Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
08/10 | 22:28 Azərbaycan Prezidenti: Belarusun təcrübəsi III MDB Oyunlarının keçirilməsində bizim üçün çox faydalı olacaq
08/10 | 18:24 Azərbaycan qılıncoynadanı İsveçdəki beynəlxalq turnirdə qızıl medal qazanıb
08/10 | 17:30 Azərbaycan güləşçisi Qazaxıstanda keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıb
05/10 | 16:57 Azərbaycan cüdoçusu dünya çempionatında gümüş medal qazanıb
05/10 | 15:49 Azərbaycanın daha bir cüdoçusu dünya çempionatında bürünc medal qazanıb
05/10 | 15:47 Azərbaycan fiqurlu konkisürəni beynəlxalq yarışda gümüş medal qazanıb
05/10 | 09:44 Azərbaycan güləşçisi Qazaxıstanda beynəlxalq turnirda bürünc medal qazanıb
04/10 | 17:43 Azərbaycan boksçuları Qazaxıstandakı beynəlxalq turnirdə 4 medal qazanıblar
04/10 | 15:41 Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal qazanıb
02/10 | 20:09 Azərbaycan sərbəst güləşçiləri beynəlxalq turnirdə 2 gümüş medal qazanıb
02/10 | 13:36 Azərbaycanın güləş üzrə U-17 və U-20 milliləri bu il Avropa və dünya çempionatlarında 9 medal qazanıb
01/10 | 15:54 Azərbaycan taekvondoçusu dünya çempionatında bürünc medal qazanıb
01/10 | 08:40 Dünya çempionatının gümüş mükafatçısı olan gimnastlar vətənə qayıdıb
30/09 | 17:16 Azərbaycan millisi beynəlxalq turnirdə birinci yeri tutub
30/09 | 16:44 Azərbaycan gimnastları Sankt-Peterburqda 4 medal qazanıblar
30/09 | 15:28 Azərbaycan bilyardçısı Gürcüstanda bürünc medal qazanıb
30/09 | 11:22 Azərbaycan cüdoçuları Çexiyada üç medal qazanıblar
30/09 | 10:20 Azərbaycan qılıncoynadanı Gürcüstanda bürünc medal qazanıb
30/09 | 09:57 Azərbaycan boksçuları beynəlxalq turnirdə iki medal qazanıblar
30/09 | 09:33 Azərbaycan badmintonçuları beynəlxalq turnirdə gümüş medal qazanıb
29/09 | 18:32 Azərbaycan gimnastları dünya çempionatında gümüş medal qazanıblar
29/09 | 16:11 Azərbaycanın stolüstü tennisçiləri Gürcüstanda üç medal qazanıblar
29/09 | 13:39 İBA Çempionlar Liqası: Azərbaycanın bütün boksçuları qələbə qazanıb
29/09 | 09:27 Azərbaycanın atıcılıq millisi dünya çempionatında gümüş medal qazanıb
28/09 | 21:26 Azərbaycan qılıncoynadanları beynəlxalq turnirdə qızıl və gümüş medallar qazanıblar
28/09 | 20:23 Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialının bağlanış mərasimi keçirilib
28/09 | 12:22 Azərbaycanın daha bir gimnastı Monteneqroda qızıl medal qazanıb
28/09 | 11:21 Azərbaycan taekvondoçuları Albaniyada 14 medal qazanıblar
28/09 | 09:19 Azərbaycan gimnastı Balkan Kubokunda qızıl medal qazanıb
27/09 | 21:57 Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışda mükafat qazanıblar
27/09 | 11:44 Fərid Qayıbov Zaqatala Olimpiya İdman Kompleksinə baxış keçirib
26/09 | 18:30 Şuşada Vüqar Həşimov Memorialının açılış mərasimi keçirilib
26/09 | 18:08 Azərbaycan bədii gimnastları Monteneqrodakı turnirdə 2 medal qazanıblar
25/09 | 16:44 Azərbaycanın yunan-Roma güləşçiləri Rusiyada üç medal qazanıblar
25/09 | 11:31 Azərbaycan Konqo ilə idman sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb
Digər xəbərlər 
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 36 26 5 5 97-37 83
2 Zirə 36 16 10 10 33-22 58
3 Sabah 36 17 7 12 50-40 58
4 Sumqayıt 36 15 12 9 37-38 57
5 Neftçi 36 16 8 12 51-40 56
6 Turan Tovuz 36 13 9 14 53-53 48
7 Səbail 36 11 9 16 50-60 42
8 Araz-Naxçıvan 36 9 9 18 31-50 36
9 Kəpəz 36 9 8 19 39-67 35
10 Qəbələ 36 7 5 24 30-64 26
Azərbaycan gimnastları XV Avropa Gənclər Yay Olimpiya Festivalını 1 medalla başa vurublar
Tarix: 27.07.2019 | Saat: 15:53:00 | E-mail | Çapa göndər
İyulun 27-də Bakıda təşkil olunan XV Avropa Gənclər Yay Olimpiya Festivalında idman gimnastikası yarışlarına yekun vurulub.

Festivalın sonuncu günündə oğlan gimnastlar dayaqlı tullanma, paralel qollar, turnikdə, qızlar isə gimnastika tiri və sərbəst hərəkətlərdə medallar uğrunda yarışıblar.

Oğlan gimnastların dayaqlı tullanma yarışlarında Böyük Britaniya təmsilçisi Reykvon Batist 13,983 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Rumıniya gimnastları Robert Burtanete 13,933 xalla gümüş, Qabriel Burtanete (13,833) isə bürünc medala sahib olublar.

Festivalda paralel qollar üzrə yarışlarda ukraynalı İlya Kovtun 14,600 xalla bütün rəqiblərini qabaqlayaraq festivalın qalibi olub. Onun komanda yoldaşı Vladimir Kostyuk (14,300 xal) gümüş, Macarıstan təmsilçisi Kristian Balaj (13,566) isə bürünc medal qazanıblar.

Ukrayna idmançısı İ.Kovtun turnikdə yarışlarda da fərqlənib. Uğurlu çıxışına görə, hakimlərdən 13,366 xal alan Ukrayna gimnastı qızıl medal qazanıb. Fransa təmsilçisi Lukas Desanj 13,233 xalla yarışı ikinci, italiyalı İvan Brunello isə 13,200 xalla üçüncü pillədə başa vurublar.

Qızların yarışında gimnastika tirində hərəkətlərdə Böyük Britaniya idmançısı fərqlənib. Hakimlərdən 13,666 xal alan Ondin Açamponq yarışı birinci pillədə başa vurub. İlk üçlüyü rumıniyalı Silvian-Mariya Sfirinqu-Qeorqe (13,666 xal) və fransalı Klariss Passeron (13 xal) tamamlayıblar.

Sərbəst hərəkət yarışlarında rusiyalı Viktoriya Listunova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Atlet çıxışına görə, hakimlərdən 14,066 xal alıb. İlk üçlüyü Rumıniya təmsilçiləri İoana Stankiulesku (13,633 xal) və Silviana-Mariya Sfirinqu-Qeorqe (13,400) tamamlayıblar.

Bununla da festivalın Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası yarışlarına yekun vurulub. Yarışda medalların sayına görə birinci yerdə Ukrayna yığması qərarlaşıb. Bu ölkənin atletləri 6 qızıl, 4 gümüş və 1 bürünc medal qazanıblar. Rusiyalı gimnastlar 6 qızıl, 3 gümüş və 4 bürünc, Böyük Britaniya təmsilçiləri isə 2 qızıl, 1 gümüş və 1 bürünc medala sahib olublar.

Yarışda 4 gimnastla (Səməd Məmmədli, Ağakazım Rüstəmov, Mənsum Səfərov və Milana Minakovskaya) təmsil olunan Azərbaycan yığma komandası festivalı 1 gümüş medalla başa vurub. Medalı komandamızın aktivinə dəstəli at yarışlarında uğurla çıxış edən S.Məmmədli yazdırıb.
Xəbər 1371 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
27.07.2019 XV Avropa Gənclər Olimpiya Festivalının təntənəli bağlanış mərasimi keçirilib
27.07.2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalının idman gimnastikası yarışları başa çatıb
27.07.2019 Cüdo üzrə Türkiyə milli komandası “EYOF Bakı 2019”un çempionu olub
27.07.2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarına yekun vurulub
27.07.2019 Cüdo üzrə Azərbaycan komandasının festivalda mübarizəsi başa çatıb
27.07.2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalında idman gimnastikası yarışları davam edir
27.07.2019 Oğlan və qız tennisçilərin fərdi yarışlarında bürünc və qızıl medallar uğrunda görüşlər keçirilir
27.07.2019 Avropa Gənclər Olimpiya Festivalının atletika yarışlarının sonuncu gününə start verilib
27.07.2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalının üzgüçülük yarışları başa çatıb
26.07.2019 Azərbaycan idmançıları Macarıstanda savat üzrə dünya birinciliyində iştirak edirlər


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru