Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
28/03 | 11:06 Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
27/03 | 17:44 Azərbaycanın qadınlardan ibarət boks millisi Bakıdakı beynəlxalq turniri 9 medalla başa vurub
27/03 | 14:40 Azərbaycanın 5 ağırlıqqaldıranı Dünya Kubokunda çıxış edəcək
27/03 | 10:41 Minifutbol çempionatı: “Zirə” növbəti qələbəsini qazanıb
27/03 | 09:59 Azərbaycanın 2 boksçusu "Böyük İpək Yolu"nda bürünc medal qazanıb
26/03 | 22:36 Azərbaycan Kuboku: "Neftçi" qrup lideri kimi yarımfinala yüksəlib
26/03 | 16:40 Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb
26/03 | 15:39 Azərbaycan avarçəkəni İtaliyadakı turnirdə gümüş medal qazanıb
26/03 | 10:36 AVRO-2024-ə vəsiqə qazanacaq sonuncu komandalar müəyyənləşəcək
26/03 | 09:37 Azərbaycanın U-21 millisi bu gün Ukraynanı qəbul edəcək
25/03 | 22:00 Azərbaycan millisi Bolqarıstan yığması ilə heç-heçə edib
25/03 | 14:21 Azərbaycanın bədii gimnastı Qazaxıstanda bürünc medal qazanıb
25/03 | 13:32 Azərbaycanın daha bir gimnastı Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
25/03 | 11:43 Azərbaycan voleybol çempionatı: XVIII turun proqramı açıqlanıb
25/03 | 10:24 Azərbaycanın üç boksçusu Bakıdakı turnirə qələbə ilə başlayıb
24/03 | 20:25 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"ni 4 medalla başa vurublar
24/03 | 17:26 Azərbaycan gimnastları Portuqaliyada gümüş medal qazanıblar
24/03 | 15:57 Bakıda "Böyük İpək Yolu" turnirinin açılış mərasimi keçirilib
24/03 | 13:19 Azərbaycanın basketbol millisi Gürcüstanda daha iki qələbə qazanıb
24/03 | 10:31 Azərbaycanın daha bir atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
23/03 | 20:42 Azərbaycan atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb
23/03 | 16:34 Bakıda 11 ölkənin iştirakı ilə “Böyük İpək Yolu” turniri keçiriləcək
23/03 | 14:55 Azərbaycan gimnastları Qazaxıstanda keçirilən turnirdə 6 medal qazanıblar
22/03 | 19:37 “Böyük Dəbilqə”: Azərbaycan cüdoçuları ilk gündə 2 medal qazanıblar
22/03 | 11:27 Azərbaycan tamblinq millisi beynəlxalq turnirdə birinci yeri tutub
22/03 | 11:15 Göygöldə həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışlarına start verilib
22/03 | 10:59 Azərbaycan paraatletika millisi Qran-pridə çıxış edəcək
22/03 | 10:11 Azərbaycanın U-21 yığması bu gün İngiltərə ilə qarşılaşacaq
22/03 | 09:37 Azərbaycan futbol millisi bu gün Monqolustanla üz-üzə gələcək
21/03 | 21:34 "Qarabağ"ın U-14 komandası Minskdə keçirilən turnirdə çempion olub
21/03 | 18:38 Fərid Fərhadzadə Madriddə Dünya Triatlon İttifaqının rəsmiləri ilə görüşüb
21/03 | 17:29 Azərbaycan stolüstü tennisçiləri Ankarada beynəlxalq toplanışa qatılıblar
21/03 | 14:31 Azərbaycan Premyer Liqasında XXIX və XXX turun proqramı açıqlanıb
21/03 | 13:30 Bədii gimnastika üzrə 29-cu Azərbaycan çempionatının açılış mərasimi keçirilib
21/03 | 13:28 Azərbaycan gimnastları beynəlxalq turnirdə finala yüksəliblər
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
"Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalı Əlaqələndirmə Komissiyasının axırıncı toplantısı keçirildi
Tarix: 11.06.2019 | Saat: 12:12:00 | E-mail | Çapa göndər
İyunun 11-i Milli Olimpiya Komitəsində 21 iyul tarixində Bakıda başlayacaq XV Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıq işləri ilə bağlı Əlaqələndirmə Komissiyasının sonuncu toplantısı keçirilib.

Toplantıda Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Olimpiya Komitəsinin (MOK) baş katibinin müavini Azər Əliyev, təşkilat komitəsinin üzvləri, eyni zamanda, yarışa hazırlıq işləri ilə daha yaxından tanış olmaq üçün Bakıda səfərdə olan Avropa Olimpiya Komitəsi Əlaqələndirmə Komissiyasının rəhbəri, Serbiya Milli Olimpiya Komitəsinin baş katibi Corce Visaçki və Əlaqələndirmə Komissiyasının üzvləri, İslandiya Milli Olimpiya Komitəsinin baş katibi xanım Liney Rut Xalldorsdottir, Bosniya və Herseqovina Milli Olimpiya Komitəsinin baş katibi Said Fazlaqiç, Avropa Olimpiya Komitəsinin idman şöbəsinin rəhbəri Piter Brül və Avropa Olimpiya Komitəsinin Antidopinq Komissiyasının İdarə Heyətinin üzvü Haydar Demirel iştirak ediblər.

Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov Avropa ölkələrinin nümayəndə heyətləri rəhbərləri Bakıda salamlayaraq dedi: “İnanmaq çətindir ki, düz bir il bundan əvvəl, biz sizinlə 15-ci Avropa Olimpiya Gənclər Festivalı ilə bağlı ilk müzakirələri aparırdıq. Bu gün artıq yarışların başlamasına 40 gün qalır. Əminliklə, ötən müddət ərzində hazırlıqla bağlı çox böyük işlərin görüldüyünü deyə bilərəm. Biz oyunlara demək olar ki, tam hazırıq. Bu gün, sizinlə bir daha görülmüş işlərə nəzər salacaq və ətraflı fikir mübadiləsi aparacayıq.”

Toplantı zamanı “Bakı-2019” Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıqla bağlı Əməliyyat Komitəsinin gördüyü işlər, idman yarışlarının cədvəli, statistikası, risklərin idarə edilməsi, marketinq kampaniyaları, Milli Olimpiya komitələri arasında əlaqələrin qurulması və digər mühüm əhəmiyyət kəsb edən məsələlər müzakirə edilib.

Əməliyyat Komitəsinin gördüyü hazırlıq işləri ilə tanış olaraq, Avropa Olimpiya Komitəsi Əlaqələndirmə Komissiyasının rəhbəri Corce Visaçki deyib: “Bakının qarşıdakı festivala hazırlığını son dəfə dəyərləndirib əminliklə deyə bilərik ki, paytaxt bu cür mötəbər yarışı qəbul etməyə hazırdır. Biz əminik ki, idmançılar və azarkeşlər yarışmaların mükəmməl təşkilatından razı qalacaq”.

Bakıda olduqları müddətdə Avropa Olimpiya Komitəsinin rəsmiləri Festivalın Açılış və Bağlanış mərasimlərinin keçiriləcəyi Bakı Kristal Zalında olan son hazırlıq işləri ilə də tanış olublar.

Qeyd edək ki, bu Əlaqələndirmə Komissiyasının sayca artıq üçüncü toplantısıdır, birinci toplantı 2018-ci ilin iyul ayında, ikinci isə 2019-cu ilin yanvar ayında baş tutub.

Xatırladaq ki, Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gələcək. Atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.

Mövzuya aid fotolar:
Slayd Əvvəlki Sonrakı Son
Xəbər 1431 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
15.03.2024 Gənclər və İdman Nazirliyinin Kollegiya iclası keçirilib
14.03.2024 Nazir idman federasiyalarının nümayəndələri ilə görüşüb
13.03.2024 Azərbaycan Reqbi Federasiyasının rəhbər orqanlarına seçkilər keçirilib
10.02.2024 Dövlət qurumlarının əməkdaşları arasında üzgüçülük yarışı keçirilir
08.02.2024 İlk dəfə Xankəndi–Bakı ultra marafonu keçiriləcək
06.02.2024 Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanmış idmançılarla görüşüb
03.02.2024 Fərid Qayıbov “Lənkəran” İdman Klubunun fəaliyyəti ilə tanış olub
01.02.2024 Bəhruz Nəbiyev Beynəlxalq Çövkən Federasiyasının prezidenti seçilib
31.01.2024 Azərbaycan və İsveçrə arasında idman sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
24.01.2024 “Komando” hərbi-idman oyununun Əsasnaməsi qəbul olunub


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru