Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
19/04 | 10:32 Azərbaycan Premyer Liqasında tura Tovuzda start veriləcək
18/04 | 14:22 Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
18/04 | 14:21 Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
18/04 | 11:39 Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
18/04 | 10:47 Azərbaycanın U-17 millisi İnkişaf turnirində iştirak edəcək
18/04 | 10:16 Azərbaycan cüdo millisinin Polşa toplanışı başa çatıb
18/04 | 09:17 Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər
17/04 | 20:34 Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
17/04 | 18:32 17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
17/04 | 16:48 Azərbaycan voleybol çempionatında ilk finalçı müəyyənləşib
17/04 | 15:36 Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
17/04 | 12:40 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək
17/04 | 11:49 Azərbaycan bilyardçısı Avropa çempionu olub
17/04 | 11:18 Azərbaycanın gənc avarçəkənləri Türkiyədə turnirə qatılacaqlar
17/04 | 10:17 Azərbaycan stolüstü tennisçiləri “Türk Dövlətləri” beynəlxalq turnirində mükafat qazanıblar
17/04 | 09:44 Fərid Qayıbov ABŞ-də azərbaycanlı idmançılar və tələbələrlə görüşüb
16/04 | 18:05 AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir
16/04 | 17:23 Azərbaycan voleybol çempionatı: yarımfinal mərhələsinin daha bir oyunu keçirilib
16/04 | 15:29 Azərbaycan Premyer Liqası: "Qarabağ” – “Neftçi” görüşünün başlama saatı bəlli olub
16/04 | 13:42 Paytaxtın abad məhəllələrində minifutbol yarışlarına start verilib
16/04 | 12:57 Azərbaycanın 5 gimnastı Çexiyada beynəlxalq turnirdə iştirak edəcək
16/04 | 11:25 Olimpiadaya lisenziya qazanan Azərbaycanın 3x3 basketbol millisi Vətənə dönüb
16/04 | 09:23 Azərbaycanın futzal millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək
15/04 | 19:25 Azərbaycanlı Mərakeşin ən yüksək zirvəsini fəth edib
15/04 | 15:50 “Sabah” ardıcıl iki oyunda "Qarabağ"a üç qol vurmaqla tarixə düşüb
15/04 | 15:08 Azərbaycanın altı idman gimnastı Dünya Kubokunda iştirak edəcək
15/04 | 12:53 Azərbaycan taekvondoçuları Serbiyada iki medal qazanıblar
15/04 | 12:01 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
15/04 | 11:49 Azərbaycan para-badmintonçuları İspaniyada beynəlxalq turnirdə iştirak edəcəklər
15/04 | 11:25 Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
15/04 | 10:37 Azərbaycan çempionatında 4-cü turun partiyaları keçirilib, vahid lider bəlli olub
15/04 | 09:49 Azərbaycan gimnastları beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar
14/04 | 22:10 Cüdo üzrə Bakı kəndləri birinciliyi keçirilib
14/04 | 21:32 Azərbaycan cüdoçuları Berlindəki Avropa Kubokunda birinci yeri tutub
14/04 | 20:14 Azərbaycan boksçuları Avropa çempionatını iki qızıl medalla başa vurub
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Atletlər kəndində “Bakı-2019” Avropa Gənclər Yay Olimpiya Festivalının başlanmasına 50 gün qalması münasibətilə tədbir təşkil edilib
Tarix: 01.06.2019 | Saat: 09:03:00 | E-mail | Çapa göndər
“Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalının başlanmasına 50 gün qalması və Olimpiya Günü münasibətilə iyunun 1-də Bakıdakı Atletlər kəndində təntənəli mərasim və idman yarışı keçirilib.

Müasir Olimpiya hərəkatının yaranmasının 125 illik yubileyinə həsr olunan tədbir “Baki 2019” Əməliyyat Komitəsinin və Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) təşkilatçılığı, Təhsil Nazirliyinin dəstəyi ilə təşkil edilib. 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə keçirilən yarışa “Olimpiya mədəniyyəti və təhsil” proqramının iştirakçısı olan 500 məktəbli də qatılıb.

Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Təhsil nazirinin müavini Firudin Qurbanov, MOK baş katibinin müavini Azər Əliyev, “Bakı 2019” Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov, Olimpiya çempionları, idman ictimaiyyətinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Gənclər və İdman naziri Azad Rəhimov yarışa hazırlığın plana uyğun getdiyini qeyd edərək deyib: “Bugünkü tədbirdə uşaqların iştirakı çox vacibdir. Çünki biz texniki və əməliyyat tədbirləri ilə yanaşı, uşaq və yeniyetmələr arasında idmanın təbliğini qarşımıza məqsəd qoymuşuq. Biz mümkün qədər çox uşağın idmana maraq göstərməsini və sağlam həyat tərzi sürməsini istəyirik".

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxışında müasir Olimpiya hərəkatının 125 illik yubileyinin Avropa Gənclər Yay Olimpiya Festivalının başlamasına 50 gün qalması münasibətilə təşkil olunan bu tədbirlər eyni günə təsadüf etməsindən məmnunluğunu bildirib: “Dostluğu, qarşılıqlı hörməti, sülhü və mükəmməlliyi özündə ehtiva edən Olimpiya hərəkatı dərin məna və məzmuna malikdir. Məhz bu səbəbdən Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalı ölkəmiz üçün tarixi əhəmiyyət daşıyır”.

Təhsil nazirinin müavini Firudin Qurbanov Avropa Gənclər Yay Olimpiya Festivalı və onun irsi çərçivəsində həyata keçirilən “Olimpiya mədəniyyəti və təhsil” proqramının məktəblilər üçün əhəmiyyətindən söz açıb. O, bildirib ki, belə beynəlxalq proqramlar məktəblilərin hərtərəfli inkişafında, onların dünyagörüşünün formalaşmasında misilsiz rola malikdir.

Tədbirdə “Zirvələrə doğru” idman kampaniyasına start verilib. Kampaniya çərçivəsində 13-16 yaşlı yeniyetmələr basketbol, velosiped idmanı, atletika, tennis və üzgüçülük yarışlarında güclərini sınayacaqlar. Beş həftə ərzində federasiyaların hər biri bütün iştirakçılar üçün “açıq qapı” günləri elan edəcək.

Avropa Gənclər Yay Olimpiya Festivalı Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov ən yaxşı nəticə göstərən uşaqların “Bakı 2019”da iştirak etmək və festivalı yaxından izləmək imkanı qazanacaqlarını bildirib. O, idmanı sevən bütün uşaqların bu turnirə dəvət olunduğunu vurğulayıb. Qeyd edib ki, uşaqlar burada idmançılar, məşqçilərlə şəxsən tanış ola və onlardan çox vacib məsləhətlər ala biləcəklər.

Tədbirdə atletika, basketbol, tennis, üzgüçülük və velosiped idman növləri üzrə milli federasiyalar həmin növlər üzrə interaktiv təqdimatlar edib.

Sonra müasir Olimpiya hərəkatının və Beynəlxalq Olimpiya Komitəsinin təsis olunmasının 125 illik yubileyi münasibətilə Atletlər kəndində kütləvi qaçış yarışı təşkil edilib. Avropa Gənclər Olimpiya Festivalının layihəsi olan “Olimpiya mədəniyyəti və təhsil” proqramında iştirak edən və 49 təhsil müəssisəsini təmsil edən 500 məktəbli finiş xəttinə birinci çatmaq üçün yarışıblar.

Turnirin sonunda iştirakçılar və qaliblər Milli Olimpiya Komitəsinin hədiyyələri və diplomları ilə təltif olunub.

Tədbir çərçivəsində “Olimpiya mədəniyyəti və təhsil” proqramında iştirak edən məktəblilərin Atletlər kəndinə ekskursiyası təşkil edilib. Uşaqlar festival zamanı Atletlər məskunlaşacaq idmançıların yaşayış, əyləncə və idman zonaları ilə yaxından tanış olublar.

Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə gələcək. Atletlər gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.

Mövzuya aid fotolar:
Slayd Əvvəlki Sonrakı Son
Xəbər 1533 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
10.04.2024 Fərid Qayıbov martda beynəlxalq yarışlarda uğurlu çıxış edən idmançılarla görüşüb
07.04.2024 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində ikinci turun oyunları keçirilib
02.04.2024 Bakı kənd və qəsəbələri arasında II minifutbol turnirində ilk turun oyunları keçirilib
30.03.2024 Avropa çempionatında yüksək nəticələr qazanan Azərbaycan güləşçiləri ilə görüş keçirilib
15.03.2024 Gənclər və İdman Nazirliyinin Kollegiya iclası keçirilib
14.03.2024 Nazir idman federasiyalarının nümayəndələri ilə görüşüb
13.03.2024 Azərbaycan Reqbi Federasiyasının rəhbər orqanlarına seçkilər keçirilib
10.02.2024 Dövlət qurumlarının əməkdaşları arasında üzgüçülük yarışı keçirilir
08.02.2024 İlk dəfə Xankəndi–Bakı ultra marafonu keçiriləcək
06.02.2024 Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanmış idmançılarla görüşüb


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru