Xəzər Universitetinin Şahmat Akademiyasında keçirilən “Gənclər kuboku” uğrunda komanda reytinq yarışı davam edir.
FIDE qaydaları üzrə keçirilən turnirdə üç turdan sonra “Gənc istedadlar” komandası liderdir. “Chess.az” və “Armaqeddon” komandaları isə 2-3-cü yerləri bölüşürlər.
İyunun 19-da - turnirdə dördüncü və beşinci turun oyunları keçirilir. Yarış iyunun 21-dək davam edəcək.
“Gənclər kuboku”nda “Armaqeddon”, “Chess.az”, “Ulduz”, “Gənc ulduzlar”, “Gənc istedadlar”, “I&M”, “Naxçıvan”, “Bakı-Sumqayıt” və “Elfim” komandaları mübarizə aparırlar.
Turnirdə yalnız reytinqli şahmatçılar iştirak edirlər.
|