|
|
Bu gün UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinin cavab oyunları keçiriləcək |
|
Tarix: 22.02.2018 | Saat: 12:38:00 | E-mail | Çapa göndər
|
|
Fevralın 22-də UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinin növbəti görüşləri keçiriləcək.
Mərhələnin ilk oyunları çərçivəsində 15 görüş oynanılacaq. Günün maraqlı qarşılaşmalarından biri Londonda oynanılacaq. İsveçin “Ostersund” klubu səfərdə “Arsenal”ın qonağı olacaq. Bolqarıstanın “Ludoqorets” komandası isə İtaliyada “Milan” ilə üz-üzə gələcək. İtaliyanın “Atalanta” komandası doğma meydanda “Borussiya” ilə qarşılaşacaq. “Vilyarreal” (İspaniya) klubu Fransanın “Lion” komandasını qəbul edəcək.
Ümumiyyətlə, gün ərzində aşağıdakı qarşılaşmalar keçiriləcək:
“Sportinq” (Portuqaliya) – “Astana” (Qazaxıstan) – ilk oyunun nəticəsi – 3:1
“Braqa” (Portuqaliya) – “Marsel” (Fransa) – 0:3
“Lokomotiv” (Rusiya) – “Nitsa” (Fransa) – 2:3
“Zalsburq” (Avstriya) – “Real Sosyedad” (İspaniya) – 2:2
“Atletik” (İspaniya) – “Spartak” (Moskva, Rusiya) – 3:1
“Dinamo” (Ukrayna) – AEK (Yunanıstan) – 1:1
“Zenit” (Rusiya) – “Seltik” (Şotlandiya) – 0:1
“Atletiko” (İspaniya) – “Kopenhagen” (Danimarka) – 4:1
“Latsio” (İtaliya) – “Styaua” (Rumıniya) – 0:1
“Leypziq” (Almaniya) – “Napoli” (İtaliya) – 3:1
“Viktoriya” (Çexiya) – “Partizan" (Serbiya) – 1:1
“Atalanta” (İtaliya) – “Borussiya” (Dortmund, Almaniya) – 2:3
“Milan” (İtaliya) – “Ludoqorets” (Bolqarıstan) – 3:0
“Arsenal” (İngiltərə) - “Ostersund” (İsveç) – 3:0
“Vilyarreal” (İspaniya) - “Lion” (Fransa) – 1:3
Onaltıdabir final mərhələsi çərçivəsində bir görüş artıq reallaşıb. Moskvanın MOİK klubu Serbiyanın “Çrvena Zvezda” komandasını minimal hesabla məğlub edib – 1:0. İlk oyun qolsuz heç-heçə ilə başa çatdığından Moskva təmsilçisi səkkizdəbir finala yüksəlib.
|
|
|
|
Xəbər 660 dəfə oxundu
|
Bölməyə aid digər xəbərlər |
|
|
|
|
|