Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
13/10 | 18:58 Avropa Kuboku: "Azərreyl" çempion olub
13/10 | 18:35 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə"də bürünc medal qazanıb
13/10 | 17:33 Azərbaycan badmintonçusu Türkiyədə qızıl medal qazanıb
13/10 | 12:01 Azərbaycan gimnastı Xorvatiyada bürünc medal qazanıb
13/10 | 09:50 Azərbaycan karateçisi İtaliyada bürünc medal qazanıb
12/10 | 21:25 Azərbaycan cüdoçusu Asiya turnirində qızıl medal qazanıb
12/10 | 16:43 "Mingəçevir Reqatası-2024"ün proqramı açıqlanıb, yarış ilk dəfə Füzulidə də təşkil olunacaq
11/10 | 19:31 "Böyük Dəbilqə": Azərbaycan cüdoçusu bürünc medal qazanıb
08/10 | 22:28 Azərbaycan Prezidenti: Belarusun təcrübəsi III MDB Oyunlarının keçirilməsində bizim üçün çox faydalı olacaq
08/10 | 18:24 Azərbaycan qılıncoynadanı İsveçdəki beynəlxalq turnirdə qızıl medal qazanıb
08/10 | 17:30 Azərbaycan güləşçisi Qazaxıstanda keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıb
05/10 | 16:57 Azərbaycan cüdoçusu dünya çempionatında gümüş medal qazanıb
05/10 | 15:49 Azərbaycanın daha bir cüdoçusu dünya çempionatında bürünc medal qazanıb
05/10 | 15:47 Azərbaycan fiqurlu konkisürəni beynəlxalq yarışda gümüş medal qazanıb
05/10 | 09:44 Azərbaycan güləşçisi Qazaxıstanda beynəlxalq turnirda bürünc medal qazanıb
04/10 | 17:43 Azərbaycan boksçuları Qazaxıstandakı beynəlxalq turnirdə 4 medal qazanıblar
04/10 | 15:41 Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal qazanıb
02/10 | 20:09 Azərbaycan sərbəst güləşçiləri beynəlxalq turnirdə 2 gümüş medal qazanıb
02/10 | 13:36 Azərbaycanın güləş üzrə U-17 və U-20 milliləri bu il Avropa və dünya çempionatlarında 9 medal qazanıb
01/10 | 15:54 Azərbaycan taekvondoçusu dünya çempionatında bürünc medal qazanıb
01/10 | 08:40 Dünya çempionatının gümüş mükafatçısı olan gimnastlar vətənə qayıdıb
30/09 | 17:16 Azərbaycan millisi beynəlxalq turnirdə birinci yeri tutub
30/09 | 16:44 Azərbaycan gimnastları Sankt-Peterburqda 4 medal qazanıblar
30/09 | 15:28 Azərbaycan bilyardçısı Gürcüstanda bürünc medal qazanıb
30/09 | 11:22 Azərbaycan cüdoçuları Çexiyada üç medal qazanıblar
30/09 | 10:20 Azərbaycan qılıncoynadanı Gürcüstanda bürünc medal qazanıb
30/09 | 09:57 Azərbaycan boksçuları beynəlxalq turnirdə iki medal qazanıblar
30/09 | 09:33 Azərbaycan badmintonçuları beynəlxalq turnirdə gümüş medal qazanıb
29/09 | 18:32 Azərbaycan gimnastları dünya çempionatında gümüş medal qazanıblar
29/09 | 16:11 Azərbaycanın stolüstü tennisçiləri Gürcüstanda üç medal qazanıblar
29/09 | 13:39 İBA Çempionlar Liqası: Azərbaycanın bütün boksçuları qələbə qazanıb
29/09 | 09:27 Azərbaycanın atıcılıq millisi dünya çempionatında gümüş medal qazanıb
28/09 | 21:26 Azərbaycan qılıncoynadanları beynəlxalq turnirdə qızıl və gümüş medallar qazanıblar
28/09 | 20:23 Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialının bağlanış mərasimi keçirilib
28/09 | 12:22 Azərbaycanın daha bir gimnastı Monteneqroda qızıl medal qazanıb
Digər xəbərlər 
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 36 26 5 5 97-37 83
2 Zirə 36 16 10 10 33-22 58
3 Sabah 36 17 7 12 50-40 58
4 Sumqayıt 36 15 12 9 37-38 57
5 Neftçi 36 16 8 12 51-40 56
6 Turan Tovuz 36 13 9 14 53-53 48
7 Səbail 36 11 9 16 50-60 42
8 Araz-Naxçıvan 36 9 9 18 31-50 36
9 Kəpəz 36 9 8 19 39-67 35
10 Qəbələ 36 7 5 24 30-64 26
XV Avropa Gənclər Yay Olimpiya Festivalının üzgüçülük yarışları başa çatıb
Tarix: 27.07.2019 | Saat: 05:54:00 | E-mail | Çapa göndər
İyulun 26-da “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının Bakı Su İdmanı Sarayında keçirilən üzgüçülük yarışlarına yekun vurulub. Yarışlarının sonuncu günündə Azərbaycanın üç atleti mübarizəyə qoşulub.

Məryəm Şeyxəlizadəxangah 50 metr, Aysel Səfərova 800 metr məsafəyə sərbəst, Elyar Cahangirbəyov isə 400 metr məsafəyə fərdi qaydada qarışıq üzmə yarışlarında qüvvələrini sınayıblar.

M.Şeyxəlizadəxangah təsnifat mərhələsində 26.72 saniyə nəticə göstərərək yarımfinalda mübarizə aparmaq imkanı əldə edib. Yarımfinalda müəyyən olunmuş məsafəni 26.68 saniyəyə qət edən təmsilçimiz həlledici mərhələyə vəsiqə qazana bilməyib.

Elyar Cahangirbəyov isə 400 metr məsafəyə fərdi qaydada qarışıq üzmə yarışında 4 dəqiqə 55.73 saniyə nəticə göstərib. Bu nəticə təmsilçimizin finala keçməsinə kifayət etməyib.
Aysel Səfərova 800 metr məsafəyə sərbəst üzmə yarışında finişə 9 dəqiqə 49 saniyəyə çatsa da medalçılar sırasına düşə bilməyib.

Bu yarışda Türkiyə atleti Beril Böcekler birinci, Böyük Britaniya üzgüçüsü Freya Kolbert ikinci, Rusiya təmsilçisi Marqarita Varulnikova üçüncü yerləri tutublar.
Oğlanlar arasında 400 metr məsafəyə kompleks üzmə yarışında fərdi kateqoriyada rusiyalı İlya Borodin qızıl, macarıstanlı Hubert Kos gümüş, çexiyalı Yakub Bursa isə bürünc medal qazanıblar.

Qızlar arasında 100 metr məsafəyə arxası üstə üzmə yarışının qalibi italiyalı Franseska Qaytani Erika olub. Almaniyalı Lusi Mosdzien finişə ikinci çataraq gümüş medal qazanıb. İlk üçlüyü isə finalda eyni nəticə göstərən rusiyalı Renata Qaynullina və ukraynalı Yevgeniya Jukova tamamlayıblar.

Oğlanlar arasında 100 metr məsafəyə brass üsulu ilə üzmə yarışında isə çempionluğu ukraynalı Rostislav Krıjanivski bayram edib. Böyük Britaniya atleti Kameron Uilliams fəxri kürsünün ikinci pilləsində yer alıb. Fransa üzgüçüsü Brendan Fitzpatrik isə üçüncü yeri tutub.

Qızlar arasında 100 metr məsafəyə brass üsulu ilə üzmə yarışında rusiyalı Yevgeniya Çikunova birinci, fransalı Jastin Delmas ikinci, irlandiyalı Molli Mayn üçüncü olublar.
Oğlanlar arasında 200 metr məsafəyə sərbəst üzmə yarışında Edvard Mildred (Böyük Britaniya), David Popoviçi (Rumıniya) və Bora Gülşən (Türkiyə) müvafiq olaraq qızıl, gümüş və bürünc medallara sahib çıxıblar.

Rusiya atletləri XV Avropa Gənclər Yay Olimpiya Festivalının qızlar və oğlanlar arasında 4x100 metr məsafəyə kompleks üzmə yarışlarında çempion olublar. Hər iki yarışda gümüş medalları Böyük Britaniya idmançıları qazanıblar. Oğlanların mübarizəsində bürünc medallara Fransa təmsilçiləri, qızların yarışında isə İtaliya üzgüçüləri yiyələniblər.

Qızlar arasında 50 metr məsafəyə sərbəst üzmə yarışında Rumıniya atleti Bianka Kostea finişə birinci çataraq qızıl medal əldə edib. Serbiya üzgüçüsü Nina Stanisavleviç ikinci, Niderland təmsilçisi Milou Van Viyk isə üçüncü pillədə qərarlaşıblar.
Zərif cinsin nümayəndələrinin 200 metr məsafəyə fərdi qaydada kompleks üzmə yarışında Böyük Britaniya idmançısı Keyti Şanahan rəqibləri üçün əlçatmaz olub. İtaliyalı Çiara Fontana turnirin gümüş medalını qazanıb. Yarışda ilk üçlüyü Türkiyə atleti Dəniz Ertan tamamlayıb.

Oğlanlar arasında 100 metr məsafəyə batterflay üsulla üzmə yarışında Rasmus Nikelsen (Danimarka) çempion adına layiq görülüb. Hubert Kos (Macarıstan) yarışı ikinci pillədə başa vurub. Polşalı Pavel Urinyuk isə bürünc medala sahib olub.
Son yarış günündə 15 ölkə təmsilçisi fəxri kürsüdə yer alıb. Rusiya ( 4 qızıl, 2 bürünc), Böyük Britaniya ( 2 qızıl, 4 gümüş), İtaliya ( 1 qızıl, 1 gümüş, 1 bürünc), Rumıniya ( 1 qızıl, 1 gümüş), Türkiyə ( 1 qızıl, 2 bürünc), Ukrayna ( 1 qızıl, 1 bürünc), Danimarka ( 1 qızıl), Macarıstan (2 gümüş), Fransa ( 1 gümüş, 2 bürünc), Almaniya, Serbiya ( hərəyə 1 gümüş), Hollandiya, İrlandiya, Çexiya, Polşa ( hərəyə 1 bürünc) atletləri medalçılar sırasına düşməyi bacarıblar.

Yarışda ilk üç yerin sahiblərinə medal və hədiyyələr təqdim olunub. Mükafatlandırma mərasimində medalları Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti Elçin Həsənov, “EYOF Bakı 2019”un protokol meneceri Nigar Rzazadə və başqaları təqdim ediblər.

Bununla da festivalın üzgüçülük yarışlarına yekun vurulub.
İyulun 22-dən 26-dək keçirilən üzgüçülük yarışlarında medalçıların siyahısına Rusiya başçılıq edir. Şimal qonşularımızın aktivində 19 medal (14 qızıl, 2gümüş, 3 bürünc) var. Böyük Britaniya 18 medalla (6 qızıl, 11 gümüş, 1 bürünc) ikinci yerdə qərarlaşıb. Aktivində 10 medal (3 qızıl, 2 gümüş, 5 bürünc) olan Türkiyə siyahıda üçüncüdür.

Beş gün davam edən yarışlarda Azərbaycan atletlərindən ən yaxşı nəticəni Ramil Vəlizadə göstərib. O, iyulun 24-də 200 metr məsafəyə batterflay üsulla üzmə yarışında beşinci yeri tutub.
Digər təmsilçimiz, Məryəm Şeyxəlizadəxangah isə iyulun 25-də 100 metr məsafəyə batterflay üsulla üzmə yarışında altıncı olub.

Qeyd edək ki, festivalın üzgüçülük yarışlarında Azərbaycan 6 atlet - Rəşad Alquliyev, Elyar Cahangirbəyov, Maksim Petrenko, Ramil Vəlizadə, Aysel Səfərova və Məryəm Şeyxəlizadəxangah ilə təmsil olunub.
Xəbər 1555 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
27.07.2019 XV Avropa Gənclər Olimpiya Festivalının təntənəli bağlanış mərasimi keçirilib
27.07.2019 Azərbaycan gimnastları XV Avropa Gənclər Yay Olimpiya Festivalını 1 medalla başa vurublar
27.07.2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalının idman gimnastikası yarışları başa çatıb
27.07.2019 Cüdo üzrə Türkiyə milli komandası “EYOF Bakı 2019”un çempionu olub
27.07.2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarına yekun vurulub
27.07.2019 Cüdo üzrə Azərbaycan komandasının festivalda mübarizəsi başa çatıb
27.07.2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalında idman gimnastikası yarışları davam edir
27.07.2019 Oğlan və qız tennisçilərin fərdi yarışlarında bürünc və qızıl medallar uğrunda görüşlər keçirilir
27.07.2019 Avropa Gənclər Olimpiya Festivalının atletika yarışlarının sonuncu gününə start verilib
26.07.2019 Azərbaycan idmançıları Macarıstanda savat üzrə dünya birinciliyində iştirak edirlər


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru