Xəbərlər |
|
|
Digər xəbərlər |
|
Millətlər Liqası. C divizionu. “C” qrupu |
N: |
Komandalar |
O |
Q |
H |
M |
T/F |
X |
1 |
Belçika |
6 |
5 |
1 |
0 |
16-3 |
16 |
2 |
Avstriya |
7 |
5 |
1 |
1 |
15-7 |
16 |
3 |
İsveçrə |
5 |
2 |
0 |
3 |
11-8 |
6 |
4 |
Azərbaycan |
6 |
1 |
1 |
4 |
4-12 |
4 |
5 |
Estoniya |
6 |
0 |
1 |
5 |
2-18 |
1 |
|
Premyer Liqa. Turnir cədvəli |
N: |
Komandalar |
O |
Q |
H |
M |
T/F |
X |
1 |
Qarabağ |
25 |
19 |
3 |
3 |
65-21 |
60 |
2 |
Sumqayıt |
26 |
10 |
9 |
7 |
25-30 |
39 |
3 |
Sabah |
26 |
10 |
7 |
9 |
37-31 |
37 |
4 |
Neftçi |
26 |
10 |
7 |
9 |
31-29 |
37 |
5 |
Səbail |
26 |
10 |
7 |
9 |
39-38 |
37 |
6 |
Zirə |
25 |
9 |
9 |
7 |
18-14 |
36 |
7 |
Turan |
25 |
8 |
8 |
9 |
38-35 |
32 |
8 |
Araz |
25 |
8 |
7 |
10 |
26-33 |
31 |
9 |
Kəpəz |
26 |
7 |
6 |
13 |
28-45 |
27 |
10 |
Qəbələ |
26 |
4 |
3 |
19 |
19-50 |
15 |
|
|
|
Formula 1 üzrə dünya çempionatları tarixində 1000-ci Qran-Priyə Çin ev sahibliyi edəcək |
|
Tarix: 11.04.2019 | Saat: 09:16:00 | E-mail | Çapa göndər
|
|
Aprelin 14-də avtoidman azarkeşləri bu il Formula 1 üzrə dünya çempionatları tarixində 1000-ci Qran-Prini izləyəcəklər. Mininci Qran-Pri Çinin Şanxay şəhərində keçiriləcək.
İndiyədək təşkil olunan 70 mövsümdə “Ferrari” komandasının pilotları yubiley yarışlarında fərqlənə bilməyiblər. Belə ki, İtaliya komandası 70 çempionatda 972 yürüşə qatılıb və bunların 235-də qələbə qazanıb.
2004-cü ildən Şanxay avtodromunda keçirilən Çin Qran-Prisi bir çox əlamətdar hadisə ilə yadda qalıb. Belə ki, 2006-cı ildə dəfələrlə dünya çempionu olan Mixael Şumaxer sonuncu – 91-ci qələbəsini Şanxayda qazanıb. Üç il sonra “Red Bull Racing” komandası öz tarixində ilk qələbəni məhz Şanxay avtodromunda əldə edib. Həmçinin 2012-ci ildə “Mercedes”in pilotu Niko Rosberq ilk dəfə podiumun ilk pilləsində yer alıb.
Formula 1-in yubiley Qran-Priləri
1961-ci ildə Almaniyanın Nyurburqrinq trasında keçirilən 100-cü Qran-Pridə “Lotus” komandasının pilotu Stirlinq Moss qalib gəlib. On il sonra Monakoda keçirilən 200-cü yarış “Tyrrell”in üzvü Ceki Styuartın qələbəsi ilə yekunlaşıb. 300-cü Qran-Priyə 1978-ci ildə Cənubi Afrika Respublikası ev sahibliyi edib. Kyalami trekində təşkil olunan yarışda “Lotus”un pilotu Ronni Peterson fərqlənib. 1984-cü ildə Avstriyanın Tseltveq şəhərində baş tutan növbəti yubiley yarışında “McLaren”in sürücüsü Niki Lauda birinci olub. Formula 1-in 500-cü Qran-Prisi 1990-cı ildə Avstraliyanın Adelaida şəhərində keçirilib və qələbə sevincini “Benetton” komandasının üzvü Nelson Pike yaşayıb. 1997-ci ildə Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən 600-cü yarışda “Williams” komandasının pilotu Jak Vilnev qalib gəlib. 2003-cü ildə Braziliyanın “İnterlaqos” avtodromu 700-cü Qran-Priyə ev sahibliyi edib. Yarışın qalibi isə “Jordan” komandasından Cankarlo Fizikella olub. “Renault”un pilotu Fernando Alonso 2008-ci ildə Sinqapurda 800-cü yürüşdə fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Sonuncu yubiley yarış 2014-cü ildə Bəhreyndə təşkil olunub. “Mercedes”in pilotu Luis Hamilton 900-cü Qran-Prinin qalibi olub.
Qeyd edək ki, aprelin 26-28-də Bakı şəhər halqasında keçiriləcək Azərbaycan Qran-Prisi sayca 1001-ci yarış olacaq.
|
|
|
|
Xəbər 1071 dəfə oxundu
|
Bölməyə aid digər xəbərlər |
|
|
|
|
|