Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
13/08 | 10:04 İdman ictimaiyyətinin nümayəndələri cəbhə bölgəsində əsgərlərlə görüşüblər
13/08 | 09:48 Tovuzda velosipedçilərimizin təlim-məşq toplanışına start verilib
12/08 | 21:08 “Williams” komandası İspaniyada Roy Nissaniyə şans verəcək
12/08 | 20:35 Millimizin baş məşqçisi Canni De Byazi yığmaların məşqini izləyib
12/08 | 20:07 Həbib Nurməhəmmədov Castin Getji ilə qarşılaşmasının ilin ən yaxşı döyüşü olacağına ümid edir
12/08 | 19:29 Azərbaycan Premyer Liqasının birinci turunun təqvimi müəyyənləşib
12/08 | 19:08 “Qarabağ” klubu “Sampdoriya”nın qapıçısını heyətinə qata bilər
12/08 | 18:04 Millimizin futbolçusu Ukrayna klubu ilə müqaviləsini yeniləyib
12/08 | 17:43 “Neftçi”nin rəqibi Albaniyanın “Vlazniya” klubunun müdafiəçisini transfer edib
12/08 | 16:54 Futbol üzrə Azərbaycan Premyer Liqasının yeni loqosu təqdim edilib
12/08 | 16:42 AMADA-nın İdmançılar Məsləhətçi Komissiyasının rəhbərliyinə seçkilər keçirilib
12/08 | 16:00 Azərbaycan Premyer Liqasının yeni mövsümünün püşkü atılıb
12/08 | 15:52 ABŞ-da qadın tennisçilər arasında beynəlxalq turnir davam edir
12/08 | 15:32 FIFA iki turniri təxirə salıb
12/08 | 15:00 Mayk Tayson və Roy Cons arasında keçiriləcək döyüş titul xarakterli olacaq
12/08 | 14:53 MBA-nın müntəzəm çempionatında mübarizə davam edir
12/08 | 14:13 “Neftçi” hazırlığı bərpa edib
12/08 | 12:20 XXXII Ümumdünya Yay Universiadasının Atletlər kəndinin inşasına oktyabrda başlanılacaq
12/08 | 10:43 UEFA Avropa Liqasının son iki yarımmfinalçısı məlum olub
12/08 | 10:04 Azərbaycan komandası yoldaşlıq görüşündə Rusiya şahmatçılarına məğlub olub
12/08 | 09:53 “Qarabağ” “Sabah”ın qapısından iki cavabsız top keçirib
11/08 | 20:21 Millimizin baş məşqçisi Canni De Byazi “Qarabağ”-“Sabah” oyununu izləyəcək
11/08 | 19:14 Boksçularımızın təlim-məşqləri ümumi fiziki hazırlığın artırılmasına yönəlib
11/08 | 18:51 “Neftçi”nin rəqibi heyətini gücləndirir
11/08 | 18:37 Azərbaycan və Rusiya şahmatçıları arasında yoldaşlıq görüşü başlayıb
11/08 | 17:48 “Səbail”in futbolçusu karyerasını Rumıniyada davam etdirəcək
11/08 | 16:54 Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin köməkçiləri müəyyənləşib
11/08 | 16:36 “Sumqayıt”ın rəqibini yaxından tanıyaq
11/08 | 16:16 Bakıda açıq havada şahmat turniri keçiriləcək
11/08 | 15:20 “Real Madrid” yarımmüdafiəçisini “Vilyarreal”a icarəyə verib
11/08 | 14:13 “Neftçi”-“Şkupi” matçının başlanma saatı müəyyənləşib
11/08 | 14:00 “Liverpul” yunanıstanlı müdafiəçini transfer edib
11/08 | 13:50 Boccia üzrə milli komandamızın Zaqatalada təlim-məşq toplanışı başlayıb
11/08 | 13:18 Bakı - Rio-de-Janeyro
11/08 | 11:02 UEFA Avropa Liqasının ikinci yarımfinalçısı məlum olub
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 20 13 6 1 34-7 45
2 Neftçi 20 10 7 3 33-14 37
3 Keşlə 20 8 6 6 27-21 30
4 Sumqayıt 20 6 5 9 24-32 23
5 Zirə 20 6 6 9 25-37 23
6 Sabah 20 5 6 9 19-27 21
7 Səbail 20 5 5 10 16-30 20
8 Qəbələ 20 5 4 11 25-35 19
Əməkdar Məşqçi Hacıbaba Əsgərovun xatirəsinə həsr olunmuş ağır atletika turnirinin qalibləri müəyyənləşib
Tarix: 24.12.2018 | Saat: 12:46:00 | E-mail | Çapa göndər
“AAAF” Park Yaşayış Kompleksinin yarış zalında Azərbaycanın Əməkdar Məşqçisi, beynəlxalq dərəcəli hakim Hacibaba Əskərovun xatirəsinə həsr olunmuş ağır atletika üzrə respublika turniri keçirilib.

Azərbaycan Ağır Atletika Federasiyasından (AAAF) bildiriblər ki, şəxsi xarakter daşıyan yarışda qadın və kişi ağır atletlər, həmçinin ustadlar iştirak ediblər. Qaliblər Sinkleyr cədvəli əsasında müəyyən edilib.

İlk olaraq yarışa qadınlar start verib. Gərgin idman mübarizəsi şəraitində keçən qadınların mübarizəsi maraqlı alınıb. Sumqayıt təmsilçisi Firuzə İbrahimova bütün rəqiblərini üstələyərək qızıl medala sahib çıxıb. O, toplam 153 kiloqram (69+84) nəticə və 199.18 Sinkleyr xalı ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sonrakı yerləri müvafiq olaraq toplam 137 kiloqram (63+74) nəticə və 197.97 xalla Lalə Rzazadə və 123 kiloqram (55+68) nəticə və 177.28 xalla Anna Opanasyuk tutublar.

Daha sonra yarışın açılış mərasimi keçirilib. Çoxsaylı qonaqların iştirak etdiyi tədbirdə söz ilk olaraq Hacıbaba Əskərovun qızı Gülarə Nərimanovaya verilib. O, hər kəsi salamlayıb və yarışın təşkilatçılığı barədə müsbət fikirlər söyləyib: “Artıq ikinci dəfədir ki, atam Hacıbaba Əskərovun xatirəsi bu cür yüksək səviyyədə qeyd olunur. Ötən il də Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və AAAF birlikdə 100 illik yubiley tədbiri və ilk xatirə turnirini təşkil etmişdilər. İndi də bu yarış növbəti dəfə keçirilir. Mən, bütün ailəmiz adından buna görə təşkilatçılara, əziyyəti olan hər kəsə təşəkkür edir, dərin minnətdarlığımı bildirirəm. Atam ömrünü ağır atletika idmanına həsr edib və belə yarışın təşkili onun ruhunu şad edir. Ümid edirəm ki, iştirakçı idmançılar da, belə yarışlarda təcrübə toplayaraq qarşıdakı beynəlxalq turnirlərdə qələbələr qazanacaq, ölkəmizin bayrağını yüksəklərə qaldıracaqlar. Bir daha hər kəsə təşəkkür edirəm”.

Daha sonra AAAF-ın baş katibi Rizvan Rəsulov turnirin əhəmiyyəti barədə danışıb: “Artıq ikinci dəfədir bu yarış yüksək səviyyədə təşkil olunur. Hacıbaba Əskərovun həyat və fəaliyyəti, onun ağır atletikanın inkişafında rolu barədə hamımız bilirik. O, istər məşq prosesində, istərsə də işin elmi tərəfində böyük irəliləyişlərə nail olmuş, gətirdiyi yeniliklərlə hazırkı Azərbaycan ağır atletikasının uğurlarına təkan verən şəxslərdən biri olmuşdur. Bu yarış bizə həm onun xatirəsini yad etmək, belə şəxsiyyətlərin varlığı barədə gənc nəsli məlumatlandırmaq, həm də idmançılarımıza təcrübə qazandırmaq imkanı verir”.

“2018-ci il bizim üçün uğurlu keçib. Avropa və dünya birinciliklərində, həmçinin Yeniyetmələrin Olimpiya Oyunlarında atletlərimiz 35 medal əldə etməyi bacarıblar. Onlar komanda hesabında Avropa birincisi olmağı bacarıblar. Həmçinin yaxınlarda Misir və Qətərdə keçirilən lisenziya xarakterli Qran-Pri yarışlarında da uğurlara nail olmuşuq. Qarşıda bizi həm təsnifat yarışları, həm də Tokio Olimpiya Oyunlarının özü gözləyir. 2019-cu il bu baxımdan çox yaxşı sınaq ili olacaq. Bütün idmançılarımız və məşqçilərimizə uğurlar arzulayıram”, - deyə R.Rəsulov əlavə edib.

Açılış mərasimindən sonra yarış kişilərin mübarizəsi ilə davam edib. Bakı idmançısı Nailxan Nəbiyev gözəl çıxış nümayiş etdirərək turnirin qalibi adını qazanıb. O, toplam 318 kiloqram (140+178) nəticə və 359.78 xalla qızıl medal əldə edib. Sonrakı pillələrdə müvafiq olaraq toplam 293 kiloqram (128+165) nəticə və 358.66 xalla Sənan Quliyev və 235 kiloqram (105+130) nəticə və 301.90 xalla Füqan Əliyev qərarlaşıblar.

Sonda körpücük üzərinə ustadlar çıxıblar. Sabiq ağır atletlər arasında qalib adına 70 yaşlı Vladimir Jilyayev layiq görülüb. O, toplam 169 kiloqram (73+96) nəticə və 375.57 xalla qızıl medala sahib çıxıb. Gümüş medalı toplam 151 kiloqram (64+87) nəticə və 329.17 xalla Sərdar Quliyev, bürünc medalı isə 132 kiloqram (62+70) nəticə və 309.18 xalla Akif Alıyev boynundan asıb.

Qalib və mükafatçılara müvafiq dərəcəli diplom, medal və xatirə hədiyyələri təqdim olunub. Xatirə turnirinin təşkilində məqsəd Hacıbaba Əsgərovun həyat yolunun və idman fəaliyyətinin gənc idmançılar arasında təbliği, ağır atletikanın inkişaf etdirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılmasıdır.
Xəbər 383 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
23.04.2020 Ağır atletika üzrə Avropa çempionatının keçiriləcəyi vaxt müəyyənləşib
15.04.2020 Ağır atletika üzrə Avropa çempionatı ikinci dəfə təxirə salınıb
22.02.2020 Nailxan Nəbiyev yeddinci dəfə ağır atletika üzrə Azərbaycan çempionu adını qazanıb
22.02.2020 Ağır atletika üzrə ölkə çempionatı: 89 kiloqram çəki dərəcəsində yarışın qalibi Sənan Mirzəyev olub
22.02.2020 Füqan Əliyev ağır atletika üzrə Azərbaycan çempionu olub
22.02.2020 Ağır atletika üzrə Azərbaycan çempionatı: Kənan Xəlilov bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb
21.02.2020 Ağır atletika üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib
21.02.2020 Ağır atletika üzrə Azərbaycan çempionatında qadınların yarışı başlayıb
29.12.2019 Hacıbaba Əsgərovun xatirəsinə həsr olunmuş ağır atletika üzrə üçüncü respublika turnirinə yekun vurulub
21.12.2019 Azərbaycan ağırlıqqaldıranı Qətər Beynəlxalq Kubokunun qalibi olub


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
50 gündən sonra yenidən açıq havada idman yarışlarına icazə verildi
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Donmuş reytinqin ön sıraları haqqında fərqli düşüncələr
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Formula 1 maliyyə böhranından üzüağ çıxa biləcəkmi ?
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru