Fevralın 16-dan 23-dək Bakıda şöhrət ordenli, veteran futbolçu A.A.Banişevskinin əziz xatirəsinə həsr edilmiş ənənəvi turnir keçirilib.
Şəhər, kənd və qəsəbələrdə həvəskarlar arasında təşkil olunan futbol turnirində yeniyetmələr və gənclər iştirak edib. 6 komandanın iştirakı ilə keçirilən yarışda birinci yerə Binə komandası layiq görülüb. İkinci yerə Ələt komandası, üçüncü yerə Qobustan, dördüncü yerə Qardaşlar komandası çıxıblar.
Oyundan sonra mükafatlandırma mərasimdə AFFA-nın Bakı kəndlər, futbol üzrə koordinatoru və Bakı Kəndlər Futbol Federasiyanın prezidenti Vaqif Davudov çıxış edib. O, çıxışında A.A.Banişevskinin həyatından, fəaliyyətindən danışıb.
Qeyd edək ki, payız/yaz birinciliyi martın 2-3-də davam etdiriləcək. Aprel ayının sonunda klub komandaları arasında kütləvi futbol yarışları başlayacaq.
|