Voleybol üzrə kişilərdən ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.
“G” qrupunda mübarizə aparan yığmamız İsveç komandası ilə qarşılaşıb.
Dərnəgül Voleybol Mərkəzində keçirilən görüş Azərbaycan millisinin 3:2 (23:25,19:25, 26:24, 25:22, 15:10) hesablı əzmkar qələbəsi ilə başa çatıb.
Bu oyundan sonra Fərid Cəlalovun yetirmələri hesabına iki, İsveç isə bir xal yazdırıb.
Qeyd edək ki, Azərbaycan yığması növbəti oyunda avqustun 18-də səfərdə Lüksemburq komandası ilə qarşılaşacaq.
|