Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
17/04 | 20:34 Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
17/04 | 18:32 17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
17/04 | 16:48 Azərbaycan voleybol çempionatında ilk finalçı müəyyənləşib
17/04 | 15:36 Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
17/04 | 12:40 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək
17/04 | 11:49 Azərbaycan bilyardçısı Avropa çempionu olub
17/04 | 11:18 Azərbaycanın gənc avarçəkənləri Türkiyədə turnirə qatılacaqlar
17/04 | 10:17 Azərbaycan stolüstü tennisçiləri “Türk Dövlətləri” beynəlxalq turnirində mükafat qazanıblar
17/04 | 09:44 Fərid Qayıbov ABŞ-də azərbaycanlı idmançılar və tələbələrlə görüşüb
16/04 | 18:05 AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir
16/04 | 17:23 Azərbaycan voleybol çempionatı: yarımfinal mərhələsinin daha bir oyunu keçirilib
16/04 | 15:29 Azərbaycan Premyer Liqası: "Qarabağ” – “Neftçi” görüşünün başlama saatı bəlli olub
16/04 | 13:42 Paytaxtın abad məhəllələrində minifutbol yarışlarına start verilib
16/04 | 12:57 Azərbaycanın 5 gimnastı Çexiyada beynəlxalq turnirdə iştirak edəcək
16/04 | 11:25 Olimpiadaya lisenziya qazanan Azərbaycanın 3x3 basketbol millisi Vətənə dönüb
16/04 | 09:23 Azərbaycanın futzal millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək
15/04 | 19:25 Azərbaycanlı Mərakeşin ən yüksək zirvəsini fəth edib
15/04 | 15:50 “Sabah” ardıcıl iki oyunda "Qarabağ"a üç qol vurmaqla tarixə düşüb
15/04 | 15:08 Azərbaycanın altı idman gimnastı Dünya Kubokunda iştirak edəcək
15/04 | 12:53 Azərbaycan taekvondoçuları Serbiyada iki medal qazanıblar
15/04 | 12:01 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
15/04 | 11:49 Azərbaycan para-badmintonçuları İspaniyada beynəlxalq turnirdə iştirak edəcəklər
15/04 | 11:25 Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
15/04 | 10:37 Azərbaycan çempionatında 4-cü turun partiyaları keçirilib, vahid lider bəlli olub
15/04 | 09:49 Azərbaycan gimnastları beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar
14/04 | 22:10 Cüdo üzrə Bakı kəndləri birinciliyi keçirilib
14/04 | 21:32 Azərbaycan cüdoçuları Berlindəki Avropa Kubokunda birinci yeri tutub
14/04 | 20:14 Azərbaycan boksçuları Avropa çempionatını iki qızıl medalla başa vurub
14/04 | 18:55 Azərbaycan boksçusu qitə birinciliyində qızıl medal qazanıb
14/04 | 14:37 Azərbaycan millisi Paris-2024 Yay Olimliya Oyunlarına lisenziya qazanıb
14/04 | 10:21 Azərbaycan millisinin üzvü finala vəsiqə qazanıb
14/04 | 09:20 Azərbaycanın basketbol millisi Honqkonqda Olimpiya Təsnifat turnirində növbəti oyununa çıxacaq
14/04 | 08:19 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 7 medal qazanıb
13/04 | 22:55 Cüdo üzrə Bakı kəndləri birinciliyinin ilk mükafatçıları bəlli olub
13/04 | 18:27 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qəbələ"ni məğlub edib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Polo üzrə Avropa çempionatında ikinci yeri tutan Azərbaycan milli komandası Vətənə qayıdıb
Tarix: 02.10.2018 | Saat: 17:35:00 | E-mail | Çapa göndər
İtaliyanın Siena şəhərində keçirilən polo üzrə Avropa çempionatında ikinci yeri tutan Azərbaycan milli komandasının üzvləri oktyabrın 2-də Vətənə qayıdıblar.

Yarışda gümüş medal qazanan milli komandamızın üzvlərinin Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi olub.

Mərasimdə bildirilib ki, sentyabrın 30-da polo üzrə Avropa çempionatının final oyununda milli komandamız gözəl oyun nümayiş etdirsə də, 4:8 hesabı ilə İtaliya seçməsinə uduzaraq gümüş medal qazanıb.

Avropa çempionatının debütantı olaraq böyük müvəffəqiyyətə imza atan Azərbaycan komandasının turnirdə nümayiş etdirdiyi qələbə əzmi qitə birinciliyinin ən böyük sürprizi olub.

Atçılıq idmanı tariximizə yeni səhifə yazan millimiz Avropa çempionatının əvvəlki turlarında Niderland komandasını 7:3, Fransa millisini 8:4, Slovakiya yığmasını 11:7, İrlandiya komandasını isə 5:3 hesabı ilə məğlub edib.

Xüsusi vurğulanıb ki, milli komandamızın bu böyük və parlaq nailiyyəti, ilk növbədə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə idmanın, o cümlədən atçılıq idmanının inkişafına göstərdiyi ali diqqət və qayğının təcəssümüdür.

Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) baş katibi Bəhruz Nəbiyev jurnalistlərə müsahibəsində bildirib ki, belə mötəbər yarışdan Azərbaycana medalla qayıtmaq sevindiricidir. Avropanın on ən güclü komandasının iştirak etdiyi çempionatda biz uğurla mübarizə apararaq finala yüksəldik. Bu, polo tarixində bir ilkdir. Çünki indiyədək heç bir komanda ilk dəfə iştirak etdiyi çempionatda belə nailiyyət əldə etməyib. Azərbaycan komandası bir daha dünyaya sübut etdi ki, biz zəif deyilik. Komandamız bu çempionata güclü hazırlaşıb, təlim-məşq toplanışları keçib. İyulda Azərbaycanda polo turniri təşkil etdik. Məqsəd bu çempionata hazırlıq idi. Həmin turnirdən sonra biz iki aya yaxın Almaniyada təlim-məşq toplanışlarında olduq. On nəfərlik heyətdə legionerlərimiz də var. Lakin komandamız əsasən azərbaycanlı idmançılardan təşkil olunub.

“Finalda ev sahibi İtaliya komandasına qarşı oynadıq. Bütün idman növlərində olduğu kimi, ev sahibinə qarşı oynamaq asan olmadı. Hakimlərin də qərəzli qərarları oyunumuzu daha da çətinləşdirdi. Təkcə onu kifayətdir ki, komandamızın qapısına vurulan qollardan 6-sı penaltilərdən vuruldu. Məhz bunun nəticəsində komandamız 4:8 hesabı ilə məğlub oldu. Amma bu, bizim üçün məğlubiyyət hesab edilməməlidir. Bu yarışda iştirak edən idmançılara, təşkilatçılara təşəkkürümü bildirirəm. Bilirsiniz ki, Azərbaycanda idman gündən-günə inkişaf edir. İdmanın bütün sahələrində olduğu kimi, atçılıq idmanında da Prezident İlham Əliyevin diqqət və qayğısını daim hiss edirik. Məhz bunun nəticəsidir ki, belə mühüm çempionatda medal qazandıq”, - deyə baş katib qeyd edib.

Milli komandamızın baş məşqçisi Namiq Orucov qeyd edib ki, Avropa çempionatına ilk dəfə qatılmağımıza baxmayaraq, idmançılarımız böyük əzmkarlıq göstərdilər. On böyük polo dövlətinin qatıldığı yarışda ikinci yeri tutmaq çox qürurvericidir.

Milli komandanın kapitanı Elçin Camallı deyib ki, Avropa çempionatında ikinci yeri tutmaq böyük nailiyyətdir. Bizim bu uğurumuzda zəhməti olan hər kəsə təşəkkürümüzü bildiririk. Düşünürəm ki, Azərbaycan xalqını sevindirə bildik. Daim bizi dəstəklədiyinə, göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyevə komanda yoldaşlarım adından minnətdarlığımı bildirirəm.

Qeyd edək ki, Beynəlxalq Polo Federasiyasının və İtaliyanın Atçılıq İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə sentyabrın 20-dən 30-dək Siena şəhərində Avropa birinciliyi keçirilib. Turnirdə İtaliya və Azərbaycan milliləri ilə yanaşı, Avstriya, Almaniya, Fransa, Niderland, Slovakiya, İspaniya, İsveçrə və İrlandiya yığma komandaları da iştirak ediblər.

Çempionatı işıqlandıran xarici KİV-lər bu mötəbər turnirdə ilk dəfə iştirak etməsinə baxmayaraq, böyük uğurlara imza atan Azərbaycan millisinin çıxışını diqqət mərkəzində saxlayıblar. Həmin KİV-lərin xəbər və reportajlarında komandamızın parlaq oyunu, Odlar Yurdunun qədim atçılıq ənənələri, idmançılarımızın əzmkarlığı və mübarizliyi barədə ətraflı söhbət açılıb. Belə ki, “pololine.tv” ixtisaslaşmış idman portalının çempionatın final görüşü ilə bağlı yayımladığı reportajda Azərbaycan yığmasının inamla mübarizə aparması vurğulanıb.

ABŞ-ın nüfuzlu “gcpolo.com” saytında yer alan yazıda “Odlar və buzlar yurdu olan Azərbaycan”ın milli yığmasının dünyanın ən güclü komandalarından biri kimi göstərilib. Nəşr, həmçinin noyabrın 24-də Mayamidə “Grand Champions Polo Club”da keçiriləcək beynəlxalq kubok turnirində Azərbaycan komandasının ABŞ idmançıları üçün güclü rəqib olacağını xüsusi qeyd edib. Həmin portalın “Facebook” səhifəsində final görüşündən əvvəl Azərbaycan millisinə uğurlar arzulanıb.

İtaliyanın “cavallo2000.it” portalında final görüşündə ev sahiblərinin Azərbaycan millisi ilə qarşılaşmasının böyük sürpriz olduğu bildirilib. Bundan başqa, yığmamızın oyun taktikası və peşəkarlığı ilə hamını təəccübləndirməsi, komandamızın güclü azarkeş dəstəyinin olması xüsusi vurğulanıb.
Xəbər 1222 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
08.04.2024 Azərbaycan idmançısı atçılıq üzrə beynəlxalq yarışın qalibi olub
06.04.2024 Azərbaycan idmançısı Moskvada üç qızıl medal qazanıb
24.12.2023 Çövkən üzrə Prezident Kubokunun qalibi müəyyənləşib
22.12.2023 Çövkən üzrə Prezident Kubokunda finalçılar müəyyənləşib
19.12.2023 Çövkən üzrə Prezident Kubokunda növbəti oyunlar keçirilib
17.12.2023 Çövkən üzrə Prezident Kubokunda ikinci günün qalibləri müəyyənləşib
15.12.2023 Çövkən üzrə Prezident Kubokunda ilk günün qalibləri müəyyənləşib
15.12.2023 Çövkən üzrə Prezident Kubokunun açılış mərasimi olub
09.12.2023 Azərbaycan idmançısı Rusiyada keçirilən atçılıq yarışlarında 2 medal qazanıb
09.11.2023 Azərbaycan millisi Bakıda keçirilən çövkən üzrə dünya çempionatının qalibi olub


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru