Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
06/08 | 20:40 “Zenit”dən ayrılan futbolçu İngiltərədə çıxış edəcək
06/08 | 19:34 Lənkəran və Sədərək şahmatçıları yoldaşlıq görüşündə üz-üzə gələcəklər
06/08 | 18:32 Finlandiyalı sürücüsü Valtteri Bottas “Mercedes” komandası ilə yeni müqavilə imzalayıb
06/08 | 18:09 "Sabah"ın futbolçusu karyerasını Rusiyada davam etdirəcək
06/08 | 17:30 "Azərreyl" klubu kapitanı ilə yollarını ayırıb
06/08 | 17:19 Beynəlxalq Cüdo Federasiyası BMT-nin iqlim dəyişikliyi ilə mübarizə üzrə kampaniyasına qoşulub
06/08 | 16:42 “Sumqayıt” məşqçisi ilə yollarını ayırdı
06/08 | 16:02 “Arsenal” “Çelsi”nin yarımmüdafiəçisini heyətinə qatmaq istəyir
06/08 | 16:00 “Azərreyl” klubu Çağırış kuboku yarışlarında iştirakdan imtina edib
06/08 | 15:00 “Qəbələ” klubu fransalı hücumçusu ilə müqaviləni yeniləyəcək
06/08 | 14:41 Azərbaycan və Türkiyə şahmatçıları dostluq görüşündə qarşılaşacaqlar
06/08 | 13:40 Ümumdünya Şahmat Olimpiadasının 3-cü divizionunda 50 komanda mübarizə aparacaq
06/08 | 12:51 Yarış zamanı qəzaya uğrayan niderlandlı velosipedçi komaya düşüb
06/08 | 11:12 "Qalatasaray" Arda Turanın transferini rəsmiləşdirib
06/08 | 11:00 “Sumqayıt” “Qəbələ”yə minimal fərqlə uduzub
06/08 | 10:02 “Qarabağ” “Keşlə”nin qapısından dörd cavabsız top keçirib
06/08 | 08:16 Dilqəm Quliyev -70
05/08 | 21:16 Avrokubokların 2020/2021-ci il mövsümünün püşkü onlayn atılacaq
05/08 | 19:03 Almaniya çempionatının yeni mövsümündən azarkeşlər tribunalara buraxıla bilər
05/08 | 18:10 “US Open” tennis turnirinin iştirakçıları müəyyənləşib
05/08 | 17:19 Portuqaliya çempionatının başlama tarixi müəyyənləşib
05/08 | 16:21 “Samtrediya”nın futbolçusu Nicat Qurbanov iki həftə yaşıl meydanlardan kənarda qalacaq
05/08 | 15:53 MBA: “Finiks Sanz” son saniyədə qələbə qazanıb
05/08 | 15:30 Triatlon üzrə Avropa çempionatı ləğv edilib
05/08 | 15:01 İtaliyada qadın tennisçilər arasında beynəlxalq turnir davam edir
05/08 | 14:40 Roy Cons Mayk Taysonla döyüşdən qabaq qulaqlarını sığortalamağı planlaşdırır
05/08 | 14:00 “Kəpəz” klubu baş məşqçisi Yaşar Vahabzadə ilə müqaviləni yeniləyib
05/08 | 13:52 Şəki klubu İran millisinin üzvü ilə anlaşıb
05/08 | 13:00 Azərbaycan futbolçusu USL çempionatında həftənin rəmzi yığmasına düşüb
05/08 | 12:56 Maqnus Karlsen “Legends of Chess” turnirinin qalibi olub
05/08 | 12:32 Azərbaycan triatlonçusu Kseniya Levkovskaya reytinq cədvəlində mövqeyini qoruyub
05/08 | 11:59 Ümumdünya Şahmat Olimpiadası: FIDE qayda pozuntusu aşkar edib
05/08 | 11:15 Futbol üzrə İtaliya A Seriyasının yekunları
05/08 | 10:02 Ferran Torres “Mançester Siti”yə transfer olunub
04/08 | 21:23 ÇFR klubu altıncı dəfə Rumıniya çempionu olub
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 20 13 6 1 34-7 45
2 Neftçi 20 10 7 3 33-14 37
3 Keşlə 20 8 6 6 27-21 30
4 Sumqayıt 20 6 5 9 24-32 23
5 Zirə 20 6 6 9 25-37 23
6 Sabah 20 5 6 9 19-27 21
7 Səbail 20 5 5 10 16-30 20
8 Qəbələ 20 5 4 11 25-35 19
Səhvlər komediyasının qurbanlığı
Tarix: 15.08.2019 | Saat: 12:00:00 | E-mail | Çapa göndər
BATI YAR | batyyar@mail.ru

Ümid “Neftçi"nin “Qarabağ"dan deyil, APOEL-dən nümunə götürməsinədir

Avropanın klub futbolu kubokları uğrunda yarışın ikinci mərhələsi də bir klubumuzun mübarizədən kənarlaşdırılması ilə yadda qaldı. Bunu gözləyirdik.
Lakin "sən saydığını say" prinsipi ilə fələyin də göstərə bilməyəcəyini mübarizəni davam etdirən klublarımız elə əyani şəkildə nümayiş etdirdilər ki, novellası "Neftçi"nin sabahkı macərasından uzaq, mümkün olmayan "məzhəkəli tragikomediya" nümunəsi göstərdilər.

Amma hələ qarşıda oyunlar olduğundan, hirsi soyutmaq üçün bir stəkan su əvəzinə, gözləniləndən başlayaq: ölkə kubokunun sahibi kimi "Qəbələ" rəqabətə başladığı ikinci mərhələ ilə kifayətləndi: gəldi, gördü, getdi. Qonşu Gürcüstan təmsilçisi hər cəhətdə üstün oldu. Əfsuslar ki, yeniləşmə kursunu götürmüş kollektiv, heç olmazsa, rəqabətə davamlı olmaq üçün heç nə etmədi və bu matçlar da mövsümə rəsmi xarakterli hazırlıq formatından kənara çıxmadı. Elə bu məqamda "sən saydığını say" dediyimiz qanun qüvvəyə mindi. "Qarabağ" öz evində elə bir tamaşa növü icad edib oyun çıxardı ki, Azərbaycan azarkeşini demirəm, yəqin Kipr əhli də hələ şokdadır.

Yenə kobud ifadə işlətməmək üçün ara verib, özümüzə toxtaqlıq verək - gözlərin dikildiyi mübarizə hələ başa çatmayıb, proqram hələ bitməyib: "Neftçi" sabah səhvini unutdura, "Qarabağ" isə UEFA-nın son illərdəki verdiyi şansdan bəhrələnib, Avropa liqasının qrupu uğrunda mübarizə apara bilər. Bir sözlə, "Qarabağ"ın Bakıda məhv etdiyi ümid ölsə də, yeni UEFA-nın sayəsində cücərə bilər.

Ötən həftə "Neftçi" ehtiyatlandığımız ilk zərbəni alanda, "Qarabağ"ın bunu təkrarlayacağını hətta şübhələr həddində belə yaxına buraxmaq sadəlövhlük olardı. Çünki bu böyüklükdə səhvi, saymazlığı, biganəliyi heç bir klub özünə sığışdıra bilməzdi. Rəqibin sükançısı dəyişmişdi, o, hətta keçirdiyi yoxlama matçında da tam fərqli gedişlərin siqnalını vermişdi. Yaxşı, saymazlıq etmək olar, amma heç olmazsa, mətbuatda rəqib cəbhəsində baş verənləri izləmək də olardı. Bu da yox idisə, səfərdə iki qoldan sonra qapısından buraxılan topu bir təhlil edən komanda rəqibə yuxarıdan aşağı baxmamalı idi. Bakıda iki varinatdan biri oldu: "Qarabağ" elə ilk dəqiqələrdən artıq "Ayaks"la oynayırmış kimi meydana ən qorxaq futbolla çıxmışdı. Ya da elə zənn edirdilər ki, bu rəqibi bir də yox, yarım ayaqla topu o yana, bu yana vura-vura keçəcəklər.

Lap heç nə olmasaydı da, səfər matçındakı yeniliklərindən sonra "Qarabağ" meydana öz ənənəvi oyun tərzi ilə çıxaraq, ilk 10-15 dəqiqə ərzində rəqibə yerini göstərməklə, onun həvəsini iddiasını, şövqünü boğmaqla çıxa bilərdi. Hə, bundan sonra gördüyümüz oyun tərzinə keçə bilərdi.

Həqiqətən də ilk qarşılaşmada "Qarabağ"ı çoxdandır umduğum tam fərqli sifətdə görmüşdüm. İllərdir inadla, israrla dediyimiz oyun planı ilk dəfə dəyişdirilmişdi. Bəhrəsini Kiprdə gördük...

Gördük ki, doğma divarlar arasında görmədiymiz, görə bilməyəcəyimiz bir komediyanın şahidi olaq. Səfərdə ilk dəfə rasional düşünən, oyuna praqmatik yanaşan Avropa meydanında özünü təcrübəli, iddialı, özünə güvənən bir komandanı izlədiksə, doğma divarlar arasında futbola bütün sayğısını itirmiş kollektivi müşahidə etmək, görəsən, nə deməkdir? Hər şeyi bir kənara buraxılan bir səhvdən sonra da özünü toparlaya bilməyən kollektivdən indi peşəkarlıq gözləmək üçün nə edək? Hələ Kiprdəki oyunun sonlarında yeniliklərini axıra qədər davam etdirməyən komandaya görə heyfslənir, haqq qazandırırdıq da. Axı, hər çatışmazlığa rəğmən, komanda yeni simasına doğru ilk dəfə fərqli və ciddi addım atmışdı... Atmışdı ki, onu Bakıda yerə vursun. Bir az yumşaq demək istəsək, bunu orta əsrlərin komediantları ruhunda səhnə oyunu adlandırmaqdan başqa çarə qalmır.

Əlbəttə, Avroliqanın pley-offunda Ağdam təmsilçisinin iddialı olmaq imkanı sönməyib. Lakin Azərbaycan klubları, ələlxüsus illərdir bu səviyyəyə can atan Azərbaycan çempionu üçün ilk dəfə özünütəsdiq fürsəti əldən verildi. Hər şey bir kənara, rəqib sükançısının dəyişməsi ilə, təcrübəli Qurban Qurbanov bu matçın ağır keçəcəyini zənn etməli deyildimi?

Amma oyundan sonra futbolçularına nəyə görəsə təşəkkür edən, əslində, kobud səhvlərə əvvəldən özü yol vermiş və komandasını oyuna kökləyə, cilalaya bilməmiş, hətta ilk qoldan sonra vəziyyəti qiymətləndirməmiş bir məşqçi Bordinin cürət etdiyi bir sözü deyə bilmədi: "səhvlərə yol verdik".

Axı, rəqib qapısı ağzında yaradılan əla qol şansları hər bir oyun üçün normal haldır. Onların heç biri nə təkbətəkdən vurulmayan, nə boş qapıdan keçməyən toplar deyildi. "Rəqibin iki şansı oldu və istifadə etdi" absurdunu təkzib etmək üçün oyunu izləmək lazımdır: rəqib həqiqəitən futbol oynayır, qururdu. İnanır və buna görə də həvəslə oynayırdı. "Qarabağ"ın futbolçuları isə, elə bil, xəyalən Amsterdamın küçələrində gəzişirdilər. Onlara elə o Amsterdamda futbola əsl peşə kimi yanaşma tərzi ilə yetişən peşəkarlardan söz açmaq lazımdır.

Yəqin daha "Neftçi"dən danışmaq zamanıdır, axı, APOEL ona ən yaxşı nümunəni göstərdi. Amma əvvəlcə, etiraf edək ki, doğma divarlar arasındakı qarşılaşmanın ilk hissəsində iki qol buraxan "Neftçi", heç olmasa, hər şeyi ikinci hissədə dəyişmək üçün nəyəsə cəhd etdi: bütün qüvvəsini, əsəbini, imkanlarını səfərbər edərək, heç-heçəni son anda qopara bildi və bununla ümidləri işıqsız qoymadı.

"Neftçi"nin məğlubiyyətlə üz-üzə qala biləcəyi hələ oyunöncəsi məşqində aydın görünürdü. Rəqibin Bakıdakı məşqi xarakteri ilə əvvəlcədən düşünülmüş taktikaya üstünlük verəcəyini göstərirdi.

Əlbəttə, rəqibin tamamilə müdafiədən oynamasının futbolun estetikasına zidd, əsl antifutbol nümunəsi olmasını anlamaq olar - qüvvələr bərabər deyil. Lakin əsas vəzifə nəticədirsə, ona haqq qazandırmaq da lazımdır. Bununla belə, məncə, rəqibin tamamilə müdafiəsinə qapıldığını söyləmək olmaz. Əks halda onların oyunçularının fərdi ustalığının çox yüksək olmasını qeyd etməliyik və məlumdur ki, bu belə deyil. Ard-arda üç dəfə oyundankənar vəziyyətə düşən rəqibin hücum təşkilatçılığı baxımından effektli oyun qura bilməsini də etiraf etmək lazımdır və elə bununla ev sahiblərinin səfini dağıtdı, kobud səhvlər etməyə məcbur etdi. Daha bir fakt: ilk qoldan sonrakı dəqiqələrə təkrar baxsaq, sanki matç İsraildə keçirilirdi.
Rəqibin çox mütəşəkkil olması, konkret oyun planına sadiqliyi ikinci hissənin ortalarında əridi. Çünki İsrail komandası yalnız hesabı qorumaq üçün qınına çəkildi, cidd-cəhdlə müdafiə olunmağa, oyunu yersiz uzatmağa başladı və bu da, ədalətin təntənəsinə apardı. Hərçənd "Neftçi" də sadə və adi zor ilə basqıdan başqa nəyəsə cəhd etmirdi. Bu səbəbdən heç-heçə təmsilçimiz üçün qənaətbəxş sayılmalıdır.
Yaxşı ki, sükançı səhv etdiyini etiraf etmək cəsarətinə malik oldu və bu, ümid verir. Səfərdə daha ağıllı-kamallı planla oyun qurmaq lazım gələcək. Belə rəqibləri yalnız təzyiq deyil, düşünülmüş və ardıcıl taktiki planla məğlub etmək olar. Sabah isə, məncə, "öz oyununu oyna" təbirinin əsl məqamıdır. Birinci matçda olduğu kimi, Amerika kəşf etməyə dəyməz. Avropa kubokları laboratoriya təcrübəsi meydanı deyil, rəqiblərə ciddi yanaşmaq lazımdır.

İndi ona da ümid edək ki, "Neftçi" "Qurban və onun komandası" düzüb-qoşa bildiyi məzhəkənin yeni formasından ibrət dərsi götürəcək.

"Neftçi" yalnız və yalnız öz səviyyəsinə, daha üstün olduğuna güvənib məhz oyununu qurmalı, matça elə bu həvəslə yanaşmalıdır. Məşqçinin qarşısında qoyulan vəzifə bir kənara, amma diş altında olan iştahı və rəqiblərin dişəçəkilənliyini də unutmaq olmaz. Açığı, ən qorxuncu da elə budur: qarşıya belə bir vəzifənin qoyulmaması kimi nağıllar uydurulsun. Çünki yalnız və yalnız qrup raundu "Neftçi"nin bir boy da artmasına təkan ola bilər. Bunu Bakıda İsrail klubu ilə oyunun ən çətin məqamlarında belə komandanın solmaz, sönməz və ilk dəfə müşahidə etdiyimiz azarkeş dəstəyi də haqq edir. Fanatların bu münasibətinə cavab yalnız mərhələ olmalıdır.

BATI YAR

Xəbər 543 dəfə oxundu



 
Müəllifin son yazıları

13.05.2020 Koronavirus hər şeyi məhv edir, yoxsa mehvərinə, özünə və məğzinə qaytarır
01.05.2020 2021-də “2020” statusu ilə
17.03.2020 “Tokio-2020”: Koronavirus Yaponiyaya nə qədər ziyan vuracaq?
16.03.2020 Millətlər Liqası: hədəf baş məşqçisiz də bəlli olmalıdır
14.01.2020 Klublar qışa yenə Antalyada hazırlaşırlar
28.12.2019 Yorğun “Qarabağ" və təqibçiləri
28.12.2019 “Səbail" bu dəfə Avropasız qalacaq
17.12.2019 Azarkeş stadiona niyə gəlmir
03.12.2019 Hədəflərə aparan yolun sonunda
03.12.2019 Mübarizə bitdi, ümid tükəndi


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Koronavirus hər şeyi məhv edir, yoxsa mehvərinə, özünə və məğzinə qaytarır
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Donmuş reytinqin ön sıraları haqqında fərqli düşüncələr
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Formula 1 maliyyə böhranından üzüağ çıxa biləcəkmi ?
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru