Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
22/04 | 23:29 1/4 finalçılar müəyyənləşib
22/04 | 22:56 Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər
22/04 | 22:38 Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
22/04 | 19:08 Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası ölkə çempionu olub
22/04 | 18:03 1/8 final mərhələsinin oyunları keçirilib
22/04 | 12:21 Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə tanışlıq
22/04 | 09:51 Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq
22/04 | 09:29 Azərbaycan paraüzgüçüsü Avropa çempionu olub
21/04 | 21:28 Azərbaycan Premyer Liqasında XXXI tura yekun vurulub
21/04 | 20:35 "İdman Paytaxtı" seçilmək üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb
21/04 | 09:23 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 2 medal qazanıb
20/04 | 22:21 Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb
20/04 | 21:38 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
20/04 | 14:37 Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib
20/04 | 12:26 Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
20/04 | 10:15 Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq
19/04 | 21:13 Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
19/04 | 20:10 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
19/04 | 14:08 Azərbaycan atıcıları Olimpiya Təsnifat Çempionatında çıxış edəcəklər
19/04 | 11:27 Premyer Liqa: XXXI turun təyinatları açıqlanıb
19/04 | 11:27 Premyer Liqa: XXXI turun təyinatları açıqlanıb
19/04 | 10:35 Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb
19/04 | 10:32 Azərbaycan Premyer Liqasında tura Tovuzda start veriləcək
18/04 | 14:22 Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
18/04 | 14:21 Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
18/04 | 11:39 Azərbaycan millisinin kapitanı Macarıstan çempionu olub
18/04 | 10:47 Azərbaycanın U-17 millisi İnkişaf turnirində iştirak edəcək
18/04 | 10:16 Azərbaycan cüdo millisinin Polşa toplanışı başa çatıb
18/04 | 09:17 Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər
17/04 | 20:34 Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
17/04 | 18:32 17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
17/04 | 16:48 Azərbaycan voleybol çempionatında ilk finalçı müəyyənləşib
17/04 | 15:36 Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
17/04 | 12:40 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək
17/04 | 11:49 Azərbaycan bilyardçısı Avropa çempionu olub
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Bakıda möhtəşəm Formula 1 Azərbaycan Qran-Prisi başa çatıb Azərbaycan Prezidenti İlham Əliyev Qran-Prinin açılış mərasiminə və final yarışına baxıb
Tarix: 29.04.2018 | Saat: 15:00:00 | E-mail | Çapa göndər
Aprelin 29-da Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin əsas mərhələsi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsinin - Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar.

Dövlətimizin başçısı və birinci xanım əvvəlcə yarışın paytaxtın Azadlıq meydanındakı idarəetmə mərkəzində yaradılan şəraitlə tanış oldular.

Məlumat verildi ki, böyük ərazini əhatə edən kompleksdə yarışa nəzarət binası, Beynəlxalq Avtomobil Federasiyasının, Formula 1 rəhbərliyinin ofisləri, eləcə də iştirakçıların hər biri üçün dayanacaqlar tikilib. Kompleksdə Paddok klubun üzvləri üçün də yerlər nəzərdə tutulub. Paddok klubun üzvləri burada pit-stop əməliyyatlarını rahatlıqla izləyirlər. Məhz bu ərazidə yarışın startı və finişi yerləşir.

Sonra pilotların paradı və himn mərasimi keçirildi.

Paradda və himn mərasimində pilotları azyaşlılar müşayiət etdilər. Formula 1 şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının “Gələcəyin ulduzları” adlı birgə təşəbbüsü çərçivəsində qəbul edilən yeni qərara əsasən, builki mövsümdən etibarən həm parad, həm də himn mərasimlərində pilotlar azyaşlılar tərəfindən müşayiət ediləcəklər.

Daha sonra Azərbaycan Respublikasının dövlət himni ifa olundu. Dövlət himnini Azərbaycanın Əməkdar Artisti, Prezident təqaüdçüsü İsfar Sarabskinin pianoda müşayiəti ilə “Səs Azərbaycan” musiqi yarışmasının iştirakçısı Samirə Əfəndi ifa etdi.

x x x

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Fox Sport” televiziya kanalına müsahibə verdi.

Prezident İlham ƏLİYEV: Bu, dünya əhəmiyyətli bir tədbirdir. Biz çox şadıq ki, üçüncü dəfə Formula 1 Bakıda keçirilir. Hamı yarışdan həzz alır. Əminəm ki, qonaqlar da həzz alır, onlar burada bizimlədirlər. Onlar Azərbaycan xalqının qonaqpərvərliyini görürlər. Qonaqlar şəhərimizin necə də gözəl olduğunu görürlər və bu, möhtəşəm bir tədbirdir. Biz çox şadıq.

Müxbir: Siz bu küçələri tanıyırsınız, bu gün kim qalib gələcək?

Prezident İlham ƏLİYEV: Mən bilmirəm. Hər kəsə qalib olmağı arzu edirəm və qalib gələn hər kəs burada qəhrəman olacaq.

Müxbir: Təşəkkür edirəm.

X X X

Sonra Formula 1 Azərbaycan Qran-Prisinin 51 dövrədən ibarət final mərhələsinə start verildi.

Final mərhələsində hər birində iki pilot olan on komandanın bir gün əvvəl keçirilən sıralanma yürüşünün nəticəsinə əsasən start xəttinə ən yaxın məsafədə “Ferrari” komandasının pilotu Sebastian Fettel, “Mercedes” komandasının sürücüləri Luis Hamilton və Valtteri Bottas dayandılar.

Bakı trekinin uzunluğu 6 kilometr, ümumu məsafəsi isə 306 kilometrdir. Təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunduğu Bakı treki ən sürətli yarışlar kateqoriyasına daxildir. Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.

Gərgin idman mübarizəsi şəraitində keçən Qran-Prinin əsas mərhələsində 20 pilotdan 13-ü finiş xəttinə çata bildi. Azərbaycan Qran-Prisinin qalibi “Mercedes” komandasının britaniyalı pilotu Luis Hamilton oldu. Pilot məsafəni 1 saat 43 dəqiqə 44,291 saniyəyə başa vurdu. “Ferrari”nin sürücüsü Kimi Raikkonen ikinci, “Force India” komandasının pilotu Serxio Peres isə üçüncü oldular.

Sonra qaliblərin mükafatlandırılması mərasimi keçirildi.

Qran-Prinin qalibi Luis Hamiltona kuboku Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təqdim etdi.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Konstruktorlar kubokunu “Mercedes” komandasının nümayəndəsi Uilyam Qolbourna təqdim etdi.

İkinci yerin sahibi, “Ferrari”nin sürücüsü Kimi Raikkonenə kuboku Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, üçüncü yeri tutan “Force India” komandasının pilotu Serxio Peresə isə kuboku Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov təqdim etdilər.

Qeyd edək ki, Bakı trekində qalib gəlməklə Luis Hamilton “Ferrari”nin pilotu Sebastian Fetteli qabaqlayaraq çempionatda liderliyi ələ alıb. Bu qələbə sayəsində xallarının sayını 70-ə çatdıran britaniyalı pilot birinci sıraya yüksəlib. İkinci sıraya geriləyən S.Fettelin aktivində 66 xal var. Azərbaycan Qran-Prisində ikinci yeri tutan “Ferrari”nin pilotu Kimi Raikkonen xal ehtiyatını 48-ə çatdıraraq üçüncü sırada qərarlaşıb. Qran-Pridə üçüncü olan “Force India” komandasının pilotu Serxio Peres isə 9-cu sıraya yüksəlib.

Komandaların yarışında isə “Ferrari” komandası 114 xalla birinci sıradadır. “Mercedes” 110 xalla ikinci, “Red Bull Racing” isə 55 xalla üçüncü sırada qərarlaşıblar.

Bakıda Formula 1 Azərbaycan Qran-Prisinə aprelin 27-də start verilib. Yarışın birinci günündə pilotlar 6 kilometrlik Bakı şəhər trekində iki sərbəst yürüşdə güclərini sınayıblar. Birinci sərbəst yürüşdə “Mercedes” komandasının pilotu Valtteri Bottas qalib gəlib. “Red Bull Racing” komandasının pilotu Daniel Rikkardo ikinci, “Force India”nın pilotu Serxio Peres isə üçüncü olublar. İkinci sərbəst yürüşdə “Red Bull Racing”in pilotu Daniel Rikkardo fərqlənib. “Ferrari”nin pilotu Kimi Raykonnen ikinci, “Red Bull Racing”in digər pilotu Maks Ferstappen isə üçüncü sırada qərarlaşıblar. Yarışın üçüncü sərbəst yürüşü aprelin 28-də keçirilib. Gərgin idman mübarizəsi şəraitində keçən yürüşdə “Ferrari” komandasının pilotu Sebastian Fettel birinciliyə yüksəlib. “Mercedes”in pilotu Luis Hamilton yürüşü ikinci, “Ferrari”nin digər pilotu Kimi Raikkonen isə üçüncü yerdə başa vurub. Ötən gün keçirilmiş sıralanma yürüşündən sonra isə Qran-Pridə pilotların düzülüşü müəyyənləşib.

Qran-Pri çərçivəsində Formula 2 üzrə yarışların qalibləri də müəyyənləşib. Aprelin 28-də keçirilmiş ilk yarışda “Dams” komandasının pilotu Aleksander Albon qalib adını qazanıb. “ART Grand Prix”in pilotu Cek Aitken ikinci, “Charouz Racing System”in üzvü Antonio Fuoko üçüncü yeri tutublar. Aprelin 29-da keçirilən ikinci yürüşün qalibi isə “ART Grand Prix” komandasının pilotu Corc Russel olub. “Carlin” komandasının pilotu Serjio Sette Kamara finiş xəttinə ikinci, “Pertamina Prema Theodore Racing”in pilotu Nik De Vries üçüncü çatıblar.

Xatırladaq ki, 2016-cı ildə Bakıda keçirilən Formula 1 Avropa Qran-Prisinin qalibi “Mercedes”in almaniyalı pilotu Niko Rosberq olub. Ötən il isə Formula 1 Azərbaycan Qran-Prisi “Red Bull Racing” komandasının avstraliyalı pilotu Daniel Rikkardonun qələbəsi ilə başa çatıb.

Dünyada yarım milyard tamaşaçı auditoriyası olan Formula 1 yarışının növbəti dəfə Bakıda keçirilməsi ölkəmizin beynəlxalq idman aləmində qazandığı uğurları bir daha əks etdirir. Son illərdə birinci Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına və bir çox nüfuzlu beynəlxalq yarışlara uğurla ev sahibliyi edən paytaxt Bakının Formula 1 kimi mühüm yarışı da yüksək səviyyədə təşkil etməsi bir daha Azərbaycanın idman dövləti olduğunu, bu missiyanın ölkəmizin timsalında hər zaman özünü doğrultduğunu təsdiqləyir. Bütün bunlar da ölkəmizin dünyada getdikcə artan nüfuzundan, siyasi və iqtisadi sahədə qazandığı uğurların yetərincə olmasından qaynaqlanır. Bu, həm də onu göstərir ki, qədim tarixə, zəngin mədəniyyətə, milli mənəvi dəyərlərə, ən əsası da parlaq idman ənənələrinə malik ölkəmiz qarşıya qoyulan hər bir məqsədə, hər bir niyyətə uğurla çatır.

Formula 1 yarışlarının Bakı mərhələsi dünyada böyük maraq toplayıb. Almaniyalı Herman Tilke tərəfindən layihələndirilən şəhər trası nadirliyi ilə seçilir. Ona görə ki, Monte-Karlo, Melburn, Monako və Sinqapur kimi Azərbaycan Qran-Prisi də şəhər trasına ev sahibliyi edir. Belə ki, Bakıda keçirilən yarış zamanı avtomobillər Dənizkənarı Bulvar boyunca hərəkət edir, şəhərin ən qədim hissəsi olan və UNESCO-nun dünya irsi siyahısına daxil edilən İçərişəhər Tarix-Memarlıq Qoruğunun ətrafında dövr edirdi. Beləliklə, yarışı izləyən televiziya tamaşaçıları və qonaqlar şəhərimizin gözəlliyini görmək imkanı qazanırlar.

Beləliklə, növbəti Formula 1 Azərbaycan Qran-Prisi uğurla başa çatdı. Bu dəfə də bu mötəbər yarışı qəbul edən Bakı dünya tamaşaçılarına və şəhərimizin qonaqlarına maraqlı idman yarışı təqdim etməklə yanaşı, Azərbaycanın belə mötəbər yarışlara uğurla ev sahibliyi etdiyini nümayiş etdirdi. Qarşıda hələ neçə-neçə mötəbər beynəlxalq yarışların keçiriləcəyi paytaxtımız yenə də dünyanın diqqət mərkəzinə çevrildi, Formula 1 tamaşaçıları ölkəmizdə gedən inkişaf proseslərinin şahidi oldular.

Mövzuya aid fotolar:
Slayd Əvvəlki Sonrakı Son
Xəbər 3474 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
08.10.2023 Ferstappen Formula 1 üzrə Qətər Qran-Prisinin qalibi olub
17.09.2023 Karlos Sayns Sinqapur Qran-Prisində Ferstappenin rekord qələbə seriyasını qırıb
03.09.2023 Ferstappen Formula 1-də ardıcıl ən çox qalibiyyət rekordu qazanıb
26.08.2023 Ferstappen Formula 1 üzrə Niderland Qran-Prisinin seçmə mərhələsinin qalibi olub
03.08.2023 Formula 1 Macarıstan Qran-Prisi daha beş il yarış təqvimində qalacaq
29.07.2023 Ferstappen Formula 1 Belçika Qran-Prisində sprint yarışının qalibi oldu
24.07.2023 Maks Verstapen Macarıstan Qran-Prisinin qalibi olub
14.07.2023 Fransa Qran-Prisi Mavi sahildə küçə yürüşü ilə yenidən keçirilə bilər
14.07.2023 Madriddə F1 Qran-Prisinin keçirilməsinə dair razılıq əldə olunub
13.07.2023 Ferstappen ilin ən yaxşı pilotu mükafatına layiq görülüb


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru