“Neftçi” Mirabdulla Abbasovla müqavilənin müddətini uzadıb.
İyirmi üç yaşlı hücumçu 2019/2020-ci illər mövsümünün sonunadək “Neftçi”də çıxış edəcək.
Ötən mövsüm 30 oyunda 6 qol vuran Mirabdulla Abbasovun əvvəlki müqaviləsi 2018/2019-cu illər mövsümünün sonuna qədər idi.
Qeyd edək ki, “Neftçi” bundan əvvəl Ruslan Abışov, Kirilo Petrov, Məhəmməd Mirzəbəyov, Emin Mahmudov, Rəhman Hacıyev, Anton Krivotsyuk, Soni Mustivar və Namiq Ələsgərovla müqaviləni yeniləyib.
|