olunan beynəlxalq turnirin təşkilinə görə yəhudi icmasının adından minnətdarlığını ifadə edib. O, Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan tolerantlıq siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi nəticəsində ölkəmizin dünyada tolerantlıq məkanı kimi tanındığını ifadə edib: “Biz Azərbaycan xalqı ilə uzun əsrlərdən bəri bir yerdə yaşamışıq, daim onların şad günlərinə sevinmişik, dar günlərində bir yerdə olmuşuq”.

Sonra Azərbaycanda idmanın, hərbi vətənpərvərlik ruhunun və multikulturalizmin inkişafındakı xidmətlərinə görə Gənclər və İdman naziri Azad Rəhimovun, nazirliyin idman şöbəsinin müdiri Fərid Mansurovun, Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun, Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Melih Yevdayevin, Veteran Tankçılar Birliyinin sədri Hacı Əzimovun və digər veteran tankçıların xatirə medalları ilə təltif olunduqları diqqətə çatdırılıb.
Açılış çıxışlarından sonra Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr edilən vətənpərvərlik mövzusunda mahnılar ifa olunub, xüsusi təyinatlılar nümunəvi çıxışlar yerinə yetiriblər.

Sonra yarışlara start verilib.

Gənclər və İdman Nazirliyi, Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyası, Azərbaycan Milli Karate Federasiyası, Veteran Tankçılar Birliyi və Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının birgə təşkil etdiyi beynəlxalq xatirə turniri “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçirilir. Turnirdə 10-dan artıq ölkədən 6-13 yaşlı 800 karateçi mübarizə aparır.
Xəbər 190 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
22.05.2020 Dünya karatesində bir sıra dəyişikliklər baş verib
22.05.2020 Karate üzrə azərbaycanlı hakim Avropa Hakimlər Komissiyasına üzv seçilib
21.05.2020 Bakıda keçirilməsi planlaşdırılan karate üzrə Avropa çempionatı ləğv olunub
18.04.2020 Abbas Hünbətov yeni uğura imza atıb
19.03.2020 Rafael Ağayev və İrina Zaretskanın Tokio Olimpiadasında iştirak edəcəyi rəsmiləşib
12.03.2020 Bakıda keçiriləcək karate üzrə Avropa çempionatına hazırlıqlar davam edir
12.03.2020 Naxçıvanlı karateçilər beynəlxalq turnirdə uğurlu nəticələr əldə ediblər
09.03.2020 “Baku open” beynəlxalq karate turniri başa çatıb
08.03.2020 Karate üzrə “Baku open” beynəlxalq turnirin son gününün yarışları keçirilir
08.03.2020 Karate üzrə “Baku open” beynəlxalq turnirinin üçüncü gününün qalibləri müəyyənləşib


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Koronavirus hər şeyi məhv edir, yoxsa mehvərinə, özünə və məğzinə qaytarır
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Donmuş reytinqin ön sıraları haqqında fərqli düşüncələr
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Formula 1 maliyyə böhranından üzüağ çıxa biləcəkmi ?
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru