Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
24/04 | 22:21 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib
24/04 | 21:22 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24/04 | 19:19 Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
24/04 | 17:18 Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
24/04 | 14:17 Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
24/04 | 13:26 Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
24/04 | 10:13 Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır
24/04 | 09:21 Azərbaycan Kubokunda finalçılar bu gün bəlli olacaq
24/04 | 09:10 Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib
23/04 | 19:08 Voleybol üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb
23/04 | 18:07 Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi bəlli olub
23/04 | 17:04 Futzal üzrə Azərbaycan Kubokunun yarımfinal oyunlarına təyinatlar açıqlanıb
23/04 | 14:02 “Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
23/04 | 12:31 AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
23/04 | 12:30 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum olub
23/04 | 10:00 Azərbaycan şahmatçısı Avropa çempionatında ardıcıl 4 qələbə əldə edib
23/04 | 09:55 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq
22/04 | 23:29 1/4 finalçılar müəyyənləşib
22/04 | 22:56 Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər
22/04 | 22:38 Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
22/04 | 19:08 Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası ölkə çempionu olub
22/04 | 18:03 1/8 final mərhələsinin oyunları keçirilib
22/04 | 12:21 Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə tanışlıq
22/04 | 09:51 Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq
22/04 | 09:29 Azərbaycan paraüzgüçüsü Avropa çempionu olub
21/04 | 21:28 Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub
21/04 | 20:35 "İdman Paytaxtı" seçilmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb
21/04 | 09:23 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 2 medal qazanıb
20/04 | 22:21 Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb
20/04 | 21:38 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
20/04 | 14:37 Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
20/04 | 12:26 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
20/04 | 10:15 Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq
19/04 | 21:13 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
19/04 | 20:10 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Kanoe üzrə Dünya Kubokunun I mərhələsinin ilk günündə 3 final
Tarix: 19.05.2012 | Saat: 10:40:00 | E-mail | Çapa göndər
Mayın 18-də Polşanın Poznan şəhərində kayak və kanoe üzrə Dünya Kubokunun I mərhələsi start götürüb. Yarışda Azərbaycanı 4 kanoeçi – Adnan Əliyev, Andrey Kraytor və Sergey Bezuqlıy – Maksim Prokopenko dueti təmsil edir. İlk yarış günündə Bezuqlı – Prokopenko dueti 2-nəfərlik qayıqla həm 1000 metr, həm də 500 metr, Kraytor 1-nəfərlik qayıqla 500 metr məsafəyə yürüşlərdə finala yüksəlib. Əliyev isə 1-nəfərlik qayıqla 1000 metr məsafəyə yürüşdə mübarizəni yarımfinalda dayandırıb.

Artıq London Yay Olimpiya Oyunlarında iştirak hüququ qazanmış kanoeçi duetimiz 1000 metrlik məsafəyə seçmə yürüşü 3 dəqiqə 58,218 saniyəyə qət edərək, 3-cü olub. O, almaniyalı Tomaş Vılençek – Ştefan Holts (3:56.522) və belaruslu Dmitri Rabçanka – Aleksandr Vavçetski (3:57.570) cütlükləri ilə birgə əsas finala (Final A) adlayıb. Mayın 19-da Bakı vaxtı ilə saat 14:45-də baş tutacaq həlledici yürüşdə Bezuqlı – Prokopenko duetinin digər rəqibləri Pol Brayant – Rolan Varqa (Kanada), Andrey Baqdanoviç – Aleksandr Baqdanoviç (Belarus), Peter Kreçmer – Kurt Kuçela (Almaniya), Sergey Torres Madriqal – Joze Karlos Bulnes Farinas (Kuba), Maoxinq Huanq – Li Kianq (Çin) və Dmitri Yançuk – Aleksandr Sivkov (Ukrayna) cütlükləri olacaq. 1000 metr məhz olimpiya məsafəsi sayıldığından, kanoeçilərimizin bu yürüşdə yekun nəticəsi xüsusi əhəmiyyət daşıyır.

Bezuqlı – Prokopenko dueti 500 metr məsafəyə yürüşə də qatılıb. Bu dəfə onlar seçmə yürüşdə finişə birinci çatıblar. 1 dəqiqə 48,809 saniyə nəticə göstərən azərbaycanlı cütlük belaruslu Dmitri Rabçanka – Aleksandr Vavçetskini bu dəfə 0,824 saniyə geridə qoya bilib. Bu iki duetdən əlavə, finişə 1 dəqiqə 51,473 saniyəyə çatan Vadim Menkov – Merey Medetov (Özbəkistan) dueti də birbaşa finala adlayıb. Mayın 20-də Bakı vaxtı ilə 16:49-da başlanacaq həlledici yürüşdə digər rəqiblər Pol Brayant – Rolan Varqa (Kanada), Serik Mirbekov – Gerasim Koçnev (Özbəkistan), Sergey Yemelyanov – Timofey Yemelyanov (Qazaxıstan), Andrey Baqdanoviç – Aleksandr Baqdanoviç (Belarus), Daniel Poşpiex – Yakub Sitkovski (Polşa) və Sergey Torres Madriqal – Joze Karlos Bulnes Farinas (Kuba) olacaq.

Cəmi 20 yaşa malik Andrey Kraytor da bu məsafəyə seçmə yürüşü birinci pillədə başa vurub. O, 500 metr məsafədəki finişə 2 dəqiqə 8,846 saniyəyə çataraq, birbaşa finala yüksəlib. Kraytor hətta 5 qat dünya çempionu Denis Xarajanı (Belarus) 4,556 saniyə qabaqlayıb. Mayın 20-də Bakı vaxtı ilə saat 16:20-də başlanacaq final yürüşünə bu iki kanoeçidən başqa Naoyo Sakamoto (Yaponiya), Santos Nivalter (Braziliya), Vinsent Şlominski (Polşa), Martin Fuksa (Çexiya), Dilşod Yuldaşov (Özbəkistan), Andreas Kiliqkaridis (Yunanıstan) və Qatis Pranks (Latviya) qatılacaq.

Adnan Əliyev isə bu uğurların davamını gətirə bilməyib. 29 yaşlı kanoeçimiz seçmə yürüşdə 1000 metr məsafəni 4 dəqiqə 33,099 saniyəyə 6-cı pillədə başa vurub. Bu nəticə ilə Əliyev yarımfinala yüksəlib. Lakin o, növbəti yürüşdə 4 dəqiqə 58,868 saniyə nəticə ilə 7-ci olub. Tutduğu yer kanoeçimizi nəinki əsas finala, heç 10 – 18-ci yerlər uğrunda mübarizəyə imkan verən B finalına çıxara bilməyib. Nəticədə təmsilçimiz 1000 metr məsafəyə yürüşdə çıxışını başa vurub. Lakin onu mayın 20-də Bakı vaxtı ilə saat 17:15-də 5000 metr məsafəyə yürüş gözləyir.

Andrey Kraytor və Sergey Bezuqlı – Maksim Prokopenko duetləri isə mayın 19-da 200 metr məsafəyə seçmə yürüşlərə qatılacaqlar. Kraytor Bakı vaxtı ilə saat 18:05-də, Bezuqlı – Prokopenko cütlüyü isə saat 19:35-də start xəttinə çıxacaqlar.
Xəbər 1235 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
04.12.2023 Azərbaycan avarçəkəni nüfuzlu yarışın qalibi olub
06.11.2023 Azərbaycan avarçəkəni beynəlxalq turnirdə ikinci yeri tutub
27.10.2023 “Mingəçevir Reqatası-2023” beynəlxalq turnirinə yekun vurulub, qaliblər mükafatlandırılıb
26.10.2023 “Mingəçevir Reqatası-2023”: Azərbaycan avarçəkənləri daha 12 medal qazanıblar
09.10.2023 Azərbaycan avarçəkəni dünya çempionatında gümüş medal qazanıb
03.10.2023 Bakıda avarçəkmə təlimi keçiriləcək
02.09.2023 Avarçəkənimiz Fransada Avropa çempionu olub
11.08.2023 Avarçəkənlərimiz beynəlxalq turnirin ilk günündə iki qızıl medal qazanıb
07.08.2023 Azərbaycanlı avarçəkən Çində keçirilən XXXI Yay Universiadasında bürünc medal qazanıb
15.07.2023 Avarçəkmə üzrə Bakı çempionatının qalibləri müəyyənləşib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru