Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
06/07 | 11:53 Popoviç “Bruklin” klubunun baş məşqçisi ola bilər
06/07 | 11:28 Valtteri Bottas Formula 1 üzrə Avstriya Qran-Prisinin qalibi olub
06/07 | 11:08 "Liverpul" gənc yarımmüdafiəçisi ilə müqaviləni yeniləyib
06/07 | 10:10 Rusiyalı şahmatçı Qran-Pri turnirinin ikinci mərhələsinin qalibi olub
06/07 | 09:54 “Zenit” 6-cı dəfə Rusiya çempionu olub
05/07 | 22:40 İngiltərə Premyer Liqası: “Liverpul” “Aston Villa”dan güclü olub
05/07 | 18:23 “Real Madrid” səfərdə “Atletik Bilbao”nu məğlub edib
05/07 | 15:50 “World Online Open” turnirində şahmatçımız Eltac Səfərli çıxışını davam etdirir
05/07 | 13:26 Bu gün Avstriyada Formula -1 üzrə dünya çempionatının yeni mövsümünə start verilir
05/07 | 12:00 “UNI-Virtuosi”nin pilotu Kallum Aylott Formula 2-nin yeni mövsümünə qələbə ilə başlayıb
05/07 | 10:28 Maqnus Karlsen “Chessable Masters” şahmat turnirinin qalibi olub
05/07 | 09:54 Qadınlar arasında şahmat üzrə dünya kuboku yarışı 2021-ci ilə təxirə salınıb
04/07 | 23:16 “Mançester Yunayted” - “Bormunt” oyununda yeddi qol vurulub
04/07 | 20:49 "Keşlə" klubu qapıçısı ilə müqaviləni yeniləyib
04/07 | 20:13 Qətərdə keçiriləcək dünya çempionatında yeni texnologiya tətbiq olunacaq
04/07 | 19:29 Gilbert Burns koronavirusa yoluxduğu üçün “UFC-251” turnirindən kənarlaşdırılıb
04/07 | 18:36 Formula 1 pilotlarında koronavirus aşkarlanmayıb
04/07 | 18:00 Novak Cokoviçin “US Open” və “Rolan Qarros” turnirlərində iştirakı proqnozlaşdırılır
04/07 | 17:45 Yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadası təxirə salınıb
04/07 | 16:55 Milli Hokey Liqasının yeni mövsümünün bərpa tarixi məlum olub
04/07 | 16:30 Azərbaycanın iki şahmatçısı “World Online Open” turnirində iştirak edir
04/07 | 15:59 "Avro-2021"in ilkin və əsas mərhələsinin püşkü oktyabrda atılacaq
04/07 | 13:26 Bu gün “Chessable Masters” turnirində final mərhələsinin ikinci matçı keçiriləcək
04/07 | 13:06 Avstraliya açıq tennis turniri planlaşdırıldığı kimi Melburnda keçiriləcək
04/07 | 12:14 Onlarsız “İdman” geniş oxucu rəğbəti qazana bilməzdi
04/07 | 11:26 Türkiyə Superliqasının XXX turuna start verilib
04/07 | 10:45 Azərbaycan basketbolçusu karyerasını İspaniyada davam etdirəcək
04/07 | 09:53 “Atletiko Madrid”in doqquz oyunluq məğlubiyyətsiz seriyası davam edir
04/07 | 08:54 “Chessable Masters”: Maqnus Karlsen final mərhələsində üstünlüyü ələ alıb
03/07 | 22:09 "Ferrari” komandası Fettelə yeni müqavilə təklif etməyib
03/07 | 21:31 Şahmat üzrə Qran-Pri turnirinin ikinci mərhələsinin finalçıları müəyyənləşib
03/07 | 19:53 Şahmatçılarımız Azərbaycan-Türkiyə yoldaşlıq görüşündə qələbə qazanıblar
03/07 | 18:25 “Qəbələ” xorvatiyalı müdafiəçisi ilə yollarını ayırıb
03/07 | 18:02 “Chessable Masters”: Finalda Maqnus Karlsen Aniş Giri ilə mübarizə aparacaq
03/07 | 17:22 Leroy Sanenin Almaniyanın “Bavariya” komandasına keçidi rəsmiləşib
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 20 13 6 1 34-7 45
2 Neftçi 20 10 7 3 33-14 37
3 Keşlə 20 8 6 6 27-21 30
4 Sumqayıt 20 6 5 9 24-32 23
5 Zirə 20 6 6 9 25-37 23
6 Sabah 20 5 6 9 19-27 21
7 Səbail 20 5 5 10 16-30 20
8 Qəbələ 20 5 4 11 25-35 19
Milli Paralimpiya Komitəsinin prezidenti könüllülərlə görüşüb
Tarix: 27.04.2019 | Saat: 09:55:00 | E-mail | Çapa göndər
Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimov mayın 13-14-də “Ruhun zəfəri” şüarı altında Bakıda keçiriləcək paracüdo üzrə beynəlxalq Qran-Pri yarışına dəstək verəcək “Bir könüllü” təşkilatının üzvləri ilə görüşüb.

Tədbirdə əlilliyi olan könüllülər, Qarabağ qaziləri və Təhsil Nazirliyinin “Bir könüllü” proqramının üzvləri iştirak ediblər. Azərbaycan Milli Olimpiya Komitəsində reallaşan görüşdə AMPK-nın prezidenti ölkəmizdə paralimpiya hərəkatının sürətli inkişafı, uşaq paralimpiya hərəkatı, Prezident İlham Əliyevin bu hərəkata və paralimpiyaçılara göstərdiyi diqqət və qayğı haqqında geniş məlumat verib. Komitə prezidenti mayın 13-14-də paytaxt Bakının ilk dəfə “Ruhun zəfəri” şüarı altında paracüdo üzrə beynəlxalq Qran-Pri yarışına ev sahibliyi edəcəyini vurğulayıb. O qeyd edib ki, Tokio Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandıran bu yarışa 36 ölkədən 345 iştirakçı qatılacaq. Onun sözlərinə görə, paracüdo üzrə Bakı Qran-Prisi əlillərin idman yarışı olduğu üçün, təşkilati işlərə fiziki məhdudiyyətli insanlar da cəlb olunub. O, bu tədbirin tamamilə inklüziv olması üçün tədbirlər görüldüyünü bildirib.

“Yarışın keçirilməsində əlilliyi olan könüllülər də yaxından iştirak edəcək. Bundan əlavə, yarış keçirilən günlərdə Heydər Əliyev adına İdman Arenasında fiziki məhdudiyyətli şəxslərin əl işlərindən ibarət sərgi-satış yarmarkası da təşkil ediləcək. Bu yarışın təşkil olunmasında tələbə könüllülərin zəhməti də yüksək qiymətləndirilməlidir”, - deyə İ.Rəhimov əlavə edib.

Komitə prezidenti yarışa hazırlıq mərhələsində görülən işlərdən də söz açıb. Onun sözlərinə görə, Bakı Qran-Prisinə həsr olunmuş plakat müsabiqəsi keçirilib. Əlil idmanının təşviqinə həsr olunmuş müsabiqənin qaliblərinə pul mükafatları verilib. O qeyd edib ki, bu idman tədbirinə həsr olunmuş “Paint Ball” yarışı da təşkil edilib. Turnirdə Paralimpiya Komitəsi, ASAN Radio, “Bir könüllü” proqramı və Qarabağ qazilərindən ibarət komandalar yarışıblar. Qarabağ qaziləri bu yarışda qalib gəliblər.

İ. Rəhimov diqqətə çatdırıb ki, olimpiyaçı və paralimpiyaçı idmançılarımızın yarışlarda paralel çıxışı ilk dəfə Bakıda keçirilən “Bakı 2015” birinci Avropa Oyunlarında və sonradan “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında gerçəkləşib: “Bu yarışlar əlil idmanının beynəlxalq və milli səviyyədə təşviqinə misilsiz töhfə verib. Belə humanist qərarları qəbul etdikləri üçün ölkə Prezidenti İlham Əliyevə və hər iki Oyunların Təşkilat Komitəsinin sədri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz təşəkkürümüzü bildiririk”.

İlqar Rəhimov yarışın keçirilməsində göstərdiyi dəstəyə görə, Beynəlxalq Cüdo Federasiyasına, Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasına və Azərbaycan Cüdo Federasiyasına minnətdarlığını bildirib.

Milli Paralimpiya Komitəsinin prezidenti qeyd edib ki, ölkəmizdə könüllülər institutu əsasən 2015-ci ildə birinci Avropa Oyunları ərəfəsində yaradılıb və hazırda geniş vüsət alıb. O, keçiriləcək tədbirə verdikləri dəstəyə görə “Bir könüllü” proqramının rəhbərliyinə və hər bir üzvünə öz təşəkkürünü bildirərək onlara uğurlar arzulayıb.

Daha sonra AMPK-nın baş katibi Kamal Məmmədov və “Bir könüllü” proqramının meneceri Canoğlan İlyasov çıxış edərək tələbə könüllülərə yarış barədə daha ətraflı məlumat veriblər.

AZƏRTAC
Xəbər 313 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
02.07.2020 Paralimpiya çempionu İlham Zəkiyev: Koronavirusa qarşı mübarizədə həmrəylik nümayiş etdirməliyik
23.06.2020 Ölkəmizdə abilimpiya hərəkatının və uşaq paralimpiyasının inkişaf istiqamətləri müzakirə olunub
07.06.2020 Milli Paralimpiya Komitəsinin sabiq vitse-prezidenti vəfat edib
03.06.2020 Azərbaycan Milli Paralimpiya Komitəsinin videokonfrans formatında ümumi yığıncağı keçirilib
01.06.2020 Uşaq Paralimpiya Komitəsinin “Valideyn klubu”nun onlayn iclası keçirilib
20.05.2020 Azərbaycan Milli Paralimpiya Komitəsinin ümumi yığıncağı keçiriləcək
22.04.2020 Azərbaycan Milli Paralimpiya Komitəsi müsabiqə keçirir
10.04.2020 Paralimpiyaçılar evdə qalıb məşq etməyə səsləyirlər
09.04.2020 Uşaq paralimpiyaçılara dəstək üçün “Valideyn klubu” yaradıldı
04.04.2020 “IBSA Judo Grand Prix Baku 2020” turniri 2021-ci ilə təxirə salınıb


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Koronavirus hər şeyi məhv edir, yoxsa mehvərinə, özünə və məğzinə qaytarır
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Donmuş reytinqin ön sıraları haqqında fərqli düşüncələr
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Formula 1 maliyyə böhranından üzüağ çıxa biləcəkmi ?
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru