Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
17/04 | 20:34 Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
17/04 | 18:32 17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
17/04 | 16:48 Azərbaycan voleybol çempionatında ilk finalçı müəyyənləşib
17/04 | 15:36 Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
17/04 | 12:40 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək
17/04 | 11:49 Azərbaycan bilyardçısı Avropa çempionu olub
17/04 | 11:18 Azərbaycanın gənc avarçəkənləri Türkiyədə turnirə qatılacaqlar
17/04 | 10:17 Azərbaycan stolüstü tennisçiləri “Türk Dövlətləri” beynəlxalq turnirində mükafat qazanıblar
17/04 | 09:44 Fərid Qayıbov ABŞ-də azərbaycanlı idmançılar və tələbələrlə görüşüb
16/04 | 18:05 AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir
16/04 | 17:23 Azərbaycan voleybol çempionatı: yarımfinal mərhələsinin daha bir oyunu keçirilib
16/04 | 15:29 Azərbaycan Premyer Liqası: "Qarabağ” – “Neftçi” görüşünün başlama saatı bəlli olub
16/04 | 13:42 Paytaxtın abad məhəllələrində minifutbol yarışlarına start verilib
16/04 | 12:57 Azərbaycanın 5 gimnastı Çexiyada beynəlxalq turnirdə iştirak edəcək
16/04 | 11:25 Olimpiadaya lisenziya qazanan Azərbaycanın 3x3 basketbol millisi Vətənə dönüb
16/04 | 09:23 Azərbaycanın futzal millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək
15/04 | 19:25 Azərbaycanlı Mərakeşin ən yüksək zirvəsini fəth edib
15/04 | 15:50 “Sabah” ardıcıl iki oyunda "Qarabağ"a üç qol vurmaqla tarixə düşüb
15/04 | 15:08 Azərbaycanın altı idman gimnastı Dünya Kubokunda iştirak edəcək
15/04 | 12:53 Azərbaycan taekvondoçuları Serbiyada iki medal qazanıblar
15/04 | 12:01 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
15/04 | 11:49 Azərbaycan para-badmintonçuları İspaniyada beynəlxalq turnirdə iştirak edəcəklər
15/04 | 11:25 Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
15/04 | 10:37 Azərbaycan çempionatında 4-cü turun partiyaları keçirilib, vahid lider bəlli olub
15/04 | 09:49 Azərbaycan gimnastları beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar
14/04 | 22:10 Cüdo üzrə Bakı kəndləri birinciliyi keçirilib
14/04 | 21:32 Azərbaycan cüdoçuları Berlindəki Avropa Kubokunda birinci yeri tutub
14/04 | 20:14 Azərbaycan boksçuları Avropa çempionatını iki qızıl medalla başa vurub
14/04 | 18:55 Azərbaycan boksçusu qitə birinciliyində qızıl medal qazanıb
14/04 | 14:37 Azərbaycan millisi Paris-2024 Yay Olimliya Oyunlarına lisenziya qazanıb
14/04 | 10:21 Azərbaycan millisinin üzvü finala vəsiqə qazanıb
14/04 | 09:20 Azərbaycanın basketbol millisi Honqkonqda Olimpiya Təsnifat turnirində növbəti oyununa çıxacaq
14/04 | 08:19 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 7 medal qazanıb
13/04 | 22:55 Cüdo üzrə Bakı kəndləri birinciliyinin ilk mükafatçıları bəlli olub
13/04 | 18:27 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qəbələ"ni məğlub edib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Məktəblilərin Naxçıvan Muxtar Respublika spartakiadasına yekun vurulub
Tarix: 29.10.2018 | Saat: 07:09:00 | E-mail | Çapa göndər
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Şahmat, Basketbol, Yüngül Atletika və Atıcılıq federasiyalarının təşkilatçılığı ilə muxtar respublikada fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri arasında spartakiada keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra aparıcı spartakiada haqqında iştirakçılara məlumat verib. Qeyd edilib ki, muxtar respublikada gənclərin idmana cəlbi, onlara sağlam həyat tərzinin aşılanması daim diqqət mərkəzində saxlanılır, yaradılan müasir idman qurğuları gənclərin bədən tərbiyəsi və idmana marağını artırır. Bu sahənin inkişafı üçün mütəmadi olaraq idman yarışları təşkil edilir ki, bugünkü spartakiada da məhz həmin yarışlardan biridir.

Tədbir Naxçıvan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblı və Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin “Şəlalə” instrumental rəqs ansamblının ifasında konsert proqramı ilə davam edib.

Mükafatlandırma mərasimində ilk olaraq şahmat üzrə keçirilən yarışların qalibləri kürsüyə dəvət olunub. Belə ki, qızlar arasında Nəsrin Babayeva (Naxçıvan), Nazlı Hümbətova (Naxçıvan) və Zərrin Məmmədli (Ordubad), oğlanlar arasında isə Seyid Hüseyn (Ordubad), Ayxan Zeynalov (Şərur) və Ərturan İsmayılov (Naxçıvan) ilk üç pillədə qərarlaşıblar.

Yüngül atletika yarışlarında 100 metr məsafədə qızların mübarizəsində Nərmin Mehdiyeva (Culfa), Tamella Qurbanova (Naxçıvan) və Aytən Rəhimova (Naxçıvan) finiş xəttinə ilk üç pillədə çatıblar. Bu məsafədə oğlanlar arasında eyni nəticəni Fərid Əsgərli (Naxçıvan), İlkin Rəsulov və Nurxan Əliyev (hər ikisi Heydər Əliyev adına Hərbi Lisey) də təkrarlayıblar. 400 metr məsafədə qızlar arasında Xatun Oruclu (Ordubad), Nərminə Əliyeva (Sədərək) və Zeynəb Bağırova (Şərur), oğlanlar arasında isə Vüsal Fərəcov, Hidayət İsmayılov (hər ikisi Heydər Əliyev adına Hərbi Lisey) və Səfər Tağıyev (Naxçıvan) qalib adını qazanıblar.

Basketbol yarışlarında bütün rəqibləri üzərində qələbə qazanan Culfa komandası spartakiadanın qalibi olub. Digər iki pillədə Naxçıvan şəhər və Babək rayon komandaları qərarlaşıb.

Qızlar arasında stolüstü tennis yarışlarının qalibi Naxçıvan idmançısı Nurtac Hüseynova olub. Gültəkin Süleymanova (Şərur) və Selcan Hüseynova (Sədərək) isə yarışları ikinci və üçüncü pillədə başa vurublar. Oğlanlar arasında isə Sənan Məmmədov (Şərur) qalib adını qazanıb. İsgəndər Quliyev (Naxçıvan) ikinci, Yusif Yusifli (Culfa) üçüncü olub.

Spartakiadada qızlar arasında keçirilən həndbol üzrə yarışlarda Şərur rayon komandası qalib gəlib. Naxçıvan Qarnizonu tam orta məktəbinin və Naxçıvan Qızlar Liseyinin komandaları isə ikinci və üçüncü yerlə kifayətləniblər.

Doqquz komandanın mübarizə apardığı “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə yarışı Naxçıvan şəhər komandası birinci yerdə başa vurub. Digər iki pillədə Babək və Ordubad rayon komandaları qərarlaşıblar.

Sonda qalib idmançılar və komandalar mükafatlandırılıb. Mükafatları Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov, Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov, təhsil naziri Rəhman Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-mayor Səxavət Salmanov, Yüngül Atletika Federasiyasının sədri Rövşən Məmmədov və Basketbol Federasiyasının sədri Mahir Əliyev təqdim ediblər.
Xəbər 803 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
31.01.2022 Səbail rayonunda gənclər arasında stritbol üzrə turnir keçirilib
31.01.2022 Binəqədi rayonunda qızlar arasında voleybol üzrə turnir keçirilib
31.01.2022 Nəsimi rayonunda Azərbaycan Gəncləri Gününə həsr olunmuş boulinq turniri keçirilib
24.01.2022 “Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş voleybol turniri keçirilib
11.11.2021 Kros qaçışı üzrə ölkə çempionatının qalibləri bəlli olub
20.10.2021 Binəqədidə VMH poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilib
17.09.2021 Kross qaçışı üzrə Bakı çempionatı keçirilib
19.08.2021 A.A.Banişevskinin 75 illik yubileyinə həsr olunmuş turnirə yekun vurulub
29.07.2021 Respublika yarışının birinci zona mərhələsi keçirilib
24.06.2021 Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsinə mini futbol turniri keçirilib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru