Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
13/07 | 12:08 “Legiya” klubu futbol üzrə Polşa çempionatının qalibi olub
13/07 | 11:18 “Napoli”-“Milan” oyunu heç-heçə başa çatıb
13/07 | 10:23 "Sabah" klubunda yeni təyinatlar həyata keçirilib
13/07 | 10:06 Rusiya şahmatçısı Yekaterina Laqno Qran-Pri turnirinin üçüncü mərhələsinin qalibi olub
13/07 | 09:50 Levis Hemilton Formula 1 üzrə dünya çempionatının növbəti Qran-Prisinin qalibi olub
12/07 | 19:01 “Barselona” səfərdə “Real Vallyadolid"ə qalib qəlib
12/07 | 15:33 “Çelsi” səfərdə “Şeffild Yunayted”ə böyük hesabla məğlub olub
12/07 | 13:05 Formula 1 üzrə dünya çempionatının iki yarışı dalbadal eyni trasda keçiriləcək
12/07 | 12:01 Kamaru Usman çempionluq titulunu qoruyub
12/07 | 10:12 İtaliya A Seriyası: “Roma” qələbə qazanıb, “Latsio” isə məğlub olub
11/07 | 21:42 “Vaşinqton”un iki basketbolçusu koronavirusa yoluxub
11/07 | 19:31 Fəhmin Muradbəyli "Neftçi"yə qayıdıb
11/07 | 18:21 Azərbaycan şahmatçıları blits üzrə onlayn turnirdə iştirak edəcəklər
11/07 | 18:06 Futbol üzrə İngiltərə Premyer Liqasının 35-ci turuna start verilib
11/07 | 16:59 Şəhriyar Məmmədyarov “Qrossmeysterlərin döyüşü” turnirində qələbə qazanıb
11/07 | 15:28 "Neftçi" Dario Frederiko ilə qarşılıqlı razılaşma əsasında yollarını ayırıb
11/07 | 14:52 Formula 1 üzrə Rusiya Qran-Prisinin təşkilatçıları azarkeşlərin yarışları izləmələrinə şərait yaradacaqlar
11/07 | 12:44 "Barselona" klubu Pau Qazolla maraqlanmır
11/07 | 11:41 Kərim Benzema ötən ayın ən yaxşı futbolçusu adına layiq görülüb
11/07 | 10:50 Azərbaycan həndbolunun əfsanələri
11/07 | 09:49 Bruno Fernandes iyun ayının ən yaxşı futbolçusu seçilib
10/07 | 22:50 Qran-Pri turnirinin üçüncü mərhələsinin finalçıları müəyyənləşib
10/07 | 21:03 Şahmatçılarımız Rusiyanın Saratov komandası ilə yoldaşlıq görüşü keçirəcək
10/07 | 20:57 “Uimbldon” turnirinin qalibi Novak Cokoviçə dəstək olub
10/07 | 19:32 Azərbaycan futbolçusu Moldova klubunda debüt edib
10/07 | 18:36 Şahmatçımız Gülnar Məmmədova blits üzrə onlayn turnirdə birinci yeri tutub
10/07 | 18:16 “Keşlə” klubu hücumçusu ilə yeni müqavilə imzalayıb
10/07 | 17:35 Şahmat üzrə Qran-Pri turnirinin üçüncü mərhələsinin yarımfinal yarışları keçiriləcək
10/07 | 17:24 “Neftçi” klubu qapıçısı ilə müqaviləni yeniləyib
10/07 | 16:49 “Sabah” klubunun yeni baş məşqçisi müəyyənləşib
10/07 | 14:50 Qran-Pri turnirinin üçüncü mərhələsinin dörddəbir final yarışlarının qalibləri müəyyənləşib
10/07 | 13:17 “Red Bull”: Sebastyan Fettel üçün yerimiz yoxdur
10/07 | 12:48 “Qarabağ” klubu Azərbaycan millisinin qapıçısını transfer edib
10/07 | 11:27 Pelleqrini "Real Betis"in baş məşqçisi təyin olunub
10/07 | 10:21 "Zirə" klubu cari mövsümdə qarşılaşdığı bütün rəqiblərdən xal alıb
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 20 13 6 1 34-7 45
2 Neftçi 20 10 7 3 33-14 37
3 Keşlə 20 8 6 6 27-21 30
4 Sumqayıt 20 6 5 9 24-32 23
5 Zirə 20 6 6 9 25-37 23
6 Sabah 20 5 6 9 19-27 21
7 Səbail 20 5 5 10 16-30 20
8 Qəbələ 20 5 4 11 25-35 19
“Tokio-2020": Hər növün öz təsnifat qaydası var
Tarix: 15.02.2019 | Saat: 16:15:00 | E-mail | Çapa göndər
BATI YAR | batyyar@mail.ru

Kimlər və necə seçiləcək?


2020-ci il olimpiadasına vəsiqələr uğrunda növlər üzrə təsnifat qaydaları və əsas yarışları barədə növbəti məqaləni oxucularımıza təqdim edirik. Sayca üçüncü məqalədə 5 fərqli növ və sistem barədə söz açacağıq. Onlardan biri olimpiya proqramının qonağıdır və gələcək aqibəti də bəlli deyil.

Kamandan oxatma -5 medal dəsti

2020-ci il iyulun 24-də başlanacaq və avqustun 1-inə qədər davam edəcək kamandan oxatma yarışları 3 proqramı ilə diqqət çəkir. Turnir "Yumenosima Köen" ("Arzular adası") parkında inşa olunan oxatma meydanında keçiriləcək. Kişi və qadınların qarışıq turniri də ilk dəfə keçiriləcək. Cəmi 5 medal dəsti uğrunda mübarizəyə şahid olacağıq.

Tən yarısı qadın olmaqla, 128 oxatan olimpiadada əlinin və gözünün itiliyini yoxlayacaq. Hər Milli Olimpiya Komitəsi ən çox 6 lisenziyaya ümid edə bilər. Fərdi yarışlara hər ölkəyə bir idmançı çıxarmağa icazə veriləcək. Komanda yarışlarında isə 16 komanda üçün yer ayrılacaq. 128 lisenziyadan 6-sı ev sahibinə verilib. Daha 4 vəsiqəni Üçlər komissiyası (Beynəlxalq federasiya, Yay Olimpiya Oyunları Federasiyaları Assosiasiyası və Milli Olimpiya Komitələri Assosiasiyası) verəcək. Qalan lisenziyalar təsnifat qaydası ilə təqdim olunacaq və hər idmançı lisenziyanı ölkəsinə qazanacaq. Qarışıq komanda yarışlarında iştirak etmək üçün, təbii ki, hər ölkə olimpiadaya ən azı bir qadın və bir kişi oxatanla yollanmalıdır.

Olimpiya turniri oxun 70 metrlik məsafədən atılması ilə keçiriləcək. Hər idmançı cəmi 72 dəfə hədəfi nişan alacaq. Olimpiadaya lisenziya almaq üçün minimal təsnifat xalı həddinə çatmaq lazımdır. Bu məqsədlə kişilər 640, qadınlar 605 xal toplamalıdırlar.

Dünya çempionatında ilk 8 yeri tutanlar "Tokio-2020"də komanda ilə təmsil olunacaq. Əgər bu 8-likdə Yaponiya da yer alarsa, komandalar üçün final təsnifat turniri daha bir lisenziyanı verəcək. Dünya çempionatının fərdi turnirində ilk 4 yeri tutanlar da (komanda yarışlarında vəsiqələr istisna olmaqla) ölkəsinə lisenziya qazandıracaq. Qitə Oyunlarında (Avropa, Asiya, Amerika) qalib gələnlər hər gender üzrə bir lisenziya sahibi olacaqlar. Bundan savayı, hər qitədə təsnifat yarışları da olacaq. Ümumən, yekun fərdi təsnifat yarışı da planlaşdırılır. Beləliklə, dünya çempionatı 24 komandaya, fərdi yarışda ən yüksək yeri tutmuş, lakin komandası vəsiqə əldə etməyən idmançılar 4, qitə Oyunlarında qarışıq qoşa yarışlarda fərqlənənlər 5, qitə Oyunlarında fərdi yarışlarda fərqlənmiş 3, qitə təsnifat turnirlərində 13 (Avropa - 4, Asiya və Amerika - hərəyə 3, Afrika - 2, Okeaniya - 1), yekun təsnifat turnirində 3 qalib komandaya 9 yer, fərdi yarışlarda 1 yer "Tokio-2020"yə aparan heyəti tam formalaşdıracaq.

Asiya Oyunları 2018-ci ildə İndoneziyanın paytaxtı Cakartada keçirilib. Qarışıq komanda yarışında yaponlar qalib gəldiyindən, 2-ci yerin sahibi olan Şimali Koreya hər gender üzrə 1 olimpiya vəsiqəsi alıb. Çin qadınlarda, Cənubi Koreya isə kişilərdə qalib kimi, müvafiq kateqoriyada bir lisenziya alıblar.
Digər yarışların cədvəli isə belədir:

Dünya çempionatı: 10-16 iyun. Hertegenboş, Niderland;
Qitə Oyunları: Avropa - 21-30 iyun. Minsk, Belarus; Okeaniya - 8-20 iyul. Apia, Samoa; Panamerika - 26 iyul-11 avqust. Lima, Peru; Afrika - oktyabr. Kasablanka, Mərakeş;

Təsnifat turnirləri: Asiya - noyabr. Banqkok, Tailand; Amerika - 20-26 aprel 2020-ci il. Mexiko, Meksika; Avropa - may 2020-ci il. Antalya, Türkiyə; Okeaniya - naməlum; Dünya (komanda və fərdi) - iyun 2020-ci il. Berlin, Almaniya.

Atletika - 48 medal dəsti

Yarışlar 2020-ci il iyulun 31-dən avqustun 9-dək yeni inşa olunan Olimpiya stadionunda keçiriləcək. 2016-cı il Oyunları ilə müqayisədə əlavə olaraq daha bir medal dəsti uğrunda mübarizəyə şahid olacağacıq. 48 medal dəstindən 24-ü kişilər, 23-ü qadınlar, 1-i isə qarışıq estafet (4x400) m üçün nəzərdə tutulub.
Lisenziyaların verilməsi bu olimpiya oyunları üçün dəyişdirilib və əsasən, dünya reytinqi əsasında qurulacaq. Təsnifat dövründə hər bir idmançının reytinqi orta hesabla 5 ən yaxşı nəticə göstərdiyi yarışdakı nailiyyətləri nəzərə alınmaqla hesablanacaq. Reytinq üzrə vəsiqə əldə edə bilməyənlər üçün təsnifat qaydaları müəyyən olunur. Bu standartlar 2019-cu il noyabrın 1-də elan ediləcək. Bütün lisenziya mərhələləri 2020-ci il iyunun 29-da başa çatacaq. Hər fərdi yarışa bir ölkə ən çox 3 idmançı çıxara bilər. Qarışıq yarışlar üçün 24, marafon yarışı üçün 80 idmançıdan ibarət limit tətbiq edilib.

Marafon, 10 min metrə yürüş, idman yerişi və qarışıq yarışlar üçün təsnifat dövrü 2019-cu il yanvarın 1-dən 2020-ci il iyunun 29-na olan dövrü əhatə edəcək. Qalan yarışlar üçün seçim meyarları 2019-cu il iyulun 1-dən tətbiq ediləcək. 2019-cu il dünya çempionatının estafet yarışlarının 8 ən yaxşı komandası lisenziya sahibi olacaq. Qalanları isə yenə dünya reytinqi ilə müəyyən ediləcək. Yarışlarda iştirak etmək üçün yaş limiti də var: idmançı 2005-ci il yanvarın 1-dən gec dünyaya gəlməməlidir. Yəni yarış zamanı iştirakçının ən azı 16 yaşı olmalıdır. Marafon və idman yürüşlərində aşağı yaş həddi 18-dir.

Beləliklə, lisenziya almaq üçün iki şərtdən birinə əməl etmək vacibdir: təsnifat mərhələsinin sonunda İAAF reytinqdə müvafiq yerdə olmaq; təsnifat dövründə seçmə normativləri yerinə yetirmək.

Sonda onu da qeyd edək ki, 2019-cu ilin dünya çempionatı sentyabrın 27-dən oktyabrın 6-dək Qətərin paytaxtı Dohada keçiriləcək.

Olimpiadada həm kişi, həm də qadınların yarışlarında idmançı sayı belə olacaq.

100 m, 200 m - hər birində 56;
400 m, 800 m - hər birində 48;
1500 m və 3000 maneələri dəf etməklə - 45;
5000 m - 42;
110 m və 400 m - hər ikisi sədləri dəf etməklə - 40;
10000 m - 27;
Marafon - 80;
İdman yerişi - 20 km, 50 km (kişilər) - 60;
Uzunluğa, üç təkanla, şüvüllə tullanma, ağırlıq, disk, nizə, çəkic atma - 32;
Onnövçülük (kişilər), yeddinövçülük (qadınlar) - 24;
4x100 m (kişi, qadın, qarışıq), 4x400 komanda estafetləri (kişi, qadın, qarışıq) - 16.

Badminton - 5 medal dəsti

Badminton yarışları "Musaşino no mori" ("Musaşino meşəsi") idman sarayında keçiriləcək. 10 min nəfərlik arena məhz "Tokio-2020" üçün 3,5 ilə tikilib və 300 milyon dollara başa gəlib.

5 medal dəsti kişi və qadınların fərdi və cütlüklərlə yanaşı, qarışıq komanda yarışında oynanılacaq. Təsnifat yarışları 2019-cu il aprelin 29-dan 2020-ci il aprelin 26-dək davam edəcək. Dünya Badminton Federasiyasının yekun reytinqi 2020-ci il aprelin 30-da elan ediləcək. Komandalar hər gender kateqoriyası üzrə ən çox 8 idmançı ilə təmsil oluna bilər. İlk 16-lıqda yerləşənlər iki, sonrakı 22-likdə yer alanlar isə 1 idmançı ilə Oyunlara yollanacaqlar. Cütlüklərdə isə 8-likdə yer alanlar 2 cütlük, qalanları isə 1 cütlüklə Tokioya gedəcəklər. Əgər qeyd edilən reytinqdə ölkənin daha çox təmsilçisi olacaqsa, yerli MOK özü idmançılar arasında seçim edəcək. Cəmi 172 badmintonçu Tokioda olimpiya fəxri kürsüsü uğrunda yarışacaq. Üç yer isə Üçlər komissiyasının qərarı ilə veriləcək. Bu zaman qitələrin təmsilçiliyinə diqqət ediləcək.

Beysbol/softbol - hər biri 1 medal dəsti

Olimpiya proqramına yenicə salınmış bu növlər üzrə turnirlər 2020-ci il iyulun 29-dan avqustun 8-dək hər biri 30 min yerlik "Yokohama" və "Fukusima Azuma" stadionlarında keçiriləcək. Bu iki mövcud stadiondan Fukusimadakı yenidən qurulub.

Olimpiadada hər növdə 6 komanda mübarizə aparacaq. Lakin kişilərin beysbol və qadınların softbol növlərinin 2024-cü ilin olimpiya proqramında yer alması hələ dəqiq deyil.
Beysbolda yarış hərəsində 3 komanda olmaqla iki qrupda başlayacaq. Bu turnirin yekununda yarış belə davam edəcək:
1. A3 - B3 (məğlub olan olimpiadanı tərk edir)
2. A2 - B2
3. A1 - B1
4. Qalib-1 - Qalib-2
5. Məğlub-2 - Məğlub-3 (məğlub olan olimpiadanı tərk edir)
6. Qalib-3 - Qalib-4 (qalib gələn qızıl medal qarşılaşmasına yollanır)
7. Məğlub-4 - Qalib-5 (məğlub olan bürünc medal qarşılışamasına yollanır)
8. Məğlub-6 - Qalib-7 (məğlub olan bürünc, qalib - qızıl medal qarşılaşmasına yollanır)
9. Bürünc medal: Məğlub-7 - Məğlub-8
10. Qızıl medal: Qalib-6 - Qalib-8

6 olimpiyaçı komandanın seçim turları da maraqlıdır. Yaponiya ev sahibi kimi artıq vəsiqə sahibidir. Daha 2 komanda 2019-cu ilin "Premyer12" turnirindən lisenziya qazanacaq. Bu turnir noyabrın 2-dən 17-dək Cənubi Koreya və Meksikada təşkil ediləcək. Həlledici mərhələ Tokioda olacaq. Yarış iştirakçıları Yaponiya, Cənubi Koreya, ABŞ, Kuba, Çin Taypeyi, Meksika, Niderland, Avstraliya, Kanada, Puerto Riko, Venesuela, Dominikan Respublikası olacaq. Nəticə etibarı ilə Amerikanın və Asiya ilə Okeaniya tandeminin ən yaxşıları olimpiadada iştirak edəcək. Yaponiya qalib gələrsə, sonrakı iki komandaya da bu hüquq veriləcək. Amerikanın daha bir təmsilçisi qitə təsnifatından vəsiqə alacaq (mart 2020-ci il). 2-3-cü yerlərin sahibləri dünya təsnifat yarışında qüvvəsini sınayacaqlar. Bir vəsiqəni Afrika və Avropanın qarışıq təsnifat turniri verəcək (18-22 sentyabr; Parma-Bolonya, İtaliya). Bu yarışda Avropa çempionatının ilk 5 kollektivi və Afrika çempionatının qalibi iştirak edəcək. İki qitənin təsnifat yarışında 2-ci yeri tutan kollektiv dünya turnirinə olimpiya vəsiqəsi ardınca yollanacaq. Nəhayət, son lisenziya uğrunda dünya təsnifat turnirində mübarizə aparılacaq (mart-aprel 2020-ci il). Yuxarıda qeyd edilənlərdən savayı, yarışda Asiya çempionatının və Okeaniya təsnifatının qalibləri də dünya finalında yer alacaq.
Olimpiadanın softbol yarışında 6 komanda vahid yarışda iştirak edəcək. 17 oyunun nəticəsində medalçılar məlum olacaq. Təsnifat turnirlərində iştirak etsə də, Yaponiya ev sahibi kimi olimpiya lisenziyasının yiyəsidir. Yaponiyanın Çiba şəhərində keçirilmiş 2018-ci il (2-12 avqust) dünya çempionatının qalibi kimi, ABŞ da artıq bu hüququ əldə edib. Qalan komandalar qitələr üzrə təsnifat yarışlarından çıxmalıdır. Avropa və Afrikanın birgə turniri iyulun 23-28-də Niderlandın Utrext şəhərində keçiriləcək. Mübarizədə qitə çempionatlarının ən yaxşı 8 komandası (Avropa - 6, Afrika - 2 komanda ilə) iştirak edəcək. Amerika turniri iki vəsiqə verəcək və yarış avqustun 25-dən sentyabrın 1-ə qədər Kanadanın Sürrey şəhərində baş tutmalıdır. Asiya və Okeaniyanın yarışı sentyabrın 24-dən 29-dək Çinin Şanxay şəhərinə salınıb. Bu yarışa da Asiyadan 6, Okeaniyadan 2 kollektiv qoşulacaq.

BATI YAR
Xəbər 875 dəfə oxundu



 
Müəllifin son yazıları

13.05.2020 Koronavirus hər şeyi məhv edir, yoxsa mehvərinə, özünə və məğzinə qaytarır
01.05.2020 2021-də “2020” statusu ilə
17.03.2020 “Tokio-2020”: Koronavirus Yaponiyaya nə qədər ziyan vuracaq?
16.03.2020 Millətlər Liqası: hədəf baş məşqçisiz də bəlli olmalıdır
14.01.2020 Klublar qışa yenə Antalyada hazırlaşırlar
28.12.2019 Yorğun “Qarabağ" və təqibçiləri
28.12.2019 “Səbail" bu dəfə Avropasız qalacaq
17.12.2019 Azarkeş stadiona niyə gəlmir
03.12.2019 Hədəflərə aparan yolun sonunda
03.12.2019 Mübarizə bitdi, ümid tükəndi


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Koronavirus hər şeyi məhv edir, yoxsa mehvərinə, özünə və məğzinə qaytarır
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Donmuş reytinqin ön sıraları haqqında fərqli düşüncələr
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Formula 1 maliyyə böhranından üzüağ çıxa biləcəkmi ?
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru