Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
17/03 | 20:22 Azərbaycan karateçisi Türkiyədə Premyer Liqada medal qazanıb
17/03 | 19:24 Azərbaycanın iki gimnastı Niderlandda qızıl medal qazanıb
17/03 | 16:25 Azərbaycan Basketbol Liqası: "Sumqayıt" səfərdə qələbə qazanıb
17/03 | 16:06 Azərbaycan gimnastları “AGF Tropy” beynəlxalq turnirində qızıl medallar qazanıblar
17/03 | 11:37 Qızıl Avropa Liqasında iştirak edəcək Azərbaycan millilərinin oyunlarının vaxtı bəlli olub
17/03 | 09:29 Premyer Liqa: "Qarabağ" "Turan Tovuz"un, "Sabah" "Sumqayıt"ın qonağı olacaq
16/03 | 17:36 Azərbaycan Basketbol Liqası: “Sabah” səfərdə “Cəlilabad”ı məğlub edib
16/03 | 16:30 Azərbaycan idmançısı Dünya Seriyasında şəxsi rekordunu yeniləyib
15/03 | 22:54 Güləş üzrə Azərbaycan çempionatı başa çatıb
15/03 | 14:08 Bakıda idman gimnastikası üzrə “AGF Trophy” turnirinə start verilib
15/03 | 10:57 Gənclər və İdman Nazirliyinin Kollegiya iclası keçirilib
15/03 | 10:01 U-15 Azərbaycan çempionatında sərbəst güləş üzrə qaliblər müəyyənləşib
15/03 | 08:37 Avropa Liqası: “Qarabağ” 1/8 finalda mübarizəni dayandırıb
14/03 | 22:05 Azərbaycan güləşçiləri "Zəfər kuboku"unda 22 medal qazanıblar
14/03 | 21:11 Yüksək Liqa: “Murov Az Terminal” “Neftçi”ni məğlub edib
14/03 | 14:43 Azərbaycan voleybol millisi Antalyada təlim-məşq toplanışı keçəcək
14/03 | 13:13 Azərbaycan paraüzgüçüləri Dünya Seriyasında mübarizəyə qoşulublar
14/03 | 12:26 Voleybol üzrə Azərbaycan millisinin təsnifat mərhələsindəki oyunlarının təqvimi bəlli olub
14/03 | 11:29 Futzal üzrə Yüksək Liqada IV dövrəyə start veriləcək
14/03 | 09:52 Nazir idman federasiyalarının nümayəndələri ilə görüşüb
14/03 | 09:49 Azərbaycan gimnastı Dünya Kubokunda finala yüksəlib
13/03 | 21:55 "Neftçi" Azərbaycan çempionatında 11-ci qələbəsini qazanıb
13/03 | 20:08 Qadın basketbolçular arasında Azərbaycan çempionatı keçiriləcək
13/03 | 18:00 Azərbaycan güləşçiləri Qazaxıstanda keçirilən turnirdə 10 medal qazanıblar
13/03 | 13:02 Tamblinq üzrə Azərbaycan çempionatı və Bakı birinciliyinin açılış mərasimi keçirilib
13/03 | 10:18 Güləş üzrə Azərbaycan çempionatının ilk günündə 200-ə yaxın idmançı mübarizə aparıb
13/03 | 09:11 Azərbaycan Reqbi Federasiyasının rəhbər orqanlarına seçkilər keçirilib
12/03 | 16:26 2026-cı ildə voleybol üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcək
12/03 | 16:21 Stend atıcılığı üzrə Bakı Kuboku keçiriləcək
12/03 | 14:28 Azərbaycan stolüstü tennisçiləri beynəlxalq yarışda iştirak edəcəklər
12/03 | 12:50 Azərbaycanın boks millisi Paris-2024-ə ən çox lisenziya qazanan ölkələrin siyahısında yer alıb
16/02 | 18:45 Avropa çempionatı: Qadın güləşçimiz bürünc medal qazanıb
16/02 | 15:06 “Böyük Dəbilqə”: Azərbaycan cüdoçuları ilk gündə 2 medal qazanıblar
16/02 | 14:05 “Böyük dəbilqə”: Azərbaycan cüdoçusu bürünc medal qazanıb
16/02 | 12:52 Bakıda cüdo üzrə “Böyük dəbilqə” turnirinin açılışı olub
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 25 19 3 3 65-21 60
2 Sumqayıt 26 10 9 7 25-30 39
3 Sabah 26 10 7 9 37-31 37
4 Neftçi 26 10 7 9 31-29 37
5 Səbail 26 10 7 9 39-38 37
6 Zirə 25 9 9 7 18-14 36
7 Turan 25 8 8 9 38-35 32
8 Araz 25 8 7 10 26-33 31
9 Kəpəz 26 7 6 13 28-45 27
10 Qəbələ 26 4 3 19 19-50 15
"Tokio-2020": Əsas medal ümidlərimizin olimpiya yolu
Tarix: 06.05.2019 | Saat: 14:31:00 | E-mail | Çapa göndər
BATI YAR | batyyar@mail.ru

Gündoğar ölkəyə getmək üçün nə etməli

Ölkəmizin bu vaxta qədər medal qazandığı əsas növlər və yaxud ənənə üzrə güclü olduğu idman proqramları üzrə təsnifat yarışlarının qaydalarına da nəzər salaraq, diqqət mərkəzində saxlamaq lazımdır. Pəhləvanlarımız və dəri əlcək ustalarımız, ənənə üzrə, hər olimpiadada medal boğçamıza öz paylarını qoyublar. Bu dəfə boksla bağlı son qərar hələ verilmədiyindən qəti fikir söyləmək tezdir. Lakin bu növ olimpiadada olarsa, yenə ümidlərimizə işıq salınacaq.

Şərq döyüş növləri də xüsusi qeyd olunmalıdır, hələ üstəlik, bu sıraya daha bir idman növü də əlavə olunub. Təbii ki, cüdoçularımızdan daha çox gözləntilərimiz var. Hərçənd bu növü dünyaya bəxş etmiş Yaponiyada ev sahiblərinin gözü qarşısında bu məsuliyyətli vəziənin öhdəsindən gəlmək çətin olacaq. Amma bəlkə də tarixin ən əzəmətli qələbəsi də elə bu ola bilər. Ötən olimpiadadan bu yana, nəhayət, taekvondoçulardan da medal gözləyirik. Amma olimpiya debütünü edəcək karate Azərbaycanda ən populyar idman növləri sırasında olmaqla yanaşı, parlaq nailiyyətlərimizin də olması, ümidlərin əsassız olmadığını göstərir. Titullu idmançılarımız olimpiya siftəsini edən bu növdə medal qazanmalı, hətta ən yüksək əyarlara iddialı olmalıdırlar. Ağırlıqqaldırmanın da bu sırada olması, sadəcə, ənənələrə söykənməsi ilə bağlıdır. Hərçənd yeni qaydalar ölkəmizin təmsilçiyiliyi ilə bağlı məhdudiyyətlərə yol açıb.

Güləş – 18 medal dəsti

Yarışlar iki növ və üç proqram üzrə keçiriləcək. Sərbəst üsulda həm kişilər, həm də qadınlar, yunan-Romada yalnız kişilər mübarizə aparacaqlar. Hər iki növdə yarışlar fərqli çəki dərəcələri üzrə təşkil ediləcək. Döşək üzərində avqustun 2-dən 8-dək keçiriləcək turnirin yalnız ilk günü medal görüşləri olmayacaq. Qalan hər gün 3 medal sahibinə çatdırılacaq.

«Makuhari Messe» arenasında cəmi 288 güləşçi medal axtarışına çıxacaq. Təşkilatçı ölkəyə iki yer verilib, lakin onlar Asiya çempionatında fərqlənə bilməyəcəkləri halda bu hüququ əldə edəcəklər. Qalan yerlər yalnız təsnifat yarışlarında müəyyən olunacaq və hər idmançı vəsiqəni yalnız ölkəsinə qazandıracaq. Hər çəki dərəcəsində 16 güləşçidən 6-sı dünya çempionatından, 8-i qitə çempionatlarından (Afrika və Okeaniya bir zona sayılmaqla, hər qitəyə 2 vəsiqə) seçiləcək və 2 lisenziya dünya təsnifat turnirində veriləcək. Ölkələr hər çəkidə yalnız bir idmançı ilə təmsil oluna bilərlər. Bu səbəbdən bir təsnifat xarakterli yarışda bu hüququ əldə edən ölkə sonrakı təsnifat yarışlarında lisenziya verən yeri tutacağı təqdirdə, nəticəsi nəzərə alınmayacaq.

Dünya çempionatı bu il Qazaxıstanın Astana şəhərində sentyabrın 14-dən 22-dək keçiriləcək. Qitə yarışlarına gəlincə, hamısı 2020-ci il ərzində keçiriləcək: Afrika və Okeaniyanın birləşmiş turniri Mərakeşin Əl Cədidə (13-15 mart), Asiyanınkı Çinin Şian (27-29 mart) şəhərlərində olacaq. Avropa təsnifat yarışı martın 19-22-də, Panamerika seçimi isə aprelin 3-5-də baş tutmalıdır, lakin keçiriləcəyi yerlər bəlli deyil. Dünya təsnifat turnirini isə gələn il aprelin 30-dan mayın 5-dək Bolqarıstan paytaxtı Sofiya qəbul edəcək.

Çəki dərəcələri isə belə olacaq:

Sərbəst (kişilər) - 57 kq, 65 kq, 74 kq, 86 kq, 97 kq, 125 kq; Sərbəst (qadınlar) - 50 kq, 53 kq, 57 kq, 62 kq, 68 kq, 76 kq.

Yunan-Roma - 60 kq, 67 kq, 77 kq, 87 kq, 97 kq, 130 kq.

Cüdo – 15 medal dəsti

386 idmançı 15 medal dəstinin sahibini 3 proqramda axtaracaq. Kişi və qadınlardan savayı, qarışıq komanda turniri də olacaq. İyulun 25-dən 31-dək hər gün 2 medal dəsti sahibinə çatdırılacaq, avqustun 1-də isə qarışıq komanda yarışı olacaq.

«Nippon Budokan» arenasında keçiriləcək turnirlərdə ev sahibi hər proqram və hər çəki dərəcəsində təmsil olunacaq. Üçlər komissiyası isə daha 20 idmançıya lsienziya verəcək. Əsas vəsiqələr 2020-ci il mayın 25-də elan ediləcək reytinq əsasında veriləcək.

Hər çəki üzrə ilk 18-likdə yer alan idmançı birbaşa lisenziya sahibi olacaq. Əgər 18-likdə bir ölkənin iki nümayəndəsi olarsa, onlar arasında olimpiyaçı statusunu alacaq idmançını yerli MOK seçəcək. Qitələr üzrə cüdoçu limiti də var: Avropaya 13 kişi, 12 qadın; hər gender üzrə Afrikaya 12; Asiyaya 10, Okeaniyaya 5; Panamerika zonasına isə 10 kişi və 11 qadın. Bu qayda ilə cüdo yarışlarına 100-dən artıq ölkənin nümayəndəsi qatılacaq. Qarışıq komanda yarışları üçün əsas tələb 3-ü qadın və 3-ü kişi olmaqla, 6 idmançının lisenziya sahibi olmasıdır və onlar olimpiadanın fərdi yarışlarının iştirakçısı olmalıdırlar.

Çəkilər üzrə bölgü belədir:

Kişilər - 60 kq, 66 kq, 73 kq, 81 kq, 90 kq, 100 kq, +100 kq; Qadınlar - 48 kq, 52 kq, 57 kq, 63 kq, 70 kq, 78 kq, +78 kq.

Azərbaycan cüdoçularının (əsas iddiaçılar) son reytinq cədvəlində mövqeləri belədir:

Kişilər

60 kq - 31. Orxan Səfərov (1377 xal), 38. Kəramət Hüseynov (1189), 58. Vüqar Şirinli (650), 71. Oruc Vəlizadə (492).

66 kq – 31. Nicat Şıxəlizadə (1604), 56. Orxan Səfərov (850).

73 kq – 4. Rüstəm Orucov (5631), 9. Hidayət Heydərov (3591), 98. Telman Vəliyev (406).

81 kq – 63. Murad Fətiyev (756), 74. Fəqan Quluzadə (552).

90 kq – 6. Məmmədəli Mehdiyev (4431), 37. Tural Səfquliyev (1408).

100 kq – 10. Elmar Qasımov (3441), 25. Zelim Kotsoyev (2030), 28. Elxan Məmmədov (1735).

+100 kq – 12. Uşangi Kokauri (3121), 87. Şahin Qəhrəmanov (310).

Qadınlar

48 kq – 42. Ayşə Qurbanlı (890), 75. Leyla Əliyeva (346).

52 kq – 52. Gültac Məmmədəliyeva (644), 86. Nəzakət Əzizova (298).

57 kq – 61. İçinxorloo Munxtsedev (555).

+78 kq – 6. İrina Kindzerska (5343).

Karate – 8 medal dəsti

Olimpiya oyunlarında debüt edəcək növ üzrə 80 idmançının mübarizəsində iki medal kata proqramına aiddir. Kumitedə hər çəki üzrə, kata döyüş sənətində də 10 karateçi qüvvəsini sınayacaq.

Mübarizə avqustun 6-dan 8-dək 14.471 tamaşaçı tutumlu «Nippon Budokan» arenasında olacaq. Əslində Dünya Karate Federasiyasının (WKF) kumite üzrə 5 çəki dərəcəsi var. Olimpiya oyunlarında onlardan yalnız 3-ü olacaq. Bu səbəbdən kişilərdə 60-67 kq-lar, qadınlarda isə 50-55 kq-lar yüngül (müvafiq olaraq, kişilərdə 67-kq-dək, qadınlarda 55 kq-dək), 75 kq-dək kişilərdə, 61 kq-dək isə qadınlarda orta, normal halda +84 kq kişilərdə, +64 kq isə qadınlarda) ağır çəki kateqoriyasına aid edilib. Beləliklə, kişilər 67 kq, 75 kq və +75 kq, qadınlar 55 kq, 61 kq və +61 kq çəki dərəcələri üzrə mübarizəyə qoşulacaqlar. Hər çəki dərəcəsində ölkələr bir idmançı ilə təmsil oluna bilər. Hər çəkinin 10 idmançısı bu qayda ilə seçiləcək: 1 yer təşkilatçı ölkəyə; 4 yer 2020-ci il aprelin 6-da elan ediləcək olimpiya reytinqində yer alan 4 karateçiyə; 3 yer təsnifat turnirlərinə; 2 yer qitələrin təqdimatı və ya üçlər komissiyasının qərarı ilə.

Reytinq üzrə hesabatlar 5 çəki dərəcəsi aparıldığından, hər çəki üzrə bəzi yarışlar olimpiya proqramı hesabı ilə aparılır. Lakin qoşalaşmış hər çəki dərəcəsi üzrə iki nəfərin reytinqi əsas götürüləcək və olimpiadaya lisenziya verəcək. Dünya və olimpiya proqramları üçün eyni olan çəkilərdə isə 4 lider karateçi Tokiya bilet sifariş edəcək.

Qitələr üzrə təqdimatlarda Okeania, Afrika, Panamerika, Asiya və Avropanın hər biri hər gender üzrə bir namizəd irəli sürə bilər. Bundan əlavə, Afrika və Amerika iki genderdən biri üzrə əlavə namizəd verəcək. Lakin biri qadın, digəri kişi karateçini təqdim edəcək. Bu siyahıya salınacaq idmançılar qızıl medal qazanmış ən yüksək reytinqli idmançılar olmalıdırlar. Əgər

belə bir idmançı yoxdursa, növbəti addımda olimpiyaçı gümüş medalçılar arasından, bu da olmasa, bürünc medalçılardan seçiləcək. Əgər bu qayda ilə də idmançı seçilməzsə, reytinqlərə baxılacaq.

Olimpiya təqviminə düşən yarışlardan biri olan Asiya Oyunları 2018-ci ildə İndoneziya paytaxtı Cakartada keçirilib.

Reytinqə təsir edən turnirlər 2018-ci il iyulun 2-dən başlayıb. Bu vaxta qədər Asiya (Əmman, İordaniya), Afrika (Kiqali, Ruanda), «Karate-1» üzrə Premyer liqa (Berlin, Almaniya; Tokio, Yaponiya; Paris, Fransa; Dubay, BƏƏ; Zalsburq, Avstriya), «A Seriya» (Santyaqo, Çili və Şanxay, Çin), dünya çempionatı (Madrid, İspaniya), Panamerika (Panama) və Avropa (Qvadalaxara, İspaniya) çempionatları keçirilib.

Qalan yarışların siyahısı belədir:

Avropa Oyunları – Minsk, Belarus, 21-30 iyun;

Sakit Okean Oyunları – Apia, Samoa, 8-20 iyul;

Panamerika Oyunları – Lima, Peru, 26 iyul-11 avqust;

Afrika Oyunları – Kasablanka və Rabat, Mərakeş, 23 avqust-3 sentyabr 2019-cu il;

Təsnifat turniri – Paris, Fransa, 8-10 may 2020-ci il.

Azərbaycan krateçilərindən əsas namizədlərinin bu günə olan reytinq mövqeləri:

Kişilər

67 kq – 12. Firdovsi Fərzəliyev (60 kq, 1672.5 xal), 32. Rafiz Həsənov (67 kq, 1132.5);

75 kq – 2. Rafael Ağayev (3150);

+75 kq – 25. Asiman Qurbanlı (+84 kq, 1132.5), 39. Ayxan Mamayev (84 kq, 832.5), 94. Turqut Həsənov (84 kq, 405), 101. Şahin Atamov (+84 kq, 382.5);

Kata - 27. Roman Heydərov (690 xal).

Qadınlar

55 kq – 27. Nuranə Əliyeva (50 kq, 1072.5), 104. İlahə Qasımova (55 kq, 322.5);

61 kq – 55. Fəridə Əbiyeva (360);

+61 kq – 2. İrina Zaretska (68 kq, 3022.5), 65. Fəridə Əliyeva (+68 kq, 540);

Kata - 117. Nida Rəzai (67.5).

Boks – 13 medal dəsti

Olimpiadaların ən qədim və əsil növlərindən sayılan boks və ya tarixən yumruq döyüşü son dövrlərdə ən başıbəlalı proqramlardan birinə çevrilib. Qalmaqallar bir-birini əvəz etməklə, ümumiyyətlə, bu növun olimpiya taleyinin üzərini qara buludlar alıb. Hər halda Tokioda boksu görmək imkanımız olacaq. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax bu günlərdə olimpiadanın boks proqramı ilə bağlı fikirlərini bölüşüb: "İstəyirik ki, boks olimpiya proqramında saxlanılsın. Elə buna görə də təsnifat yarışlarını AİBA deyil, alternativ bir təşkilat da keçirə bilər. Qərar AİBA ilə bağlı təhqiqat başa çatandan sonra veriləcək".

Fəqət hələ də onun əsas meyarları, hətta kişilərdə çəki dərəcələri də məlum deyil. Son qərara əsasən, kişilərdə çəki dərəcələrinin sayı 10-dan 8-ə salınıb, qadınlarda isə 3 çəki dərəcəsinin sayı 5-ə qaldırılıb. Zərif cinsin hansı çəkilərdə mübarizə aparması bəllidir – 51 kq, 57 kq, 60 kq, 69 kq və 75 kq.

Ümumən, Tokioda rinq döyüşləri 2020-ci il iyulun 25-dən avqustun 9-dək keçiriləcək. 76 ölkədən dəri əlcək ustalarının iştirakı gözlənilir. Döyüşlər sumo yarışları arenası kimi tanınan «Ryöqoku Kokugikan» sarayında keçiriləcək.

Lakin boksun taleyi ilə bağlı son qərarı iyun ayında Beynəlxalq Olimpiya Komitəsinin sessiyası verəcək. Səbəb isə AİBA-da korrupsiya ittihamlarının səngiməməsidir. Hətta məşhur bukmeyker kontorları boksun olimpiya taleyi ilə bağlı kotirovkalar da açıblar. Ən ümidvericisi isə boksun lehinə olan 69 faizlik göstəricidir.

Qeyd edək ki, boks 1904-cü ildən olimpiya proqramlarındadır. Yalnız 1912-ci ildə rinq ustaları olimpiadada üz-üzə gəlməyiblər. "Rio-2016" Oyunlarında isə ilk dəfə peşəkar boksçular da olimpiya rinqinə çıxıblar.

Taekvondo – 8 medal dəsti

128 dayanq ustası Tokionun «Makuhari Messe» arenasında üz-üzə gələcək. Bu isə hər çəki dərəcəsində 16 idmançının mübarizə aparması deməkdir. Ümumən kişilər 58 kq, 68 kq, 80 kq və +80 kq, qadınlar isə 49 kq, 57 kq, 67 kq, +67 kq çəki dərəcələrində mübarizə aparırlar.

Hər çəki dərəcəsi üzrə Dünya Taekvondo Federasiyasının olimpiya reytinqinə əsasən 5 (2019-cu il dekabrın 9-da elan ediləcək), «Böyük Dəbilqə» yarışlarından 1, qitə təsnifat yarışlarından 9 (Okenaiyadan 1, qalan qitələrdən 2 olmaqla) yer ayrılıb. Ev sahibinin də hər gender üzrə 2, üçlər komissiyasının da bir o qədər seçim imkanı var.

Ölkələr reytinqlə iki qadın və ya kişi idmançı ilə olimpiadada təmsil olunmaq hüququ əldə edərsə, təsnifat yarışlarına qatılmayacaq.

Yarışlardan Dünya qran-pri finalı (Moskva, Rusiya, 6-7 dekabr 2019-cu il), Okeaniya (Qould Koust, Avstraliya, 29 fevral 2020-ci il) və Asiya (Vuşi, Çin, 10-12 aprel 2020-ci il) təsnifat turnirlərinin keçirilməsi ilə balı qərarlar verilib.

Lisenziyalara iddialı ola biləcəyi güman edilən Azərbaycan idmançılarının olimpiya reytinq mövqeyi:

Kişilər

58 kq – 33. Həşim Məhəmmədov - 116.88 xal.

68 kq – 26. Ayxan Tağızadə - 136.37, 30. Cavad Ağayev - 132.96, 31. Məhəmməd Məmmədov - 132.63.

80 kq - 3. Milad Beigi Hərçiqani - 374.09.

+80 kq – 4. Radik İsayev - 318.68.

Qadınlar

49 kq – 21. Patimat Abakarova - 145.60.

67 kq – 18. Fəridə Əzizova - 151.87.

Ağırlıqqaldırma – 14 medal dəsti

Gələn il iyulun 25-dən avqustun 4-dək Tokio Beynəlxalq Forumunda (yaponca – "Tokyo Kokusai Foramu») keçiriləcək mübarizədə 196 ağırlıqqaldıranın iştirak etməsi gözlənilir. 2018-ci ilin iyulunda yeni çəkilər müəyyən olunub. Kişilərdə bir çəki ləğv edilərək, mübarizədə gender bərabərliyi yaradılıb.

Kişilər 61 kq, 67 kq, 73 kq, 81 kq, 96 kq, 109 kq və +109 kq, qadınlar 49 kq, 55 kq, 59 kq, 64 kq, 76 kq, 87 kq və +87 kq çəkilərdə qüvvələrini sınaya biləcəklər.

Hər ölkə genderlər üzrə bərabər paylanmaqla 8 çəkidə təmsil oluna bilər. Çəkilər üzrə 14 idmançı bu qayda ilə seçiləcək: 2020-ci il aprelin 30-da elan ediləcək reytinqə görə, 8 ən yaxşı, həmin reytinqdə qitələr üzrə nəzərə alınmaqla 5 ən yaxşı (hər qitəyə bir yer olmaqla, artıq lisenziya almamış ölkədən idmançı istisna edilməklə), təşkilatçı ölkəyə bir (cəmi 6) və ya üçlər komissiyasının dəvəti ilə (8 yer).

Maraqlıdır ki, iştirakçı sayını müəyyyən edən yeni qaydalar da müəyyən olunub: 2008-2020-ci illər ərzində 10-19 antidopinq qərarı ilə üzləşmiş ölkələr 2 qadın və 2 kişi, 20-dən artıq cəzaya

məruz qalmış ölkələr isə hər gender üzrə 1 idmançı ilə təmsil oluna bilər. Siyahıda təşkilatçı ölkənin nümayəndələri reytinq üzrə lisenziya alarsa, bir sıra dəyişikliklər ola bilər.

Reytinq xallarının hesablanması da fərqlidir. Əvvəldən müəyyən edilmiş fərqli kateqoriyalı (qızıl - 1,1, gümüşə - 1,05, bürünc - 1 xal) turnirlərdə xallar verilir. Üç fərqli dövr də müəyyən olunub. Birincisi, 1 noyabr 2018-ci ildən 30 aprel 2019-cu ilə qədər olan müddəti əhatə edir. İkincisi, 1 may-31 oktyabr 2019-cu ildir. Üçüncüsü isə 1 noyabr 2019-cu ildən 30 aprel 2020-ci ilə qədər olan dövrdür.

Təsnifatda iştirak etmək üçün atletldərin hər dövrdə ən azı bir və cəmi 6 turnirdə iştirak etməsi vacibdir. Bundan savayı, altı turnirdən ən azı biri qızıl, biri gümüş və biri bürünc olmalıdır. Bu qaydalar yalnız təşkilatçı və üçlər komissyasının tələbləri üçün bir qədər sadələşdirilib. Yaponiyanı təmsil edən idmançı 1 dövrdə və 1 qızıl və bir o qədər də gümüş yarışda iştirak etməlidir. Üçlər komissiyası isə seçmini iki dövr üzrə edəcək. Həm də qızılla gümüş olmaqla ən azı iki yarışda iştirak edənlər arasından seçim aparılacaq.

Qızıl yarış dünya və qitə çempionatları, gümüş - beynəlxalq federasiyanın təqvim turnirləri və çoxnövlü idman yarışları və çempionatları, bürünc kateqoriyaya digər beynəlaxlq turnirlər daxildir.

Qızıl yarışların siyahısından 2018-ci ildə dünya çempionatı (Aşqabad, Türkmənistan), 2019-cu ildə isə Avropa çempionatı (Batumi, Gürcüstan), Panamerika çempionatı (Qvatemala), Asiya çempionatı (Ninqbo, Çin), Afrika çempionatı (Qahirə, Misir) keçirilib.

Qarşıda qızıl kateqoriya turnirlərindən ölkəmiz üçün maraqlı olan dünya (1–8 iyun, Suva, Fici) və Avropa (7–15 iyul, Kişinyov, Moldova) gənclər çempionatı, ustaların dünya çempionatı (18–27 sentyabr, Pattaya, Tailand) var.

Təqdim edir: BATI YAR
Xəbər 1577 dəfə oxundu



 
Müəllifin son yazıları

14.09.2021 “Qarabağ" iki-üç cəbhədə mübarizəyə hazır kimi görünür
14.09.2021 Uduzmaq ayıb deyil, amma...
07.09.2021 Hətta nağıllar reallıqla bitir: üç alma yerə düşür
07.09.2021 Avrokuboklar: Yalnız “Qarabağ"la
07.09.2021 “Araz" tarixinin 16-cı əsas yarışında
24.08.2021 “Paris-2024": əsas yarış məqamlarına aydınlıq gətirilir
24.08.2021 Avrokuboklar: Sapı iynənin gözündən keçirmək olsa
24.08.2021 Daha bir qarışıq-natamam mövsümə doğru
23.08.2021 Ya qalib, ya da ən yaxşı ikinci olmaq lazımdır
10.08.2021 Əlvida, “Tokio-2020"!


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru