Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
24/11 | 10:28 Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun oyunlarının cədvəli açıqlanıb
24/11 | 08:03 Teymur Rəcəbov erməni rəqibinə qalib gəldi
23/11 | 20:20 “Qəbələ”nin sabiq futbolçusu Rumıniya kluba ilə müqavilə imzalayıb
23/11 | 19:54 “Sabah” komandası altı məğlubiyyətdən sonra qələbə qazana bilib
23/11 | 19:00 Azərbaycan Güləş Federasiyası karantin qaydalarına tam riayət edir
23/11 | 18:35 Cüdoçumuz Rüstəm Orucov dünya reytinqində birinci olub
23/11 | 18:16 “Qarabağ” Azərbaycan çempionatları tarixində ilkə imza atıb
23/11 | 17:59 “Neftçi” klubu rekordunu yeniləyib
23/11 | 17:18 Ümumdünya Antidopinq Məcəlləsində qüvvəyə minəcək dəyişikliklər və yeniliklərlə bağlı vebinar keçirilib
23/11 | 16:55 Hakim inspektorlar üçün danışılmış oyunlarla bağlı seminar keçirilib
23/11 | 15:15 “Sumqayıt”ın bombardiri dekabradək yaşıl meydanlardan kənarda qalacaq
23/11 | 15:00 Şahmatçılarımız onlayn paralimpiadada Monqolustan komandasını məğlub ediblər
23/11 | 14:34 Beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli yeni təyinat alıb
23/11 | 14:20 Tomas Bax: İdman insanları xilas edə bilər
23/11 | 12:51 Sərbəst güləş üzrə Azərbaycan milli komandasının bir neçə üzvü koronavirusa yoluxub
23/11 | 10:48 “Skillinq Open” onlayn şahmat turnirində Teymur Rəcəbov ilk qələbəsini qazanıb
23/11 | 10:02 “Milan” qələbə qazanaraq yenidən liderliyə yüksəlib
23/11 | 09:55 Azərbaycan Premyer Liqası: “Zirə” növbəti qələbəsini qazanıb
23/11 | 08:48 “Neftçi” klubu səfərdə “Qəbələ”ni böyük hesabla məğlub edib
22/11 | 12:14 Bu gün Azərbaycan Premyer Liqasının daha iki görüşü keçiriləcək
22/11 | 11:00 “Atletiko Madrid” klubu “Barselona”dan üstün olub
22/11 | 10:04 Azərbaycan komandası Avropa çempionatını 4-cü yerdə başa vurub
22/11 | 09:54 Real Madrid" "Qarabağ"ın rəqibi ilə heç-heçə edib
21/11 | 21:18 Cüdoçularımız Avropa çempionatını 5 medalla başa vurublar
21/11 | 19:00 “Qarabağ” “Sumqayıt”ı böyük hesabla məğlub edib
21/11 | 18:11 Avropa çempionatı: cüdoçularımızdan üçü yarımfinala vəsiqə qazanıb
21/11 | 17:22 FIFA-nın “The Best” mükafatının təqdimetmə mərasimi dekabrda keçiriləcək
21/11 | 13:22 Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının onuncu turuna start veriləcək
21/11 | 12:11 Avropa çempionatının son günündə 5 cüdoçumuz mübarizə aparacaq
21/11 | 11:38 “Real Madrid”in hücumçusu koronavirusa yoluxub
21/11 | 10:05 Avropa çempionu: Medal kolleksiyama Olimpiya mükafatını əlavə etmək istəyirəm
21/11 | 09:21 Rüstəm Orucov Avropa çempionatının bürünc medalını qazanıb
20/11 | 19:06 AFFA-nın Hakimlər Komitəsinin sədri növbəti təyinat alıb
20/11 | 18:36 “Skillinq Open” onlayn şahmat turnirində Teymur Rəcəbovun bütün rəqibləri müəyyənləşib
20/11 | 17:41 Rüstəm Orucov bürünc medal uğrunda mübarizə aparacaq
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Sumqayıt 9 4 3 2 12-9 15
2 Qarabağ 8 4 3 1 20-5 15
3 Zirə 9 4 3 2 9-8 15
4 Neftçi 9 4 2 3 7-12 14
5 Keşlə 9 3 3 3 10-12 12
6 Səbail 8 2 3 3 9-10 9
7 Qəbələ 9 1 5 3 7-14 8
8 Sabah 9 2 0 7 8-12 6
Azərbaycan, Rusiya və Monqolustan prezidentləri cüdo üzrə dünya çempionatının qarışıq komanda yarışlarına baxıblar
Tarix: 27.09.2018 | Saat: 15:44:00 | E-mail | Çapa göndər
Sentyabrın 27-də cüdo üzrə dünya çempionatı çərçivəsində qarışıq komanda yarışları keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri, ölkəmizdə işgüzar səfərdə olan Rusiya Prezidenti Vladimir Putin, Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer yarışlara baxıblar.

Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizə işgüzar səfərə gələn Rusiya Prezidenti Vladimir Putini qarşıladı.

Rusiya Prezidenti Azərbaycan Prezidentinin ailə üzvləri, Monqolustan Prezidenti və Beynəlxalq Cüdo Federasiyasının prezidenti ilə görüşdü.

Bakıda keçirilən cüdo üzrə dünya çempionatının sonuncu günündə komanda yarışlarına start verildi. Yaponiya, Koreya və Fransa komandaları gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmalardan sonra yarımfinala vəsiqə qazandılar. Bunun ardınca Almaniya ilə qarşılaşmadan qalib ayrılan Rusiya yığması da yarımfinala çıxdı. Finalda Yaponiya və Fransa komandaları üz-üzə gəldilər.

Azərbaycan yığmasının çıxışlarına gəlincə, Avstriya ilə qarşılaşmada rəqibini 5:1 hesabı ilə məğlub edən cüdoçularımız dörddəbir finalda Yaponiya yığmasına uduzdular. Ancaq seçməmiz təsəlliverici görüşdə iştirak hüququ qazandı və onun rəqibi Niderland yığması oldu. Bu mərhələdə Azərbaycan yığması rəqibindən üstün olmağı bacardı. Millimiz 4-2 hesabı ilə qalib gələrək çempionatın bürünc medalı uğrunda mübarizəyə vəsiqə qazandı.

Azərbaycan millisi Bakıda keçirilən cüdo üzrə dünya çempionatında fərdi yarışları 11-ci pillədə başa vurub. Komandamızın üzvlərindən Uşangi Kokauri gümüş, Hidayət Heydərov isə bürünc medal qazanıb.

Bakıdakı dünya çempionatında cəmi 22 ölkə medal qazana bilib, 14 qızıl medalın yarısı Yaponiyanın olub. Qalan qızıl medallardan 2-si Koreya Respublikasına, hərəyə 1 medal Fransa, Gürcüstan, İran, Ukrayna və İspaniyaya nəsib olub. Mundialda 125 ölkədən 800-dək cüdoçu mübarizə aparırdı.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan yığmasının üzvləri ilə görüşdülər.

İdmançıları təbrik edən Prezident İlham ƏLİYEV dedi:

-Sizi bu gözəl qələbə münasibətilə təbrik etmək istəyirəm. Bizim idmançılarımız gümüş və bürünc medal qazanıblar. Digər idmançılarımız da çox gözəl döyüş nümayiş etdiriblər, komandamız da qabaqcıl komandalar arasındadır. Bütün bunlar çox böyük nailiyyətlərdir, Azərbaycan cüdo məktəbinin böyük uğurudur və Siz bütün xalqımızı sevindirirsiniz.

Cüdo üzrə dünya çempionatının Azərbaycanda keçirilməsi özlüyündə böyük bir hadisədir. Bu, onu göstərir ki, Azərbaycan dünya miqyasında uğurlu inkişaf yolunda çox böyük addımlar atıb. Əlbəttə, siz hamınız istəyirdiniz ki, idmançılarımız gözəl döyüş nümayiş etdirsinlər, belə də oldu. Həm medallar qazanıldı, həm də medal qazanmayan idmançılarımız çox ləyaqətli döyüş nümayiş etdirdilər. Mən bu münasibətlə sizin hamınızı ürəkdən təbrik etmək, sizə yeni uğurlar arzulamaq istəyirəm. Onu da qeyd etməliyəm ki, sizin komanda yarışında döyüşləriniz hələ davam edəcək, siz bürünc medal uğrunda döyüşəcəksiniz, rəqibiniz də çox güclüdür. Əlbəttə, biz hamımız sizə uğurlar arzulayırıq.

Onu da bilməliyik ki, bu, idmandır, idmanda qələbə də olur, məğlubiyyət də. Əsas odur ki, bizim idmançılarımız ləyaqətli döyüş nümayiş etdirsinlər. Fəxr edirik ki, bizim görkəmli cüdoçularımız var. Elnur, Nazim, Elxan, Olimpiya, dünya çempionları, Natiq, veteranlar Sizin üçün böyük nümunədir. Mehman da yadımdadır, Olimpiya Oyunlarında biz onun döyüşlərini böyük maraqla izləmişik. Ona görə hesab edirəm ki, bizim cüdoçularımız bundan sonra da ancaq irəliyə gedəcək, xalqımızı, Vətənimizi sevindirəcəklər.

Sonra çıxışını rus dilində davam etdirən Prezident İlham Əliyev dedi:

-Bizim komandada elə uşaqlar var ki, onlar Azərbaycan dilini o qədər də yaxşı bilmirlər. Buna görə mən onlara da müraciət etmək, onları uğurları, nailiyyətləri münasibətilə təbrik etmək istərdim. Siz ölkəmizi həmişə ləyaqətlə təmsil etmisiniz və xalqımızı sevindirmisiniz. Sizi təbrik edirəm və gələcəkdə sizə uğurlar diləyirəm.

X X X

Xatirə şəkilləri çəkdirildi.

X X X

Prezident Vladimir Putin də Rusiya yığmasının üzvləri ilə görüşdü.

X X X

Daha sonra Prezident İlham Əliyev çempionatda iştirak edən və mükafat qazanan Azərbaycan yığmasının üzvlərindən, cüdo üzrə Olimpiya çempionlarından və məşqçi heyətindən bir qrupunu Rusiya Prezidenti Vladimir Putinə təqdim etdi.

Mövzuya aid fotolar:
Slayd Əvvəlki Sonrakı Son
Xəbər 1711 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
25.12.2019 Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
25.12.2019 Prezident İlham Əliyev Dünya Etnoidman Konfederasiyasının sədrini qəbul edib
20.07.2019 Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib
29.05.2019 Prezident İlham Əliyev UEFA-nın prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
10.12.2018 Prezident İlham Əliyev Beynəlxalq Şahmat Federasiyasının prezidentini qəbul edib
16.11.2018 Prezident İlham Əliyev Beynəlxalq Paralimpiya Komitəsinin prezidentini qəbul edib
13.11.2018 Prezident İlham Əliyev Ümumdünya Antidopinq Agentliyinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
26.09.2018 Prezident İlham Əliyev Xüsusi Olimpiya Komitəsinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
06.06.2018 Prezident İlham Əliyev Beynəlxalq Velosipedçilər İttifaqının prezidentini qəbul edib
19.04.2018 Prezident İlham Əliyev İƏT Gənclər və İdman Nazirləri Konfransının 4-cü sessiyasında iştirak edən gənclər və idman nazirləri ilə görüşüb


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Balaca topçunun həyatına qıyan böyük topçuları ali ədalət qamçısı cəzalandıracaq
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
III Avropa Oyunları hansı yeniliklərlə gələcək?
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru