Sabah Tehranda II “Paytakht Cup” beynəlxalq şahmat festivalı başlanacaq.
Yarışlar üç qrupda aparılacaq. A qrupunda reytinqi 2100-dən yuxarı olan, B qrupunda reytinqi 2100-dən aşağı olan şahmatçılar, C qrupunda 14 yaşadək şahmatçılar iştirak edəcəklər.
“A” turnirində 10 ölkədən 54 şahmatçı, o cümlədən 19 qrossmeyster iştirak edir. Bu turnirdə ölkəmizi Urfan Sevdimalıyev təmsil edəcək. “C” qrupunda 5 ölkədən, o cümlədən Azərbaycan, Əfqanıstan, Almaniya, İngiltərə və İrandan 140 şahmatçı iştirak edir. Burada start turnirə Uğur Həsənli və Pərviz Rzayev çıxacaq.
“Paytakht Cup” turniri İsveçrə sistemi üzrə keçiriləcək və 9 turdan ibarət olacaq.
|