Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
17/04 | 20:34 Qadın voleybolçular arasında Azərbaycan çempionatında ilk finalçı bəlli olub
17/04 | 18:32 17 yaşadək güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək
17/04 | 16:48 Azərbaycan voleybol çempionatında ilk finalçı müəyyənləşib
17/04 | 15:36 Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır
17/04 | 12:40 İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək
17/04 | 11:49 Azərbaycan bilyardçısı Avropa çempionu olub
17/04 | 11:18 Azərbaycanın gənc avarçəkənləri Türkiyədə turnirə qatılacaqlar
17/04 | 10:17 Azərbaycan stolüstü tennisçiləri “Türk Dövlətləri” beynəlxalq turnirində mükafat qazanıblar
17/04 | 09:44 Fərid Qayıbov ABŞ-də azərbaycanlı idmançılar və tələbələrlə görüşüb
16/04 | 18:05 AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir
16/04 | 17:23 Azərbaycan voleybol çempionatı: yarımfinal mərhələsinin daha bir oyunu keçirilib
16/04 | 15:29 Azərbaycan Premyer Liqası: "Qarabağ” – “Neftçi” görüşünün başlama saatı bəlli olub
16/04 | 13:42 Paytaxtın abad məhəllələrində minifutbol yarışlarına start verilib
16/04 | 12:57 Azərbaycanın 5 gimnastı Çexiyada beynəlxalq turnirdə iştirak edəcək
16/04 | 11:25 Olimpiadaya lisenziya qazanan Azərbaycanın 3x3 basketbol millisi Vətənə dönüb
16/04 | 09:23 Azərbaycanın futzal millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək
15/04 | 19:25 Azərbaycanlı Mərakeşin ən yüksək zirvəsini fəth edib
15/04 | 15:50 “Sabah” ardıcıl iki oyunda "Qarabağ"a üç qol vurmaqla tarixə düşüb
15/04 | 15:08 Azərbaycanın altı idman gimnastı Dünya Kubokunda iştirak edəcək
15/04 | 12:53 Azərbaycan taekvondoçuları Serbiyada iki medal qazanıblar
15/04 | 12:01 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
15/04 | 11:49 Azərbaycan para-badmintonçuları İspaniyada beynəlxalq turnirdə iştirak edəcəklər
15/04 | 11:25 Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
15/04 | 10:37 Azərbaycan çempionatında 4-cü turun partiyaları keçirilib, vahid lider bəlli olub
15/04 | 09:49 Azərbaycan gimnastları beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar
14/04 | 22:10 Cüdo üzrə Bakı kəndləri birinciliyi keçirilib
14/04 | 21:32 Azərbaycan cüdoçuları Berlindəki Avropa Kubokunda birinci yeri tutub
14/04 | 20:14 Azərbaycan boksçuları Avropa çempionatını iki qızıl medalla başa vurub
14/04 | 18:55 Azərbaycan boksçusu qitə birinciliyində qızıl medal qazanıb
14/04 | 14:37 Azərbaycan millisi Paris-2024 Yay Olimliya Oyunlarına lisenziya qazanıb
14/04 | 10:21 Azərbaycan millisinin üzvü finala vəsiqə qazanıb
14/04 | 09:20 Azərbaycanın basketbol millisi Honqkonqda Olimpiya Təsnifat turnirində növbəti oyununa çıxacaq
14/04 | 08:19 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 7 medal qazanıb
13/04 | 22:55 Cüdo üzrə Bakı kəndləri birinciliyinin ilk mükafatçıları bəlli olub
13/04 | 18:27 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qəbələ"ni məğlub edib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
“Pxençan-2018”: Qazaxıstan və Polşa ilk medallarını qazanıblar
Tarix: 14.03.2018 | Saat: 20:16:00 | E-mail | Çapa göndər
Martın 14-də - “Pxençan-2018” Qış Paralimpiya Oyunlarının altıncı günündə 12 dəst medalın sahibləri müəyyənləşib. Qazaxıstan kişilər arasında 1,5 kilometr məsafəyə oturaq vəziyyətdə, Polşa isə kişilərin oturaq vəziyyətdə böyük slalom yarışlarında “Pxençan-2018”də ilk medallarını qazanıblar.

Paralimpiyaçılar dağ xizəkçiliyi və sərbəst xizəkçilik yarışlarında medallar uğrunda yarışıblar.

Oyunların altıncı günündə dağ xizəkçiliyinin böyük slalom növü üzrə yarışlar keçirilib.

Görmə qabiliyyəti zəif olan qadınların yarışında Slovakiya idmançısı Henrieta Farkasova 2 dəqiqə 23 saniyə nəticə ilə dördqat Paralimpiya çempionu olub. Böyük Britaniya təmsilçisi Menna Fitzpatrik gümüş, avstraliyalı Melissa Pettine isə bürünc medal qazanıblar.

Qadınlar arasında ayaqüstə yarışlarda fransalı Marie Boçet 2 dəqiqə 22 saniyə nəticə ilə bütün rəqiblərini qabaqlayıb. Almaniyalı Andrea Rothfuss və Kanada xizəkçisi Mollie Jepsen ilk üçlüyü tamamlayıblar.

Oturaq vəziyyətdə qadınların mübarizəsində yaponiyalı Momoka Muraoka 2 dəqiqə 26 saniyə nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Niderland təmsilçisi Linda Van İmpelen yarışı ikinci, avstriyalı Klaudiya Loeş isə üçüncü pillədə başa vurub.

Görmə qabiliyyəti zəif kişilərin mübarizəsində İtaliya idmançısı Qiakomo Bertaqnolli 2 dəqiqə 10 saniyə nəticə ilə birinci pillədə yer alıb. Slovakiyalı Yakub Krako ikinci, Kanada atleti Mak Markuks isə üçüncü olublar.

Kişilər arasında ayaqüstə yarışlarda İsveçrə xizəkçisi Teo Qmur 2 dəqiqə 12 saniyəlik nəticə ilə “Pxençan-2018”in qızıl medalını əldə edib. Paralimpiya bayrağı altında çıxış edən rusiyalı Aleksey Buqaev gümüş, Kanada idmançısı Aleksis Quimond bürünc medal qazanıblar.

Kişilərin oturaq vəziyyətdə yarışlarında norveçli Jesper Pedersen 2 dəqiqə 13 saniyə ilə bütün rəqiblərini qabaqlayıb. ABŞ idmançısı Teyler Valker yarışı ikinci, polşalı İqor Sikorski isə üçüncü pillədə başa vurublar.

Paralimpiyaçılar sərbəst xizəkçiliyin klassik sprint növündə mübarizə aparıblar.

Kişilərin 1,1 kilometr məsafəyə oturaq vəziyyətdə yarışlarında ABŞ idmançısı Andrey Soule 3 dəqiqə 31 saniyəlik nəticə ilə Paralimpiya çempionu olub. İlk üçlüyü belaruslu Dmitri Loban və digər ABŞ xizəkçisi Daniel Cnossen tamamlayıblar.

Kişilər arasında 1,5 kilometr məsafəyə oturaq vəziyyətdə mübarizədə qazaxıstanlı Aleksandr Koliadin 4 dəqiqə 19 saniyəlik nəticə ilə qızıl medal qazanıb. Yaponiya idmançısı Yoşihiro Nitta gümüş, eyni nəticə göstərən kanadalı Mark Arendz və finlandiyalı İlkka Tuomisto isə bürünc medala layiq görülüblər.

Görmə qabiliyyəti zəif kişilərin 1,5 kilometr məsafəyə yarışlarında Kanada təmsilçisi Brayn MakKiver 4 dəqiqə saniyəlik göstərici ilə “Pxençan-2018”in qalibi olub. İsveç idmançısı Sebastiyan Modin ikinci, norveçli Erik Bay üçüncü yerdə qərarlaşıblar.

Qadınların 1,1 kilometr məsafəyə oturaq vəziyyətdə yarışlarında ABŞ idmançısı Oksana Masters 4 dəqiqə 6 saniyəlik göstərici ilə qızıl medal əldə edib. Almaniyalı Andrea Eskau və Rusiya xizəkçisi Marta Zainulluna ilk üçlüyü tamamlayıblar.

Qadınların 1,5 kilometr məsafəyə ayaqüstə mübarizəsində rusiyalı Anna Milenina 5 dəqiqə 11 saniyə nəticə ilə qızıl medala sahib olub. Norveçli Vilde Nilsen və Kanada idmançısı Nataliya Vilkie ilk üçlükdə yer alıblar.

Görmə qabiliyyəti zəif qadınların 1,5 kilometr məsafəyə yarışlarında Belarus atleti Svetlana Saxanenko 4 dəqiqə 29 saniyə nəticə ilə birinci olub. Rusiyalı Mixalina Lisova gümüş, Ukrayna paralimpiyaçısı Oksana Sişkova bürünc medal əldə ediblər.

“Ağ Paralimpiada”nın altıncı gününün yekunlarına görə, ABŞ millisi “Pxençan-2018” Qış Paralimpiya Oyunlarının medal sıralamasında liderliyini davam etdirir. Bu ölkənin hesabında 8 qızıl, 7 gümüş və 6 bürünc medal var. Ümumilikdə 24 ölkədən idmançılar medalçılar arasında yer alıblar.

Rusiya (6-7-4) ikinci, Slovakiya (6-2-1) üçüncü, Fransa (5-5-3) dördüncü, Ukrayna (5-4-7) isə beşinci pillədə qərarlaşıb.
Xəbər 1440 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
02.05.2023 Paralimpiyaçımız güllə atıcılığı üzrə beynəlxalq turnirdə gümüş medal qazanıb
14.03.2023 Paracüdoçumuz Xanım Hüseynova Qran-Pri turnirində qızıl medal qazanıb
15.02.2023 Tələbələr Milli Paralimpiya Komitəsində təcrübə keçəcəklər
31.01.2023 “Los-Anceles 2028” Yay Paralimpiya Oyunlarının proqramına 22 idman növü daxil edilib
28.12.2022 Paralimpiyaçılarımız cari ildə mötəbər turnirlərdə 77 medal qazanıblar
19.11.2022 AMPK-nın prezidenti Afrika Milli Paralimpiya komitələrinin iclasında iştirak edib
18.11.2022 İlqar Rəhimov Beynəlxalq Paralimpiya Komitəsinin növbədənkənar Baş Assambleyasının iclasında çıxış edib
18.11.2022 Azərbaycanda Paralimpiya hərəkatının inkişafı yüksək qiymətləndirilib
15.06.2022 Paraüzgüçümüz Vəli İsrafilov dünya çempionu olub
20.05.2022 Azərbaycan parataekvondoçusu Avropa çempionatının finalına yüksəlib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru