Bakı Olimpiya Stadionunda AFFA-nın təşkilatçılığı ilə keçirilən UEFA-nın seminarı başa çatıb.
“Məktəblərdə futbol” mövzusunda keçirilən seminarda AFFA ilə yanaşı, Litva, Moldova, Uels və Kosovo futbol federasiyalarının nümayəndələri iştirak ediblər.
UEFA-nın kütləvi futbol üzrə məsləhətçiləri Mark Milton və Stuart Grieve, həmçinin Norveç Futbol Assosiasiyasının sabiq prezidenti, UEFA-nın fəxri üzvü, UEFA-nın Kütləvi futbol səfiri Per Ravn Omdal seminarın mövzusu ilə bağlı təcrübələrini bölüşüblər.
|