Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
24/04 | 22:21 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib
24/04 | 21:22 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24/04 | 19:19 Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
24/04 | 17:18 Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
24/04 | 14:17 Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
24/04 | 13:26 Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
24/04 | 10:13 Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır
24/04 | 09:21 Azərbaycan Kubokunda finalçılar bu gün bəlli olacaq
24/04 | 09:10 Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib
23/04 | 19:08 Voleybol üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb
23/04 | 18:07 Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi bəlli olub
23/04 | 17:04 Futzal üzrə Azərbaycan Kubokunun yarımfinal oyunlarına təyinatlar açıqlanıb
23/04 | 14:02 “Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
23/04 | 12:31 AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
23/04 | 12:30 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum olub
23/04 | 10:00 Azərbaycan şahmatçısı Avropa çempionatında ardıcıl 4 qələbə əldə edib
23/04 | 09:55 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq
22/04 | 23:29 1/4 finalçılar müəyyənləşib
22/04 | 22:56 Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər
22/04 | 22:38 Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
22/04 | 19:08 Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası ölkə çempionu olub
22/04 | 18:03 1/8 final mərhələsinin oyunları keçirilib
22/04 | 12:21 Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə tanışlıq
22/04 | 09:51 Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq
22/04 | 09:29 Azərbaycan paraüzgüçüsü Avropa çempionu olub
21/04 | 21:28 Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub
21/04 | 20:35 "İdman Paytaxtı" seçilmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb
21/04 | 09:23 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 2 medal qazanıb
20/04 | 22:21 Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb
20/04 | 21:38 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
20/04 | 14:37 Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
20/04 | 12:26 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
20/04 | 10:15 Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq
19/04 | 21:13 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
19/04 | 20:10 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
"Tokio-2020": Əsas medal ümidlərimizin olimpiya yolu
Tarix: 20.05.2019 | Saat: 14:10:00 | E-mail | Çapa göndər
BATI YAR | batyyar@mail.ru

Gündoğar ölkəyə getmək üçün nə etməli?

2020-ci ilin yay olimpiya oyunlarında Azərbaycanın medal ümidi ilə idmançı yollayacağı növlər sırasına daha biri də əlavə olunub. Bununla yanaşı, fəxri kürsüyə namizəd olan daha bir qrup idmançımızın mübarizə aparacağı növdə hələ heç nə bəlli deyil. Olimpiya medalı qazandığımızı daha bir növdə isə qaydalar antidopinq siyasəti səbəbilə xeyli sərtləşdirilib. Bir sözlə, 2020-ci ilin Tokiosına aparan yollara həsr olunmuş olimpiya təsnifat qaydalarına həsr edilmiş sonuncu məqaləmizi ümidli-ümidsiz daha 3 növə həsr edirik.

Onu da qeyd edək ki, Şərq döyüş növləri Azərbaycanda həmişə populyar olub və olimpiya hərəkatına daha "yapon növü»nün cəlb edilməsi xeyrimizə hesab oluna bilər. Yaponiyada yarandılmış cüdo ilə yanaşı, vətəni Koreya olan taekvondodan savayı, olimpiya debütünü edəcək karatedə də parlaq idmançılarımızın olması ümidlərə qol0-qanad verir. Titullu idmançılarımız olimpiya siftəsini edən bu növdə medal qazanmalı, hətta ən yüksək əyarlara iddialı olmalıdırlar.

Tomas Baxın sözlərinə inansaq, boks olimpiadada olacaq. Lakin seçimlə bağlı son söz deyilməyib. Denməli, boksçularımız da rinq döyüşünə köklənməlidirlər. Ağırlıqqaldırmanın bu sırada olması, ənənələrə söykənməsi ilə bağlıdır. Hərçənd yeni qaydalar ölkəmizin təmsilçiyiliyi ilə bağlı məhdudiyyətlərə yol açıb.

Karate – 8 medal dəsti

Olimpiya oyunlarında debüt edəcək növ üzrə 80 idmançının mübarizəsində iki medal kata proqramına aiddir. Kumitedə hər çəki üzrə, kata döyüş sənətində də 10 karateçi qüvvəsini sınayacaq.

Mübarizə avqustun 6-dan 8-dək 14.471 tamaşaçı tutumlu «Nippon Budokan» arenasında olacaq. Əslində Dünya Karate Federasiyasının (WKF) kumite üzrə 5 çəki dərəcəsi var. Olimpiya oyunlarında onlardan yalnız 3-ü olacaq. Bu səbəbdən kişilərdə 60-67 kq-lar, qadınlarda isə 50-55 kq-lar yüngül (müvafiq olaraq, kişilərdə 67-kq-dək, qadınlarda 55 kq-dək), 75 kq-dək kişilərdə, 61 kq-dək isə qadınlarda orta, normal halda +84 kq kişilərdə, +64 kq isə qadınlarda) ağır çəki kateqoriyasına aid edilib. Beləliklə, kişilər 67 kq, 75 kq və +75 kq, qadınlar 55 kq, 61 kq və +61 kq çəki dərəcələri üzrə mübarizəyə qoşulacaqlar. Hər çəki dərəcəsində ölkələr bir idmançı ilə təmsil oluna bilər. Hər çəkinin 10 idmançısı bu qayda ilə seçiləcək: 1 yer təşkilatçı ölkəyə; 4 yer 2020-ci il aprelin 6-da elan ediləcək olimpiya reytinqində yer alan 4 karateçiyə; 3 yer təsnifat turnirlərinə; 2 yer qitələrin təqdimatı və ya üçlər komissiyasının qərarı ilə.

Reytinq üzrə hesabatlar 5 çəki dərəcəsi aparıldığından, hər çəki üzrə bəzi yarışlar olimpiya proqramı hesabı ilə aparılır. Lakin qoşalaşmış hər çəki dərəcəsi üzrə iki nəfərin reytinqi əsas götürüləcək və olimpiadaya lisenziya verəcək. Dünya və olimpiya proqramları üçün eyni olan çəkilərdə isə 4 lider karateçi Tokiya bilet sifariş edəcək.

Qitələr üzrə təqdimatlarda Okeania, Afrika, Panamerika, Asiya və Avropanın hər biri hər gender üzrə bir namizəd irəli sürə bilər. Bundan əlavə, Afrika və Amerika iki genderdən biri üzrə əlavə namizəd verəcək. Lakin biri qadın, digəri kişi karateçini təqdim edəcək. Bu siyahıya salınacaq idmançılar qızıl medal qazanmış ən yüksək reytinqli idmançılar olmalıdırlar. Əgər belə bir idmançı yoxdursa, növbəti addımda olimpiyaçı gümüş medalçılar arasından, bu da olmasa, bürünc medalçılardan seçiləcək. Əgər bu qayda ilə də idmançı seçilməzsə, reytinqlərə baxılacaq.

Olimpiya təqviminə düşən yarışlardan biri olan Asiya Oyunları 2018-ci ildə İndoneziya paytaxtı Cakartada keçirilib.

Reytinqə təsir edən turnirlər 2018-ci il iyulun 2-dən başlayıb. Bu vaxta qədər Asiya (Əmman, İordaniya), Afrika (Kiqali, Ruanda), «Karate-1» üzrə Premyer liqa (Berlin, Almaniya; Tokio, Yaponiya; Paris, Fransa; Dubay, BƏƏ; Zalsburq, Avstriya), «A Seriya» (Santyaqo, Çili və Şanxay, Çin), dünya çempionatı (Madrid, İspaniya), Panamerika (Panama) və Avropa (Qvadalaxara, İspaniya) çempionatları keçirilib.

Qalan yarışların siyahısı belədir:

Avropa Oyunları – Minsk, Belarus, 21-30 iyun;

Sakit Okean Oyunları – Apia, Samoa, 8-20 iyul;

Panamerika Oyunları – Lima, Peru, 26 iyul-11 avqust;

Afrika Oyunları – Kasablanka və Rabat, Mərakeş, 23 avqust-3 sentyabr 2019-cu il;

Təsnifat turniri – Paris, Fransa, 8-10 may 2020-ci il.

Azərbaycan krateçilərindən əsas namizədlərinin bu günə olan reytinq mövqeləri:

Kişilər

67 kq – 12. Firdovsi Fərzəliyev (60 kq, 1672.5 xal), 32. Rafiz Həsənov (67 kq, 1132.5);

75 kq – 2. Rafael Ağayev (3150);

+75 kq – 25. Asiman Qurbanlı (+84 kq, 1132.5), 39. Ayxan Mamayev (84 kq, 832.5), 94. Turqut Həsənov (84 kq, 405), 101. Şahin Atamov (+84 kq, 382.5);

Kata - 27. Roman Heydərov (690 xal).

Qadınlar

55 kq – 27. Nuranə Əliyeva (50 kq, 1072.5), 104. İlahə Qasımova (55 kq, 322.5);

61 kq – 55. Fəridə Əbiyeva (360);

+61 kq – 2. İrina Zaretska (68 kq, 3022.5), 65. Fəridə Əliyeva (+68 kq, 540);

Kata - 117. Nida Rəzai (67.5).

Boks – 13 medal dəsti

Olimpiadaların ən qədim və əsil növlərindən sayılan boks və ya tarixən yumruq döyüşü son dövrlərdə ən başıbəlalı proqramlardan birinə çevrilib. Qalmaqallar bir-birini əvəz etməklə, ümumiyyətlə, bu növun olimpiya taleyinin üzərini qara buludlar alıb. Hər halda Tokioda boksu görmək imkanımız olacaq. Fəqət hələ də onun əsas meyarları, hətta kişilərdə çəki dərəcələri də məlum deyil. Son qərara əsasən, kişilərdə çəki dərəcələrinin sayı 10-dan 8-ə salınıb, qadınlarda isə 3 çəki dərəcəsinin sayı 5-ə qaldırılıb. Zərif cinsin hansı çəkilərdə mübarizə aparması bəllidir – 51 kq, 57 kq, 60 kq, 69 kq və 75 kq.

Ümumən, Tokioda rinq döyüşləri 2020-ci il iyulun 25-dən avqustun 9-dək keçiriləcək. 76 ölkədən dəri əlcək ustalarının iştirakı gözlənilir. Döyüşlər sumo yarışları arenası kimi tanınan «Ryöqoku Kokugikan» sarayında keçiriləcək.

Lakin boksun taleyi ilə bağlı son qərarı iyun ayında Beynəlxalq Olimpiya Komitəsinin sessiyası verəcək. Səbəb isə AİBA-da korrupsiya ittihamlarının səngiməməsidir. Hətta məşhur bukmeyker kontorları boksun olimpiya taleyi ilə bağlı kotirovkalar da açıblar. Ən ümidvericisi isə boksun lehinə olan 69 faizlik göstəricidir.

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax bu günlərdə olimpiadanın boks proqramı ilə bağlı fikirlərini bölüşüb: "İstəyirik ki, boks olimpiya proqramında saxlanılsın. Elə buna görə də təsnifat yarışlarını AİBA deyil, alternativ bir təşkilat da keçirə bilər. Qərar AİBA ilə bağlı təhqiqat başa çatandan sonra veriləcək".

Qeyd edək ki, boks 1904-cü ildən olimpiya proqramlarındadır. Yalnz 1912-ci ildə rinq ustaları olimpiadada üz-üzə gəlməyiblər. "Rio-2016" Oyunlarında isə ilk dəfə peşəkar boksçular da olimpiya rinqinə çıxıblar.

Ağırlıqqaldırma – 14 medal dəsti

Gələn il iyulun 25-dən avqustun 4-dək Tokio Beynəlxalq Forumunda (yaponca – "Tokyo Kokusai Foramu») keçiriləcək mübarizədə 196 ağırlıqqaldıranın iştirak etməsi gözlənilir. 2018-ci ilin iyulunda yeni çəkilər müəyyən olunub. Kişilərdə bir çəki ləğv edilərək, mübarizədə gender bərabərliyi yaradılıb.

Kişilər 61 kq, 67 kq, 73 kq, 81 kq, 96 kq, 109 kq və +109 kq, qadınlar 49 kq, 55 kq, 59 kq, 64 kq, 76 kq, 87 kq və +87 kq çəkilərdə qüvvələrini sınaya biləcəklər.

Hər ölkə genderlər üzrə bərabər paylanmaqla 8 çəkidə təmsil oluna bilər. Çəkilər üzrə 14 idmançı bu qayda ilə seçiləcək: 2020-ci il aprelin 30-da elan ediləcək reytinqə görə, 8 ən yaxşı, həmin reytinqdə qitələr üzrə nəzərə alınmaqla 5 ən yaxşı (hər qitəyə bir yer olmaqla, artıq lisenziya almamış ölkədən idmançı istisna edilməklə), təşkilatçı ölkəyə bir (cəmi 6) və ya üçlər komissiyasının dəvəti ilə (8 yer).

Maraqlıdır ki, iştirakçı sayını müəyyyən edən yeni qaydalar da müəyyən olunub: 2008-2020-ci illər ərzində 10-19 antidopinq qərarı ilə üzləşmiş ölkələr 2 qadın və 2 kişi, 20-dən artıq cəzaya məruz qalmış ölkələr isə hər gender üzrə 1 idmançı ilə təmsil oluna bilər. Siyahıda təşkilatçı ölkənin nümayəndələri reytinq üzrə lisenziya alarsa, bir sıra dəyişikliklər ola bilər.

Reytinq xallarının hesablanması da fərqlidir. Əvvəldən müəyyən edilmiş fərqli kateqoriyalı (qızıl - 1,1, gümüşə - 1,05, bürünc - 1 xal) turnirlərdə xallar verilir. Üç fərqli dövr də müəyyən olunub. Birincisi, 1 noyabr 2018-ci ildən 30 aprel 2019-cu ilə qədər olan müddəti əhatə edir. İkincisi, 1 may-31 oktyabr 2019-cu ildir. Üçüncüsü isə 1 noyabr 2019-cu ildən 30 aprel 2020-ci ilə qədər olan dövrdür.

Təsnifatda iştirak etmək üçün atletldərin hər dövrdə ən azı bir və cəmi 6 turnirdə iştirak etməsi vacibdir. Bundan savayı, altı turnirdən ən azı biri qızıl, biri gümüş və biri bürünc olmalıdır. Bu qaydalar yalnız təşkilatçı və üçlər komissyasının tələbləri üçün bir qədər sadələşdirilib. Yaponiyanı təmsil edən idmançı 1 dövrdə və 1 qızıl və bir o qədər də gümüş yarışda iştirak etməlidir. Üçlər komissiyası isə seçmini iki dövr üzrə edəcək. Həm də qızılla gümüş olmaqla ən azı iki yarışda iştirak edənlər arasından çeim aparılacaq.

Qızıl yarış dünya və qitə çempionatları, gümüş - beynəlxalq federasiyanın təqvim turnirləri və çoxnövlü idman yarışları və çempionatları, bürünc kateqoriyaya digər beynəlaxlq turnirlər daxildir.

Qızıl yarışların siyahısından 2018-ci ildə dünya çempionatı (Aşqabad, Türkmənistan), 2019-cu ildə isə Avropa çempionatı (Batumi, Gürcüstan), Panamerika çempionatı (Qvatemala), Asiya çempionatı (Ninqbo, Çin), Afrika çempionatı (Qahirə, Misir) keçirilib.

Qarşıda qızıl kateqoriya turnirlərindən ölkəmiz üçün maraqlı olan dünya (1–8 iyun, Suva, Fici) və Avropa (7–15 iyul, Kişinyov, Moldova) gənclər çempionatı, ustaların dünya çempionatı (18–27 sentyabr, Pattaya, Tailand) var.

Təqdim edir: BATI YAR
Xəbər 1388 dəfə oxundu



 
Müəllifin son yazıları

14.09.2021 “Qarabağ" iki-üç cəbhədə mübarizəyə hazır kimi görünür
14.09.2021 Uduzmaq ayıb deyil, amma...
07.09.2021 Hətta nağıllar reallıqla bitir: üç alma yerə düşür
07.09.2021 Avrokuboklar: Yalnız “Qarabağ"la
07.09.2021 “Araz" tarixinin 16-cı əsas yarışında
24.08.2021 “Paris-2024": əsas yarış məqamlarına aydınlıq gətirilir
24.08.2021 Avrokuboklar: Sapı iynənin gözündən keçirmək olsa
24.08.2021 Daha bir qarışıq-natamam mövsümə doğru
23.08.2021 Ya qalib, ya da ən yaxşı ikinci olmaq lazımdır
10.08.2021 Əlvida, “Tokio-2020"!


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru