Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
30.10.2018 AGIN
2019-cu ilin idman təqvimi
 Xəbərlər
10/07 | 10:21 "Zirə" klubu cari mövsümdə qarşılaşdığı bütün rəqiblərdən xal alıb
10/07 | 10:00 Azərbaycan və Ukraynanın qadın şahmatçıları arasında onlayn turnir keçiriləcək
10/07 | 09:58 Vadar Nuriyev "Neftçi"də köməkçi məşqçi vəzifəsinə təyin edilib
09/07 | 21:53 Məhəmməd Salah “Liverpul”un tarixinə düşüb
09/07 | 20:06 Tokio olimpiadasında yarışlara bilet almış azarkeşlər pulları geri ala biləcəklər
09/07 | 19:12 Şamaxıda stadion inşa olunur
09/07 | 18:44 Avropa çempionatında Azərbaycanı təmsil edəcək cüdoçular müəyyənləşib
09/07 | 18:17 Azərbaycan triatlonçularının iştirak edəcəkləri Avropa çempionatının vaxtı açıqlanıb
09/07 | 17:40 Qadın şahmatçılar arasında Qran-Pri turnirinin dörddəbir final yarışları keçirilir
09/07 | 16:41 Vaqner Lavın Qazaxıstanın “Kayrat” klubuna keçidi rəsmiləşib
09/07 | 15:52 “Sumqayıt”ın futbolçusu bundan sonra “Sabah”ı təmsil edəcək
09/07 | 14:47 Müasir beşnövçülük üzrə Avropa çempionatının yeni tarixi müəyyənləşib
09/07 | 14:23 Ralli üzrə dünya çempionatının bərpa olunacağı tarix açıqlanıb
09/07 | 13:59 “Dinamo” klubu 12-ci dəfə Ukrayna kubokunun sahibi olub
09/07 | 13:10 Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan komandasının heyəti açıqlanıb
09/07 | 13:03 Novak Cokoviçin “US Open” turnirində iştirak edib-etməyəcəyi müəyyənləşməyib
09/07 | 12:56 “Sabah” heyətini yeni futbolçu ilə gücləndirib
09/07 | 12:50 Noyabrda Bakıda paracüdo üzrə Qran-Pri yarışları keçirilə bilər
09/07 | 11:20 “Mançester Siti” klubu “Nyukasl”ı beş cavabsız qolla məğlub edib
09/07 | 10:02 "Qalatasaray" çempionluq şansını itirib
09/07 | 09:55 Günay Məmmədzadə Qran-Pri turnirində çıxışını dayandırıb
08/07 | 21:04 “Barselona” bu yay Neymarı transfer edə bilməyəcək
08/07 | 19:25 Azərbaycan Premyer Liqasında ikinci və üçüncü yerləri tutmuş komandalara medallar təqdim olunub
08/07 | 19:00 “Neftçi” Rəhman Hacıyev ilə müqaviləni yeniləyib
08/07 | 18:55 Futbolçumuz “Zenit” klubu ilə müqavilə imzalayıb
08/07 | 18:08 “Fiorentina” azarkeşləri Frank Riberiyə müraciət ünvanlayıblar
08/07 | 17:37 İran klubunda koronavirusa kütləvi yoluxma halı baş verib
08/07 | 16:21 “World Online Open” turniri başa çatıb
08/07 | 14:56 Futbolçumuzun çıxış etdiyi klubda 3 oyunçu koronavirusa yoluxub
08/07 | 14:31 ABŞ-da bəzi tennis turnirləri ləğv edilib
08/07 | 13:54 AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçiriləcək
08/07 | 13:29 Futbola həsr olunan 50 il
08/07 | 12:22 “Liverpul” Tiaqo Alkantaranın transferini rəsmiləşdirib
08/07 | 11:06 “Gənclərbirliyi” – “Fənərbağça” matçında qalib müəyyənləşməyib
08/07 | 10:03 “Milan”ın məğlubiyyətsiz seriyası davam edir
Digər xəbərlər 
 Topaz Premyer Liqası
N: Komandalar O Q H M T X
1 Qarabağ 20 13 6 1 34-7 45
2 Neftçi 20 10 7 3 33-14 37
3 Keşlə 20 8 6 6 27-21 30
4 Sumqayıt 20 6 5 9 24-32 23
5 Zirə 20 6 6 9 25-37 23
6 Sabah 20 5 6 9 19-27 21
7 Səbail 20 5 5 10 16-30 20
8 Qəbələ 20 5 4 11 25-35 19
“Rusiya 2018”: “H” qrupunun son turu üçün komandalar meydana çıxıb
Tarix: 28.06.2018 | Saat: 18:13:00 | E-mail | Çapa göndər
İyunun 28-da futbol üzrə XXI dünya çempionatının “H” qrupunda sonuncu turun oyunları start götürüb. Bu qrupda Yaponiya və Seneqal millilərin aktivlərində dörd, Kolumbiya yığmasının isə bir qələbədən sonra üç xalı var. Polşalılar iki məğlubiyyətdən sonra səkkizdəbir final mərhələsinə çıxma şansın itiriblər. Pley-offa vəsiqənin taleyi isə bu gün keçirilən Yaponiya-Polşa və Seneqal–Kolumbiya oyunlarının nəticələrindən asılı olacaq.

Yaponiya-Polşa oyunu “Volqoqrad Arena” stadionunda keçirilir. Görüşü zambiyalı Cani Sikazu idarə edir.

Yaponiya millisinin heyətində meydana Endzi Kasima, Yuto Naqatomo, Qaku Sibasaki, Sindzi Okazaki, Takasi Usami, Yosinori Muto, Xotaru Yamaquti, Xiroki Sakai, Tomoaki Makino, Qotoku Sakai, Maya Yosida çıxıblar.

Polşa yığmasının start heyətində Lukaş Fabianskiy, Kamil Qlik, Bartoş Bereşınskiy, Yan Bednarek, Qjekoş Krıxovyak, Yacek Quralski, Artur Endjeycik, Rafal Kujava, Petr Zelinskiy, Robert Levandovkiy, Kamil Qrosickiyyer alıblar.

Qeyd edək ki, bu oyun komandalar arasında üçüncü görüş olacaq. Yaponiya millisi Polşa yığması ilə keçirilən iki qarşılaşmada qalib tərəf olub (5:0, 2:0).

Qeyd edək ki, Avropa təmsilçisi yeddi dəfə mundialda iştirak hüququ qazanıb. Polşalılar dünya çempionatının ikiqat bürünc mükafatçısıdırlar (1974, 1982). Polşa millisinin əsas qol silahı sayılan Robert Levandovski 91 qolla ən çox fərqlənən oyunçu kimi milli komandanın tarixinə düşüb.

Yaponiya yığması isə bundan əvvəl üç dəfə mundiallarda çıxış etmək hüququ qazanıb. Gündoğar ölkə təmsilçilərinin ən uğurlu çıxışı 2002-ci ildə Koreya Respublikası ilə birgə ev sahibliyi etdikləri dünya çempionatında olub. Həmin mundialda qrup birincisi kimi səkkizdəbir finala yüksələn yaponlar Türkiyə millisinə 0:1 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıblar.

X X X

Qrupun digər oyunu – Seneqal-Kolumbiya matçı isə “Samara Arena”da keçirilir.

Seneqal yığmasının start heyətində meydana Xadim İndiaye, Kalibu Kulibali, Salif Sane, Yussuf Sabali, Lamin Qassama, Şeyku Kuyate, İndrissa Qeye, Sadio Mane, Mbaye Niyanq, İsmayila Sarr, Balde Keyta çıxıblar.

Kolumbiya yığmasının ilk on birliyində isə David Ospina, Davinson Sances, Erri Mina, Santyaqo Arias, Xuan Moxiko, Mateus Urube, Karlos Sances, Xuan Quadrado, Xames Rodriqez, Xuan Kintero, Radamel Falkao yer alıblar.

Qeyd edək ki, mundiallarda 1962-cı ildə debüt edən Kolumbiya millisi dünya çempionatında indiyədək altı dəfə oynamaq hüququ qazanıb. Bu komandanın çempionatlarda ən yaxşı göstəricisi “Braziliya 2014”ə təsadüf edib. Həmin mundialda dörddəbir finaladək irəliləyən Kolumbiya yığması ev sahibinə 1:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb. Kolumbiya milli komandasının tarixində ən çox qol vuran futbolçu Radamel Falkaodur. Futbolçu 66 oyunda 26 qola imza atıb. Bu komandanın heyətində ən çox oyun keçirmiş futbolçu isə FIFA-nın “XX əsrin 100 əfsanəvi futbolçusu” siyahısına daxil olan Karlos Valderramadır (111 oyun).

Seneqal-Kolumbiya yığmaları ilk dəfə qarşılaşırlar. Seneqal millisinin dünya çempionatlarının final mərhələsi ilə tanışlığı 2002-ci ildə baş verib. Afrika təmsilçisinin ən uğurlu çıxışı da, məhz həmin çempionatda olub. Həmin mundialın açılış matçında dünya çempionu Fransanı məğlubiyyətə uğradan və dörddəbir finaladək irəliləyən Seneqal yığmasının qarşısını Türkiyə millisi kəsib.

Yaponiya-Polşa matçı İdman Azərbaycan və Azərbaycan Televiziyasında, Seneqal-Kolumbiya qarşılaşması isə İctimai kanalda canlı yayımlanır.

Xatırladaq ki, indiyədək səkkizdəbir final mərhələsinin 12 iştirakçısı müəyyənləşib. Bu mərhələdə Uruqvay ilə Portuqaliya, Fransa ilə Argentina, İspaniya ilə Rusiya, Xorvatiya ilə Danimarka, İsveç ilə İsveçrə, Meksika ilə Braziliya milliləri qarşılaşacaqlar.

Futbol üzrə XXI dünya çempionatının səkkizdəbir final mərhələsinin görüşləri iyunun 30-dan iyulun 3-dək keçiriləcək.

Mövzuya aid fotolar:
Slayd Əvvəlki Sonrakı Son
Xəbər 238 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
10.07.2020 "Zirə" klubu cari mövsümdə qarşılaşdığı bütün rəqiblərdən xal alıb
10.07.2020 Vadar Nuriyev "Neftçi"də köməkçi məşqçi vəzifəsinə təyin edilib
09.07.2020 Məhəmməd Salah “Liverpul”un tarixinə düşüb
09.07.2020 Şamaxıda stadion inşa olunur
09.07.2020 Vaqner Lavın Qazaxıstanın “Kayrat” klubuna keçidi rəsmiləşib
09.07.2020 “Sumqayıt”ın futbolçusu bundan sonra “Sabah”ı təmsil edəcək
09.07.2020 “Dinamo” klubu 12-ci dəfə Ukrayna kubokunun sahibi olub
09.07.2020 “Sabah” heyətini yeni futbolçu ilə gücləndirib
09.07.2020 “Mançester Siti” klubu “Nyukasl”ı beş cavabsız qolla məğlub edib
09.07.2020 "Qalatasaray" çempionluq şansını itirib


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
  • Azərbacan idmançıları London olimpiadasında
Müəllif yazıları
Qabil Mehdiyev
qabil-so@mail.ru
Mənim “İdman” sevgim
BATI YAR
batyyar@mail.ru
Koronavirus hər şeyi məhv edir, yoxsa mehvərinə, özünə və məğzinə qaytarır
Leyla Qurbanova
leyla-6565@mail.ru
Bakı şəhər trasını seçməyin 5 səbəbi
Əli Fərəcov
alfaraj@mail.ru
Arzulara sədd yoxdur
Vüqar Məmmədov
vuqar-inqilaboqlu@mail.ru
Donmuş reytinqin ön sıraları haqqında fərqli düşüncələr
Aynurə Aşırova
aynure.penah-2015@mail.ru
Formula 1 maliyyə böhranından üzüağ çıxa biləcəkmi ?
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 8-ci mərtəbə
İndex: AZ 1073;
Tel: (+99412) 434-57-32, (+99412) 510-53-10
Fax: (+99412) 510-53-10
E-mail: idman-sport@mail.ru