Türkiyənin "Qalatasaray" klubu Fatih Terimlə danışıqlara başlayıb.
Baş məşqçi vəzifəsi tezliklə 64 yaşlı mütəxəssisə həvalə olunacaq.
Artıq Terimin özü də sosial şəbəkədə "Harada qalmışdıq, Qalatasaray?" paylaşımı edib. Onun dekabrın 24-də Super Liqanın XVII turunda "Göztəpə" ilə oyunda "Qalatasaray"ın sükanı arxasında olacağı gözlənilir.
Qeyd edək ki, Fatih Terim 1996-2000, 2002-2004 və 2011-2013-cü illərdə də "Qalatasaray"ın baş məşqçisi olub. O, "sarı-qırmızılar"a 6 dəfə Türkiyə çempionluğu, 4 dəfə Türkiyə Super Kuboku, 2 dəfə ölkə kuboku, 1 dəfə UEFA Kubokunu, 1 dəfə isə UEFA Super Kubokunu qazandırıb.
|