Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
24/04 | 22:21 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib
24/04 | 21:22 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24/04 | 19:19 Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
24/04 | 17:18 Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
24/04 | 14:17 Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
24/04 | 13:26 Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
24/04 | 10:13 Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün son turu başlayır
24/04 | 09:21 Azərbaycan Kubokunda finalçılar bu gün bəlli olacaq
24/04 | 09:10 Güləş üzrə U-17 Azərbaycan çempionatına start verilib
23/04 | 19:08 Voleybol üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb
23/04 | 18:07 Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi bəlli olub
23/04 | 17:04 Futzal üzrə Azərbaycan Kubokunun yarımfinal oyunlarına təyinatlar açıqlanıb
23/04 | 14:02 “Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
23/04 | 12:31 AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
23/04 | 12:30 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum olub
23/04 | 10:00 Azərbaycan şahmatçısı Avropa çempionatında ardıcıl 4 qələbə əldə edib
23/04 | 09:55 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq
22/04 | 23:29 1/4 finalçılar müəyyənləşib
22/04 | 22:56 Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər
22/04 | 22:38 Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
22/04 | 19:08 Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası ölkə çempionu olub
22/04 | 18:03 1/8 final mərhələsinin oyunları keçirilib
22/04 | 12:21 Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə tanışlıq
22/04 | 09:51 Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq
22/04 | 09:29 Azərbaycan paraüzgüçüsü Avropa çempionu olub
21/04 | 21:28 Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub
21/04 | 20:35 "İdman Paytaxtı" seçilmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb
21/04 | 09:23 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 2 medal qazanıb
20/04 | 22:21 Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb
20/04 | 21:38 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
20/04 | 14:37 Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
20/04 | 12:26 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
20/04 | 10:15 Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq
19/04 | 21:13 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
19/04 | 20:10 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
"Tokio-2020": Sularda qayıqlar və yelkənlər tənha üzməyəcək
Tarix: 28.03.2019 | Saat: 08:55:00 | E-mail | Çapa göndər
BATI YAR | batyyar@mail.ru

Lisenziya sahibləri də var

"Tokio-2020" olimpiadasının təsnifat qaydalarına həsr olunmuş növbəti təqdimatda su idman növlərindən bəhs edəcəyik. Son illərdə ənənəvi avarçəkmə ilə yanaşı, kanoe-kayak növlərinə də diqqət artıb, yaxtaçıların mübarizəsinin sərhədləri genişlənib və əsaslı təbliğat mübarizənin kəsərinə də təsirsiz ötüşməyib. Ümumiyyətlə, hər bir olimpiadada bu növlər də xüsusi mövzuya çevrilir. Yeri gəlmişkən, ötən Oyunlarda məhz kanoe-kayak uğuru ilə də diqqət çəkən Azərbaycan üçün bu mövzu da bundan sonra həmişə diqqətdə olacaq.

Akademik avarçəkmə – 14 medal dəsti

2020-ci il iyulun 24-dən 31-dək keçiriləcək avarçəkmə yarışları Tokionun dəniz buxtasının Mərkəzi bəndində (yaponca - Çuo bohatei) təşkil olunacaq. Olimpiyaçı statusunu hər iki gender üzrə 526 idmançı qazanacaq. 14 yarış proqramı da kişilər və qadınlar arasında bərabər bölünür. Yarış proqramında bu növün 24 illik olimpiya tarixində ilk dəyişikliyi ilə bağlı açılış məqaləmizdə qeyd etmişdik: ikikürəkli sükançısız qadın dördlükləri də mübarizəyə qoşulacaq. Bu proqram kişilərin yüngül çəkili sükançısız dördlüyünü əvəz edib.

Ölkələr hər proqram üzrə 1 qayıqla təmsil oluna bilər. Əsas vəsiqələr bu il avqustun 25-dən sentyabrın 1-nə qədər Avstriyanın Ottenshaym şəhərində keçiriləcək dünya çempionatında sahiblərinə çatdırılacaq. İdmançı lisenziyanı MOK-larına qazandıracaq. Təkavarlı qayıqda ilk 9-luqda (həm qadın, həm də kişilərdə), 8-yerlik qayıqlarda ilk 5-likdə, 4-yerlik və 4-yerlik qoşaavarlı qayıqlarda ilk 8-likdə, yüngülçəkili qoşaavarlı qayıqlarda ilk 7-likdə və ikiyerlik və qoşaavarlı qayıqlarda ilk 11-likdə yer alanlar birbaşa vəsiqə ilə təmin olunacaqlar. Qalan vəsiqələr qitə yarışlarında veriləcək. Burada lisenziyalar artıq konkret iştirakçılara çatacaq. Asiya və Okeaniya (Avstraliya və Yeni Zelandiya istisna olmaqla), Afrika, Latın Amerikası və Avropa olmaqla (ABŞ, Kanada, Avstraliya və Yeni Zelandiyanın iştirakı ilə) yarışlar təşkil ediləcək. Avropa qitə reqatasının tarixi və yeri də məlumdur: İtaliyanın Vareze şəhərində 2020-ci il aprelin 27-29-da. Qitə yarışları təkyerlik qoşaavarlı qayıqlar üçün nəzərdə tutulub. Təkyerlikdə Avropa 3, qalanları isə 5 lisenziya verəcək. Qoşaavarlıda Amerika ilə yanaşı, Asiya/Okeaniya 3, Afrika 1, Avropa 2 cütlüyə olimpiyaçı statusu təqdim edəcək.

Nəhayət, sonuncu olimpiya təsnifat turniri 2020-ci il may ayının 17-19-da İsveçrənin Lüsern şəhərində təşkil olunacaq. Həm də bu yarışlar 14 proqramın hər biri üzrə iki vəsiqə verəcək.

Yaponiyaya təkavarlı qayıqlarda bir yer verilib. Lakin bu yalnız o halda olacaq ki, Gündoğar ölkə avarçəkmə üzrə digər yarışlarda lisenziya sahibi olmasın.

Kanoe/kayak– 16 medal dəsti

Kanoe/kayak yarışları iki qismə bölünür: slalom və sprint. Slalomda 4, sprintdə 12 medal dəsti uğrunda mübarizəyə şahidlik etmək imkanımız olacaq. Slalom turnirləri iyulun 24-dən 31-dək, sprint isə avqustun 3-dən 8-dək keçiriləcək. Yarışların keçirilməsi üçün slalomda «Kasai Rinkai Park» (yaponca - Kasai Rinkai Köen), sprint üçün Tokionun dəniz buxtasında mərkəzi bəndin Dəniz meşə gəmi dəhlizi nəzərdə tutulub.

2017-ci ildə BOK bu növdə proqramlara dəyişiklik edərək kişi və qadın medal dəsti bərabərliyini yaradıb. Sprintdə kişilərin əvəzinə təkyerlik kanoe və ikiyerlik kayak sprinti, slalomda kişilərin ikinəfərlik kanoesinin əvəzinə təkyerlik qadın kanoesində mübarizəyə icazə verilib.

Slalomda cəmi 82 idmançı lisenziya sahibi olacaq. Onlardan 4-ü ev sahiblərinindir. Hər ölkə bir proqramda bir idmançı ilə təmsil oluna bilər. Lisenziya sahibi olmaq üçün ölkələr dünya çempionatında ən azı, bir proqram üzrə yarışlarda iştirak etməlidirlər. Daha bir qaydaya görə, bir ölkə hər proqramda 3 qayıqla təmsil oluna bilər. Dünya təsnifat mərhələsi kayakda 18, kanoedə 11 lisenziya verəcək. Bu yarış sentyabrda İspaniyanın La Seu-d`Urxel şəhərində keçiriləcək.

Qitələrin isə yarışda cəmi 1 vəsiqə uğrunda mübarizə aparmaq imkanı olacaq. Onu da qeyd edək ki, Belarusun paytaxtı Minskdə iyunun 21-dən 30-dək keçiriləcək ikinci Avropa Oyunlarının qalibləri «Tokio-2020»yə vəsiqə sahibi olacaqlar. Digər qitələr isə öz təsnifat turnirlərini keçirəcəklər.

Bundan savayı, hər iki növ üzrə yarışların nəticəsindən asılı olaraq, Üçlər komissiyası da 2 lisenziyanın sahibini müəyyən edə bilər. Bu zaman komissiya 2020-ci il iyunun 1-nə olan reytinq cədvəlini əsas götürəcək.

Sprint yarışlarında 242 idmançıya olimpiya vəsiqəsi təqdim olunacaq. Onlardan 4-ü ev sahiblərinindir. Daha iki vəsiqəni, slalom da daxil olmaqla, Üçlər komissiyası müəyyən edə bilər. Hər ölkəyə iki qayıq prinsipi ilə proqramlar üzrə limit müəyyən edilib.

Dünya çempionatı bu il avqustun 21-dən 25-dək Macarıstanın Seged şəhərində təşkil olunacaq. Burada kişilər təkyerlik kayakda 200 və 1000 m, qadınlar isə 200 və 500 m məsafələrin hər birində 5 sprintçi çıxaracaqlar. İkinəfərlik kayakda kişilər arasında 1000, qadınlarda 500

metrdə 12 olimpiyaçı müəyyən ediləcək. Dördnəfərlik kayak hər iki gender üzrə 500 metrdə təşkil olunacaq və 40 lisenziya sahibinə qovuşacaq. Kanoedə isə təkyerlikdə kişilər 1000 metrdə, qadınlar 200 metrdə 5, qoşalarda isə kişilər 1 km-də, qadınlar yarım km-də 16 vəsiqə uğrunda yarışacaqlar. Hər gender üzrə 83 olmaqla, cəmi 166 lisenziya sahibini tapacaq. Yaponlar kişilərdə kanoe və kayakın təkyerlik 1000, qadınlarda isə kanoenin 200, kayakın isə 500 metrlik məsafələrində vəsiqə sahibi olacaqlar.

Sonrakı turnirlər qitə təsnifat yarışlarıdır. Avropa kanoenin kişilərdə 1000, qadınlarda isə 200 metrində 1, qalan proqramlarda 2 idmançısını olimpiadaya göndərəcək. Amerika, Asiya, Okeaniya və Afrika kişilərdə ikinəfərlik kayakın və kanoenin hər biri üzrə 1000 metrdə, qadınlarda isə ikiyerlik kayak və kanoenin hərəsində 500 metrdə 6 lisenziyaçını aşkara çıxarmalıdırlar. Bunun üçün dünya çempionatındakı nəticələr əsas götürüləcək. Avropa üzrə təsnifat yarışının 2020-ci il mayın 21-22-də Polşanın Poznan şəhərində keçirilməsi nəzərdə tutulub.

Yekun nöqtəni isə "Dünya seçim turu" da sayılan 2020-ci ilin dünya Kuboku qoyacaq. Yarış mayın 29-dan iyunun 1-dək Almaniyanın Duysburq şəhərində keçiriləcək. Burada kişilər kayakın 200, həm kayak, həm də kanoenin 1000 metrində, qadınlar isə kanoe və kayakın 200, kayakın isə 500 metrində 1 lisenziyanın sahibin müəyyən edəcəklər.

Yelkən idmanı – 10 medal dəsti

Yelkənçilər iyulun 27-dən avqustun 6-dək Enoşima Yelkən Limanında yarışacaqlar. «RS:X» və «470» (kişi və qadın), «Lazer», «Finn» və «49luq» (hər üçü - kişilər), «Lazer radial» və «49luqFX» (qadınlar) və «Nakra17» (qarışıq) sinifləri üzrə 10 medal sahibinə qovuşacaq. İştirakçıların sayı 380-dən 350-yə salınmaqla hər iki gender üzrə bərabər bölünüb.

Yaponiya hər sinif üzrə 1 lisenziya alıb. Əsas təsnifat yarışı 2018-ci ildə Danimarkanın Aarhus şəhərində keçirilmiş dünya çempionatı olub. Lisenziyaların təxminən 40 faizi (101 yer) sahibinə çatdırılıb. Bundan savayı, 2018-ci il Asiya Oyunlarında hər iki «Lazer» sinfi üzrə 6 vəsiqə də sahibini tapıb.

Beləliklə, Yaponiya, Böyük Britaniya 15, Yeni Zelandiya, Fransa 10, İtaliya 9, İspaniya 6, Niderland, Avstraliya, Danmarka 8, Braziliya, Çin, Norveç 5, Avstriya, Almaniya, Yunanıstan, İsrail, İsveç, ABŞ 4, Argentina, Xorvatiya, Polşa, İsveçrə, Kanada, Estoniya, Finlandiya, Macarıstan, Portuqaliya, Malayziya, Sloveniya, Türkiyə 2, Belçika, Kipr, Cənubi Koreya, Peru və Rusiya 1 lisenziya sahibidirlər.

2019-cu ilin Panamerika Oyunları da bir o qədər lisenziya verəcək. 2019-cu il dünya çempionatı isə bütün siniflər üzrə 61 olimpiyaçını müəyyən edəcək. Qalan yerlər qitələr üzrə yarışlarda doldurulacaq. Hər sinif üzrə daha 2 lisenziyanı Üçlər komissiyası verəcək.

Təqdim edir: BATI YAR
Xəbər 1541 dəfə oxundu



 
Müəllifin son yazıları

14.09.2021 “Qarabağ" iki-üç cəbhədə mübarizəyə hazır kimi görünür
14.09.2021 Uduzmaq ayıb deyil, amma...
07.09.2021 Hətta nağıllar reallıqla bitir: üç alma yerə düşür
07.09.2021 Avrokuboklar: Yalnız “Qarabağ"la
07.09.2021 “Araz" tarixinin 16-cı əsas yarışında
24.08.2021 “Paris-2024": əsas yarış məqamlarına aydınlıq gətirilir
24.08.2021 Avrokuboklar: Sapı iynənin gözündən keçirmək olsa
24.08.2021 Daha bir qarışıq-natamam mövsümə doğru
23.08.2021 Ya qalib, ya da ən yaxşı ikinci olmaq lazımdır
10.08.2021 Əlvida, “Tokio-2020"!


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru