Futbol üzrə Azərbaycan çempionatında ilk turun rəmzi komandası müəyyənləşib.
Rəmzi komandada “Qəbələ” komandasından beş, “Neftçi” klubundan dörd, “Sabah” və “Keşlə”nin hərəsindən isə bir futbolçu yer alıb.
Topaz Premyer Liqasının 2018-2019-cu illər mövsümünün ilk turunun rəmzi komandasına qapıçı Səlahət Ağayev (“Neftçi”), müdafiəçilər Anton Krivotsyuk (“Neftçi”), Kərim Diniyev (“Sabah”), Azər Salahlı (“Keşlə”), İlqar Qurbanov (“Qəbələ”), yarımmüdafiəçilər Təmkin Xəlilzadə, Sabien Lilay, Lalavele Atakora (hamısı “Qəbələ”), Emin Mahmudov (“Neftçi”), hücumçular Ceyms Adeniyi (“Qəbələ”) və Mirabdulla Abbasov (“Neftçi”) daxildirlər.
|