Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
03/07 | 22:09 "Ferrari” komandası Fettelə yeni müqavilə təklif etməyib
03/07 | 21:31 Şahmat üzrə Qran-Pri turnirinin ikinci mərhələsinin finalçıları müəyyənləşib
03/07 | 19:53 Şahmatçılarımız Azərbaycan-Türkiyə yoldaşlıq görüşündə qələbə qazanıblar
03/07 | 18:25 “Qəbələ” xorvatiyalı müdafiəçisi ilə yollarını ayırıb
03/07 | 18:02 “Chessable Masters”: Finalda Maqnus Karlsen Aniş Giri ilə mübarizə aparacaq
03/07 | 17:22 Leroy Sanenin Almaniyanın “Bavariya” komandasına keçidi rəsmiləşib
03/07 | 16:01 Bu gün Qran-Pri turnirinin ikinci mərhələsinin yarımfinal yarışları keçiriləcək
03/07 | 14:56 “Barselona” klubu Şarunas Yasikyaviçyus ilə üçillik müqavilə imzalayıb
03/07 | 14:35 Bu gün Qran-Pri turnirinin ikinci mərhələsinin yarımfinal yarışları keçiriləcək
03/07 | 14:02 WADA dopinqlə mübarizədə növbəti 5 il üçün iş planını açıqlayıb
03/07 | 13:13 On yeddi yaşlı futbolçu Ronaldonun rekordunu yeniləyib
03/07 | 12:42 “Sabah” klubu baş məşqçisi Jelko Sopiçlə yollarını ayırıb
03/07 | 12:01 Ralli üzrə dünya çempionatının bərpa olunacağı tarix açıqlanıb
03/07 | 11:26 “Mançester Siti” komandası “Liverpul”un qapısından dörd cavabsız top keçirib
03/07 | 10:00 “Chessable Masters” yarışında finalçıların adları müəyyənləşib
03/07 | 09:53 MBA-nın 9 basketbolçusunda koronavirus testləri müsbət nəticə verib
02/07 | 22:07 Serxio Ramos ən çox sarı vərəqə alan futbolçudur
02/07 | 20:30 Postpandemiya dövründə idmanda neqativ hallara qarşı mübarizə məqsədilə sənəd imzalanıb
02/07 | 19:20 MHL-də çıxış edən hokkeyçilər mövsümün bərpa edilməsinin əleyhinədir
02/07 | 18:47 AFFA yeni hakimləri təsdiq edib
02/07 | 17:44 “Chessable Masters”: Yan Nepomnyaşi finala vəsiqə uğrunda Aniş Giri ilə mübarizə aparacaq
02/07 | 16:55 Bu gün şahmat üzrə Qran-Pri turnirinin ikinci mərhələsinin dörddəbir final yarışları keçiriləcək
02/07 | 16:46 Formula 1 xidməti maşınlarını ictimaiyyətə təqdim edib
02/07 | 16:31 Misirli futbolçu Məhəmməd Salah doğma kəndində təcili tibbi yardım mərkəzi tikdirib
02/07 | 15:28 Paralimpiya çempionu İlham Zəkiyev: Koronavirusa qarşı mübarizədə həmrəylik nümayiş etdirməliyik
02/07 | 14:39 “Moselle Open” tennis turniri təxirə salınıb
02/07 | 13:52 Tokio Olimpiadasının təşkilat komitəsi Oyunlar barədə yekun qərarın təxirə salınmasını təklif edir
02/07 | 13:44 Sabah Avstriya Qran-Prisi ilə Formula 1 mövsümünə start verilir
02/07 | 12:53 “Qarabağ” klubu sabiq futbolçusu ilə müqavilə imzalayıb
02/07 | 12:16 Sosial məsafə qaydasının pozulması səbəbindən final matçı 14 dəqiqəlik dayandırılıb
02/07 | 11:49 2 iyul - Beynəlxalq İdman Jurnalistləri Günüdür
02/07 | 11:05 UEFA Çempionlar Liqasında 2020-2021-ci il mövsümünün təqvimi açıqlanıb
02/07 | 10:11 Şahmatçımız Günay Məmmədzadə çinli Hou Yifana məğlub olub
02/07 | 09:55 “Chessable Masters”: Maqnus Karlsen finala vəsiqə qazanıb
01/07 | 22:12 Futbol üzrə Çin çempionatının başlayacağı tarix müəyyənləşib
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 20 13 6 1 34-7 45
2 Neftçi 20 10 7 3 33-14 37
3 Keşlə 20 8 6 6 27-21 30
4 Sumqayıt 20 6 5 9 24-32 23
5 Zirə 20 6 6 9 25-37 23
6 Sabah 20 5 6 9 19-27 21
7 Səbail 20 5 5 10 16-30 20
8 Qəbələ 20 5 4 11 25-35 19
Məktəblər arasında müxtəlif idman növləri üzrə respublika çempionatı keçiriləcək
Tarix: 26.09.2018 | Saat: 14:32:00 | E-mail | Çapa göndər
Sentyabrın 26-da Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Məktəb İdmanları Federasiyası (AMİF) arasında “Məktəblər arasında respublika çempionatı”nın keçirilməsi haqqında birgə əmrin imzalanması mərasimi keçirilib.

Birgə əmri gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Ceyhun Bayramov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Məktəb İdmanları Federasiyasının prezidenti Sevinc Hüseynova imzalayıblar.

İmzalanma mərasimində müvafiq dövlət qurumlarının, aidiyyəti idman təşkilatlarının nümayəndələri iştirak ediblər.

Tədbiri açan MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə idmanın inkişafında məktəb idmanının əhəmiyyətindən danışıb, çempionatın keçirilməsinin ölkəmizdə məktəblilər arasında idmanın inkişafına təkan verəcəyini, Olimpiya hərəkatınının təşviq edilməsində xüsusi rol oynayacağını vurğulayıb.

Gənclər və idman naziri Azad Rəhimov çıxışında idmançıların məktəb yaşlarından formalaşmağa başladığını, belə yarışların istedadlı idmançıların seçilməsinə müsbət təsir göstərəcəyəni, onların peşəkar idmançı kimi yetişməsi üçün vacib olduğunu bildirib.

Daha sonra çıxış edən təhsil naziri Ceyhun Bayramov təhsilin keyfiyyətinin yüksəldilməsində və bu sahədə uğurlu nəticələrin əldə olunmasında təhsilalanların sağlamlığının əhəmiyyətindən danışıb, sağlam və fəal həyat tərzini təşviq edən layihələrin dəstəkləndiyini vurğulayıb. C.Bayramov çıxışında sözügedən çempionatın nəticələrinin məktəblərin reytinqlərinin qiymətləndirilməsi zamanı nəzərə alınacağını deyib.

Azərbaycan Məktəb İdmanları Federasiyasının prezidenti Sevinc Hüseynova tədbirdə çıxış edərək yeni yaranmış Federasiya tərəfindən reallaşdırılan layihələr barədə danışıb, çempionat çərçivəsində keçirilən oyunlarda voleybol və basketbol idman növləri üzrə qalib məktəblərin komandalarının beynəlxalq yarışlarda iştirakının AMİF tərəfindən təmin ediləcəyini bildirib.

Qeyd edək ki, “Məktəblər arasında respublika çempionatı”nın keçirilməsində məqsəd ümumtəhsil məktəblərində bədən tərbiyəsi və idmanın şagirdlər arasında kütləviləşdirilməsi, onlar arasında idmana olan marağın artırılması, məktəblərdə sağlam və fəal həyat tərzinin təşviqi, ümumtəhsil məktəblərinin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsi, olimpiya idman komplekslərindən və bazalarından səmərəli istifadənin təmin edilməsindən ibarətdir.

2018-2019-cu tədris ili ərzində keçiriləcək çempionatın əsasnamə və proqramına uyğun olaraq, yarışlarda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən bütün rayon və şəhər ümumtəhsil müəssisələrinin şagirdləri şahmat (2-4-cü siniflər), atletika (5-7-cı siniflər), voleybol (qızlar, 7-9-ci siniflər), basketbol (oğlanlar, 9-11-ci siniflər) idman növləri üzrə iştirak edəcəklər. Yarışlar 4 mərhələ üzrə keçiriləcək (I mərhələ məktəbdaxili, II mərhələ rayondaxili, III mərhələ zona yarışları və IV mərhələ final). Şahmat və atletika idman növü üzrə keçirilən yarışlar ölkədaxili xarakter daşıyır. Voleybol və basketbol idman növləri üzrə keçirilən yarışlar isə məktəblərarası beynəlxalq yarışlara seçim mərhələsidir. Voleybol üzrə qalib məktəb komandası Xorvatiyanın Poreç, basketbol üzrə qalib məktəb komandası isə Yunanıstanın Heraklion şəhərində keçirilən məktəblərin dünya çempionatında ölkəmizi təmsil edəcək.

Mövzuya aid fotolar:
Slayd Əvvəlki Sonrakı Son
Xəbər 1097 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
01.07.2020 Azad Rəhimov yeniyetmə və gənclərlə onlayn görüşüb
31.05.2020 Açıq havada yerləşən idman meydança və qurğuları əhalinin istifadəsinə verilir
22.04.2020 Azad Rəhimov qəbulların online keçirilməsinin mümkünlüyünü bildirdi
25.03.2020 Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi​ və​ Milli​ Olimpiya Komitəsinin birgə Bəyanatı
25.03.2020 “Evdə qal, idmansız qalma!” televiziya layihəsinə start verilir
22.03.2020 Gənclər və idmançılar xalqı koronovirusla mübarizəyə səsləyirlər - VİDEO
12.03.2020 Gənclər və İdman naziri Şirvan şəhərində vətəndaşları qəbul edəcək
05.03.2020 Naxçıvanda idman bayramı təntənəli şəkildə qeyd olunub
04.03.2020 Azad Rəhimov: Bədən Tərbiyəsi və İdman Gününü Naxçıvanda qeyd edəcəyik
04.03.2020 Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar bir sıra idman mütəxəssislərinə fəxri adlar verilib SİYAHI


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Koronavirus hər şeyi məhv edir, yoxsa mehvərinə, özünə və məğzinə qaytarır
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Donmuş reytinqin ön sıraları haqqında fərqli düşüncələr
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Formula 1 maliyyə böhranından üzüağ çıxa biləcəkmi ?
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru