Futbol üzrə Fransa çempionatının 23-cü turunda lider “PSJ”nin “Monpelye” komandasını 4:0 hesabı ilə məğlub etdiyi matç parislilərin uruqvaylı legioneri Edinson Kavani üçün əlamətdar olub.
Uruqvaylı futbolçu həmin matçda vurduğu iki qolla Paris təmsilçisinin heyətində yeni rekord müəyyənləşdirib. O, “PSJ” klubunun tarixində ən çox qol vuran futbolçu adına sahib olub. Həmin matçda “PSJ”nin heyətində 157-ci dəfə fərqlənən E.Kavani bu göstəriciyə görə əvvəlki rekordun sahibi Zlatan İbrahimoviçi (156 qol) geridə qoyub. O, 157-ci qoluna 229-cu matçda nail olub. Z.İbrahimoviç isə “PSJ”nin heyətində 180 matçda 156 qol vurub.
UEFA-nın hazırladığı, hazırda Çempionlar Liqasının səkkizdəbir final mərhələsində mübarizə aparan 16 klubun tarixində ən çox qol vuran məhsuldar futbolçuların adlarının qeyd olunduğu siyahıya “Barselona”nın argentinalı hücumçusu Lionel Messi başçılıq edir. O, Kataloniya təmsilçisinin heyətində 532 dəfə fərqlənib. Messi bu göstərici üzrə uzun müddət Avropada rekordun sahibi olan, alman futbolunun və “Bavariya”nın əfsanəsi Gerd Mülleri (476) qabaqlayıb. Argentinalı futbolçunun ən böyük rəqibi - “Real Madrid”in hücumçusu Kriştiano Ronaldo rəqib qapılarına 426 dəfə yol tapıb.
UEFA-nın açıqladığı siyahıya əsasən, hazırda Çempionlar Liqasında çıxış edən klublarda forma geyən futbolçulardan yalnız dördü – Lionel Messi, Kriştiano Ronaldo, Edinson Kavani və Sergio Aqüero çıxış etdikləri klubların tarixində ən çox qol vuran bombardirlərdir.
Ümumiyyətlə, bu göstərici üzrə fərqlənən futbolçular və onların nəticələri aşağıdakı kimidir:
“Barselona” - Lionel Messi (532 qol);
“Bavariya” - Gerd Müller (476), Tomas Müller (167);
“Real Madrid” - Kriştiano Ronaldo (426);
“Beşiktaş” - Hakkı Yeten (382), Rikardo Quareşma (31);
“Portu” - Fernando Qomes (347), Vinsent Abubakar (51);
“Liverpool” - Yan Ruş (346), Daniel Starric (64);
“Roma” - Françesko Totti (307), Edin Dzeko (62);
“Juventus” - Alessandro Del Pyero (289), Paulo Dibala (59);
“Tottenhem” – Cimmy Grivs (266), Harry Kane (129);
“Mançester Yunayted” – Ueyn Runi (253), Xuan Mata (39);
“Sevilla” - Gilyermo Kampanal (214), Xesus Navas (33);
“Çelsi” – Frenk Lampard (211), Eden Hazard (84);
“Mançester Siti” - Sergio Aqüero (192);
“PSJ” - Edinson Cavani (157);
“Bazel” - Marko Streller (147), Valentin Stoker (66);
“Şaxtyor” - Luiz Adriano (128), Fakundo Ferreyra (49);
|