Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
24/04 | 22:21 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib
24/04 | 21:22 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24/04 | 19:19 Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
24/04 | 17:18 Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
24/04 | 14:17 Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
24/04 | 13:26 Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
24/04 | 10:13 Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır
24/04 | 09:21 Azərbaycan Kubokunda finalçılar bu gün bəlli olacaq
24/04 | 09:10 Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib
23/04 | 19:08 Voleybol üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb
23/04 | 18:07 Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi bəlli olub
23/04 | 17:04 Futzal üzrə Azərbaycan Kubokunun yarımfinal oyunlarına təyinatlar açıqlanıb
23/04 | 14:02 “Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
23/04 | 12:31 AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
23/04 | 12:30 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum olub
23/04 | 10:00 Azərbaycan şahmatçısı Avropa çempionatında ardıcıl 4 qələbə əldə edib
23/04 | 09:55 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq
22/04 | 23:29 1/4 finalçılar müəyyənləşib
22/04 | 22:56 Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər
22/04 | 22:38 Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
22/04 | 19:08 Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası ölkə çempionu olub
22/04 | 18:03 1/8 final mərhələsinin oyunları keçirilib
22/04 | 12:21 Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə tanışlıq
22/04 | 09:51 Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq
22/04 | 09:29 Azərbaycan paraüzgüçüsü Avropa çempionu olub
21/04 | 21:28 Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub
21/04 | 20:35 "İdman Paytaxtı" seçilmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb
21/04 | 09:23 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 2 medal qazanıb
20/04 | 22:21 Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb
20/04 | 21:38 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
20/04 | 14:37 Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
20/04 | 12:26 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
20/04 | 10:15 Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq
19/04 | 21:13 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
19/04 | 20:10 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Milli komanda ilk xalını favoritlə oyunda qazandı
Tarix: 09.09.2019 | Saat: 20:02:00 | E-mail | Çapa göndər
BATI YAR | batyyar@mail.ru

Azərbaycanın milli futbol komandası 2020-ci ildə özünün də ev sahiblərindən biri olacağı qitə çempionatının final mərhələsinə doğru yolda iki turdan ibarət daha bir qoşa oyun günlərini geridə qoydu.

Dünən doğma divarlar arasında favorit Xorvatiya ilə keçirdiyi matça qədər 4 qarşılaşmanın hamısında məğlub olan kollektiv, nəhayət, ikinci dövrənin ilk matçında ilk xallarını qazanaraq, yenə azarkeşlərinə ilğım ümidi verdi.

Ona görə "ilğım ümidi" deyirik ki, bu xal, sadəcə, solmaqda olan ümidlərə dirçəlmək üçün təkan verdi. Fəqət bu xalın nəyisə dəyişəcəyini hələ söyləmək çox tezdir. Çünki əldə olunan bir xala rəğmən hələ komandanın oyununda kifayət qədər problemlər qalmaqdadır.

İlk dəqiqələrdə özünü itirib, meydanda özünə yer tapa bilməyən və açıq-aşkar taktiki səhvlərlə rəqibə geniş imkan verən komandamız qapısında iki-üç top görə bilərdi. Lakin qapıçının xilaskar rolu, xüsusən təkbətək epizoddakı qəhrəmanlığı meydanda vəziyyəti xeyli dəyişdi. Asta-asta rəqibi asanlıqla məğlub edəcəyinə inanan rəqib orta templə qələbə qazanmaq üçün fürsəti bir-bir boşa verməyə, soyumağa başladı.

İkinci hissədə dəyişikliklər bir daha baş məşqçinin start heyətini müəyyən etməyə çətinlik çəkdiyini əyani nümayiş etdirdi. Qapıçı seçimi məcburi gedişi idisə, ilk dəqiqələrdən Cavid Hüseynovun meydana buraxılmasının məqsədini anlamaq olmadı. Nə yaxşı ki, məşqçi ilk əvəzləməsini ikinci hissənin başlanğıcında etdi və Uels səfərindəki səhvləri də bu səbəbdən erkən aradan qaldırıldı. Üstəlik, Emin Mahmudovu da meydana zamanında buraxdı və bununla meydanda istər arxa planlı, istərsə də orta xətdə sabitlik və tarazlıq bərqərar oldu.
Nəticədə, rəqibə yuxarıdan aşağı baxmağın cəzasını futbolçularımız layiqli üslubda verdilər. Sanki həvəskar komanda ilə oynayırmış kimi, Təmkin Xəlilzadəyə mane olmağı belə düşünməyən rəqib topu tordan çıxarmalı oldu. Sonra isə özünü toparlaya bilmədi və gözləmədiyi səfər oyununda autsayderlə qarşılaşmada buraxdığı səhv onlara baha başa gələ bilər.

Əlbəttə, bu heç-heçə ilə eyforiyaya uymaq olmaz. Çünki güclü və favorit rəqiblərlə görüşün bir xüsusiyyəti olur: inad, istək və həvəs. Onu da yalnız ikinci hissədə - əvəzləmələrlə az-çox sabitqədəm heyət qurulduqdan sonra görməyə yaxın olduq. Bir də ki, vaxtilə adda-budda normal hesablı nəticələri, əsasən, favoritlərlə oyunda əldə edən kollektiv ilğım ümidlərlə illəri sayırdı. Amma bu ümidin, sadəcə, ilğım olmadığını hələ komanda qarşıdakı oyunlarda sübut etməlidir. Çünki Xorvatiya ilə oyun milli komandanın həqiqi gücü və imkanlarını qiymətləndirmək üçün əsas deyil, təsadüf də ola bilər.
Qanunauyğunluq üçünsə normal oyun və nəticələr lazımdır.
İllərdir həvəsdən, həvəskarlıqdan uzağa getməyən bu ilğımdan qurtulmaq lazımdır. Səbəb çox sadədir - bu vaxta qədər milli komanda üçün doğru-dürüst strateji hədəf müəyyən edilmir. Millətlər liqasının təsis edilməsi daha bir ümid formatının başlanğıcı olsa da, onun sonunda qəribə qərarla ölkənin ən uğurlu baş məşqçisi komandadan uzaqlaşdırıldı. Yığma ta yeni yarış ərəfəsinə qədər naməlum duruma salındı.

Ənənə üzrə bu əcnəbi məşqçi də nə bir plan, nə bir strategiya, nə bir vəzifə, nə bir məqsəd olmadan işinin başındadır. Qarşısına heç bir vəzifə, hətta minimal olsa belə, öhdəlik qoyulmayan məşqçidən, açığı, nəsə gözləməyə də dəyməz.
Belə olduqda, məşqçili-məşqçisiz komandaya iki fərqli oyuna görə qiymət vermək lazım gəlir. Məncə, Bakıdakı oyun deyil, Britaniya səfəri lap yerinə düşmüşdü. İlğım təəssüratlarından ayılıb reallığa qayıtmaq üçün fürsət idi.

Söz yox ki, yayın əvvəlində qəti zərbə aldığı iki matçla müqayisədə kimin üçünsə Britaniyada bir qədər toparlanmış komanda var idi. Buna görə hətta dalbadal 4-cü məğlubiyyətə baxmayaraq hardasa ümid işığının ucu Bakıdakı heç-heçədə göründü. Lakin obyektiv və subyektiv səbəbləri araşdıranda, Yurçeviçli komandaya hələ də bel bağlamaq olmur. Səbəblər də çoxdur. Birincisi, tənəzzül dövründə olan Qaret Beylli Uels millisinin özü idi. Bu komanda tarixində bir-iki dəfə parlayıb və qısa müddətdən sonra sönməyə başlayıb. Beylkimilər peyda olanda bir uğurlu yarış dövrü yaşayır. Giqqz özü də komandaya yaradıcı ruh gətirə bilməyib. Yəqin razılaşarsınız ki, odu sönmüş və külü ilə oynayan komandanın qələbəsinin "günahkar"ı Azərbaycan millisi oldu.

Uelsin qələbəsinin təsadüf olması qapımıza vurulan qollardan əyani görünürdü: birincidə qapıçı ilə müdafiəçinin bir-birini anlamaması, digərində mövqe səhvləri ilə səviyyə fərqləri, taktiki çiyliklə funksional natamamlıq sözünü dedi.

Niyə Yurçeviçi ittiham etmək olar. Birincisi, Bakıdakı oyunu eyni yanlışlıqla başlamışdı. Taktiki seçimini müzakirə etmək istəməsək belə, Kardiffdə yanlışlıq 5-li müdafiəyə bənzər oyun seçimi ilə başlamışdı. Elə həmin planla və həmin düzülüş və tapşırıqlarla ilk onbirlik başqa olmalı idi. Hələ üstəlik, cinahlarda komandamızın oyunu başqa cür düşünməyə də əsas vermir.

Hər halda onun seçiminin alternativi və fikrimcə, daha məntiqlisi var idi. Əlqərəz, komandanı səfərdə daha aqressiv davranan, bunun da hədiyyəsi kimi səfərdən müsbət nəticə ilə qayıdan bir kollektiv kimi görürdüm. Özü də məhz Yurçeviçin məşqçi bacarığı, keçmişi və xarakteri də bunu deyirdi.

Başqa bəhanə axtarmasaq, məşqçinin iyundakı oyunlardan sonra postunu itirməkdən çəkinərək, risk etmədiyini, səfərdən heç-heçə və ya kiçik hesablı məğlubiyyətlə geri dönmək istəyi ilə əlaqələndirmək olar. İnanmaq istəmədiyimə inansam, baş məşqçi səfərə rəqibi öyrənmədən çıxmışdı, ya da təkcə Beyli zərərsizləşdirmək tələsinə düşmüşdü. Bunlar da mənim öz ilğımımda məğlubiyyətə don geyindirmək üçün axtardığım bəhanələrdir. Yəni sükançının şərt və şəraitə görə strateji səhvə yol verdiyini düşünməkdən başqa çarə yoxdur.
Beləcə, keçək dediklərimizin oyundakı əsaslarına.

Taktiki-funksional planda bir oyun elementi görməməyimiz komandanın, əsasən, müdafiədə oturub əks-hücumda irəli atılacağını göstərirdi. Bakıdakı oyun da bir daha təsdiq etdi ki, məşqçinin sonradan meydana atdığı Ağabala Ramazanovu, Təmkin Xəlilzadəni və Rəşad Eyubovu əsas heyətdə, heç olmasa erkən əvəzlənmələrini görsəydik, çox fərqli və daha inadcıl rəqabəti müşahidə edə bilərdik. Bir neçə kombinasiyalı oyun elementi kifayət edəcəkdi ki, rəqib ya ehtiyatlansın, ya da irəli atılsın. İkinci halda, əks hücumda çox şeyə nail olmaq mümkündü. Lap elə məşqçiyə haqq qazandrmaq istəsək, Emin Mahmudov, Dadaşovlar və Araz Abdullayev kimi ehtiyatda qalan oyunçuları da var idi. Bunları da nəzərə alsaq, bir neçə taktiki gedişdən ən uğursuzu seçilmişdi və yerində sayan Uelsə məğlubiyyətin ilk səbəbi bu idi. Məşqçinin yeganə uğuru milli tarixində ilk oyununa çıxmış, amma elə bil illərin təcrübəlisi kimi müdafiənin son həddində fantastik oyun forması nümayiş etdirən və Bakıda xorvatlara qarşı da həmin səviyyəni göstərən Bəhlul Mustafazadə oldu. Onun oyunu Tərlan Əhmədovun, Rəşad Sadıqovun debüt dövrlərini xatırlatdı. Sadəcə, indiki dövr elədir ki, futbolçunun aqibəti ona həddən ziyadə diqqət və qarşısına tökülən pullar nəticəsində fərqli ola bilir. Ona görə də ümidverici oyun nümayiş etdirsə belə, Bəhlulun əsl qiymətini vermək tezdir.

Məşqçinin, məncə, daha bir yanlışlığı əvəzləmələrində oldu. Son dövrlərin parlayıb ulduzluğun həzzinin təsirləri altında olan Əmrəlinin vurduğu qoldan sonra öz işini bitmiş hesab etməsi ürəkaçan deyildi. Bu halda Şeydayevin öz qazanında necə qovrulub yanması, komandanı tam yarımcan etdi. Elə Xorvatiya ilə matçda da o, mərkəzdən öndə dayanmaqla rəqibi ayıq-sayıq olub, tam qüvvə ilə irəli atılmamağa məcbur etdi. Əmrəlinin isə Kardiffdə tet-a-tet mübarizədə ilk zərbədən topu ən rahat şəkildə qapıçıya tuşlaması peşəkarlıq kodeksində tələskənlik, onun oyun səviyyəsində isə həvəskarlıq göstəricisi hesab olunur. İllərlə ümid verib qınından çıxa bilməyən haqda başqa heç nə demək olmur. Elə Kardiffdəki qol epizodunda orta zonada təşkilatçılığı öz üzərinə götürmüş Şeydayevin oyun quruculuğu daha qiymətlidir. Daha sonra Krivotsyukun, bir neçə epizodda Şeydayevin irəli atılarkən tənha qalması və dəstək almaması hansısa ümidverici oyundan deyil, məhz minimal hesabla barışmağın işarəsi idi.

Nəticə yoxdursa, iki halda ümidlənmək mümkündür. Komanda ya öz oyununa köklənərək səviyyəsinə uyğun oynamalı, ya da maksimum kombinasiyalı, quruculuq elementləri ilə döyüşkənliyini göstərməlidir. Kardiffdə bunların heç birini görmədik. Bakıda isə cavab qolundan sonra birincisinə bənzər bir həvəs göründü. Qalır növbəti oyunlarda həvəsi coşdurmaq, bununla da ilğımdan qurtulmaq və real ümidə yaxınlaşmaq.

BATI YAR

Xəbər 1479 dəfə oxundu



 
Müəllifin son yazıları

14.09.2021 “Qarabağ" iki-üç cəbhədə mübarizəyə hazır kimi görünür
14.09.2021 Uduzmaq ayıb deyil, amma...
07.09.2021 Hətta nağıllar reallıqla bitir: üç alma yerə düşür
07.09.2021 Avrokuboklar: Yalnız “Qarabağ"la
07.09.2021 “Araz" tarixinin 16-cı əsas yarışında
24.08.2021 “Paris-2024": əsas yarış məqamlarına aydınlıq gətirilir
24.08.2021 Avrokuboklar: Sapı iynənin gözündən keçirmək olsa
24.08.2021 Daha bir qarışıq-natamam mövsümə doğru
23.08.2021 Ya qalib, ya da ən yaxşı ikinci olmaq lazımdır
10.08.2021 Əlvida, “Tokio-2020"!


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru