Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi orqanı
  Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
10/12 | 20:20 Vüqar Həşimov Memorialı: Azərbaycan şahmatçısı rapid yarışını ilk pillədə başa vurub
10/12 | 15:47 Batut və tamblinq gimnastikası üzrə Azərbaycan çempionatı və Bakı birinciliyi keçirilib
10/12 | 14:17 Azərbaycan Basketbol Liqası: "Sabah" qələbə qazanaraq liderliyə yüksəlib
10/12 | 11:05 Premyer Liqa: "Sabah" "Səbail"i, "Neftçi" "Turan Tovuz"u qəbul edəcək
10/12 | 10:45 Qadın badmintonçulardan ibarət Azərbaycan millisi tarixi qələbə qazanıb
10/12 | 09:32 İstanbul derbisi: “Fənərbağça” səfərdə “Beşiktaş”a qalib gələrək liderliyə yüksəlib
09/12 | 20:42 Vüqar Həşimov Memorialı: Azərbaycanın iki şahmatçısı liderlər qrupunda qərarlaşıb
09/12 | 18:04 Azərbaycan badminton millisi Avropa çempionatının pley-off mərhələsində
09/12 | 17:36 Yüksək Liqada növbəti turun oyunlarının proqramı bəlli olub
09/12 | 16:46 Stolüstü tennis üzrə Azərbaycan Kubokunun qalibləri müəyyənləşib
09/12 | 15:37 Bakıda ilin son gimnastika çempionatları keçiriləcək
09/12 | 14:35 Azərbaycan idmançısı Rusiyada keçirilən atçılıq yarışlarında 2 medal qazanıb
09/12 | 13:46 Premyer Liqa: Mövsümün ən böyükhesablı səfər qələbəsi qeydə alınıb - STATİSTİKA
09/12 | 13:04 Çövkən üzrə növbəti Prezident Kuboku keçiriləcək
09/12 | 12:08 Premyer Liqa: “Kəpəz” Qəbələ səfərində, “Zirə” “Araz-Naxçıvan”ı qəbul edir
09/12 | 11:15 Boks üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
09/12 | 10:36 Güləş üzrə “Təhsil” turnirində daha beş çəki üzrə qaliblər müəyyənləşib
08/12 | 20:01 Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turniri start götürüb
08/12 | 18:00 Azərbaycan yığması Avropa çempionatında tarixi qələbəyə imza atıb
08/12 | 17:49 Azərbaycan badminton millisi Avropa çempionatının təsnifat mərhələsinə qələbə ilə başlayıb
08/12 | 14:38 Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunların vaxtı müəyyənləşib
08/12 | 14:33 Güc idman növləri üzrə Azərbaycan yığması dünya çempionatının qalibi olub
08/12 | 14:31 “Vüqar Həşimov Memorialı”nın açılış mərasimi keçirilib
08/12 | 09:11 Boks üzrə Azərbaycan çempionatında finalçılar və bürünc medalçılar müəyyənləşib
08/12 | 09:02 Güləş üzrə “Təhsil” turnirində daha beş çəki üzrə qaliblər bəlli olub
07/12 | 18:21 Azərbaycanın bədii gimnastı beynəlxalq turnirdə birinci yeri tutub
07/12 | 16:44 Azərbaycan ağırlıqqaldıranı Qran-pridə qüvvəsini sınayıb
07/12 | 14:21 Azərbaycan çempionatı: “Birbaşa Bakı” və “Zirə” mövsümə qələbə ilə başlayıblar
07/12 | 13:17 İdman gimnastikası üzrə “Rektor Kuboku”nun açılış mərasimi olub
07/12 | 13:00 Azərbaycan millisinin 4 boksçusu ölkə çempionatında yarımfinala yüksəlib
07/12 | 09:12 Güləş üzrə "Təhsil" turnirində ikinci günün qalibləri müəyyənləşib
07/12 | 09:08 Milli Olimpiya Komitəsi ilin yekunları ilə bağlı qala gecəsi keçirib
07/12 | 09:01 Voleybol üzrə Yüksək Liqada IV tura yekun vurulub
06/12 | 19:11 AzTU tələbəsi dünya çempionatında gümüş medal qazanıb
06/12 | 16:48 Azərbaycan badmintonçuları Avropa çempionatının təsnifat mərhələsində mübarizə aparacaqlar
Digər xəbərlər 
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Zirə 11 6 3 2 11-7 21
2 Qarabağ 11 6 2 3 21-10 20
3 Səbail 11 6 2 3 15-11 20
4 Araz-Naxçıvan 11 5 3 3 19-17 18
5 Neftçi 11 4 3 4 11-10 15
6 Turan-Tovuz 11 4 3 4 18-13 15
7 Sumqayıt 11 4 3 4 10-13 15
8 Sabah 11 3 4 4 15-14 13
9 Qəbələ 11 2 2 7 7-20 8
10 Kəpəz 11 1 3 7 5-17 6
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
“Pxençan-2018”: Macarıstan və Yeni Zelandiya ilk medallarını qazanıblar
Tarix: 23.02.2018 | Saat: 01:09:00 | E-mail | Çapa göndər
“Pxençan-2018” Qış Olimpiya Oyunlarının on dördüncü günündə - fevralın 22-də 10 dəst medalın sahibləri müəyyənləşib. Macarıstan ilk medalını qısa-trek, Yeni Zelandiya isə fristayl və snoubord yarışlarında qazanıb.

Dağ xizəkçiliyi yarışlarında atletlər iki dəst medal uğrunda mübarizə aparıblar. Kişilər arasında slalom yarışlarında İsveç xizəkçisi Andre Mürer 1 dəqiqə 38,99 saniyə nəticə ilə qızıl medal qazanıb. İsveçrəli Ramon Zenhaeusern yarışı ikinci, avstriyalı Mixael Matt üçüncü pillədə başa vurublar. Azərbaycan təmsilçisi Patrik Braxner mükafatçılar sırasında yer ala bilməyib.

Kombinləşdirilmiş slalom üzrə qadınların yarışında isveçrəli xizəkçi Mişell Gisin 2 dəqiqə 20,90 saniyə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İlk üçlüyü ABŞ idmançısı Mikaela Şiffrin və isveçrəli Vendi Holdener tamamlayıblar.

ABŞ-ın qadınlardan ibarət xokkey yığması “Pxençan-2018”in final oyununda Kanada komandasına 3:2 hesabı ilə qalib gələrək Olimpiya çempionu adını qazanıb. Beləliklə, ABŞ yığması tarixində ikinci dəfə (ilk dəfə 1998-ci ildə çempion olub) Olimpiadada xokkey turnirinin qalibi olub. Bundan əvvəlki dörd Olimpiadanın hamısında Kanada komandası qalib gəlmişdi.

Üçüncü yer uğrunda matçda Finlandiya yığması Rusiya komandasına 3:2 hesabı ilə qalib gələrək Olimpiadanın bürünc mükafatçısı olub.

Snoubord üzrə biq-eyr yarışlarında qadınların mübarizəsində Avstriya idmançısı Anna Qasser 185 xalla bütün rəqiblərini qabaqlayıb. ABŞ təmsilçisi Cemi Anderson gümüş, Yeni Zelandiya idmançısı Zoy Sadovski Sinnott bürünc medal əldə ediblər.

Kişilər arasında fristayl üzrə halfpayp yarışlarında ABŞ idmançıları ilk iki pillədə qərarlaşıblar. Devid Vays yarışın qızıl, Aleks Ferreire gümüş medalını əldə ediblər. Yeni Zelandiya atleti Niko Porteous isə yarışı üçüncü yerdə tamamlayıb.

Qısa-trek yarışlarında üç dəst medal sahibini tapıb. Kişilər arasında 500 metr məsafəyə yarışlarda Çin idmançısı Vu Daicinq 39,5 saniyə ilə dünya rekordunu yeniləyərək Olimpiya çempionu olub. İlk üçlüyü Koreya Respublikasından olan atletlər - Daeheon Hvanq və Hyocun Lim tamamlayıblar.

Qadınlar arasında 1000 metr məsafəyə mübarizədə niderlandlı Suzanna Şultinq 1 dəqiqə 29 saniyə nəticə ilə qızıl medala sahib olub. Kanada atleti Kim Boutin yarışı ikinci, italiyalı Arianna Fontana isə üçüncü pillədə başa vurublar. Bu, K.Boutin və A.Fontananın “Pxençan-2018”də qazandığı üçüncü medaldır.

Kişilər arasında 5000 metr məsafəyə komanda yarışlarında Macarıstan millisi 6 dəqiqə 31 saniyə göstərici ilə Olimpiya rekordunu yeniləyərək “Ağ Olimpiada”da ilk medalını qazanıb. Çin yığması ikinci, Kanada atletləri isə üçüncü olublar.

Qadınlar arasında biatlon üzrə 6 kilometr məsafəyə estafet yarışlarında Belarus komandası 1 saat 12 dəqiqə 3 saniyə ilə Olimpiya çempionu adını qazanıb. İsveç ikinci, Fransa isə üçüncü yeri tutub.

Xizəkçilik idmanı üzrə ikinövçülük yarışında komanda hesabında Almaniya millisi 46 dəqiqə nəticə ilə qızıl medala sahib olub. Norveç xizəkçiləri yarışı ikinci, avstriyalı idmançılar isə üçüncü pillədə tamamlayıblar.

Beləliklə, “Ağ Olimpiada”da on dördüncü gününün yekunlarına görə, Norveç millisi “Pxençan-2018” Qış Olimpiya Oyunlarının medal sıralamasında liderliyini davam etdirir. Bu ölkənin hesabında 13 qızıl, 12 gümüş və 10 bürünc medal var. Almaniya (13-7-5) ikinci, Kanada (9-7-8) üçüncü, ABŞ (8-7-6) dördüncü, Niderland (7-6-4) isə beşinci pillədə qərarlaşıb. Ümumilikdə 29 ölkədən idmançılar medalçılar arasında yer alıblar.
Xəbər 498 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
13.10.2023 Türkiyəli futbolçu “Golden Boy” mükafatına namizədlərin yekun siyahısına düşüb
11.10.2023 Milli Olimpiya Komitəsi yeni tərəfdaşlıq müqaviləsi imzalayacaq
10.10.2023 Qolf üzrə Azərbaycan Zəfər Turnirinə yekun vurulub
03.07.2023 Tamblinq üzrə Azərbaycan yığmasının üzvü Dünya Kubokunun qalibi olub
03.07.2023 III Avropa Oyunları başa çatıb
14.03.2023 Bakı şəhərində "İdman zonası” istifadəyə verilib
14.03.2023 Böyük Şor gölü sahilində quraşdırılan qaçış zolağının açılışı olub
14.03.2023 Titullu pauerliftinqçimiz Zaur Cəfərov növbəti uğura imza atıb
27.02.2023 Yaponiyalı peşəkar idmançılar xizəksevərlərə ustad dərs keçiblər
19.01.2023 Sumo güləşçilərimiz Macarıstandan 13 medalla qayıdırlar


  Arxiv
Tarixləri seç: 
 dən 
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb
  • Azərbaycan cüdoçusu qızıl medal qazanıb
  • İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib
  • Mariya Stadnik ardıcıl dördüncü Olimpiadada mükafatçılar sırasında yer alıb
  • Zöhrə Ağamirova Tokio olimpiadasında halqa ilə çıxışını təqdim edib
  • Azərbaycanın qrup hərəkətləri komandası toplarla çıxışı Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
  • Rafiq Hüseynovun Tokio Olimpiadasında qələbə sevinci
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru